Məhkəmə qərarları › İş №2(102)-1034/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1034/2025

17.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1034/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2na və Qusar rayon Yasab Bələdiyyəsinə (üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ Kateqoriya: torpaq payının tələb edilməsi iş üzrə icraata xitam verilməsi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2na və Qusar rayon Yasab Bələdiyyəsinə (üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi cəlb olunmaqla) qarşı torpaq payının tələb edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*5)-1735/2*24 nömrəli, 25 dekabr 2*24-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart 2*25-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Əsədulla oğlu 199*-cı il tarixdən Qusar rayonu Yasab kənd pasport qeydiyyatında olub ona həmin kənddə torpaq payı verilməmişdir.

2. Qusar rayon Yasab Bələdiyyəsinin 15.*3.2**6-cı il tarixli 16 nömrəli qərarı ilə, bələdiyyə ehtiyat fondundan Qusar rayonu Yasab kəndində yerləşən *,89 ha torpaq sahəsi İddiaçı Əsədulla oğluna ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonun Yasab kəndi ərazisindən *,89 ha torpaq payının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, daimi yaşayış yeri, 199*-cı ildən hal-hazıra kimi, Qusar rayonunun Yasab kəndi olsa da ailəsinin digər üzvlərinə pay torpaqları verildiyi halda onun adı torpaq payı almaq hüququna malik subyektlərin sırasına daxil edilməmiş, torpaq payı verilməmişdir. Dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Qusar rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin heç bir təşkilatdan rəsmi cavab almamışdır. Onun ailə üzvlərinə kod 3*126*18 JN:**26 saylı Dövlət Aktı ilə 3,57 ha torpaq sahəsi verilmişdir. Hesab edir ki, “Torpaq İslahatı haqq ında” Qanunun 12-ci maddəsinin 1 hissəsinin 2-ci bəndinin tələbləri Qusar rayon AİK-sı və Yerli AİK-si tərəfindən pozulmuşdur, pozulmuş hüquqları bərpa edilməlidir, ona şərh olunan qanunun 13-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada torpaq payı verilməlidir.

5. Cavabdeh Qusar rayon Yasab Bələdiyyəsinin sədri X4 qeyd etmişdir ki, iddiaçı 199*-cı ildən hal-hazıra kimi Qusar rayon Yasab kəndində yaşayır, lakin həm yerli, həm də rayon X1 səhvi nəticəsində və ya digər səbəbə görə iddiaçıya pay torpağı verilməyib. Bələdiyyənin pay torpaq verməyə ixtiyarı yoxdur, bələdiyyə iddiaçıya torpaq sahəsini icarəyə verə bilər və ya sata bilər.

6. Cavabdeh Qusar rayon İHB-nin Aqrar Məsələləri şöbəsinin mütəxəssisi X2 göstərmişdir ki, mövcud torpaq qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya pay torpağı verilməli olduğu halda, iddiaçı qanunsuz olaraq pay torpağından məhrum edilmişdir. Lakin hazırda X1 fəaliyyətinə xitam verilib, bələdiyyənin də pay torpaq verməyə səlahiyyəti yoxdur. Məhkəmədən iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir.

7. Maraqlı tərəf Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsinin mütəxəssisi X3 göstərmişdir ki, iddiaçının daimi yaşayış yeri Yasab kəndidir, torpaq islahatı başlandıqda iddiaçının yaşayış yeri Yasab kəndi olduğu üçün X8 Komissiyası iddiaçını torpaqdan pay alan subyektlərin sırasında daxil etməli idi, lakin iddiaçıya ona məlum olmayan səbəblərdən pay torpağı verilməyib. Məhkəmədən iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir.

8. Qusar Rayon Məhkəməsinin *3.*3.2**6-cı il tarixli, 2-1*3/2**6 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Məmmədov) i ddia təmin edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının pay torpağı almaq hüququ olan şəxslərin siyahısına daxil edilməməsi və ona pay torpağının verilməməsi qanunsuz olmuşdur. Dörd nəfər Əsədullayevlər ailəsinə 3,57 ha torpaq payı verilmişdir, bir subyektin torpaq payı (3,57:4)-*,89 ha təşkil edir, ona görə də iddiaçıya da Yasab kənd ərazisindən *,89 ha torpaq sahəsi verilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 8.2 və 17.2-ci, “Torpaq İslahatı haqqında” Qanunun 12 və 13-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ə razi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni həll etmədən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmamasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icranın mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(1*5)-1735/2*24 nömrəli 25 dekabr 2*24-cü il tarixli qərardadı ilə (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı torpaq payının verilməsi tələbinə dair iddiasına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilmişdir.

14. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının tələbi Qusar rayonu, Yasab kəndi ərazisində pay torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlıdır. Qeyd olunan iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Torpaq sahəsinin verilməsinə dair iddiaya mülki məhkəmə icraat qa ydasında baxıla bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1, 2.2.2 və 35.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.*.1 və 2.*.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2, 31.1, 261.*.1, 384.*.5, 4**, 4*2.2.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış hüquql arı apellyasiya instansiyası məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, *3 mart 2**6-cı il tarixdə qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnaməyə heç bir qanuni əsas olmadan apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən baxılmış və qanunsuz olaraq ləğv edilmişdir.

18. İşin hallarından göründüyü kimi, apellyasiya şikayətinin verilməsi müddəti keçmiş və apellyasiya şikayətində göstərilən tələbin İddiaçı aidiyyati olmamışdır. Bundan əlavə, apellyasiya məhkəməsi apellyasiya şikayətini mümkün hesab edərkən lazımi qaydada araşdırma aparmamış, maraqlı tərəfin təqdim etdiyi poçt qəbzini əsas götürərək hesab etmişdir ki, qətnamə məhz həmin vaxt maraqlı tərəfə verilmişdir. Qusar rayon İcra Şöbəsi tərəfindən qətnamənin 2* avqust 2*24-cü il tarixdə maraqlı tərəfə göndərilməsi heç də ona əsas vermir ki, əvvəllər həmin qətnamə maraqlı tərəfə təqdim edilməmişdir, Qusar rayon İcra Şöbəsinin məktubu ilə isə həmin qətnamə təkrar göndərilə bilər və ya yenidən xatırlatma xarakterli də ola bilərdi. Eyni zamanda, Qusar Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, maraqlı tərəf Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi də həmin məhkəmə baxışında iştirak etmişdir. Deməli, həmin qurumun iş üzrə qətnamədən də məlumatı olmuş, hazırda isə həmin qurum ləğv edilmiş və funksiyaları apellyasiya şikayətini vermiş maraqlı tərəfə ötürülmüşdür. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edi lmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

21. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inz ibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 2.*.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.

25. Maddə 2.*.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünva nlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.

27. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

28. Maddə 261.*.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

29. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayəti dəlillərini araşdıraqaq hesab edi r ki, apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq maraqlı şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar raoyn şöbəsinin hüquqi sələfi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiyanı mümkün hesab etmiş, iddia tələbi üzrə hüquq münasibətlərinin dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aid olması, torpaq sahəsini n verilməsinə dair iddiaya mülki məhkəmə icraat qaydasında baxıla bilməməsi, bu işə baxılmasının inzabati məhkəməyə aid olması qənaətinə gəlmişdir.

34. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi *3 mart 2**6-cı ildə qəbul olunmasına baxmayaraq qətnamənni surətinin maraqlı şəxs DTXK Qusar rayon şöbəsi tərəfindən alınmasını təsdiq edən sənəd mövcud deyildir. Qtənamənin surətinin göndərilməsi barədə məktubun poçt vasitəsilə, yaxud başqa üsulla göndərilməsi müəyyən edilmir.

35. Bundan başqa Qusar Rayon Məhkəməsinin qətnaməsi ilə bağlı 2**6-cı ildən bəri icra vərəqəsi verilməmiş, iddiaçının özü də buna təşəbbüs göstərməmiş, yalnız 29 iyul 2*24-cü il tarixdə qətnamənin icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra maraqlı şəxs DTXK Qusar rayon şö bəsinin hüquqi varisi olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qətnamədən məlumatı olmuş və idarə tərəfindən apellyasiya şikayəti verilmişdir.

36. Göründüyü kimi maraqlı şəxsin birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatlı olması, buna baxmayaraq üzalü səbəblər olmadan uzun müddət apellyasiya şikayəti verməməsi, apellyasiya mümkünlüyü barədə apellyasiya məhkəməsinin qərarının əsassız olmasına dair iddiaçının kassasiya şikayətinin dəlilləri iş materailları ilə öz təsdiqini tapmır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1*5)-1735/2*24 nömrəli iş üzrə 25 dekabr 2*24-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar