Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1037/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7943/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının 24 yanvar 2022-ci il tarixli 16 sayl ı əmrinin ləğv edilməsi, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının həkim işinə bərpa olunması və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1000 manat məbləğində pul, mediasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 1050 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(006)3832/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(0 06)-3832/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7943/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(006)-3832/2022 saylı qətnaməsindən Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardadın ləğv edilməsi, Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün iş materiallarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikay əti vermiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı mülki iş üzrə tərəf olmamış və üçüncü şəxs qismində cəlb edilməmişdir. Lakin birinci instansiya məhkəməsi şikayət vermiş şəxsin maraqlarına toxunub-toxunmaması məsələsini müəyyən etmədən şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
6. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1,363.1.1, 366.1 və 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh Azərbaycan Respublika sı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Hərbi Poliklinika Müdafiə Nazirliyinin qurumu olduğundan (əmr əsasında fəaliyyət göstərir, hüquqi şəxs deyildir) Mərkəzi Hərbi Poliklinikanın apellyasiya şikayəti Müdafiə Nazirliyinin “Elektron Məhkəmə” informasiya sistemindən istifadə olunmaqla göndərilmişdir. Apellyasiya şikayəti məhkəmənin informasiya sisteminə vaxtında yerləşdirilmiş, lakin şikayət Müdafiə Nazirliyinin adından sistemə daxil olması halı Bakı Apellyasiya Məhkəməsi tərəfindən düzgün qiymətl əndirilməmişdir. Məhkəmə yanlış olaraq hesab etmşidir ki, apellyasiya şikayəti Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası yox, Müdafiə Nazirliyi tərəfindən verilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
10. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
11. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
12. Maddə 363.1 və 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
14. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
15. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır.
17. Maddə 417.1 və 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
18. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən prosessual pozuntulara yol vermişdir, ona görə də qərardad ləğv edilməklə iş yeni apellyasiya baxışına gö ndərilməlidir.
21. İşdən görünür ki, apellyasiyanı qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə apellyasiya şikayəti verən Azərbaycan Respublikası Müdafiə Nazirliyidir, Müdafiə Nazirliyi iş üzrə tərəf olmamış və üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi şikayət vermiş şəxsin maraqlarına toxunub-toxunmaması məsələsini müəyyən etmədən apellyasiya şikayətini əsassız olaraq baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bu da Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi göstərilən əsasa görə apellyasiyanı qeyri mümkün olması qənaətinə gələrkən apellyasiyanın mükünlüyünü tam və hərtərəfli yoxlamamış, diqqətsizliyə yol vermişdir.
23. Birinc i instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayəti imzalayan şəxs cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi, yəni işəgötürən olmuşdur. Poltiklinikanın rəisinin adından onun tərəfindən 25 oktyabr 2022-ci il tarixdə verilmiş etibarnamə əsasında Poliklinikanın idarə komandanlığının hüquq məsləhətçisi işləyən X2 çıxış etmişdir. Apellyasiya şikayətinin başlığında şikayət verən şəxs kimi Müdafiə Nazirliyinin göstərilməsi həmin şikayətin hüququ olmayan şəxs tərəfinldən verilməsinə deyil, şikayətin Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olmadığına dəlalət edən haldır.
24. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini qeyri mümkün hesab edərkən prosessual hüquq norma ların tələblərini pozmuşdur. Ona görə də qərardad ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7943/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.