Məhkəmə qərarları › İş №2(102)-1038/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1038/2019

07.02.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1038/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Quba rayon Məhkəməsinin 20 sentybar 2016-cı il tarixli, 2(027)-105/2018 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbi təmin edilərək, Cavabdeh Torpağa mülkiyyət hüququna dair JN-370 seriyalı, KOD 30310038 olan dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətində olan Quba rayonu, Paşaoba kəndində yerləşən 3,13 ha torpaq sahəsinin 0,45 ha bağ sahəsi hissəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-105/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Hüseynov, G.Tağızadə və T.Quliyev) Quba rayon Məhkəməsinin 20 sentybar 2016-cı il tarixli, 2(027)-105/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin rədd edilməsi, 10 manat dövlət rüsumunun və 100 manat ekspertiza xərcinin iddiaçılara aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-105/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-370 seriyalı, KOD 30310038 olan dövlət aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Paşaoba kəndində yerləşən 3,13 ha torpaq sahəsinin 0,92 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul e dilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-370 seriyalı, KOD 30310038 olan dövlət aktına əsasən onlara Quba rayonu, Paşaoba kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,13 ha torpaq sahəsi verilmişdir. Onlara verilmiş torpaq sahəsinin 0,92 ha bağ sahəsi, 2,2 ha isə əkin sahəsi təşkil edir. Ailə vəziyyətləri ilə əlaqədar onlara verilmiş bağ sahəsini becərə bilmirdilər, bağ sahəsinin baxımsız qalıb yararsız vəziyyətə düşməməsindən ötrü, həmin bağ sahəsinin müvəqqəti olaraq istifadəyə verilməsi üçün Paşaoba kənd bələdiyyəsinə müraciət etmişlər. Bələdiyyə sədri kənd sakini X2 bağ sahəsinə ehtiyacı olduğunu bildirərək, həmin bağ sahəsini müvəqqəti istifadə etmək üçün ona verməyi təklif etmişdir. Onlar həmin vaxt bağ sahəsinə baxa bilmədiklərindən, bağ sahəsinin yararsız vəziyyətə düşməsi üçün 0,92 ha bağ sahəsini X3 müvəqqəti istifadəyə vermişlər. Sonradan onlar bağ sahələrini geri qaytarmaq istədikdə, Cavabdeh atası X3 buna etirazlarını bildirmişlər. X3 beş il bundan qabaq ölmüşdür. Sonra isə onlara məxsus bağ sahəsini onun oğlu - hazırki iş üzrə Cavabdeh qanunsuz olaraq istifadə edir. Dəfələrlə cavabdehdən onlara məxsus torpaq sahəsindən çıxmasını tələb etsələr də, sonuncu onların tələblərinə əməl etməmişdir. Bununla da, cavabdeh onların qanunla qorunan mülkiyyət hüquqlarını pozur və əmlaklarından istifadə etməyə imkan vermir. Birinci instansiya məhkəməsinin iddiaçıların nümayəndəsi İddiaçı1 iddia tələbinin dəqiqləşdiri lməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, hazırda Cavabdeh Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 3,13 ha torpaq sahəsinin 0,45 ha bağ sahəsindən qanunsuz istifadə etməsi müəyyən olunmuşdur. Odur ki, Torpağa mülkiyyət hüququna dair JN-370 seriyalı, KOD 30310038 olan dövlət aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Paşaoba kəndində yerləşən 3,13 ha torpaq sahəsinin 0,45 ha bağ sahəsi hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüqu q normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)105/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçıların vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Movlud oğlunun vəkili Vəkil1kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Qanunun şərh olunan tələbinə görə apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və sübutları araşdırır, kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını və sübutları araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları və sübutları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının və sübutların qiymətləndirilməsinin nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına və sübutların qiymətləndirilməsinə istin ad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin faktiki hallarının və sübutların qiymətləndirilməsinin prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi Quba rayon Məhkəməsinin 20 sentyabr 2016cı il tarixli, qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Torpağa mülkiyyət hüququna dair JN-370 seriyalı, KOD 30310038 olan dövlət aktına əsasən id diaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətində olan Quba rayonu, Paşa-oba kəndində yerləşən 3,13 ha torpaq sahəsinin 0,45 ha bağ sahəsi hissəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Aşağıda göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(105)-105/2018 saylı qətnaməsi qanunsuz və əsassızdır. İş materiallarından göründüyü kimi apelyasiya məhkəməsi 0,45 ha bağ sahəsinin iddiaçılara məxsus olub-olmaması, həqiqətən də həmin torpaq sahəsin in cavabdeh tərəfindən zəbt olunub-olunmamasını araşdırmaq üçün 2 dəfə ekspertiza təyin edərək aşağıdakıları müəyyən etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2018-ci il tarixli, 1595 sayli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTİ-nin rəisi xxx tərəfindən imzalanmış 29,03-2018-ci il tarixli, **********64 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən Quba rayonu, Paşa-oba kənd sakini Cavabdeh verilmiş JN-0623 seriyalı, KOD 30310038 olan dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında Cavabdeh adına qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Bu səbəbdən JN-370 seriyalı, KOD 30310038 olan dövlət aktına əsasən Quba rayonu, Aqrar İslahat Komitəsinin 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba ayonu, Paşaoba kənd sakini İddiaçı1 və onun ailə üzvlərinin istifadəsində olan Quba rayonu, Paşaoba kəndində yerləşən torpaq sahəsi ilə JN-0623 seriyalı, KOD 30310038 olan dövlət aktına əsasən Quba rayonu, Aqrar İslahat Komissiyasının 29 mart 1991-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Paşaoba kənd sakini Cavabdeh və ailə üzvlərinin istifadəsində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2018-ci il tarixli, 15707 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-inin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən JN-370 seriyalı, KOD 30310038 olan dövlət aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan 3,13 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,9267 ha hissəsinə Cavabdeh tərəfindən müdaxilə vardır və Cavabdeh tərəfindən 0,9267 ha torpaq sahəsinin 0,53 ha hissəsi istifadə olunur. İşin faktik hallarını yuxarıda göstərilən qaydada müəyyən edən məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, iddiaçıların adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş, Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmiş “Torpağa Mülkiyyət hüququna Dair Dövlət Aktı” hü quq müəyyənedici sənəd hesab olunmadığından iddiaçıların torpaq sahəsindən çıxarılmağa iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Apellyasiya məhkəməsi “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nı hüquqmüəyyənedici sənəd hesab etməməsini heç bir sübutla əsaslandırmamış, heç bir normativ hüquqi akta istinad etməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli Fərmanında göstərilir ki, "Daşınmaz əmla kın dövlət qeydiyyatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış "qeydiyyat orqanları", 4.3-cü maddəsinin birinci cümləsinə (birinci halda) və ikinci cümləsinə əsasən göstərilən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış, 8.0.4-cü maddəsinə əsasən istinad edilən qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər vermiş "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur. Həmin Fərmandan göründüyü kimi iddiaçılara verilmiş “Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı” mülkiyyət hüququnu təsdiq edən sənəd hesab olunur. Apellyasiya Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normasını pozmuş, tətbiq olunmalı qanunun tətbiq etməmişdir. Məhkəmə tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulduğundan MPMnin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar