Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1031/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X2 və X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2019-cuil tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.İsayev, iş № 2(049)-1243/19) İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X7 İstismarı İ darəsinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilərək “Azəriqaz” İB X7 İstismarı İdarəsi üzrə verilmiş 10-k saylı 23.01.2019-cu il tarixli əmrin etibarsız hesab edilməsi, İddiaçı “Azəriqaz” İB X7 İstismarı İdarəsinə təmirçi çilingər vəzifəsinə bərpa olunması, İddiaçı 23 yanvar 2019-cu il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “Azəriqaz” İB X7 İstismarı İdarəsi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov-sədrlik edən və məruzəçi, T.Kərimov və F.Abbasov, iş №2(106)-2629/19) apelyasiya şikayəti təmin olunaraq Lənkəran Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmaqla İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsi üzrə verilmiş 10-k saylı 23.01.2019-cu il tarixli əmrin etibarsız hesab edilərək 23 yanvar 2019-cu il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsinə təmirçi çilingər vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili V.Kazımov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili O.Hüseynov isə kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, və killərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 oktyabr 2019-cu il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı “Azəriqaz” İB-nin X7 İstismarı İdarəsi üzrə verilmiş 10-k saylı 23.01.2019-cu il tarixli əmrə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edilmişdir. İddiaçı əmək kitabçasını 01.02.2019-cu il tarixdə almış və 11.03.2019-cu il tarixdə, yəni bir aydan sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi “Azəriqaz” İB-nin X7 İstismarı İdar əsi üzrə verilmiş 10-k saylı 23.01.2019-cu il tarixli əmrin etibarsız hesab edilməsi və 23 yanvar 2019-cu il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə həmin idarəyə təmirçi çilingər vəzifəsinə bərpa olunması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmiş və gəldiyi nəticəni əmək müqaviləsi bağlanarkən cavabdeh tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl olunmaması ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə «Azəriqaz» İB X7 İstismarı İdarəsi arasında 19.01.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti bir il, yəni 19.01.2016-cı il tarixədək müəyyən edilmiş və müqavilə müddətinin bitm əsi səbəbi ilə 23.01.2019-cu il tarixli əmrlə əmək müqaviləsi ləğv olunmuşdur. Müqavilənin ləğvi qanunun tələblərinə tam uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 14.02.2011-ci il tarixdən ARDNH-nin «Azəriqaz» İB-nin X8 Sahəsinin TTX-nə 4-cü dərəcəli təmirçi çilingər işinə qəbul edilmiş, 19.01.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmiş, 21.01.2015-ci il tarixdən ARDNH-nin «Azəriqaz» İB-nin X7 İstismarı İ darəsinin Masallı rayonu üzrə Təmir-bərpa xidmətinə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. 23.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən verilmiş Sertifikata əsasən İddiaçı 08.06.2016-cı il tarixdən 21.07.2016-cı il tarixədək Kadr hazırlığının Təşkili mərkəzində 5ci dərəcə təmirçi çilingər ixtisasartırma kursunu bitirmişdir. İş materiallarında olan 241 saylı əmək müqaviləsinin surətindən görünür ki, «Azəriqaz» İB-nin X7 İstismarı İdarəsinin rəisi X3 ilə İddiaçı arasında əmək müqaviləsi imzalanmış, əmək müqaviləsi 19 yanvar 2015-cı il tarixindən 19 yanvar 2016-cı il t arixinədək 1 il müddətinə bağlanmışdır. Bildirişdən görünür ki, «Azəriqaz» İB-nin X7 İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov tərəfindən İddiaçı bildirilmişdir ki, onunla bağlanmış 19.01.2015-ci il tarixli, 241 nömrəli əmək müqaviləsinə 23.01.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin «Əmək kitabçası və onun içliyinin hərəkətinin uçotu» kitiabından çıxarışdan görünür ki, İddiaçı əmək kitabçasını 01.02.2019cu il tarixdə almışdır. Müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsi 21.01.2015-ci il tarixdən bağlanmış, 23.01.2019-cu il tarixədək tərəflər arasında əmək münasibətləri davam etmişdir. Cavabdeh iddiaçı ilə əmək münasibətlərinin davam et dirmək istəmədiyinə görə tərəflərin iradə ifadəsi ilə şərtlərin müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçıya bildiriş göndərmişdir. Əmək münasibətləri daimi xarakter daşısa da, tərəflərin iradələri ilə şərtləri müəyyən edilmiş əmək müqaviləsinin müddətli olması müəyyən edilmişdir. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının icra etdiyi xidmət daimi xarakterlidir. Lakin cavabdeh onunla müddətli əmək müqaviləsi bağlamaqla həmin Əmək M əcəlləsinin 45.4-cü maddəsinin tələblərini pozmamışdır. Belə ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsində istisna kimi həmin Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yəni, əslində iddiaçının icra etdiyi xidmət daimi xarakterli olsa da, iddiaçı özü cavabdehlə qarşılıqlı razılığa gələrək daimi xarakterli işi hansısa müddətə icra etməyə razılıq vermişdir. İddiaçının müddətli əmək müqaviləsini imzalaması və bu müddət ərzində iddiaçı tərəfindən heç bir şikayətin olmaması onu göstərir ki, tərəflər müddətli əmək müqaviləsini bağlayarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsaslanmaqla, xüsusi qanunvericiliyin tələblərini pozmamışlar. Odur ki, cavabdeh haqlı olaraq əmək müqaviləsinin müddətinin bitməsi əsasına görə iddiaçını işdən azad etmişdir. Göründüyü kimi, müddətli əmək müqaviləsi üzrə əmək münasibətlərinin dayandırılma əsaslarından birini də, əmək müqaviləsinin müddətinin bitməsindən sonra bir həftə ərzində tərəflərin birinin digərinə əmək münasibətinin davam etdirilməməsinə dair bildiriş göndərilməsini tələb edir. Əks halda əmək münasibətləri əmək müqaviləsi ilə müəyyən edilmiş müddətdə uzadılmış hesab edilir. Cavabdeh tərəf də müqavilə müddəti başa çatan kimi iddiaçıya əmək münasibətlərinin davam etdirilməməsinə dair bildiriş göndərmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi qanunverici liyin tələblərinə riayət edilməklə realizə edildiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisələndirilən əmək müqaviləsi üzrə iş daimi xarakter daşısa da, əmək müqaviləsi şərtləri tərəflərin iradə ifadələri ilə müəyyən edilir. Hazırkı müqavilə də tərəflərin iradə ifadələri ilə müddətli müqavilə kimi bağlanmışdır. Həmçinin müqavilə bağlanan müddətdən 5 (beş) ildən artıq müddət keçməmişdir. Bu isə işin daimi xarakter daşımasına görə birinci instansiya məhkəməsinin əmrin etibarsız hesab edilməli olması barədə gəldiyi nəticənin əsassız olmasını ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflə rdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliy inin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvən liliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 01 oktyabr 2019-cu il tarixli, 2(106)-2629/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1031/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1031/2020
18.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver