Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1034/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisəsi 04.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı, Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(105)1727/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 04 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X9 və İddiaçı 09 sentyabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 31 may 2016-cı il təvəllüdlü X6 və 19 iyun 2017-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşlar.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, uşaqlar anaları ilə qalmışdırlar.
3. Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, (qətnamədə adları və siyahısı qeyd olunan) ona məxsus cehiz əşyalarının cavabdehlərdən alınaraq ona verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 4. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməm işdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X6 və 19 iyun 2017-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qaynanası və qayınatasıdır. X3 arasında xx.xx.2015-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuş və mübahisə predmeti olan evə gəlin köçmüş və özüylə cehiz əşyaları da adıçəkilən evə g ətirmişdir. 2016-cı il tarixdə keçmiş həyat yoldaşı ilə aralarındakı münasibətlər gərginləşdiyi üçün tez-tez mübahisələr yaranmağa başladı, həyat yoldaşı cavabdehlərlə birlikdə onu döymüş və polis ilə evdən zorla çıxararaq qovmuşdur. O, münasibətlərinin düzələcəyini ümid etdiyi üçün 2 il gözləsə də, 2018-ci il tarixdə nikahları pozulmuş və birgə nikahlarından dünyaya gəlmiş uşaqları onun yanında saxlanılmışdır. Belə ki, övladlarından biri 2016-cı il tarixdə cavabdehlərin evində, ikinci övladı isə 2017-ci il tarixdə valideyinlərinin evində doğulmuşdur. O, ikinci övladı anadan olduqdan sonra yenidən mübahisə predmeti olan evə qayıtmaq istəsə də, cavabdehlər onu evə buraxmayaraq, evə daxil olmaq üçün məhkəmə qərarı lazım olduğunu bildirdilər. 2018-ci ildən sonra hazırki iddia tələbi ilə məhkə məyə müraciət etsə də, iddia ərizəsi geri qaytarılmışdır. Hazırda bütün cehiz əşyaları mübahisə predmeti olan evdədir, o, iki azyaşlı uşağıyla bərabər kirayədə qalır və uşaqların saxlanması üçün keçmiş həyat yoldaşı qərəzli olaraq aliment ödəyir. Bundan əlavə evin heç bir sənədi yoxdur.
7. Cavabdehlər iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun fərdi yaşayış evinə nisbətdə sanki cavabdehlərlə bərabər hüquqlara malik olmasını əsaslandırmaq istəmişdir. Qanunvericiliyin müvafiq şərtindən göründüyü kimi sosial kirayə ilə bağlı münasibətlər yalnız dövlət və bələdiyyə mülkiyyətində olan mənzil fonduna nisbətdə tətbiq olunur ki, bu da dövlətə dövlətin nəzarətində olan bələdiyyə qurumlarına öz mülkiyyətini vətəndaşlarının mənafelərinə uyğun şəkildə, imperativ tərzdə nizamlamaq hüquq unu verir. Lakin, mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış olmasa da, onların şəxsi vəsaiti hesabına tikildiyindən faktiki olaraq onların mülkiyyətidir. Eləcə də, hal-hazırda dövlətin və ya bələdiyyənin həmin fərdi yaşayış evinə hər hansı iddiası mövcud deyildir. Oğulları və iddiaçı nikaha 2015-ci ildə daxil olduqları üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən də bu münasibətlərə oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Belə ki, ailə münasibətlərinə xitam verildikdən sonra iddiaçının fərdi yaşayış evinə istifadə hüququnun məhkəmə qaydasında saxlanması üçün iddiaçının maddi vəziyyəti və digər diqqətəlayiq hallar özünü yaşayış sahəsi ilə təmin etməyə yol verməməlidir. Yəni şəxsin həmin yaşayış sahəsinə ehtiyacı olmalıdır. İddia ərizəsinin məzmunundan, tərəflər arasında baş verən çoxsaylı münaqişələrdən, polis orqanlarına edilən müraciətlərdən, tərəflər arasında olmuş çoxsaylı məhkəmə mübahisələrinin məzmunundan da göründüyü kimi iddiaçı hələ nikahda olduğu müddətdə də, həmin yaşayış sahəsindən istifadə etməmiş, onlarla normal qohumluq münasibətləri apara bilmədiyi üçün onlardan ayrı, öz valideynləri ilə yaşamışdır. İddiaçının cehiz əşyalarını çıxarmaq istəməsi cəhdi də, onun həmin yaşayış sahəsindən istifadə etmək niyyətində olmadığını göstərir. Digər tərəfdən iddiaçı rəsmi olaraq iki uşağa görə keçmiş həyat yoldaşından hər ay 320 manat məbləğində aliment alır, birgə nikah dövründə əldə olunmuş əml ak kimi iddia verərək dəyəri 13000-14000 manat olan avtomobilə öz xeyrinə 3/2 pay nisbətində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasına nail olmuşdur. Həmçinin iddiaçı əmək fəaliyyəti ilə məşğul olmaqla gəlir də əldə edir. Bütün bu xüsusatlar iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmək gücündə olduğunu, hətta buna baxmayaraq hazırda valideynləri ilə birlikdə yaşadığını və mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə etməyə ehtiyacı olmadığını göstərir. Eləcə də nəzərə alınmalıdır ki, onlar hər ikisi ağır xəstə olduqlarından qulluğa və normal yaşayış sahəsində yaşamağa ehtiyacları var. Tərəflər arasında münasibətlərin kəskin olması faktı da birlikdə yaşamalarını mümkünsüz edir. Sadalananlardan da aydın olduğu kimi iddiaçı gələcəkdə də orada yaşamağı düşünmür. İddiaçının yaşayış sahəsinə ehtiyacı yoxdur. İddianı verməkdə məqsədi müxtəlif üsullarla cavabdehə narahatçılıq yaratmaqdır.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-449/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X6, 19 iyun 2017-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi, lakin həmin yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilməsi qət etmişdir. (hakim:E.Məmmədov)
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev özbaşına tikili olsada, cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Hazırki halda ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evi özbaşına tikili olsa belə, cavabdehlərin hüquqdan sui-istifadə etmələri iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Belə ki, ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
10. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehlərlə birlikdə mübahisəli fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüququ var.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli sənədsiz fərdi yaşayış ev inin özbaşına tikili olmasına baxmayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən normasının hazırki iddia tələbinə tətbiq olunması üçün əsas verir.
12. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, iddia tələbi iddiaçının və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X6 və 19 iyun 2017-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilməlidir. Belə ki, sözügedən fərdi yaşayış evinin sənədsiz olması səbəbindən iddiaçının və azyaşlı övladlarının həmin fərdi yaşayış evindən istifadə qaydalarını müəyyən etmək mümkü n deyildir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1, 3-cü, 43-cü maddəsinin 1-ci bəndlərinə, 13-cü maddəsinin 3-cü, 71-ci maddəsinin 2-ci hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.1, 32.3, 56.1, 59.1, 60.1, 60.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2, 164.1, 164.2, 560.3.4-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəl ləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev onların şəxsi vəsaiti hesabına tikilmişdir. Həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestr xidmətinə qeydiyyata alınmamışdır. İddiaçı onların və onların oğlu Mahir İmanovla birlikdə həmin ünvanda müəyyən müddət yaşamış, əksər hallarda öz atası evin də yaşamışdır. Tərəflər arasındakı nikah da pozulduqdan sonra iddiaçı həmin ünvandan birdəfəlik köçüb getmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır və iddiaçının fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində qeyri-müəyyən cümlələrdən istifadə edilməsi yolverilməzdir. İddiaçının heç bir sənədi olmayan mübahisəli fərdi yaşayış evin köçürülməsinin əsası yoxdur. Həmçinin, məhkəmə nəzərə almalı idi ki, iddiaçının mübahisəli ünvanda olan cehiz əşyalarının həmin evdən çıxarılmasına dair məhkəmə qətnaməsi vardır. Lakin iş üzrə icraatı dayandırmadan qətnamə qəbul etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 01 noyabr 2021-ci il tarixli, 2(105)-2847/2021 nömrəli qətnaməsi ilə (hakimlər: G. Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1, 3-cü, 43-cü maddəsinin 1-ci bəndlərinə, 13-cü maddəsinin 3-cü, 71-ci maddəsinin 2-ci hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 59.1, 60.1, 60.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2, 164.1, 164.2, 560.3.4-cü, A zərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 77.1, 106.1, 217.4, 218.3, 372.6, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Cavabdehlər birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli evin cavabdehlərə deyil, X1 məxsus olmasını, həmin evin heç bir hüquqmüəyyənedici sənədinin olmamasını nəzərə almamış, evin faktiki sahibi işə cəlb edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsində mübahisəli evin ünvanı düzgün göstərilməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsin in həmin səhvini aradan qaldırmamışdır. Daha sonra mübahisələndirilən qətnamədə evin tərəflərin birgə nikahları dövründə tikilməsi qeyd olunsa da, məhkəmə bu fikrini əsaslandırmamışdır. Nəhayət, iddiaçı ayrı icraatda cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyalarının və cehizlərinin qaytarılmasını xahiş etmiş, məhkəmə isə həmin işə baxılması ilə əlaqədar hazırki iş üzrə icraatı dayandırmamışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2546/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenid ən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
22. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Həmçinin, birinci instansiyası məhkəməsi işin faktiki hallarını tam müəyyən etməmiş və müvafiq olaraq bu hallara uyğun maddi hüquq normanın tətbiqində pozuntuya yol vermişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bir tərəfdən müəyyən etmişdir ki, “mübahisəli ev tərəflərin rəsmi nikahda olduğu müddətdə tikilmişdir”. Burada tərəflər kimi iddiaçı və cavabdehlər qəbul edilsə - onlar nikahda olmamışlar. İddiaçı cavabdehlərin oğlu ilə nikaha daxil olmuşdur. Belə olan halda, məhkəmənin mübahisəli evin iddiaçı ilə cavabdehlərin oğlunun birgə nikahları olduğu müddətdə tikilməsi kimi müəyyən etdiyini qəbul etmək olar. Lakin məhkəmə həmin halı hansı sübutlara əsasən müəyyən etdiyini göstərməmişdir. Əlavə olaraq, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh artıq hazır olan evə gəlin köçmüşdür.
24. Digər tərəfdən, iddiaçı cavabdeh qismində keçmiş həyat yoldaşını deyil, sonuncunun valideynlərini göstərmişdir. Yəni belə nəticəyə gəlmək olar ki, iddiaçı mübahisəli mənzilin özbaşına tikili olsa da, məhz sonuncuların sahibliyində olmasını qəbul edir. İddianı təmin edən məhkəmələr isə işin bu halını nəzərə almamış və qətnaməni əsaslandırarkən iddiaçının da bu fərdi ya şayış evinin sahibi olması və “qanuni gözlənti” hüququna malik olmasını göstərmişdir. Lakin məhkəmə həmin hüquqların hansı əsaslarla yaranmasını qətnamədə ümumiyyətlə əsaslandırmamışdır.
25. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki işdə müəyyən olunmuş faktiki hallara ziddiyyətli olması ilə yanaşı, məhkəmə iddiaçının fərdi yaşayış evinə köçürülməsinə əsas verən hər hansı maddi hüquq normasına istinad etməmiş, yalnız qanunvericiliyin ümumi prinsiplərini qeyd etməklə iddianı mübahisələndirilən hissədə təmin etmişdir.
26. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 218.1, 392.1.5-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. İş üzrə digər Cavabdeh1 hazırki mübahisə üzrə məhkəmə baxışının gedişi dövründə (xx.xx.2022-ci il) vəfat etdiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1727\2022 nömrəli qəradadı ilə ona aid hissədə işin icraatına xitam verilmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(105)-1727/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəb ul edilərək iddianın rədd edilməsi qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbini cavabdeh qismində keçmiş əri X7 qarşı deyil, sonuncunun valideynlərinə qarşı qaldırmış, yəni hətta iddiaçı özü köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin, onun ərinin valideynlərinin sahibliyində olması faktını qəbul etmişdir.
30. Bundan əlavə, iddiaçı sözügedən fərdi yaşayış evinin cavabdehlə birgə nikahda olduqları müddətdə tikilməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, əksinə iddia tələbinin məzmunundan, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sübutlardan aydın olmuşdur ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən artıq həmin ev istismara yararlı vəziyyətdə olmuş və iddiaçı həmin evə cehiz əşyalarını yerləşdirmişdir. Başqa sözlə, iddiaçı keçmiş əri ilə birgə nikahda olduğu müddətdə hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin inşa edilməsində onun, yaxud keçmiş ərinin hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda sözügedən evə dair iddiaçının hər hansı iqtisadi marağının mövcudluğundan söhbət gedə bilməz.
31. Məhkəmə kollegiyası bildirmişdir ki, işin tədqiq olunan faktiki hallarından, tərəflərin izahatlarından, habelə iş materiallarında olan arayışlardan aydın olduğu kimi, hazırkı mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, Cavabdeh2 qardaşı Yavər Atakişiyev tərəfindən inşa edilmiş və ona məxsus olmuş, cavabdehlər 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün olduqları zama n Yavər Atakişiyev tərəfindən həmin fərdi yaşayış evində məskunlaşdırılmışlar. Buradan müəyyən olur ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçının həmin evə gəlin köçməsindən xeyli əvvəl mövcud olmuş və yaşayış üçün yararlı olmuşdur. Beləliklə, iddiaçının köçmək istədiyi evin sahibi Cavabdeh2 deyil, onun qardaşı X2r. Başqa sözlə, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı köçmək istədiyi evə “gözlənti” hüququ olan Yavər Atakişiyevin ailə üzvü hesab olunmur. Belə ki, iddiaçı Yavər Atakişiyevə münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir. Belə olan halda, iddiaçını n köçmək istədiyi, Yavər Atakişiyevə məxsus fərdi yaşayış evindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşdıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olması da istisna olunur. Hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə, iddia təmin oluna bilməzdi.
33. Digər tərəfdən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı artıq kifayət qədər müddətdir ki, (təxminən 6 il), iddiaçı mübahisəli ünvanda yaşamır, hətta həmin evdə ona məxsus cehiz əmlaklarının qaytarılması tələbinə dair iddiası müvafiq məhkəmə qətnaməsi əsasında qismən təmin edilmiş və icra edilmişdir. Göründüyü kimi artıq müəyyən müddətə istifadə hüququnun saxlan ılması tələbi də öz əhəmiyyətini itirmişdir. Beləliklə, iddiaçının mübahisə predmetini təşkil edən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır, o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur.
34. Eyni zamanda, işə baxan birinci instansiya məhkəməsi iddianı tələbini bir hissədə rədd etsə də, kobud maddi və prosessual pozuntuya yol verildiyi üçün hər bir halda qətnamə tam ləğv olunmalıdır.
35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119, 372.1, 372.6, 372.7, 384.0.2, 420-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəll əsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının nikahda olduğu X9 ilə mübahisəli fərdi yaşayış evində birgə yaşamışdır. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən fərdi yaşayış evinin qanunsuz tikili olduğunu qeyd etsə də, bu tikilinin hansı əsaslarla X1 məxsus olması sübuta yetirilməmişdir. Fərdi yaşayış evi qanunsuz tikilidir, yəni heç kəsin ona dair hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçınnı keçmiş əri ilə o evdə yaşaması cavabdehlərin ifadələri ilə də öz təsdiqini tapır. Belə olan halda, azyaşlı övladları ilə iddiaçıya istifadə hüququnun tanınmaması qanunsuzdur. İddiaçının qeyd olunan fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüququ olmuşdur.
38. Kassator şikayətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
40. Qanunu n tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna l azımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
43. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
44. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
45. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
46. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
47. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasın da başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Məlumatlar yazılı v ə maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli qərarı
57. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlər inə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarı
58. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanıl masını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Kassasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
62. Yuxarıda göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(105)-1727/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.