Məhkəmə qərarları › İş №2(102)-1034/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1034/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1034/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə olan istifadə hüququnun itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi, iddiaçının vəkili X3 və cavabdehin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2455/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı X7 mülkiyyətində olan ünvan x ünvanında yerləşən x saylı mənzili 25.12.2003-cü ildə X1. X1 mülkiyyətçi olmaqla 29.06.2004-cü ildə notariat qaydada təsdiq olunmuş ərizə verməklə oğlu, hazırkı iş üzrə Cavabdeh mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. 13.07.2004-ci il tarixli müqavilə ilə X9 özünə məxsus olan ünvan x ünvanında yerləşən x saylı mənzili X1 qızına bağışlamış və ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil X2 qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə 1297 saylı reyestr kitabında 194827-ci səhifədə 27.08.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Cavabdeh 18.07.2004-cü il tarixdən qeyd edilən ünvanda qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icr aat İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, x saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə qeydiyyatda olmaqla X10, X12 və X9 ilə birlikdə yaşayır. Cavabdeh onun qardaşıdır. Lakin cavabdeh başqa yerdə yaşamasına baxmayaraq, bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmayıb. Cavabdehin mənzilindəki qeydiyyatı forma l xarakter daşıyır və ona əlavə problemlər yaradır. Cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Yasamal RPİ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Polis İdarəsi, eləcə də, ASAN Xidmət mərkəzində olan hüquqşünas tərəfindən ona bildirilmişdir ki, cavabdehin qeydiyyatdan çıxarılması daxili işlər orqanlarının səlahiyyətinə aid deyildir, bunun üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xüsusilə qeyd etmək istəyir ki, Cavabdeh mənzilə hansı əsaslarla qeydiyyata düşməsi ona məlum deyil. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli mənzilə qeydiyyata düşmüş, hazırda iddiaçı həmin mənzildə yaşayan xəstə anasına qulluq etmədiyindən o, anasına qulluq etmək üçün günün çox hissəsini həmin mənzildə keçirir. Başqa yaşayış sahəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 14 noyabr 2019-cu il tarixli, 2(004)-5496/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh 18.07.2004-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin mülkiyyətçisi olmuş X4 oğlu olmaqla ailə üzvü kimi əvvəllər həmin yaşayış sahəsində yaşamaqla ailə qanunvericiliyinin tələblərinə əsasən istifadə hüququ əldə etdiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5 və Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 43.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, İlham Kərimli və Şərafət Məmmədova) 22 iyul 2020-ci il tarixli 2(103)-2455/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noy abr 2019-cu il tarixli, 2(004)-5496/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2020-ci il tarixli 2(103)-2455/2020 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətində göstərilmiş heç bir dəlilə münasibət bildirməmiş, həmin dəlillərlə nəyə görə razılaşmadığını əsaslandırmamış, təqdim edilmiş sübutları araşdırmamış, onlara qiymət verməmiş, ekspertiza ilə bağlı vəsatəti əsassız olaraq təmin etməmişdir. ünvan x ünvanında yerləşən x saylı mənzilin iddiaçıya bağışlanması müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, yəni 13.07.2004-cü il tarixdən həmin mənzilə iddiaçının mülkiyyət hüququ yarandığı üçün, hər hansı şəxsin, o cümlədən, Cavabdeh da həmin mənzilə qeydiyyata alınması üçün iddiaçının razılığı alınmalı idi, belə razılığı isə iddiaçı verməmişdir. Bundan başqa, X9 09.06.2020-ci il tarixdə Bakı Apelly asiya Məhkəməsinə təqdim etdiyi 29.04.2020-ci il tarixli ərizədə bildirmişdir ki, guya 29.06.2004-cü ildə Cavabdeh ünvan x ünvanında yerləşən x saylı mənzilə qeydiyyata düşməyinə razılıq vermişdir. X2 ərizəsinə əlavə etdiyi 12 saylı notariat kontorunun 7E/23 reyestrində olan notariat jurnalındakı guya X6 məxsus imza ilə X9 09.06.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi 29.04.2020-ci il tarixli ərizədəki imza eynilik təşkil etmir. Bunu ekspert olmadan da sadə vizual baxışla müəyyən etmək olur. Bu isə X4 guya 29.06.2004-cü ildə Cavabdeh ünvan x ünvanında yerləşən x1 saylı mənzilə qeydiyyata düşməyinə doğrudan da razılıq verməsini şübhə altına alır. Bununla bağlı, 12 saylı notariat kontorunun 7E/23 reyestrində olan notariat jurnalındakı X9 yazılmış qrafadakı imza ilə X4 0 9.06.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi 29.04.2020-ci il tarixli ərizədəki imzasının eynilik təşkil etməsinin, 12 saylı notariat kontorunun 7E/23 reyestrində olan notariat jurnalındakı X9 yazılmış qrafadakı imzanın X9 tərəfindən icra edilməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə iddiaçı tərəfindən vəsatət verilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmiş və 2(103)- 2455/2020 saylı 22.07.2020-ci il tarixli qətnaməsində də bunu əsaslandırmamışdır. Bundan başqa, məhkəməyə ünvan x ünvanında yerləşən x saylı mənzilə kommunal xidmətlərlə bağlı olan bir neçə qəbz təqdim edilmiş, həmin qəbzlərdə mənzildə qeydiyyatda olanların və yaşa yanların sayı göstərilir. 2004-2005-ci ilə aid qəbzlərdə 2 nəfər, yəni, iddiaçı və anası, 2007-ci ilə aid qəbzlərdə isə 4 nəfər iddiaçı, qızları və anası ilə birlikdə göstərilir. Həmin qəbzlərlə sübut olunur ki, Cavabdeh həqiqətdə ünvan x ünvanında yerləşən x saylı mənzilə 2004cü ildə qeydiyyata alınmamış və orada yaşamamışdır, əgər bunun əksi olsaydı, onda qəbzlərdə Cavabdeh da nəzərə alınmaqla 1 nəfər çox qeyd olunardı. Həmçinin, qətnamədə heç bir əsas olmadan Cavabdeh ünvan x ünvanında yerləşən x saylı mənzildə anası X9 ilə yaşamasına görə həmin mənzilə istifadə hüququnu əldə etdiyini qeyd etmişdir. Halbuki, imzası şübhə doğuran, bununla belə X4 09.06.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi 29.04.2020-ci il tarixli ərizədə bildirilir ki, 29.06.2004-cü ildə Cavabdeh ünvan x ünvanında yerləşən x saylı mənzilə qeydiyyata düşməyinə razılıq vermişdir. Göründüyü kimi, burada razılıq Cavabdeh mübahisəli mənzilə yalnız qeydiyyata düşməyinə, nə mənzilə istifadə hüququna, nə də ki, orada yaşamasına razılıq verilməmişdir. Cavabdeh da həqiqətən nə 2004-cü ildə, nə də ki, sonra, mübahisəli mənzildə yaşamamışdır, iş materialları ilə də Cavabdeh həmin mənzildə yaşaması sübut olunmur. Həmin dövrdə Cavabdeh ailəli olmuşdur və ailəsi ilə birlikdə tamamilə başqa ünvanda yaşamışdır. Məhkəmə isə bu hal üzrə heç bir araşdırma aparmayaraq, səhv olaraq tətbiq etdiyi ailə qanunvericiliyinə istinad etməklə sanki Cavabdeh yetkinik yaşına çatmayan hesab etmiş və bu əsasla onun mübahisəli mənzilə istifadə hüququnun olması ilə bağlı səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətin ə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X8 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2455/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin vəkili X11 iş üzrə verilmiş kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2455/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri bar ədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mü lkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsa slı olmalıdır. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 392.1, 392.1.5, 391.1.6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar; apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri göstərilməlidir. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Belə ki, baxılan iş üzrə cavabdehin mübahisəli evdən istifadəsi ilə bağlı hüquq münasibətləri 2004-cü ildən yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəyə düzgün olaraq Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etsə də, həmin maddənin tələblərinə uyğun olaraq cavabdehin mənzildən istifadə hüququnun yaranıb-yaranmamasına düzgün hüquqi qiymə t verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən i stifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu baxımdan məhkəmələr tərəfindən cavabdehin 2004-cü ildə əvvəlki mülkiyyətçi olan anasının razılıq ərizəsinə əsasən mənzilə qeydiyyata düşdüyü vaxtdan onunla birlikdə mənzildə birgə yaşayıb-yaşamaması, bununla da Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən ailə üzvü kimi istifadə hüququnun yaranıb-yaranmaması, yaranmış istifadə hüququna sonradan xitam verilməsi üçün əsaslar olub-olmadığı (hazırda başqa yaşayış yerinin olub-olmaması, bu evdə yaşayış yerinə ehtiyacı qalıb-qalmaması) araşdırılmadan həmin şəxsin yalnız əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla istifadə hüququnun olmasına istinad etməsi düzgün deyil. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığın a görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. (bax. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Qərarı) Cavabdehin mənzildə qeydiyyatda olması ilə bağlı isə məhkəmə kollegiyası qe yd edir ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu m addəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir. Cavabdeh iddiaya etirazında da, anası ilə birlikdə həmin mənzildə yaşamasına deyil, anası tərəfindən mənzilə qeydiyyata düşməsin razılıq verilməsinə istinad edərək həmin mənzildə istifadə hüququnun olduğunu və daimi olaraq həmin mənzildə yaşadığını deyil, günün çox hissəsini həmin mənzildə keçirdiyini bildirir. Lakin apellyasiya məhkəməsi hansı sübut lara əsasən cavabdehin əvvəllər həmin yaşayış sahəsində yaşamaqla ailə qanunvericiliyinə əsasən istifadə hüququ əldə etdiyi nəticəsinə gəldiyini qətnamədə əsaslandırmamış, həmin şəxsin hazırda həmin mənzildə yaşayıb-yaşamadığını, yaşayış sahəsinə ehtiyacı olub-olmadığını araşdırmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamı ş, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmi n Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbay can Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2455/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar