Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1031/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5738/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsi ilə İddiaçı arasında xx.xx.2021ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə aylıq əmək haqqı 608 manat olmaqla, müqavilə xx.xx.2022-ci il tarixədək bağlanmışdır.
2. Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2021ci il tarixli, 48 nömrəli əmri ilə öz vəzifə funksiyaları üzrə təlimatda nəzərdə tutulan vəzifələrini lazımi qaydada yerinə yetirmədiyinə, vəzifəsinə səhlənkar yanaşaraq səbəbsiz yerə işə gəlməyərək əmək funksiyalarını pozduğuna görə İddiaçı “töhmət ” verilmişdir.
3. Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022ci il tarixli, 02 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyalarını pozduğuna görə İddiaçı son xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir.
4. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin xx.xx.2022-ci il tarixli, 188 nömrəli məktubuna əsasən Komitə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir.
5. Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/k nömrəli əmri ilə İddiaçı heç bir səbəb olmadan bütün iş günü işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
7. Mübahisə əmrin qanuniliyi barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli işdən azad edilmə barədə əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti görə orta əmək haqqının ödənilməsi, mediasiya, poçt və hüquqi yardım üçün ödədiyi 166 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı xx.xx.2018-ci ildə Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin Müştəri xidmətləri şöbəsinə 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə götürülmüş dür. Daha sonra, iddiaçının cavabdehlə bağlanmış əvvəlki əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir. Belə ki, iddiaçı struktur dəyişiklikləri səbəbi ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin Nəzarət ölçü cihazları İdarəsi Fakturalamanın icrası şöbəsi Xəzər rayon Sukanal idarəsi üzrə fakturalama qrupuna 5-ci dərəcəli su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir, belə ki, iddiaçı struktur dəyişiklikləri səbəbindən xx.xx.2021-ci il tarixdən Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə işin təşkili şöbəsinin Fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə g ötürülmüşdür. Sözügedən vəzifə üzrə iddiaçının aylıq əmək haqqı bütün vergilər və digər ödəmələr daxil olmaqla 608 təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır.
8. İddiaçı bununla razılaşmır və işəgötürənin onu sözügedən əsasla işdən çıxarmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı işlədiyi dövrdə davamlı olaraq həftənin bazar günləri və iş saatlarından artıq saatlarda işə çıxmağa məcbur edilmişdir. Halbuki müəssisə ilə bağladığı əmək müqaviləsinə əsasən işçinin gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləməsi müəyyən edilmişdir. Eyni zamanda iş saatlarından artıq, həftənin bazar günləri işə cəlb olunmağa görə onların əmək haqqı ödənilməmiş dir.
9. İddiaçı iş yoldaşları ilə yaranmış vəziyyətə etiraz etməyi və iş saatlarından artıq işləməyin müqabilində əmək haqlarına əlavə edilməsini tələb etməyi qərara almışlar. Məsələni rəhbərliyə bildirmək məqamı yaxınlaşdığı zaman digər işçilər geri çəkilmiş, iddiaçı sanki “meydanda tək qalmışdır”. Belə olan halda müəssisə rəhbərliyi tərəfindən işçiyə mənfi münasibət bəslənmiş, iddiaçı davamlı olan təzyiqə məruz qalmış, iş zamanı yol verilmiş ən kiçik qüsurlara görə məzəmmət edilmiş və “səni maddə ilə işdən qovacağıq, əmək kitabçanı korlayacağıq” deyə təhdidlərə məruz qalmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə səhər işə gələrkən cəmi iki dəqiqə gecikməyə görə “əmək funksiyasını kobud şəkildə pozduğuna görə” barəsində töhmət intizam tənbehi tətbiq olunmuş və sözügedən əmrdə onun xx.xx. 2021-ci il tarixdə bütün günü işə gəlməməsi qeyd olunmuşdur, halbuki iddiaçı izahat yazıb işə 2(iki) dəqiqə gecikməyini bildirmiş və üzr istəmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə səhər işə gələrkən iddiaçının avtomobili yolda xarab olmuş, hərəkətə davam edə bilmədiyi üçün avtomobili təcili təmirə aparmalı olmuş və iş yeri ilə əlaqə saxlayaraq bu barədə məlumat vermiş, daha sonra bu barədə izahat da yazmışdır. Lakin işəgötürən onun həmin tarixdə işə gəlməməsini “heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmək” kimi dəyərləndirmiş və onun səbəbsiz işə gəlməməsinin idarənin daxili nizam-intizam qaydalarının və əmək funksiyalarının pozuntusu kimi tövsif edərək barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq olunmuşdur. Bundan sonra, yuxarıda qeyd edildiyi k imi “əmək vəzifələrini kobud surətdə pozması” əsası ilə iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır.
10. İddiaçı işlədiyi dövrdə heç vaxt ciddi pozuntulara yol verməmiş, iş yoldaşları ilə münaqişədə olmamış, hər zaman əmək funksiyalarını yüksək səviyyədə icra etmişdir. İş yerində daim nizam-intizamlı işçi olaraq tanınmış, heç bir zərərli vərdişi olmayan bir şəxsdir. Elə vaxtlar olub ki, iddiaçı işə gəlməyib icazə alıb və icazə veriblər. Çünki iddiaçı ali təhsil alır və müəyyən vaxtlarda dərsdə olur.
11. İddiaçının işdən çıxarılması barədə əmrdə heç bir əsaslandrıma yoxdur. Halbuki Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.
12. Həmçinin Əmək Məcəlləsini n 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı işlədiyi müddətdə heç vaxt işin, istehsalın ahənginin pozulmasına, digər işçilərin hüquqlarının kobud pozulmasına yol verəcək hərəkətə yol verməyib.
13. İddiaçı tələbinin əsası kimi Əmək Məcəlləsinin 70, 71 və 300-cü maddələrinə istinad e tmişdir.
14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və Xəzər rayon Sukanal İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
15. Cavabddeh iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - nəzarətçilər abonentlərə bildiriş paylayırlar. Nəzarətçilərdə terminallar olur. İşçi işə çıxdığı təqdirdə terminallarda qeydiyyat aparılır ki, hansı mənzillərdə olub, hansı mənzillərə bildiriş təqdim edib. İşçi işə çıxmadığı təqdirdə isə qarşısında sıfır göstərilir. Həmin terminalları onların sistemi qeydiyyata alır. İşçi işdədirsə, onlar onu artıq bilir, onu GPS-lə izləyirlər; - iddiaçı əvvəl onların idarəsində işləmişdir. 2021-ci ilin dekabrında yenidən Xəzər Rayon Su Kanal idarəsində işçi kimi işə götürülü b. İddiaçı yanvar ayında iş buraxmalar etmiş, işə gəlməmişdir. Bununla bağlı izahat tələb etmişlər. İddiaçı izahatında bildirmişdir ki, universitetdə oxuyur, 2-ci və 5-ci gün ona güzəşt etsinlər. Onlar bunun mümkün olmadığını, təhsildən bir sənəd gətirib, ya oxumalı, ya da işləməli olduğunu, iki variantdan birini seçməli olduğunu bildirmişlər. Bundan sonra iddiaçı yenidən işə gəlməmişdir. Yanvar ayında iki dəfə işə gəlmədiyinə görə izahatı alınmış və iddiaçıya töhmət verilmişdir. Onlar bir dəyişiklik olacağını gözləmiş lakin olmamışdır; - həmkarlar komitəsinə müraciət etmişlər. Həmkarlar Komitəsi məktuba cavab vermişdir ki, iddiaçı heç bir səbəb olmadan üzrsüz səbəbdən işə gəlməmişdir. Bununla bağlı iddiaçı həmin proses gedən vaxt əmək müfəttişliyinə şikayət verib. Onları araşdırmağa baş layıblar. 6-cı gün iş günləridir, terminallar işçilərdə olur. Terminallar idarə tərəfindən təqdim olunur. Həmin terminallarla bildiriş verirlər. İşçinin öz adına terminalı olur və həmin terminal heç kimə verilmir. Həmin vaxt işçi işə çıxmır; - o, idarənin hüquqşünası olaraq, aşağı düşmüş, iddiaçıya gecikdiyi üçün izahat yazmağını bildirmiş, iddiaçı isə gələcəyini bildirib çıxıb getmişdir. Həmin vaxt otaqlarına düşmüşdür. İddiaçı çıxıb qayıtdıqdan sonra da izahat yazmamışdır; - Əmək Müfəttişliyi araşdırma aparmış, onların qanuna müvafiq iş gördüyünü şkar etmişlər; - Cavabdeh Əmək Məcəlləsinin tələblərini pozmamışdır. Onlar iddiaçının yaşının azlığını başa düşürlər. İddiaçıya öz xahişi ilə çıxması üçün şərait yaratmışlar; - işçi işəgötürənlə bağladığı müqavilədəki öhdəliyini icra etməlidir. İddiaçı öhdəliklərini kobud şəkildə pozduğu üçün, müvafiq qərar çıxarmışlar. Cavabdeh kobud pozuntuya yol verməmişdir. Əmək Məcəlləsi nəyi tələb edir, cavabdeh ona əməl etmişdir; - mart ayı ərəfələrində iddiaçı işə gəlmirdi, artıq onun terminalı da alınmışdı. Həmin dövrlərdə rəhbərlik də işləməyə qoymurdu. Həmin vaxt müraciət olunmuşdu və həmkarlardan məktub gəlmişdi ki, iddiaçı öz xahişi ilə çıxsın maddə ilə çıxarmayaq. Sonradan necə oldusa, iddiaçı ərizə yazmaqdan imtina etdi, bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməyə məcbur olmuşlar; - vətəndaşların hələ də iddiaçıya zəng etməsi isə normal haldır. Çünki üç mindən artıq abonentlə ünsiyyətdə olmuşdur və bir neçə il işləmişdir. Qəbzlərdə iddiaçının adının keçməsi isə ola bilər ki, terminalda yenilənmə g etməmişdir. Burada heç bir problem yoxdur; - məsələ işçinin işə beş on dəqiqə gecikməsi deyil. Uzun müddət işə gəlməməsidir. Şöbə rəisindən işiçinin harada olması soruşulduqda xəbəri olmamasını bildirir. İşçi əgər şöbə rəisinin onunla qərəzli olduğunu görürdüsə, onların şöbəsinə yaxınlaşardı. Qərəzli olaraq onların idarə rəhbəri imkan verməz ki, hansısa qrup rəhbərinin, şöbə rəisinin işçi xoşuna gəlmirsə, həmin işçi işdən azad olunsun; - işçinin hərəkətlərinin müəssisəyə ziyan vurması ilə bağlı bildirir ki, onlar kommunal müəssisədir. Onlarda bir işçi işə çıxmayanda oxunma sayı geriyə qalır, itki sayı artır. Hər ay abonentlərə gecikmədən bildiriş təqdim edilməlidir. Bir işçi yubanma etdikdə abonentlərə bildiriş getmir. Cavabdehin də ümumi sayğacda itki faizi artır. Həm cavabdehin satışı ge ri düşür, həm də vətəndaşlar bildiriş vaxtında təqdim edilmədiyi üçün onların haqlı iradına səbəb olur: - işçinin hərəkətlərinin müəssisəyə hansı ziyanın vurmasının əmrdə əsaslandırılmaması barədə heç nə deyə bilmir, çünki əmri kadrlar tərtib edir. Əmək müfəttişliyi və rəhbərlik tərəfindən bu məsələ tam yoxlanıb ki, qanunamüvafiqdir; - nəzarətçinin normadan artıq abonentə nəzarət etməsi hər dəfə ola bilməz, ola bilsin ki, hansısa vaxt kimsə xəstə və ya məzuniyyətdə olduğundan iddiaçı həmin adamı müvəqqəti əvəz etmişdir.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2580/2022 nömrəli iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Günay Axundova)
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqav iləsinə xitam verilməsi ilə bağlı əmrdə yalnız işçinin üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi qeyd edilmiş, lakin işçinin işin ahəngini nədə pozması və onun hərəkətləri nəticəsində işəgötürənə nə kimi ziyan dəydiyi əsaslandırılmamışdır.
18. İşəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmişdir. Belə ki, Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 188 saylı, 11 mart 2022-ci il tarixli məktubunda işəgötürən tərəfindən göndərilmiş 10 mart 2022-ci il tarixli məktuba baxılaraq iddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz etmədikləri qeyd olunmuşdur. Məktubdan müəyyən olunduğu kimi, 10 martda işəgötürən Həmkarlar İtti faqı Respublika Komitəsinə məktubla müraciət etmiş, 1 gün sonra, yəni 11 martda da Həmkarlar İttifaqı Respublika Komitəsi etiraz etmədiyini məktubla bildirmişdir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin iclas keçirməsi, iclasa iddiaçının dəvət olunması barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Habelə, göründüyü kimi Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsi əsaslandırılmış qərar qəbul etməmişdir. Əmrdə də ancaq Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 11 mart 2022-ci il tarixli məktubuna istinad olunur.
19. Birinci instansiya məhkəməsi göstərib ki, 2 mart 2022-ci il tarixdə Əfəndiyev Sabir tərəfindən xidməti məlumat verilərək iddiaçının 2 martda üzrsüz səbəb göstərmədən işə gəlmədiyi və onunla əlaqə saxlamağın mümkün olmadığı qeyd olunmuşdur. Həmin tarixdə Hüseynli Emin, Nümayəndə2, Əfəndiyev Sabir tərəfindən eyni məzmunlu akt da tərtib olunmuşdur. 10 mart 2022-ci il tarixdə Əfəndiyev Sabir tərəfindən xidməti məlumat verilərək iddiaçının 10 martda üzrsüz səbəb göstərmədən işə gəlmədiyi və onunla əlaqə saxlamağın mümkün olmadığı qeyd olunmuşdur. Həmin tarixdə Hüseynli Emin, Nümayəndə2, Əfəndiyev Sabir tərəfindən eyni məzmunlu akt da tərtib olunmuşdur. Lakin eyni tarixli, qeyd olunan şəxslər tərəfindən imzalanmış digər akta əsasən isə Sabir Əfəndiyevin iddiaçı ilə əlaqə saxladığı və sonuncunun izahat yazmaqdan imtina etdiyi qeyd olunmuşdur. Göründüyü kimi bir aktda qeyd olunur ki, əlaqə saxlamaq mümkün olmamış, digər aktda isə əlaqə saxlanıldığı və işçinin izahat verməkdən imtina etməsi qeyd olunur. Belə olan halda iddiaçıdan 2 v ə 10 mart tarixlərində işə gəlməməsi ilə bağlı izahat alınması və yaxud iddiaçının izahat verməkdən imtina etməsi təsdiq olunmur.
20. Bundan əlavə, cavabdehin nümayəndəsinin “mart ayı ərəfələrində işçi işə gəlmirdi, artıq onun terminalı da alınmışdı. Həmin dövrlərdə rəhbərlik də işləməyə qoymurdu” izahatına istinadən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mart ayında işçinin terminalı əlindən alınmışdısa və rəhbərlik onu işləməyə qoymurdusa, işçinin əlindən alınmış terminal oxumasının işçinin işə gəlməməsinin sübutu olaraq məhkəməyə təqdim edilməsi, 2 və 10 mart tarixlərində işçinin üzrsüz səbəbdən işə gəlməməsilə bağlı aktlar tərtib edilməsi əsassızdır.
21. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə onu imzalayan işəg ötürənin atasının adı göstərilməmiş, habelə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan müəssisə həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməmişdir.
22. Birinci instansiya məhkəməsi iddianın təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, hüquqi yardım üçün ödənilmiş 110 manat, mediasiya xərcinin əvəzi olaraq 56 manat, olmaqla cəmi 166 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını, həmçinin 56 manat məbləğində mediasiya ödənişini nəzərə alaraq qeyd etmişdir ki, ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 44 manat məbləğində pul dövlət nəfinə cavabdehdən tutulmalıdır.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 11, 70, 71, 80, 84, 186, 187, 300-cü maddələrinin müvafiq hissə və bəndləri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti belə əsaslandırılıb: - iş materiallarından göründüyü kimi iddiaçı müəyyən vaxtlarda işə gəlməmiş və bu barədə ərizə vermişdir. İddiaçının əmək müqaviləsi üzrə vəzifəsi su təsərrüfatında nəzarətçi olmuşdur. Onun vəzifə funksiyası vətəndaşlara göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsini təmin etməkdən ibarət olmuşdur ki, bu xidmət davamlı olaraq işçi tərəfindən həyat keçirilməlidir. İşçi ilə bağlanılmış əmək müqaviləsinin şərtlərində də əlavə heç bi r razılaşma tətbiq edilməmiş, əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tam iş həftəsi müəyyən edilməklə bağlanmışdır. Odur ki, iddiaçı həftəlik və günülük iş normasının tələbələrini kobud şəkildə pozmuşdur. Məhkəmə isə bu xüsusata yekun qərar qəbul edərkən qiymət verməmişdir; - “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Qanunun tələbindən göründüyü kimi həmkarlar ittifaqları müstəqil təşkilatdır və onun fəaliyyətinə müdaxilə etmək qadağandır. Odur ki, yığıncaqların təşkili, keçirilməsi və iclasda iştirak edəcək şəxslərin dairəsinin müəyyən edilməsi həmkarlar ittifaqının səlahiyyətlərinə aiddir. Bu fəaliyyətə cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən müdaxilə edilə bilməz. Məhkəmənin bununla bağlı gəldiyi nəticə əsassız və qanunsuzdur. İş materiallarından da görünür ki, işəgötürən əmək qanunvericiliyin tələb olunan normalarına yəni, qabaqcadan xəbərdar etmə, həmkarlar komitəsi ilə razılaşma, son haqq hesabın verilməsi s. əməl etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5738/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elnur Həsənov)
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün ola n qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
28. Belə ki, iş materiallarına əsasən işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmişdir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 188 saylı, 11 mart 2022-ci il tarixli məktubundan görünür ki, işəgötürən tərəfindən göndərilmiş 10 mart 2022-ci il tarixli məktuba baxaraq iddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin iclas keçirməsi, iclasa iddiaçının dəvət olunması barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Habelə, Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsi əsaslandı rılmış qərar qəbul etməmişdir. Əmrdə də ancaq Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 11 mart 2022-ci il tarixli məktubuna istinad olunur.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əmrdə onu imzalayan işəgötürənin atasının adının göstərilməməsini formal pozuntu kimi qəbul etsə də, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan müəssisə həmkarlar ittifaqı təşkilatının qərarının əmrin məzmununa daxil edilməməsini Əmək Məcəlləsinin tələblərini pozulması kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (vəkil Bağır-zadə Nofəl İsax oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini və ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutul masına dair qərar qəbul çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılıb: - Əmək Məcəlləsinin normalarının tələbindən də göründüyü kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının vicdanla yerinə yetirilməsi işçinin vəzifəsidir. Lakin işçi tərəfindən əmək funksiyaları vicdanla yerinə yetirlməmiş, dəfələrlə bütün iş günü ərzində işə gəlməmişdir; - Məhkəmə yekun qərar qəbul edərkən sübutlara qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Digər tərəfdən iddiaçının vəzifə funksiyası vətəndaşlara göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsini təmin etməkdən ibarət olmuşdur ki, bu xidmət davamlı olaraq işçi tərəfindən həyat keçirilməlidir. İşçi ilə bağlanılmış əmək müqaviləsinin şərtlərində də əlavə heç bir razılaşma tətbiq edilməmi ş, əmək müqaviləsi əmək məcəlləsinin tələblərinə uyğun olaraq tam iş həftəsi müəyyən edilməklə bağlanılmışdır. Odur ki, iddiaçı həftəlik və günülük iş normasının tələbələrini də kobud şəkildə pozmuşdur. Məhkəmə isə qətnamə qəbul edərkən bu xüsusatlara hüquqi qiymət verməmişdir; - “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən həmkarla r ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Qanunun tələbindən göründüyü kimi həmkarlar ittifaqları müstəqil təşkilatdır və onun fəaliyyətinə müdaxilə etmək qadağandır. Odur ki, yığıncaqların təşkili, keçirilməsi və iclasda iştirak edəcək şəxslərin dairəsinin müəyyən edilməsi həmkarlar ittifaqının səlahiyyətlərinə aiddir. Bu fəaliyyətə cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən müdaxilə edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı kassas iya şikayətinə qarşı etiraz vermişdir. Etirazda göstərilib ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddə sinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Mə cəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmi n edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
38. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir.
39. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
40. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan da görünür ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar təşkilatının razılıq məktubuna istinad etsə də, həmkarlar təşkilatının bu barədə əsaslandırılmış qərarına istinad etməmişdir.
41. Halbuki Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı t əqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
42. Göründüyü kimi qanunvericiliyin tələbinə görə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilərkən, həmkarlar ittifaqı təşkilatının razılıq məktubuna deyil, əsaslandırılmış yazılı qərarına istinad edilməlidir.
43. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının razılıq verməsinə dair əsaslandırılmış qərarla xitam verilməsini işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməmiş, bu barədə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarını məhkəmələrə təqdim etməmişdir.
44. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından iddianın təmin edilməsinə əsas olmuşdur. Bu baxımdan, işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
45. Məhkəmə kollegiyası “Həmkarlar ittifaqları haqqında” Qanunun tələblərinə əsasən həmkarlar ittifaqlarının fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxilənin qadağan edilməsi və bu səbəbdən yığıncaqların təşkili, keçirilməsi və iclasda iştirak edəcək şəxslərin dairəsinin müəyyən edilməsi həmkarlar ittifaqının səlahiyyətlərinə aid olduğundan, qərarların qəbul edilməsinin həmkarlar ittifaqlarının səlahiyyətinə aid olması barədə cavabdehin kassasiya şikayətinin dəlillərini qəbul etmir.
46. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun həmkarla r ittifaqlarının statusu, fəaliyyət dairəsi, müstəqilliyi və s.-lə bağlı məsələləri nizama salması Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan qaydanın tətbiqini istisna etmir. Əksinə, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulur ki, həmkarlar ittifaqı təşkilatı işəgötürənin təqdimatı daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunda nəzərdə tutulmuş bu hal işçinin hüquqlarının müdafiəsi ilə bağlı həmkarlar təşkilatının üzərinə qoyulan vəzifədir və bu vəzifənin yerinə yetirilməsi, eləcə də işəgötürənin həmkarlar təşkilatının əsaslandırılmış qərarı ilə işçinin əmək müqaviləsinə xitam verməli olması həmkarlar təşkilatının müstəqilliyi ilə ziddiyyət təşkjil etmir.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5738/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.