Məhkəmə qərarları › İş №2(102)-1034/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1034/2019

25.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1034/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)2923/2018 nömrəli iş üzrə 24 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Elman Məmmədov) 17 aprel 2018-ci il tarixli 2(060)-1302/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehl ər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Telman Məmmədov sədrlik edən və məruzəçi, Fərmayıl Zeynallı, Aqil Abbasov) 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, 17-ci mikrorayon, 41 saylı evin 65 saylı mənzilinə istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, cavabdeh lərin oğlu Cavabdeh1la 29.01.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və cavabdehlərin yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 41 saylı evin 65 saylı mənzilinə gəlin köçmüş, valideynlərinin ona cehiz şəklində verdikləri əmlakları isə toydan əvvəl həmin mənzilin iki otağına-yataq və qonaq otağına yerləşdirmişdir. Cavabdeh1la birgə nikahlarından 27.12.2010-cu il təvəllüdlü X5 və 19.04.2014cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşlar. Birgə yaşadıqları müddət ərzində Cavabdeh1la münasibətləri normal olmuş və həmişə bir-birlərini başa düşmüşlər. Lakin son zamanlar Cavabdeh1 ona qarşı münasibəti dəyişmiş, 22.07.2017-ci il tarixdə yaşadıqları mənzilin giriş qapısının kilidini dəyişməklə onu evə buraxmamış və ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizə si ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin icraatında olan mülki iş 3 ay vaxt verilməklə 08.01.2018-ci il tarixədək təxirə salınmış və həmin tarixdə məhkəmənin qətnaməsi ilə aralarındaki nikah ləğv edilmişdir. Hazırda uşaqlar onun himayəsindədir və onlar ayrı yaşayırlar. Cavabdeh1 onu və uşaqları mənzilə buraxmır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisəli Sumqayıt şəhəri, 17-ci mikrorayon, 41 saylı evin 65 saylı mənzili 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. O, mübahisəli mənzilə gəlin köçərkən mənzil dövlət mənzil fonduna aid olmuş və 2015-ci ildə Cavabdeh1 adına özəlləşdirilmişdir. Ailə qurduqları gündən 22.07.2017ci il tarixə qədər o, cavabdehlərlə birlikdə həmin ünvanda yaşamış və birgə təsərrüfat aparmışdır. 22.07.2017-ci il ta rixdə isə cavabdeh mənzilin giriş qapısının kilidini dəyişməklə onu evə buraxmamışdır. Hazırda o, evsiz qalmış, yaşamağa yeri yoxdur, müvəqqəti olaraq valideynlərinin yanında yaşayır, ona məxsus cehiz əmlakları da bu günə kimi mübahisəli mənzildə qalmaqdadır. Onun və azyaşlı uşaqlarının cavabdehlərin ailə üzvü kimi həmin mənzildən cavabdehlərlə birlikdə istifadə hüquqları yaranmışdır. Çünki o, mübahisəli mənzilə cavabdehlərin istəyi və razılığı ilə gəlin gəlmiş, 7 ildən artıq müddət ərzində onlarla birgə təsərrüfat aparmaqla iki uşaq dünyaya gətirmiş, ana olmuş və həmin müddət ərzində o, cavabdehlərin ailə üzvü kimi yaşadıqları mənzilə faktiki olaraq istifadə hüququ qazanmışdır. Lakin heç bir əsaslı səbəb olmadan cavabdehlər onun mübahisəli mənzildə yaşamasına imkan verməmiş və o, mübahisə li mənzili tərk edərək valideynlərinin yanında yaşamaq məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X2 məhkəmə kollegiyasının iclasın da kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya ins tansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən işin müəyyən edilən hallarından görünür ki,Sumqayıt şəhəri, 17-ci mikrorayon, 41 saylı evin 65 saylı mənzili 13.07.1978-ci il tarixli, 10/1296 saylı orderlə Cavabdeh2 və onun ailə üzvlərinə verilmiş, 05.02.2015-ci il tarixdə həmin mənzil qeydiyyatda olan şəxslərin razılığı ilə Cavabdeh1 adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Mübahisəli mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadırlar. İddiaçı Cavabdeh1 ilə 29.01.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, mübahisəli mənzilə gəlin köçmüş, həmin mənzildə cavabdehlərlə birgə yaşamışdır. Daha sonra iddiaçı mübahisəli mənzili dəfələrlə tərk edərək atası evinə getmiş, sonuncu dəfə isə 22.07.2017-ci il tarixdə mənz ili tərk edərək bir daha geri qayıtmamış və Sumqayıt şəhər məhkəməsinin 08 yanvar 2018-ci il tarixli qətnaməsi əsasında iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuşdur. İddiaçı atasına məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, 61 saylı evin 51 saylı mənzilində yaşayır. İddiaçı hazırki iddia tələbində Sumqayıt şəhəri, 17-ci mikrorayon, 41 saylı evin 65 saylı mənzilinə istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsini tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzi l Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mə nzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunl a birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşay ış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara və Konstitusiya Məhkəməsinin Pelnumun qərarına isinad edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 ilə 29.01.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, mübahisəli mənzilə gəlin köçmüş, həmin mənzildə cavabdehlərlə birgə yaşamışdır. Aralarında baş vermiş mübahisə ilə əlaqədar İddiaçı mübahisəli mənzili dəfələrlə tərk edərək atası evinə getmiş, sonuncu dəfə isə 22.07.2017-ci il tarixdə mənzili tərk edərək bir daha geri qayıtmamışdır. İddiaçının mübahisəli mənzildə qeydiyyatı yoxdur, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 61 saylı evin 51 saylı mənzilində qeydiyyatdadır və qətnamə əsasında İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İddiaçı ailə üzvü kimi qəbul edilərək mübahisəli mənzilə gəlin köçsə də, 22.07.2017-ci il tarixdə mübahisəli mənzili tərk edərək cavabdehlərlə birgə yaşamaq istəməmiş, mənzili tərk etdikdən sonra isə tərəflər arasında olan rəsmi nikah da pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. İddiaçı 22.07.2017-ci il tarixdən bu günə kimi qeydiyyatda olduğu mənzildə yaşayır, özünün və uşaqlarının geyim əşyalarını 15.10.2017-ci il tarixdə mübahisəli mənzildən götürmüş, iddiaçı mübahisəli mənzili tərk edərək daimi yaşamaq üçün qeydiyyatda olduğu mənzilə köçmüşdür. Ona görə də, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçı apellyasiya şikayətində məhkəmənin işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsini qeyd etsə də, bunların nədə ifadə olunduğunu konkret göstərməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlil lərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmə dən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2923/2018 nömrəli iş üzrə 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar