Məhkəmə qərarları › İş №2(102)-1032/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1032/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1032/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, özbaşına tikilinin alqı-satqısı, maddi hüququ normasının düzgün tətbiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X6 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il i tarixli, 2(103)6871/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən ev özbaşına tikili olmaqla, Cavabdeh sahibliyində və istifadəsində olmuş və sonuncu 48000 manat məbləğində həmin evi İddiaçı və onun bacısı X1 istifadəsinə vermişdir.

2. İddiaçı qeyd olunan fərdi yaşayış evinin bacısı X4 tərəfindən zəbt olunmasını iddia edərək, sonuncunun çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.

3. Bundan başqa, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqinin 22 iyul 2021ci il tarixli qərarı ilə İddiaçı bacısı X2 qarşı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən evin alınması üçün Cavabdeh ödədiyi 48000 manat, iddia ərizəsi üçün ödədiyi 234 manat və hüquqlarının məhkəmədə təmsil edilməsi ilə bağlı vəkilə ödədiyi 150 manat, ümumilikdə 48384 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin oktyabr ayında iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 20A plana düşərək dövlət tərəfindən alındığına görə, həm in ev üçün ona 112840 manat pul ödənilmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən evi alaraq, 48000 manat pulu üç dəfə olmaq şərti ilə evin sahibi olan cavabdehə vermişdir. Həmin evi X8 və sonuncu ilə qeyri-rəsmi nikahda yaşayan X7 vasitəsilə cavabdehdən almışdır. Cavabdeh iddiaçıya bildirmişdir ki, həmin evin tikinti sahəsi altındakı torpaq sahəsinə dair bələdiyyə sənədini onun adına sənədləşdirəcəkdir. Evin pulunu ödəyib qurtardıqdan və evə köçdükdə, bacısı da onunla qalmağını xahiş etmiş, o, da icazə vermişdir. Lakin bacısı bir müddət qaldıqdan sonra iddiaçının evindən çıxarmışdır. Bundan sonra, onun evə köçürülməyi ilə bağlı məhkəmədə iddia qaldırsa da, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə belə bir hüququn un olmamasını qeyd edərək iddianı təmin etməmişdir. X3 qarşı dələduzluq əməlləri etməsi ilə bağlı iddiaçı Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də, 3 ilə yaxın araşdırılma aparılmış və 22 iyul 2021-ci il tarixli qərarla hazırki məsələnin mülki xarakterli olması səbəbi ilə cinayət tərkibinin olmadığı və məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsində yerləşən ev üçün ödədiyi 48000 manat pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Belə ki, o, uzun müddətdir ki, həmin ev üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdeh ona həmin evi satan zaman bildirmişdir ki, evin tikinti sahəsi altındakı torpağın bələdiyyə sənədləri var və onları onun adına keçirəcəkdir. Lakin, evi satdıqdan sonra yalnız elektrik və qaz say ğaclarına dair müvafiq sənədləşməni onun adına etmişdir. Bundan sonra iddiaçı dəfələrlə ona evə dair mülkiyyət hüququnu əldə etmək üçün sənədləri onun adına keçirməyi bildirsə də, onunla nə görüşə bilmiş, nə də ki, tapa bilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)3580/2022 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1095, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, cavabdeh özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikilini satmaq adı ilə iddiaçıdan 48000 manat məbləğində pulu heç bir hüquqi əsas olmadan alaraq, iddiaçının hesabına varlanmışdır. Belə ki, daşınmaz əmlakın alqı satqısı müqaviləsi şifahi deyil, yalnız sözügedən daşınmaz əmlak cavabdehin mülkiyyətində olduğu təqdirdə notariat ofisində bağlanmalı idi. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, alınması adı ilə pul ödənilən daşınmaz əmlak dövlət qeydiyyatından keçməyən özbaşına tikili olduğundan, alqı-satqı müqaviləsinin predmeti olması qanunvericiliyin tələblərini uyğun deyildir. Beləliklə, İddiaçı Cavabdeh pulu geri tələb etmək hüququ yaranmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehdən həmin pul məbləğini sonuncunun varlandığını bildiyi vaxtdan 2 il müddətində geri tələb etmək hüquq vardır. İddiaçı isə cavabdehin onun hesabına varlandığını bildiyi vaxtdan yalnız 5 ilə yaxın müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir.

9. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia m üddəti ötürülmüşdür. Belə ki, Cavabdeh əsassız olaraq əldə etdiyi 48000 manat məbləğində pulu iddiaçıya geri qaytarmalı olsa da, iddiaçı əsassız varlanan şəxsə 2019-cu ilin oktyabr ayınadək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, iddiaçı öz hüququnun ona məlum olduğu vaxtdan 2 il ərzində cavabdehə qarşı heç bir tələb irəli sürməmişdir.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, əsassız varlanma müddətin keçməsi əsası ilə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)-3580/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-6871/2022 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovun və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)3580/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Cavabdeh 48000 manat pulun, iddia ərizəsi üçün ödədiyi 234 manatın və hüquqlarının məhkəmədə təmsil edilməsi ilə bağlı vəkilə ödədiyi 150 manatın, ümumilikdə 48384 manat pulun İddiaçı xeyrinə tutu lması qət edilmişdir.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsassız varlanma müddətin keçməsi əsası ilə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin iddia müddəti olmamasına dair nəticəsi ilə razılaşmamış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisənin həllində maddi hüquq normalarını düzgün tətbiq etməyərək, tərəflər arasındakı mübahisənin əhəmiyyətsiz əqd ilə bağlı olmasına qiymət verməmişdir. 14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəl lənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılmasına ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə iddia müddəti tətbiq oluna bilməz.

15. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olmasını və cavabdeh tərəfindən həmin hüququn pozulmasını düzgün müəyyən etsə də, müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsinin tələb olunmamasına istinad edərək iddianı rədd etməklə səhv hüquqi nəticəyə gəlmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehlə bağladığı əhəmiyyətsiz əqd əsasında ödədiyi pul məbləğini tələb edir, yəni hazırki tələb əvəzedilən əşya olmaqla, tələb hüququ bir il ərzində sürülə bilər. Lakin cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Apellyasiya kollegiyası yuxarıda qeyd olunan əsasa görə iddia tələbinin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etməmiş və hesab etmişdir ki, qətnamə ləğv edilməlidir.

17. İddia tələbi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi kapitan X5 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 iyul 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh öz izahatında Məryəm, Səadət və Mahirdən 3 dəfəyə 10000, 30000 və 8000 manat olmaqla, cəmi 48000 manat məbləğində pul aldığını etiraf etmişdir Lakin Cavabdeh istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin instansiyalarında (birinci instansiya məhkəməsində həmçinin yazılı ərizə ilə) iddiaçıya evi satmaqla ondan cəmi 48 000 manat məbləğində pul aldığını etiraf etmişdir.

18. Məhkəmə cavabdehin 48000 manatın alınması barədə polisdəki izahatı deyil, məhkəmələrdə verdiyi izahatını sübut növü kimi və pulun alınması faktını etiraf kimi qiymələndirmiş və onun bu pulu iddiaçıya qaytarmalı olmaması ilə bağlı etirazının dəlilinə qiymət verərək hesab etmişdir ki, cavabdeh özünə məxsus olduğunu iddia etdiyi özbaşına tikilinin satmaq adı ilə iddiaçıdan 48000 manat məbləğində pulu əhəmiyyətsiz əqd əsasında almışdır. Belə olan halda, İddiaçı Cavabdeh pulu geri tələb etmək hüququ yaranmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il i tarixli, 2(103)-6871/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və idd ianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 354, 375.1, 375.2, 1095-ci, Mülki Prosessual Məcəlləsinin 77, 97, 99, 217.1, 217.3-cü maddələri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin əsassız varlanma deyil də, əhəmiyyətsiz əqd nəticəsində əmələ gəldiyini qeyd etmişdir. Halbuki bu nəticə tamamilə yanlışdır və mübahisəyə əhəmiyyətsiz əqdlə bağlı müddəaların tətbiq edilməsi yalnız və yalnız iddiaçının iddiasını hansısa üsulla təmin etmək xarakteri daşımaqdadır. Məhkəmənin ümumiyyətlə, tətbiq olunmalı olmayan qanunvericilik normalarını tətbiq edərək, işin hallarının tam və ətraflı araşdırılmasını təmin etməyər ək, işin nəticəsi üçün vacib hesab olunacaq sübutlara əsaslanmayaraq və iddiaçının heç bir sübut təqdim etmədiyi iddialarına əsaslanaraq elan etdiyi qətnamə tamamilə qanunsuz və əsassız olmuşdur.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərt ləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyəri ni pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs ) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməs inə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qəra r qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün təfsir olunmamışdır.

28. Belə ki, cavabdehin əhəmiyyətsiz əqd əsasında özbaşına tikili olmuş evi iddiaçıya satması və 4 8000 manat pul alması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardır.

29. Həmçinin mübahisəsiz müəyyən olunur ki, cavabdeh özbaşına tikili olan evi təhvil vermiş, bundan sonra iddiaçı ilə bacısı arasında evlə bağlı mübahisələri yaranmış və son nəticədə iddiaçının öz bacısını evdən çıxarılmasına dair iddia tələbi məhkəmə tərəfindən təmin olunmamışdır.

30. Hazırda, apellyasiya məhkəməsi özbaşına tikili ilə bağlanan alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olması və bu əqdlə ödənilən vəsait hesabına cavabdehin əsassız varlanması nəticəsinə gəlməklə, iddianı təmin etmişdir.

31. Məhkəmə kollegiyası razılaşır ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Belə ki, etibarsız əqdin tərəflərdən hər biri həmin əqd üzrə aldıqlarının hamısını digər t ərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəmək öhdəliyini dayışırlar (Mülki Məcəllənin 337.5-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında isə izah olunmuşdur ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

32. Lakin, məhkəmə kollegiyasının qənaətinə görə, iddia tələbinin faktiki əsası (işin halları) tələbin qanuni əsasını təşkil edən əsassız varlanmaya aid dispozisiya əlamətləri ilə uzlaşmır.

33. Belə ki, məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun mə qsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

34. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən restitusiyanı tətbiq etməyə çalışsa da, qanunun həmin normasını tam tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən restitusiya iki tərəfli olmalıdır. Yəni müqavilənin hər iki tərəfi etibarsız əqd əsasında aldıqlarını digər tərəfə qaytarmalıdır.

35. Hazırki işdə əhəmiyyətsiz əqd əsasında iddiaçı cavabdehə pul ödəmiş, cavabdeh isə istifadəsində olan özbaşına tiki lini iddiaçının istifadəsinə vermişdir. Apellyasiya məhkəməsi isə cavabdehin əldə etdiyi pul vəsaitini iddiaçının xeyrinə tutsa da, sonuncunun aldığı tikilini cavabdehə qaytarmamışdır. Belə ki, hazırki halda tikilinin cavabdehə qaytarılması da mümkün deyil. Bu səbəbdən ki, tikili işdə tərəf kimi iştirak etməyən iddiaçının bacısının istifadəsindədir və iddiaçının həmin tikili ilə bağlı sonuncuya qarşı iddiası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir.

36. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında bağlanmış əqd etibarsız olsa da, cavabdeh həmin əqd əsasında varlanmamış, aldığı pul vəsaiti müqabilində tikilini iddiaçı tərəfə vermişdir. Yəni hazırki iddia tələbinin faktiki hallarında əsassız varlanmanın birinci şərti mövcud deyildir.

37. Məhkəmə kollegiyası həmçinin qey d edir ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı ilə bacısı arasında tikili ilə bağlı mübahisələri cavabdehin tikilini təhvil verilməsindən sonra baş vermiş və sonuncunun bu mübahisədə rolu olmamışdır. 38. “X.Mirzəliyevin şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

39. Mülki Məcəllənin 560-cı maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

40. Nəzərə alınmalıdır ki, iddiaçı özü də alınan tikilinin özbaşına olmasını bilmiş, bununla razılaşmış və müqavilənin etibarsız olmasına əvvəllər istinad etməmişdir. O, hazırki iddianı yalnız bacısı ilə mübahisələri yarandıqdan və sonuncuya qarşı məhkəmədə irəli sürdüyü iddiası uğurlu olmamasından sonra vermişdir. Bu isə ona dəlalət edir ki, iddiaçının hazırki iddiası hüquqdan sui-istifadədir.

41. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması müəyyən olunmur. Apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyində n, MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

42. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia rədd edildiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçının çəkdiyi məhkəmə xərcləri (dövlət rüsumları və vəkilə ödədiyi vəsait) özünə aid edilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-6871/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə apelly asiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar