Məhkəmə qərarları › İş №2(102)-1032/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1032/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1032/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****2/21 (Açar sözlər: mənzildən çıxarılma) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Misirxan qızı, Cavabdeh4, X2, X3, Cavabdeh7 və X5 Bakı şəhəri, XXXXXXXXXXXXXXX saylı evdən çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli xx/xxxxx reyestr nömrəsi ilə icra qeydi aparılmış xx.xx.2019-cu il tarixli onunla Cavabdeh2, Cavabdeh7, Cavabdeh3 və X6 arasında rəsm iləşdirilmiş xx-xxxx reyest nömrəli ipoteka müqaviləsi Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd olunan İcra Qeydinə əsasən, ünvan1 ünvanında qeydiyyatda olan onun xeyrinə ünvan2 qeydiyyatda olan X1 xx.xx.2018-ci il tarixədək vaxtında ödənilməmiş 80.000 ABŞ dolları, bugünki ekvivalent manatla kurs üzrə 136.000 manat borc məbləğinə dair tutma ipoteka saxlayan onun tələbi ilə paylı mülkiyyət üzrə ipoteka qoyanlara məxsus ipoteka predmeti olan ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X4 paylı mülkiyyət üzrə 4/1 hissə, Cavabdeh2 paylı mülkiyyət üzrə 4/1 hissə, Cavabdeh7 paylı mülkiyyət üzrə 4/1 hissə, Cavabdeh3 paylı mülkiyyət üzrə 4/1 hissə verilmiş *******-**** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan4 ünvanında yerləşən ümumi sahəsi 233.5 kv/m olan fərdi yaşayış evindən ibarət əmlaka tutma yönəldilməsi göstərilmişdir. İcra qeydinin icrasını təmin etmək məqsədilə icra məmuru xx.xx.2019-cu il tarixdə xxxxx nömrəli sifarişlə “xxxx” MMC-nə ünvan5 ünvanında yerləşən ümumi sahəsi 233.5 kv/m olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və müvafiq tədbirlərinin görülməsi üçün müraciət etmişdir. Hərracda ipoteka saxlayan olaraq o, iştirak edərək “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə yəni 127 500 manata əldə etməyə razılıq vermiş və Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC 65/01 nömrəli xx.xx.2019 cu il tarixli hərracın yekunları barədə protokola əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 233.5 kv/m olan fərdi yaşayış evini əldə etmiş və lazımi sənədlər tərtib edilmişdir. Bundan sonra o, AR X10 Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinə ünvan4 ünvanında yerləşən ümumi sahəsi 233.5 kv/m olan fərdi yaşayış evinin özü tərəfindən əldə olunması ilə bağlı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC xxxx1 nömrəli xx.xx.2019 cu il tarixli hərracın yekunları barədə protokola əsaslanaraq müraciət etmiş və *********** reyestr nömrəli, xx.xx.2020- ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla həmin mənzil üzərində mülkiyyət hüququ almışdır. O, mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair çıxarış əldə etməsinə baxmayaraq iş üzrə cavabdehlər onun mülkiyyətində olan mənzildən çıxmaqdan və mənzili boşaltmaqdan imti na edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan evdən istifadə edə bilmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(004)-*****/2020 nömrəli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh7 və X5 Bakı şəhəri, XXXXXXXXXXXXX mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ipoteka predmetinə tutma yönəldildiyindən, İddiaçı adına mülkiyyət hüququna dair çıxarış verildiyindən, tələb neqator tələb olduğundan, çıxarışa əsasən daşınmaz əmlakda heç bir yüklülük olmadığından iddia təmin olunmalı, cavabdehlər mənzildən çıxarılmalı və daş ınmaz əmlak boşaldılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-****/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmetinə tutma yönəldildiyindən, sözügedən yaşayış sahəsi İddiaçı mülkiyyət hüququ ilə məxsus olduğundan, çıxarışa əsasən daşınmaz əmlakda heç bir yüklülük olmadığından cavabdehlərin mənzildən çıxarılması və daşınmaz əmlakın boşaldılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdeh1 qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil1) kasasiya şikayəti verərə k apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlillərinə, həmçinin işin faktiki hallarına tam, obyektiv və hərtərəfli qiymət verməmiş, həmçinin sübutetmə prinsiplərini pozmuşdur. Belə ki, işə baxan apelyasiya məhkəməsi cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətində göstərilən halları araşdırmamış və bununla bağlı hər hansı hüquqi mövqeyini sərgiləməmişdir. Apelyasiya şikayətindən məlum olur ki, cavabdehlərin əksəriyyəti mübahisəli evin ipoteka ilə yüklü edilməsindən mahiyyət etibarilə xəbərsiz olmuşlar. Həmçinin onlar yaşadıqları evin hansı məbləğdə qiymətləndiri lməsindən və onların bu qiymətdən razılıq ifadələrini verməsindən xəbərsiz olmuşlar. Eyni zamanda iş üzrə Cavabdeh3 Misirxan qızı evin ipotekaya qoyulmasından xəbərsiz olması arqumenti də apelyasiya şikayətində öz əksini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırarkən cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına malik olmalarını nəzərə almamışdır. Bununla da məhkəmə cavabdehlərin istifadə hüquqlarını məhdudlaşdırmış və Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə əməl etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 nümayəndəsi və vəkili Və kil1, və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1 və 29.2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Mə cəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhk əmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasən işin faktiki hallarının araşdırılmaması ilə bağlı olmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinin tələbinə uyğun olaraq bu hal kasasiya araşdırmasının predmetini təşkil edə bilməz. Kasasiya şikayətinin digər dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, cavabdehlər notarial qaydada təsdiq edilmiş ərizələri ilə ipoteka predmeti ol an mübahisəli mənzilin ipotekaya qoymasına razılıq vermişlər və ipoteka predmetinə tutma yönəldikdə mənzili könüllü tərk edəcəklərini öhdələrinə götürmüşlər. Hazırki halda da iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmaqla, apelyasiya kollegiyası mübahisəyə mülkiyyət hüququnun qorunması ilə əlaqədar maddi hüquq normalarını tətbiq etmişdir ki, burada da hər hansı normanın pozuntusundan söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar