Məhkəmə qərarları › İş №2(102)-1033/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-1033/2018

13.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1033/2018 13.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2018-ci il № 2(102)-1033/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Qurbanov, iş № 2(031)-125/17) iddia qismən təmin edilərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc, 2300 (iki min üç yüz) manat bank faizi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.330 (on min üç yüz otuz) manat pulun alınıb İddiaçı verilməsi qət olunmuş, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova-sədrlik edən və məruzəçi, E.Rəhimov və S.Qafari, iş № 2(105)-1876/17) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Şabran Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli, 2(031)-125/2017 saylı qətnaməsi ləğv olunmuş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 1885 (min səkkiz yüz səksən beş) manat pulun və ödənilmi ş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. işin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 12.330 (on iki min üç yüz otuz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması il ə əsaslandırılmışdır. İddiaçı və vəkili Y.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İş üzrə cavabdeh İ.Rəhimova Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı və vəkili Y.Əliyevin izahatlarını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 sentyabr 2017-ci il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc, 2300 (iki min üç yüz) manat bank faizi və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.330 (on min üç yüz otuz) manat pulun alınıb İddiaçı verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə əsassız sayılaraq təmin edilməmişdir. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq həmin qətnaməsini ləğv etmiş və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı cəmi 8000 manat borc pul götürmüş və həmin pulun təminatı olaraq özünün əmək haqqı və pensiya kartını iddiaçıya vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan v əzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı cavabdehin ondan aldığı borcu ümumiyyətlə qaytarmadığını, cavabdehin ona verdiyi kartlarda pul olmadığını bildirmişdir. Lakin iddiaçının bu dəlili apellyasiya baxışı zamanı araşdırılan iş materialları ilə təkzib olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 29.06.2017-ci il tarixli qərardadına əsasən göndərilən sorğuya «Azərbaycan Beynəlxalq Bankı» Təhlükəsizlik Departamenti tərəfindən verilmiş cavabdan müəyyən olunmuşdur ki, Cavabdeh adına olan əmək haqqı kartından pul borc verildikdən iddia qaldırılanadək 1950 manat pul çıxarılmışdır. Hətta iddiaçının fotoşəkli əks olunmuş sənədlər də məhkəməyə təqdim olunmuşdur. Bundan başqa, "xxxx" ASC-nin məhkəmə sorğusuna verdiyi cavabdan müəyyən olunmuşdur ki, Cavabdeh adına olan ka rtdan pul borc verildikdən iddia qaldırılanadək 4165 manat pul çıxarılmışdır. Yəni, müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya verdiyi iki kartdan cəmi 6115 manat pul çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə alaraq o qənaətə gəlmişdir ki, 6115 manat cavabdehin iddiaçıya borclu olduğu 8000 manatdan çıxılmalı, yerdə qalan 1885 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 2300 manat bank faizinin tutulmasına dair gəldiyi nəticəsi ilə də razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehə pulu faizlə yox, faizsiz borc verdiyini bildirmişdir. Hətta tərəflərin arasında olan qəbzdə də pulun faizlə borc verildiyi q eyd olunmamışdır. Eləcə də, iş materiallarından həmin məbləğin necə müəyyən olunduğu məlum deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının təfsirində səhvə yol verildiyindən, bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 386-cı maddələrinə görə iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayıldığından, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin edilməli, cavabdehdən 1885 manat pul tulularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutları n toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan tərəflərin üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən ka ssasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti inc umbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin təl əblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə07 sentyabr 2017-ci il tarixli, 2(105)-1876/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul ed ildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar