Məhkəmə qərarları › İş №2(102)-1030/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1030/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1030/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" MTK-nın cavabdeh X1 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1030/22 (Açar sözlər: pul tələbi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(103)9644/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" MTK (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia qaldıraraq, tərəflər arasında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK məxsus yaşayış kompleksində 19 “b” saylı binanın, 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 86 kv.metr olan 25 saylı mənzilə dair bağlanmış 24 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin mənzilə dair Cavabdeh adına verilmiş maliyyə arayışının ləğv edilməsi, sonuncudan əsassız varlanmaya görə əldə etdiyi 47.300 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 1.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəmə sində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.M.Hacıyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış 24 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən iddiaçıya məxsus yaşayış kompleksində 19 “b” saylı binanın, 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 86 kv.metr olan 25 saylı mənzili 54.000 manata cavabdehə satıb. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirib və müqavilədə qeyd olunan 54.000 manat vəsaiti tam şəkildə iddiaçıya ödəyib. Bu səbəbdən də iddiaçı cavabdehə maliyyə arayışı verib. Həmçinin mənzil faktiki olaraq cavabdehə təhvil verib. Sözügedən müqa vilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilib və tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetiriblər. Bundan başqa, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış sözügedən müqavilə etibarlı hesab edilib və cavabdehin həmin mənzili almaq üçün iddiaçıya 54.180 manat məbləğində taxta məhsulu verdiyi sübuta yetirilib. Yəni, cavabdeh iddiaçının hesabına əsassız varlanmayıb. Əksinə, cavabdeh 54.180 manat ödəyərək aldığı mənzili 03 mart 2019-cu il tarixdə iddiaçının vasitəsilə 03 mart 2019-cu il tarixdə 40.000 manata satmaqla 14.180 manat zərərə düşüb. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 178.8, 399.1-ci maddələrinin və d igər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Üçüncü şəxs Qədim Əbilov apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və E.Ə.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehdən 47.300 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiy i nəticəni belə əsaslandırıb ki, 2014-cü ildə üçüncü şəxs Qədim Ədilov iddiaçıya 47.300 manat dəyərində taxta (inşaat materialı) verib, taxtanın əvəzində isə iddiaçı üçüncü şəxs Qədim Ədilova eyni dəyərdə mənzil (72 saylı binada 33 saylı mənzil) verib. Mənzil 17 oktyabr 2014-cü il tarixli müqavilə ilə verilib və müqavilə Qədim Ədilovun öz adına deyil, onun atası Adil Adilovun adına bağlanıb. Bundan sonra, cavabdeh iddiaçıya müraciət edərək bildirmişdir ki, taxta əslində ona məxsus olub və üçüncü şəxs Qədim Ədilov taxtanı ondan alıb, lakin dəyərini ödəməyib. Üçüncü şəxs Qədim Ədilov isə iddiaçıya ərizə yazaraq cavabdehin dediklərini təsdiq edib və atası Adil Adilovun adına olan müqavilənin cavabdehin adına keçirlməsini xahiş edib. Ona görə də 17 oktyabr 2014-cü il tarixli müqavilə iddiaçı tərəfindən ləğv edilib və mənzil üçüncü şəxs Qədim Ədilovun atası Adil Adilovun adından çıxarılıb. Daha sonra, cavabdehin özünün istəyi ilə iddiaçı ona başqa mənzil (19 “B” saylı binada 25 saylı mənzil) verib və həmin mənzilə dair iddiaçı ilə cavabdeh arasında 24 aprel 2015-ci il tarixli müqavilə bağlanıb. Bu mənzilin qiyməti 54.180 manat müəyyən edilib, cavabdeh qiymət fərqini (47.300 manat ilə 54.180 manatın arasında olan 6.880 manat fərqi) iddiaçıya taxta verməklə ödəyib. Buna əsasən iddiaçı, MTK cavabdehin adına 24 aprel 2015-ci il tarixli maliyyə arayışı verərək mənzilin dəyərinin onun tərəfindən ödənildiyini təsdiq edib. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019cu il tarixli qətnamə ilə qət edilib ki, 47.300 manat (yəni taxtanın dəyəri) iddia çıdan alınaraq üçüncü şəxs Qədim Ədilova verilsin. Qətnamə qanuni qüvvəyə minib. Bu vəziyyət isə belə qiymətləndirilir ki, cavabdeh iddiaçıdan əldə etdiyi mənzilin qiymətinin bir hissəsini (47.300 manatı) iddiaçıya ödəməyib. Bu baxımdan cavabdeh iddiaçının hesabına 47.300 manat məbləğində əsassız varlanmış şəxs sayılır. Odur ki, cavabdeh 47.300 manatı iddiaçıya qaytarmağa borcludur. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421, 1092.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslındırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verə rək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlana n o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə n, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiy ası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətind ə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikay ətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 2014-cü ildə üçüncü şəxs Qədim Ədilov iddiaçıya 47.300 manat dəyərində taxta (inşaat materialı) verib, taxtanın əvəzində isə iddiaçı üçüncü şəxs Qədim Ədilova eyni dəyərdə mənzil (72 saylı binada 33 saylı mənzil) verib. Mənzil 17 oktyabr 2014-cü il tarixli müqavilə ilə verilib və müqavilə Qədim Ədilovun öz adına deyil, onun atası Adil Adilovun adına bağlanıb. Bundan sonra, cavabdeh iddiaçıya müraciət edərək bildirmişdir ki, taxta əslində ona məxsus olub və üçüncü şəxs Qədim Ədilov taxtanı ondan alıb, lakin dəyərini ödəməyib. Üçüncü şəxs Qədim Ədilov isə iddiaçıya ərizə yazaraq cavabdehin dediklərini təsdiq edib və atası Adil Adilovun adına olan müqavilənin cavabdehin adına keçirlməsini xahiş edib. Ona görə də 17 oktyabr 2014-cü il tarixli müqavilə iddiaçı tərəfindən ləğv edilib və mənzil üçüncü şəxs Qədim Ədilovun atası Adil Adilovun adından çıxarılıb. Daha sonra, cavabdehin özünün istəyi ilə iddiaçı ona başqa mənzil (19 “B” saylı binada 25 saylı mənzil) verib və həmin mənzilə dair iddiaçı ilə cavabdeh arasında 24 aprel 2015-ci il tarixli müqavilə bağlanıb. Bu mənzilin qiyməti 54.180 manat müəyyən edilib, cavabdeh qiymət fərqini (47.300 manat ilə 54.180 manatın arasında olan 6.880 manat fərqi) iddiaçıya taxta verməklə ödəyib. Buna əsasə n iddiaçı, MTK cavabdehin adına 24 aprel 2015-ci il tarixli maliyyə arayışı verərək mənzilin dəyərinin onun tərəfindən ödənildiyini təsdiq edib. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qətnamə ilə qət edilib ki, 47.300 manat (yəni taxtanın dəyəri) iddiaçıdan alınaraq üçüncü şəxs Qədim Ədilova verilsin. Qətnamə qanuni qüvvəyə minib. Bu vəziyyət isə belə qiymətləndirilir ki, cavabdeh iddiaçıdan əldə etdiyi mənzilin qiymətinin bir hissəsini (47.300 manatı) iddiaçıya ödəməyib. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) saylır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilir ki, əsassız varlanma yalnız o zaman baş ver ir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının hesabına 47.300 manat məbləğində əsassız varlanmış şəxs sayılır. Ona görə də iddia qismən təmin edilməlidir. Daha sonra, apellyas iya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, əgər taxtaya görə üçüncü şəxs Qədim Ədilovun cavabdeh qarşısında həqiqətən hər hansı öhdəliyi (taxtanı qaytarmaq və ya onun dəyərini ödəmək öhdəliyi) varsa cavabdeh üçüncü şəxs Qədim Ədilova qarşı bu barədə iddia irəli sürə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın qismən təmin edilməsi üçün əsasların olmadığını, üçüncü şəxs Qədim Əbilovla iddiaçı arasında yaranmış mübahisəyə görə onun cavabdehlik daşımadığını, sözügedən mənzili əvəzi ödənilməklə əldə etdiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisəlindirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əslində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı deyil, işin hallarının sübut olunmaması, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Halbuki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsində göstərilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 0 8 oktyabr 2021-ci il tarixli, 2(103)-9644/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar