Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1034/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması) (Kateqoriya - Torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(106)1344/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə ailə üzvü (bundan sonra iddiaçı) və Cavabdeh ailə üzvləri ilə birlikdə Nərimanabad qəsəbəsində yerləşən iki mərtəbəli kommunal evdə yaşayır.Bu kommunal ev əvvəllər Balıq Kombinatının balansıda olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli yaşayış evinin ətrafında olan və cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş 6 sot torpaq sahəsindən həmin evin yan hissəsində olan sahənin cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinidir. 40 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə Nərimanabad qəsəbəsində yerləşən iki mərtəbəli hökumət evində yaşayır.Bu kommunal ev əvvəllər Balıq Kombinatının balansıda olmuşdur. Mənzili bu evin ikinci mərtəbəsində yerləşir.Evin birinci mərtəbəsində mənzilinin altındakı qonşusu, cavabdeh öz ailə üzvləri ilə yaşayır. Cavabdeh müxtəlif illərdə səmimiyyətlərindən və bir müddət başqa yerdə müvəqqəti yaşamaqlarından istifadə edərək evin ətrafında, qarşısında, arxasında və yan tərəfində olan təqribən 6 sotdan çox torpağı qanunsuz olaraq zəbt etmiş və daş hasara almışdır. O, zəbt etdiyi torpaqda artırma etmiş, su quyusu, kanalizasiya yeri, hamam və tualet tikmişdir. Onlara isə zəruri ehtiyacları üçün az bir yerdən istifadə etməyə imkan vermir. Sovet dövründə inşa edilmiş bu kommunal evin yaşayış üçün tam şəraiti yoxdur. Odur ki, qonşular öz aralarında razılaşaraq evin ətafında olan torpaqlarda yaşayış üçün zəruri olan bəzi tikililər tikmiş və artırmalar etmişlər. Onların ailəsi isə hələ tikili aparmamışdır. Bundan istifadə edən cavabdeh ailələrinin payına düşən hissəni də zəbt etmişdir. Hətta o, əvvəlki kanalizasiya quyularını da bağlamışdır. Dəfələrlə cavabdehə bu barədə bildirmiş, adət üzrə və qonşular arasında olan razılaşmaya uyğun haqlarını tələb etmişlər. Lakin, o, onlarla dalaşır və birinci mərtəbədə yaşadığını deyib ətraf torpağın ona aid olduğunu israr edir. Onl ar isə çox çıxılmaz vəziyyətdə qalmışlar. Belə ki, mənzilləri çox kiçikdir, mətbəxi yoxdur, sanitar qovşaqdan istifadə etmək münasib deyil, kanalizasiya xəttinin keçməsi üçün yol və su quyuları yoxdur. Əvvəllər qonşulardan xahiş edib onlarla razılaşdırılmış qaydada kommunal xətlərdən istifadə etmişlər. Amma bu xahişləri daimi etmək mümkün olmur. Yaşadıqları evin sakinlərindən heç kimin, o cümlədən onun və cavabdehin bu evə və mənzilə, ətrafdakı torpaqlara dair sənədi yoxdur. Sakinlər aralarında razılığa gələrək şəraitə uyğunlaşmış və ev ətrafındakı torpaqda zəruri tikililər tikib özlərinə şərait yaratmışlar. Ailələrinə şərait və kommunal rahatlıq yaratmaq üçün onlara münasib olan yan tərəfdə torpağa ehtiyacları vardır. Bu torpaq da cavabdehin zəbt etdiyi 6 sota daxildir. Buna görə də onl ara münasib olan yerdən, evin yan tərəfindən torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi vacibdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02 dekabr 2021-ci il tarixli, **********13 №-li məktubuna əsasən vətəndaş İddiaçı müraciəti üzrə Xidmətin Lənkəran ərazi şöbəsi tərəfindən yerində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh və digər bina sakinləri tərəfindən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə etməsi faktı öz təsdiqini tapmış, bununla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən baza məlumatlarına əsasən Cavabdeh və digər vətəndaşlar tərəfindən əhatəyə alınaraq tikinti aparılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan ümumi istifadəki torpaq sahəsidir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 13 fevral 2023-cü il tarixli, 3-21-3-43/2343/2023 №-li mütəxəssis rəyinə əsasən Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxa sında və yan tərəfində) yerləşən cavabdehin istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edildi. Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1942 №-li, 25 aprel 2023-cü il tarixli rəyinə əsasən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi 13 fevral 2023-cü il tarixli, 3-213- 43/2-343/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 manat təşkil edir.
8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-20/2023 nömrəli iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nicat Ağabəyovun) iddia təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi məhkəmə araşdırması nəticəsində Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən cavabdehin istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. İşin qeyd olunan halı alınmış ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
10. Məhkəmə araşdırması nəticəsində Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerl əşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. İşin qeyd olunan halı alınmış ekspert rəyi ilə öz təsdiqini tapmışdır.Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
11. Məhkəmə araşdırması nəticəsində qeyd etmişdir ki, zamanı iddiaçı tərəfindən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, onun ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə qanuni əsaslarla sahiblik etməsinə dair hər hansı sübut təqdim edilməmiş, əksinə iddiaçı iddia ərizəsində özü də yaşadığı evə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədlərinin olmadığını göstərmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1,152.2,152.3,152.4,152.5,239.2,-cü,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək mübahisəli qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, iş üçün mühüm əhəmiyyəti faktiki hallar tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırılmamış, gəlinən nəticə isə işin faktiki hallarına uyğun olmamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(106)-1344/2023 nömrəli qətnaməsi ilə (hakim Tofiq Heydərov sədrliyi və məruzəsi ilə, hakimlər Pərviz Əhmədov və Samir Mayılov ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş,Lənkəran Rayon Məhkəməsinin 2(049)20/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi barədə iddiasının təmin edilməsi,Lənkəran Rayon Nərimanabad qəs əbəsində yerləşən dövlət mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətarfında olan və Cavabdeh tərəfindən zəbt olunmuş 0,035 ha ölçüdə torpaq sahəsinin zəbtdən azad edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olan 100 (yüz) manat və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir
16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış və əlavə təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin sübutları kimi göstərdiyi işin faktiki hallarını düzgün araşdırmayaraq, sübutları düzgün qiymətləndirməyərək işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, nət icədə maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
17. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir.
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02 dekabr 2021-ci il tarixli, **********13 №-li məktubdan görünür ki, vətəndaş İddiaçı müraciəti üzrə Xidmətin Lənkəran ərazi şöbəsi tərəfindən yerində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş Cavabdeh və digər b ina sakinləri tərəfindən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə etməsi faktı öz təsdiqini tapmış, bununla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub ünvanlanmışdır.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran ərazi şöbəsi tərəfindən Lənkəran rayonunun Nərimanabad qəsəbəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, baza məlumatlarına əsasən Cavabdeh və digər vətəndaşlar tərəfindən əhatəyə alınaraq tikinti aparılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan ümumi istifadəki torpaq sahəsidir.
20. Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 13 fevral 2023-cü il tarixli, 3-21-3-43/2343/2023 №-li mütəxəssis rəyindən görünür ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edildi. Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olundu.
21. Az ərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1942 №-li, 25 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi 13 fevral 2023-cü il tarixli, 3-21-3- 43/2-343/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ərazisində, iki mərtəbəli yaşayış binasının ətrafında (qarşısında, arxasında və yan tərəfində) yerləşən Cavabdeh istifadəsində (hasara alınmış) olan 0,035 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 m anat təşkil edir. 22. 15.11.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmə iddia ərizəsi verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
23. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olar aq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı dövlətin mülkiyyətində olan və ümüumi istifadə üçün nəzərdə tutulmuş iki mərtəbəli çoxməmzilli binanın həyətyanı sahəsindən cavabdeh tərəfindən qanusuz olaraq torpaq sahəsi zəbt edilmiş və zəbt səbəbindən o, ümüumi istifadəçi kimi həmin sahədən istifadə edə bilmir. Bu səbəbdə də, dövlət mülkiyyətində olan torpaq sahsəinin cavabdehin cəbtindən azad edilməsini tələb edir. Hesab edir ki, tələbinin hüquqi əsasını Mülki Məcəllənin Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4, 239.2-ci və Torpaq Məcəlləsinin 84,111-ci maddələri təşkil edir.
24. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, o, Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinidir. 40 ilə yaxındır ki, a ilə üzvləri ilə birlikdə Nərimanabad qəsəbəsində yerləşən iki mərtəbəli hökumət evində yaşayır. Bu kommunal ev əvvəllər Balıq Kombinatının balansıda olmuşdur. Mənzili bu evin ikinci mərtəbəsində yerləşir. Evin birinci mərtəbəsində mənzilinin altındakı qonşusu, Cavabdeh öz ailə üzvləri ilə yaşayır. Cavabdeh müxtəlif illərdə səmimiyyətlərindən və bir müddət başqa yerdə müvəqqəti yaşamaqlarından istifadə edərək evin ətrafında, qarşısında, arxasında və yan tərəfində olan təqribən 6 sotdan çox torpağı qanunsuz olaraq zəbt etmiş və daş hasara almışdır. O, zəbt etdiyi torpaqda artırma etmiş, su quyusu, kanalizasiya yeri, hamam və tualet tikmişdir. Onlara isə zəruri ehtiyacları üçün az bir yerdən istifadə etməyə imkan vermir. Sovet dövründə inşa edilmiş bu kommunal evin yaşayış üçün tam şəraiti yo xdur. Odur ki, qonşular öz aralarında razılaşaraq evin ətafında olan torpaqlarda yaşayış üçün zəruri olan bəzi tikililər tikmiş və artırmalar etmişlər. Onların ailəsi isə hələ tikili aparmamışdır. Bundan istifadə edən cavabdeh ailələrinin payına düşən hissəni də zəbt etmişdir. Hətta o, əvvəlki kanalizasiya quyularını da bağlamışdır. Dəfələrlə cavabdehə bu barədə bildirmiş, adət üzrə və qonşular arasında olan razılaşmaya uyğun haqlarını tələb etmişlər. Sakinlər aralarında razılığa gələrək şəraitə uyğunlaşmış və ev ətrafındakı torpaqda zəruri tikililər tikib özlərinə şərait yaratmışlar. Ailələrinə şərait və kommunal rahatlıq yaratmaq üçün onlara münasib olan yan tərəfdə torpağa ehtiyacları vardır. Bu torpaq da cavabdehin zəbt etdiyi 6 sota daxildir. Buna görə də onlara münasib olan yerdən, e vin yan tərəfindən torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi vacibdir.
25. İddiaçı daha sonra MPM-in 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirmiş və dövlət mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş 0,035 ha ölçüdə torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Cavabdeh nə birinci instansiya nə də, ki, apellyasiya məhkəmə baxışı iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır.
27. Apellyasiya icraatı zamanı Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən iki mərtəbəli çox mənzilli binanın dövlət mülkiyyətində olması nəzərə alınaraq, Lənkəran Rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi işə cəlb edilmişdir.
28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Lənkəran ray onunun Nərimanabad qəsəbəsində yerləşən, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən 0,035 ha ölçüdə torpaq sahəsinin hasara alınaraq qanuni əsas olmadan istifadə edildiyi, mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin olması müəyyən olunmuşdur. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Odur ki, iddia təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının irəli sürməyə subyektiv hüququnun olmam ası əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qa ydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
31. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya hesab edir ki, İddiaçı müba hisə predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməldir. Çünki o, hazırki iddianı irəli sürərkən tələbinin əsası kimi mübahisəli iki mərtəbəli, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin dövlətin mülkiyyətində olması, həmin binanın yan və arxa tərəflərindən qonşuların hər birinin o, cümlədən iddiaçı olaraq onun da, zəruri ehtiyaclarının təmin etmək üçün istifadə etmək hüququnun olmasını, binanın fasadlarında nasazlıqlar aşkara çıxardıqda, həmin zədələrin aradan qaldırılması mümkün olan tədbirlərin (tavanların malalanması və ağardılması, rənglənməsi) görülməsi, həmçinin yanğından mühafizə tədbirlərinin görülməsinin mümkün olmamasını əsas göstərmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı əldə olunmuş sübutlardan və iddi açının verdiyi izahatından müəyyən etmişdir ki, Lənkəran Rayonu Nərimanabad qəsəbəsində bir bloklu iki mərtəbəli və hər mərtəbədə 4 mənzil olmaqla cəmi 8 mənzildən ibarət 1963-1964-cü illərdə Lənkəran Kommunal Təsərrüfatı idarəsi tərəfindən tikilmişdir. Binanın yerləşdiyi sahə 319 kv.m-dir. İddiaçı həmin binanın 2-ci mərtəbəsində 2 otaqlı mənzildə həyat ailə üzvləri ilə birlikdə yaşayır. Onların istifadəsində 44 kv.m dövlət torpağı vardır. X1 həmin binanın 1-ci mərtəbəsində 2 otaqlı mənzildə qızları X2 və X3 ilə birlikdə yaşayır. Onların istifadəsində 270 kv.m dövlət torpağı vardır. İddiaçı 1987-ci ildən cavabdeh isə 1966-cı ildən mübahisəli binada onlara ayrılmış mənzildə ailə üzvləri ilə birlikdə yaşayırlar.
33. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında dövlət mənzil fonduna aid olan mənzilin əldə edilməsi və həmin mənzildə kirayə münasibətlərinin yaranması ilə bağlı hüquq münasibətinin yarandığı vaxt hazırkı Mənzil Məcəlləsi deyil, 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Mübahisəli fərdi yaşayış evi üzərində hər hansı şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
34. Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətinin vəzifəsi mənzil sahəsini bölüşdürmək və vətəndaşlara yaşayış sahələri vermək qaydasına, mənzil fondundan istifadə və onu texniki cəhətdən saz halda saxlamaq qaydalarına bütün nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət, kooperativ müəssisələri və digər ictimai müəssisələr, idarələr, təşkilatlar, mənzil-tikinti kooperativləri, vəzifəli şəxslər və vətəndaş lar tərəfindən əməl olunmasını təmin etməkdir. Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarəti xalq deputatları Sovetləri, onların icra və sərəncam orqanları, habelə Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi və xüsusi səlahiyyətli digər dövlət orqanları tərəfindən, SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. (Maddə 27). Həmin məcəllənin 12-ci maddəsinin 8,9,10-cu bəndlərində yaşayış evlərinin texniki istismarı qaydalarını və normalarını, evyanı ərazilərdən istifadə qaydalarını müəyyən etmək; mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarətini həyata keçirmək; mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində SSR İttifaqının səlahiyyətinə aid edilməmiş başqa məsələləri həll etmək, mənzil münasibətlərini tənzimləmək sahəsində Azərbaycan SSR-in səlahiyyəti müəyyən edilmişdir. Bu səlahiyyət daxilində Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il tarixli 2 mart tarixli 89 nömrəli qərarı ilə Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlərətrafı ərazinin saxlanılmsı qaydaları müəyyən edilmişdir. Həmin qaydalarda qeyd olunur ki, mübahisəli iki mərtəbəli, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin dövlətin mülkiyyətində olması, həmin binanın yan və arxa tərəflərindən binada yaşayan vətəndaşların zəruri ehtiyaclarının təmin etmək üçün istaifadə etmək hüququnun olmasını, binanın fasadlarında nasazlıqlar aşakara çıxardıqda, həmin zədələrin aradan qaldırılması mümkün olan tədbirlərin (tavanların malalanması və ağardılması, rənglənməsi) görülməsi, həmçinin yanğından mühafizə tədbirlərinin görülməsi kimi hüquq və vəzifələri müəyyən olunmuş, o, cümlədən vətəndaşlara qeyd olunanların yerinə yetirilməsinin qarşısını alan hərəkətlərə yol verilməsinin qadağan olması müəyyən edilmişdir.
35. Göründüyü kimi həm iddiaçı həm də cavabdehin mənzilə hüququnun yarandığı vaxt qüvvədə olan mənzil məcəlləsi və yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evlər ətrafı ərazinin saxlanılması qaydaları Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il tarixli 2 mart tarixli 89 nömrəli qərarı ilə müəyyən edilmiş və həmin qanuna əsasən vətəndaşların dövlətin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəsi qadağan edilmişdir.
36. Kollegiya onu da nəzərdən qaçırmır ki, həm iddiaçı həm də cavabdehin yaşadıqları mübahisəli mənzilə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzilə dair ilkin hüquq müəyyən edici sənəd olan order və ZDSİK-in qərarının olması, ona dəlalət edir ki, tərəflərin yaşadıqları mənzilə gözlənilən mülkiyyət hüquqları mövcuddur. Mübahisə predmeti olan dövlətin mülkiyyətində olan torpaq sahəsinin 0.035 ha torpaq sahəsi cavabdehin zəbtində olmaqda iddiaçının hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmaqla davam edir. Bu səbəbdən də, yaşayış binasının mülkiyyətçiləri kimi iddiaçı ilə cavabdehin aralarında yaranan mübahisəsinə qüvvədə olan mənzil məcəlləsi, mülki məcəllə və torpaq məcəlləsinin normalarına uyğun hüquqi qiymət verilməsi məqsədəmüvafiq hesab olunmalıdır. Belə ki, Mənzil məcəlləsinin 35.1ci maddəsində qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən o byektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin məcəlləninn 35.2-ci maddəsinə əsasən isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
37. Yuxarıda qeyd olunan maddi hüquq normasının mənasından da, göründüyü kimi Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı dövlətin mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən binanın yerləşdiyi yan və arxa hissəsindən 0,035 ha ölçüdə torpaq sahəsinin hasara alınaraq qanuni əsas olmadan zəbt edilərək istifadə edilməsi, bir neçə ailənin yaşadığı və birgə razılaşma olmadan istidadə qaydalarını pozması, hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün subyektiv hüquqa malik olmasına imkan verir. Məhz bu səbəbdən də, dövlətin adından iddiaya münasibəti öyrənilməsi üçün üçüncü şəxs kimi cəlb edilmiş Lənkəran Rayon İcra hakimiyyəyinin Şirvan Apellyasiya məhkəməsinə ünvanladığı məktubunda qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi dövlətin mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh uzun müddət ərzində yaşadığı binanın qarşısında olan istifadəyə dair heç bir hüquq müəyyən edici sənəd olmadan həmin ərazidən qanunsuz olaraq metal şiferlə çəp ərə alaraq istifadə edir. Həmin məktubda daha sonra qeyd olunur ki, Lənkəran Rayon Zəhmətkeş Deputatlar Soveti İcrayyə Komitəsinin 6 may 1966-cı il tarixli 30 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Nərimanabad qəsəbəsində Ramazanov Əbülfəz yeni tikilmiş 8 ailəlik binaya köçürülmüşdür. Hazırda Cavabdeh dövlət mülkiyyətində olan binanın yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsini qeyrı-qanuni zəbt edərək istifadə etməsi ilə bağlı Nərimanabad qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən ona xəbərdarlıq edilsə də, lakin onun tərəfindən torpaq sahəsindən qanunsuz istifadə halları aradan qaldırılmamışdır.
38. İddiaçı iddia tələbinin məzmununda və apellyasiya icraatı zamanı izahatında göstərmişdir ki, “cavabdehin qanunsuz (0,035 ha ölçüdə torpaq sahəsini zəbt edərək ist ifadə etdiyi) hərəkəti nəticəsində o, dövlətin mülkiyyətində olan iki mərtəbəli çox mənzilli binanın həyatyanı sahəsində özünün zəruri ehtiyaclarını (ayaqyolu, hamam tikə bilmir) təmin edə bilmir. Kollegiya bununla əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hüquq müəyyənedici sənəd olmadan həm iddiaçı həmdə cavabdeh tərəfindən mübahisəli (bina və torpaq sahəsi dövlətin mülkiyyətindədir) binanın yerləşdiyi torpaq sahəsinin yanı və ətrafında hər hansı tikilinin aparılması və bu barədə razılığı gələ bilməmələri özü-özlüyündə əhəmiyyətsizdir. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin qanunsuz (0,035 ha ölçüd ə torpaq sahəsini zəbt edərək istifadə etdiyi) hərəkəti nəticəsində o, dövlətin mülkiyyətində olan iki mərtəbəli çox mənzilli binanın həyatyanı sahəsində özünün zəruri ehtiyaclarını yəni ayaqyolu, hamam tikə bilməməsini bildirməsi, dövlətin mülkiyyətində olan və ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsinə hər hansı hüquq əldə etməsinin qanuni əsası kimi qəbul edilə bilməz. Başqa sözlə dövlətin mülkiyyətində olan iki mərtəbəli binanın yerləşdiyi torpaq sahəsinin cavabdehin qanunsuz zəbtindən azad edilməsi, iddiaçının həmin torpaq sahəsində hüquq müəyyən edici sənəd olmadan tikili aparılması üçün əsas ola bilməz.
39. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Lənkəran Rayon Nərimanabad qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətarfında olan 0,035 ha ölçüdə torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunması, iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına gətirib çıxarmış və o, haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpasını tələb etmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası 13.1,29.3,60-cüı Mülki Məcəllənin 152.1, 152.2, 241.2, 180.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.2, Azərbaycan Respublikası Torpaq əcəlləsinin 16.2, 20, 55, 67, 68, 84.1,111-ci, Azərbaycan Respublikasının MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1,217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(106)-1344/2023 saylı qətnaməsini ləğv edərək mülki işə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında müvafiq qərar çıxarılmasını xahiş etmişdir.
42. Kassasiya şikayətində bir sıra maddi və prosessual hüquq normaları və məzmunları göstərilərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarından sitat gəirilərək qeyd edilmişdir ki, kollegiya öz gəldiyi nəticəni, məhkəmə qətnaməsində maddi və prosessual hüqu q normaları ilə əsaslandıra bilməmişdir. İşdəki subutları məhkəmə kollegiyası düzgün qiymətləndirmədən yanlış olaraq iddianın təmin edilməsi ilə bağlı da hüquq normalarına əsasən əlaqələndirə bilməmişdir. Kassasiya şikayətində isə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli ilə bağlı tədbiq etdiyi maddi və prosessual hüquq normalarının pozulmasını və apellyasiya məhkəməsi tərəfindən tədbiq edilməməsini kifayət qədər əsaslandırmışlar. Hesab edirlər ki, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən apellyasiya məhkəmə kollegiyası qanuni və əsaslı qətnaməni qüvvəsində saxlamaq əvəzinə özünün yanlış olaraq tədbiq etdiyi hüquq normalarına əsasən səhv nəticəyə gəlməklə iddianı təmin etmişdir.
43. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası qanunsuz və əsassız olaraq işin faktiki halları ilə müəyyən edilən hallarına düzgün qiymət verməmiş və nəticədə iş üzrə müəyyən edilən və təqdim edilən subutlara birtərəfli və tənqidi yanaşmışdır. Həmin sübutları iddianın əsassız olaraq təmin edilməməsinə deyil, onları yanlış təfsir edərək cavabdehin ziyanına qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq subyektiv hüququn olmamasına dair mövqe bildirərək qeyd etmişdir ki, hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Belə ki, iddiaçının cavabdeh tərəfindən zəbtdən azad edilməsini tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir.Belə olan halda iddiaçı tərəfindən hazırki iddia tələbi irəli sürülə b ilməzdi. Mülki işin araşdırıması zamanı təqdim edilmiş, əldə edilmiş bütün hüquqi sənədlər göstərmişdir ki, cavabdeh tərəfindən tikinti aparılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan ümumi istifadəki torpaq sahəsidir.
44. Bundan başqa məhkəmə kollegiyası tərəfindən texniki-tikinti ekspertizası keçirilmədən 0.035 ha (hasara alınmış) torpaq sahəsinin cavabdehin zəbtində olmaqda iddiaçının istifadə hüquqlarının həyata keçirilməsini məhdudlaşdırıbməhdudlaşdırılmadığını müəyyən etməmiş işə nəticə verməsi də düzgün olmamaışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İddiaçı kassasiya şikayətinə qarşı etiraz versə də həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə nəzərə alınmır.Belə ki, Azərbaycan Respublikasının MPM -in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
46. Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
47. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
48. Maddə 60 İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
50. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
51. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
52. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 53. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
54. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
55. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
56. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmi ş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
57. Maddə 20
1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.
2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.
3. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir.
4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
58. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
59. Maddə 67
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.[
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
60. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
61. Maddə 84
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
62. Maddə 111.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması və ekspertiza keçirilmədən 0.035 ha (hasara alınmış) torpaq sahəsinin cavabdehin zəbtində olmaqda iddiaçının istifadə hüquqlarının həyata keçirilməsini məhdudlaşdırıb-məhdudlaşdırılmadığını müəyyən etməmiş işə nəticə verməsi barədə dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsassızdır.Belə ki, apellyasiya ionstansiyası məhkəməsi müəyyən etmişdir ki, Lənkəran Rayon Nərimanabad qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətarfında olan 0,035 ha ölçüdə torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunması, iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına gətirib çıxarmış və o, haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpasını tələb etmişdir.
76. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yerləşən, iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı dövlətin mülkiyyətində olan iki mərtəbəli yaşayış evinin ətrafında olan və Cavabdeh tərəfindən binanın yerləşdiyi yan və arxa hissəsindən 0,035 ha ölçüdə torpaq sahəsinin hasara alınaraq qanuni əsas olmadan zəbt edilərək istifadə edilməsi, bir neçə ailənin yaşadığı və birgə razılaşma olmadan istidadə qaydalarını pozması, hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün subyektiv hüquqa malik olmasına imkan verir.
77. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətlə ndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessua l hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli 2(106)-1344/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.