Məhkəmə qərarları › İş №2(102)-1036/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1036/2020

20.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1036/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin (hakim N.Əliyev) xx.xx.2019-cu il tarixli, 2(020)-82/2019 nömrəli qətnaməsi ilə İd diaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, Q.Kərimov, Z.Babayev) xx.xx.2019-cu il tarixli, 2(106)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(020)-***/2019 saylı qətnaməsinin dəyişdirilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısı C1 tərəfindən onun işdən çıxarılması barədə verilmiş əsassız əmrin ləğv edilməsi və onun Beyləqan şə hər *** saylı X4 Bağçasında öz işinə-yəni müdir vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iddiaçının 2016-cı ildə işdən azad olunmasına baxmayaraq, 2019-cu ildə ərizə ilə müraciət etməsinə istinad etmiş və qeyd etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən məhkəməyə müraciət etmək üçün1 aylıq müddəti ötürmüşdür. Əvvəla Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. İddia müddətinin ötürülməsinə görə iddianın r ədd edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizəsi tələb olunur. Lakin həmin ərizə iş materiallarında olmadığına baxmayaraq, məhkəmə mübahisə tərəfinin bu hüququnu həyata keçirərək müddətin ötürülməsi barədə ərizəni öz-özlüyündə tətbiq etmişdir. Apellyasiya məhkəməsi isə mübahisəyə başqa cür yanaşmış, iddiaçının xx.xx.2015-ci ildə işdən azad olunmasına dair sübut təqdim etməyərək sübutetmə vəzifəsini yerinə yetirmədiyinə istinad etmişdir. Halbuki, məhkəmə özü göndərdiyi sorğuya Cavabdeh tərəfindən verilmiş cavaba əsasən müəyyən edilmişdir ki, işə baxdığı vaxt artıq işçi işdən azad edilmişdir. İddiaçının işdən azad olunması barədə əmrin qanunsuz olmasını sübut edə bilməməsi barədə gəlinən nəticə sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri nə ziddir. Digər tərəfdən, işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarından göründüyü kimi, əmrdə işçinin hüquq pozuntularının konkret olaraq nədən ibarət olması göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrin verilməsinə əsas kimi həmkarlar təşkilatının razılıq məktubu göstərilmişdir. Həmçinin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, heç bir pozuntu törətmədiyini, əmək funksiyalarını lazımınca yerinə yetirdiyini sübut etmək işçinin vəzifəsi olmamaqla, bunun əksini, eləcə də verdiyi əmrin qanuniliyini və zəruriliyini sübutetmə vəzifəsi işəgötürənin üzərinə düşür. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106 )****/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı xəstəliyi ilə əlaqədar olaraq Beyləqan rayon Mərkəzi Xəstəxanası tərəfindən ona xx.xx.2015-ci il tarixli ***** saylı, xx.xx.2015-ci il tarixli ******* saylı və xx.xx.2015-ci il tarixli ******* saylı xəstəlik bülletenləri verilməsinə və stasionar müalicədə olmasına baxmayaraq xx.xx.2015-ci il tarixdə işə çıxdıqda Cavabdeh başçısının əmri ilə işdən azad edilməsinin ona məlum olması nə iş materialları ilə müəyyən edilmir və nədə iddiaçı istinad etdiyi halı təsdiq edən nə birinci instans iya məhkəməsinə və nə də apellyasiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İddiaçı işə bərpa tələbi ilə məhkəməyə müraciət etdiyi xx xxxxxx 2016-cı il tarixədək Beyləqan şəhəri **** saylı X4 bağçasının müdiri vəzifəsindən azad edilib-edilməməsinə dair sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cavabdeh Başçısı aparatının hüquq şöbəsinin müdiri A1 xx xxxxxxxx 2019-cu il tarixli ****** saylı cavab məktubunda xx xxxxxx 2016-cı il tarixədək İddiaçı X4 bağçasının müdiri vəzifəsindən azad olunması barədə Cavabdeh Başçısının əmri olmadığını göstərmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı *** saylı X4 bağçasının müdiri vəzifəsindən Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 130 nömrəli əmri ilə işdən azad olunmuş və işdən azad olunduğuna gör ə son haqq-hesabı 2016-cı ilin sentyabr ayında hesabına vurulmaqla ödənilmişdir. Eyni zamanda cavab məktubuna əlavə edilmiş Cavabdeh Başçısının xx xxxxxx 2016-cı il tarixli ***** nömrəli əmrindən Çıxarışdan görünür ki, Cavabdeh Başçısı C1 əmri ilə Beyləqan şəhəri **** saylı X4 bağçasının müdiri X1 Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək funksiyasını yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kassasiya şikayətində dəlil kimi istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmamaqdadır. Belə ki, iş materiallarından da görünür ki, apellyasiya məhkəməsinin sorğusuna əldə edilən cavabla iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi tarixdə, yəni xx.xx.2016-cı il tarixdə işdən azad edilməsi müəyyən edilmir. Əksinə, iddiaçının işdən azad edilməsi barədə əmrin xx xxxxxx 2016-cı il tarixdə verilməsi öz təsdiqini tapır. İddiaçı isə iddia ilə məhkəməyə müraciət etdiyi zaman, yəni xx.xx.2016-cı il tarixdə onun işdən azad edilməsi barədə əmrin ləğv edilməsini tələb etmiş, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, həmin dövrə aid hər hansı əmrin mövcud olmasını və həmin dövrdə işdən azad olunmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüq uqi mövqeyini düzgün olaraq izah etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halla rın müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar