Məhkəmə qərarları › İş №2(102)-104/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-104/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-104/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-104/2023 (Açar sözlər: dəymiş maddi və mənəvi zərərin ödənilməsi; sübutetmə yükü) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1N)- 4651/2021 saylı, 05 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı Hüseynoğlu oğlu tərəfindən ve rilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM №2N573 saylı notarial qaydasında təsdiq edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Ş.Əzizbəyov küçəsi 173 saylı, 4 otaqlı evin 20 saylı mənzilinin 1 otağı İddiaçı adına, digər paylar üzrə X11, X17, X9 hər birinin adlarına 01 otaq olmaqla xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 785 saylı reyestr kitabında 117863 səhifədə, 30/22776 nömrə ilə xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır.

2. Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal X3 15 saylı Mənzil Kommunal İstism arı Sahəsinin 401 saylı, 29 dekabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı Bakı şəhəri Ş.Əzizbəyov küçəsi 173 saylı evin 20 saylı mənzilində ailə üzvləri il birlikdə yaşayır.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin sərəncamda “ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikilərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh firması tərəfindən həll edilməsi” tapşırılmışdır. 4. 2013-cü ilin mart ayında İddiaçı X5 yerləşən hərbi hissəsinə təyinat alaraq ailəsi ilə oraya yaşamağa getmiş və bundan sonra, yəni 2013-cü ilin iyun ayında Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi başlanmışdır.

5. Mənzil Kommunal X3 15 saylı Mənzil Kommunal İstismarı Səhəsinin rəisi M.Əliyev, mühəndis A.Babayev, sahə nəzarətçisi İ.Hümbətov tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Akta əsasən İddiaçı Hüseyn oğlunun mənzilinə baxış keçirilərək müəyyən edildi ki, İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir. Mənzilə baxış keçirilərkən müəyyən edildi ki, mənzil demək ola r ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış mənzilin daxilindən mənzilin çöl tərəfi görünür ki, mənzilin dam örtüyü yararsız vəziyyətə düşmüş yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

6. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 52,0 kv.metr mülkiyyətində olan əmlakı qəzalı vəziyyətə salaraq zədələməsi və məhv etməsi nəticəsində ona dəyən real zərərin əvəzi olaraq 130.000 manat, əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manat, mənəvi zərərə görə 10.000 manat, ümumilikdə 178.400 manat və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutularaq ö dənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı və onun nümayəndəsi və vəkili işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbi onunla əsaslandırmışlar ki, İddiaçı 2000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi qulluq etməklə Daxili Qoşunların N saylı hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət edir. Hərbi hissə komandirinin 57№-li 08 mart 2013-cü il tarixli əmrinə əsasən o, DQ-ın Lənkəranda yerləşən N saylı hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsində, hərbi hissə komandirinin N № li N noyabr 2017-ci il tarixli əmrinə əsasən isə DQ-ın Hacıqabul şəhərində yerləşən hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsinə tə yin edilmiş və hazırda həmin vəzifədə xidmət edir. ünvan 2 ünvanında yerləşən həmin mənzil xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Evlidir, həyat yoldaşı, bir qızı və iki oğlu vardır. Nəsimi rayon Mənzil Kommunal “X3 15 saylı MKİ Sahəsinin verdiyi 401 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, adı çəkilən mənzildə o, həyat yoldaşı X10, qızı- X6, oğlu-X7 və oğlu- X12 qeydiyyatda olmaqla yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi Cavabdeh istifadəsinə veri lmişdir. Həmin sərəncamda “ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikilərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh firması tərəfindən həll edilməsi” tapşırılmışdır. 2013-cü ilin mart ayında o, X5 yerləşən hərbi hissəsinə təyinat alaraq ailəsi ilə oraya yaşamağa getmiş və bundan sonra, yəni 2013-cü ilin iyun ayında Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi başlanmış və bununla əlaqədar olaraq ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tamamilə dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Nəsimi rayon Mənzil Kommunal X3 15 saylı Mənzil Kommunal İstismarı Sahəsi bu mənzilə baxış keçirmiş və xx.xx.2020-ci il tarixli akt tərtib etmişdir. Aktdan görünür ki, “İddiaçı mənzilinə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzil demək olar ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış, mənzilin daxilindən mənzilin çöl tərəfi görünür, mənzilin dam örtüyü yararsız vəziyyətə düşmüş, yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar var”. Nəsimi rayon Mənzil Kommunal X3 15 saylı MKİS-nin çəkdiyi mənzilin sxemindən göründüyü kimi qəzalı vəziyyətə salınan ünvan 3 ünvanında yerləşən mənzilin - yaşayış otağının sahəsi 20,5 kv.metr, hamam 8,0 kv.metr, mətbəx 7,0 kv.metr, şüşəbənd 12,0 kv metr, dəhliz 3,0 kv.metr, ayaqyolu 1,5 kv.metr, cəmi olaraq 52,0 kv.metrdir. Xüsusi mülkiyyətində olan bu mənzilin həyətyanı sahəsi də onların istifadəsində olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi ərazidə, yəni, Ş.Əzizbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsindən 20-22 mərtəbəli yaşayış binası tikib başa çatdırmış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının müddəalarını yerinə yetirməyərək ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsini təmin etməmiş, əksinə ətrafda sakinlərin evlərinin yerləşməsinə baxmayaraq, tikintini davam etdirmiş və vətəndaşlara məxsus evləri qəzalı vəziyyətə salmış, qaz, su, işıq və digər kommunal xətlərini zədələmiş, xüsusi mülkiyyətdə olan əmlakları məhv etmişdir. Tərəfindən dəfələrlə Cavabdeh MMC-nin rəhbərlərindən olan Eldar Məmmədəliyev və Zabit adlı şəxsə müraciətləri olmuş və görüşləri nəticəsiz qalmış, cavabd eh nə onu müvafiq mənzillə təmin etmiş, nə də pul kompensasiyasını ödəməmişdir. Cavabdeh MMC qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan, onunla əvvəlcədən razılaşdırılmadan, ünvan 2 ünvanında yerləşən mülkiyyətimdə olan əmlakı 2013-cü ildə tamamilə məhv etməsi və zədələməsi nəticəsində ona real zərər vurmuşdur. Real zərərlə bağlı qeyd olunmalıdır ki, Hökumət Bakı şəhərində “Sovetski” deyilən ərazidə əhalinin köçürülməs üçün bir kv.metr sahə üçün sakinlərə 2.000 manat, qəzalı vəziyyətdə olan evlərin sökülməsi və yerində yeni binalaırn tikintisi zamanı tikinti şirkətləri tərəfmdən (“pilot layihələr” üzrə) isə hər bir sakinə əlavə olaraq 20 kv.metr əlavə mənzil sahəsi verilməsini müəyən etmişdir. Bakı şəhərində Nəsimi rayonu ərazisində istər yeni, istərsədə köhnə mənzillərin bir kv.metinin qiyməti, Ş.Əzizbəyov ilə Bülbül prospektinin kəsişməsində hazırda 2.500 manatdan az deyil. Onun mənzilinin ümumi sahəsinin (isifadədə olan həyətyanı sahə nəzərə alınmadan) 52,0 kv.metr olduğunu nəzərə alaraq belə halda cavabdeh ona (52,0 X 2.500) = 130.000 (yüz otuz min) manat real zərərin əvəzini ödəməidir. Bundan əlavə Cavabdeh MMC mülkiyyətində olan əmlakı 2013-cü ildə məhv etməklə həm onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Belə ki, o, və ailəsi xidməti işi ilə əlqədar olaraq digər yaşayış məntəqsində yaşadıqlarından, şəhərin mərkəzində yerləşən bu mənzili kirayəyə verərdi və bu 8 il ərzində ondan faydalana bilərdi. Nəzərə alaraq ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən, hər bir kommunal şəraiti olan 52,0 kv.metr mənzili ayda 400 manata kirayəyə versəydi, bu ildə 4.800 manat, 8 ildə isə 38.400 (otuz səkkiz min dörd yüz) manat edər ki, cavabdehin hüquqa zidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də Cavabdeh MMC bu 38.400 (otuz səkkiz min dörd yüz) manat əldən çıxmış faydanı da ona ödəməlidir. Bundan əlavə Cavabdeh MMC, mülkiyyətində olan əmlakı 2013-cü ildə məhv etməklə həm də ona mənəvi zərər vurmuşdur. Belə ki, onun Bakı şəhərinin mərkəzində mülkiyyətində olan mənzilinin olmasına baxmayaraq, ailəsi Hacıqabulda yataqxanada yaşamağa məcbur qalmışdır. X1 Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və bu gün Bakı şəhərində işlə təmin oluna bilmir. Çünki mənzili məhv edilmiş və onun da qalmağa yeri olmadığından, gəlib Hacıqabulda yataqxanada qalır və işlə yə bilmir. Zabitlərə ildə 45 gün məzuniyyəti verilir ki, məzuniyyət dövründə də o, və ailəsi Bakı şəhərinə gəlib, halal evlərində yaşamaq imkanından mərhum olunmuşlar. Ona görə də yayda 45 günlük məzuniyyət dövründə Hacıqabulda 45 dərəcə istidə yataqxaııda qalmağa məhkum olunmuşdur. Bakıda evləri ola-ola, ailəsi və o, Bakı şəhərinə gələndə qohumların evində sıxıla-sıxıla qalırlar. Cavabdeh MMC-nin rəhbərləri ilə bu barədə dəfələrlə danışıqları olmuşdur. Cavabdeh MMC-nin rəhbərləri bu illər ərzidə onlara yalan vədlər verərək aldatmış və evlərini də qəzalı vəziyyətə bilərəkdən salaraq məqsədləri o olmuşdur ki, sakinlər artıq qəzalı vəziyyətə düşən evlərini onların istəklərinə uyğun dəyər-dəyməzinə onlara satıb, buranı tərk etsinlər. Bildiyinə görə Cavabdeh MMC qonşulara qarşı Nəsimi rayon Mə hkəməsinə onların köçürülməsi barədə iddia da qaldırmış, lakin Məhkəmə cavabdehin iddiasını təmin etməmişdir. Cavabdeh MMC-nin bu 8 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, o, və ailəsi bu illər ərzində mənəvi sartsıntılar keçrimişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 (on min) manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, iddiaçının iddia tələbinin təmin olunmasına yönəlmiş cəhdlərindən biri də hazırki mübahisə predmeti olan mənzilə dair məhkəməyə yanlış məlumat verməsidir. Belə ki, iddiaçı iddia ərizəsində ümumi sahəsi 52,0 kv.me tr olan mənzilin onun mülkiyyətində olmasını qeyd edir və bu faktı xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə istinad edərək “əsaslandırır”. Halbuki, həmin Qeydiyyat Vəsiqəsindən görünür ki, mənzilin yalnız 1 yaşayış otağı iddiaçının mülkiyyətindədir, mənzilin digər 3 yaşayış otağı isə ayrı-ayrılıqda digər şəxslərin mülkiyyətində olmuş, sonradan həmin şəxslərlə cavabdeh arasında qarşılıqlı razılıq əldə edilmiş, həmin şəxslərin köçürülməsi təmin edilmişdir. Ümumi sahəsi 60 kv.metr olan mənzilin 1 otağına mülkiyyət hüququ olduğu halda, iddiaçı 52 kv.metr sahəsi olan mənzilə mülkiyyət hüququnun olmasını açıq-aşkar surətdə qeyd edərək, məhkəməni aldatmağa cəhd edir. İddiaçı yaşadığı 1 otağa qanunsuz olaraq artırmalar edərək, yaşayış otağının sahəsini “genişləndirərək”, mülkiyyətində sahə et ibarı ilə daha böyük mənzilin olması təəssüratını yaratmağa və bunun qarşılığında cavabdehdən həddindən artıq məbləğdə pul vəsaiti tələb etməyə cəhd edir. Halbuki, iddiaçının bu hissədə heç subyektiv hüququ belə yoxdur. 9. "xxxx" MMC-nin verdiyi 02-43/21 saylı 01 iyun 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və evin bazar dəyəri və kirayə dəyərini müəyyən etmək üçün ərazi üzrə monitorinq aparılmışdır. 16 iyun 2021-ci il tarixinə mənzilin bazar dəyəri 1 kv.metr=2.500 (iki min beş yüz) manat, 52,0 kv.metr ümumi sahə X 2.500,0 (iki min beş yüz) manat, 1 kv metr = 130.000 (bir yüz otuz min) manat təşkil edir. Bundan başqa Cavabdeh MMC mülkiyyətində olan əmlakı 2013-cü ildə məhv etməklə həm də onu a di mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Belə ki, o, ailə üzvləri ilə birlikdə xidməti işi ilə əlaqədar digər yaşayış məntəqəsində yaşadığından, şəhərin mərkəzində yerləşən bu mənzili kirayəyə versəydi bu 8 ildə ondan faydalana bilərdi. bu mənzili ayda 400 manata kirayayə versəydi, bu ildə 4.800 manat, 8 ildə isə 38.400 (otuz səkkiz min dörd yüz) manat vəsait edərdi. Mənəvi ziyanla bağlı isə o, Bakı şəhərinin mərkəzində mənzilinin olmasına baxmayaraq, ailəsi ilə Hacıqabulda yataqxanada yaşamağa məcbur qalmışdır. X2 Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və bu gün Bakı şəhərində işlə təmin oluna bilmir, çünki evi məhv edilmiş, onun da işləmək üçün qalmağa yeri olmadığından gəlib Hacıqabulda yataqxanada qalır və işləyə bilmir. Zabitlərə ildə 45 gün məzuniyyət vetilir. Məzunuyyət dövründə iddiaçı və ailəsi Bakı şəhərinə gəlib evində yaşamaq imkanından məhrum olmuşdur.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1928/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: 1) Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 173 ünvanda yerləşən 20 saylı, 52,0 kv.metr olan mənzil yararsız hala salınmışdırmı, əgər salınmışdırsa nə vaxt və məhz hansı səbəbdən salınmışdır və bunun nəticəsində iddiaçının mənzilinə hansı məbləğdə ziyan vurulmuşdur?

11. Azərbaycan Respublikasının Ədliyyə Nazi rliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1219 saylı rəyində göstərilmişdir ki, mülki iş materiallarının 15-ci səhifəsinə əlavə eilmiş və 15 saylı MKTŞ-nin rəisi M.Əliyev, mühəndis A.Babayev, sahə nəzarətçisi İ.Hümbətov tərəfindən tərtib edilmiş Aktın göstəricilərinə əsasən Bakı şəhəri Nəsimi rayon, Ş.Əzizbəyov küçəsi 173 mənzil 20-də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ev 173, 20 saylı mənzilin (52,0 kv.metr) təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 15.600,00 manat məbləğində müəyyən olunu r.

12. İddiaçının təşəbbüsü ilə daşınmaz əmlakın bazar və kirayə dəyərinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən mütəxəssis rəyi verilmişdir. 13. "xxxx" MMC-nin 16 iyun 2021-ci il tarixli, 02-43/21 saylı mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 16 iyun 2021-ci il tarixinə bazar dəyəri 1kv.m.-2.500 manat, 52,0 kv.m. (ümumi sahə) 130.000 manat təşkil edir. Mənzilin bir ay üçün kirayə dəyəri 400,0 manat təşkil edir.

14. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1219 saylı ekspert rəyi ilə razılaşmayaraq mülki iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1928/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1) Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 173 ünvanda yerləşən 20 saylı, 52,0 kv.metr olan mənzilin real bazar qiyməti nə qədər təşkil edir? 2) Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 173 ünvanda yerləşən 20 saylı, 52,0 kv.metr olan mənzilin hazırda qəzalı vəziyyətdə olub-olmaması müəyyən edilsin. 16. “Premium Legal Services MMC”-nin “daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” xx.xx.2021-ci il tarixli, H/01-PLS saylı Hesabatında göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 173 ünvanda yerləşən 20 saylı mənzilinin hazırkı dövrə tələblə təklifinin qarşılıqlı tə siri nəticəsində bazar qiyməti 125.000 manatdır. Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 173 ünvanda yerləşən 20 saylı mənzilə baxış keçirilən zaman, onun qəzalı vəziyyətdə olduğu aşkar edilmişdir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1928/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia qismən təmin edilərək, Cavabdehndən İddiaçı xeyrinə 125.000 manat mənzilə dəyən maddi zərər və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, ekspertizanın rəyi nəzərə alınmaqla, mənzilə dəymiş zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin edilməli və dəymiş maddi zərərə görə 125.000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

19. Həmçinin, məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manatın, mənəvi zərərin əvəzi olaraq 10.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir.

20. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1,76.2 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

21. Qətnamədən iddiaçı və onun nümayəndəsi və vəkili, həmçinin cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətləri vermişlər.

22. İddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir.

23. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir.

24. İddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 iyul 2021-ci il tarixli 10/219 saylı rəylə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış mənzilinə RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə mənzillərin söküntüsü nəticəsində ziyan dəymişdir. "xxxx" MMC-nin verdiyi 02-43/21 saylı 1 iyun 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və evin bazar dəyəri və kirayə dəyərini müəyyən etmək üçün ərazi üzrə monitorinq aparılmışdır. 16 iyun 2021-ci il tarixinə mənzilin bazar dəyəri 1 kv.metr=2.500 (iki min beş yüz) manat, 52,0 kv.metr ümumi sahə X 2.500,0 (iki min beş yüz) manat, 1 kv metr = 130.000 (bir yüz otuz min) manat təşkil edir. Mənzilin kirayə dəyəri isə 1 ay üçün 400,0 (dörd yüz) manat təşkil edir. Cavabdehin nümayəndəsi qiymətləndirmə ilə razı olmadığından, məhkəmə özü 2(006)-1928/21 saylı 02 sent yabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və mənzilin real bazar dəyərinin nə qədər olması və mənzilin hazırda qəzalı vəziyyətdə olub-olmaması sualını qoymuşdur. Həmin suallara cavab olaraq "xxxx" MMC özünün H/01- PLS saylı 02 noyabr 2021-ci il tarixli mütəxəssis rəyi ilə bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyi zaman onun qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş və mənzlin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti -125.000 (yüz iyirmi beş min) manat təşkil edir. Lakin məhkəmə qətnamənin sonuncu səhifəsində qeyd etmişdir ki, “əldən çıxmış faydanın əzvəzi olaraq 38.400 manatın, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” h issəsi ilə bağlı iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Adı çəkilən ekspert və mütəxəssis rəylərindən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyi zaman onun qəzalı vəziyyətədə olduğu, cavabdehin orada söküntü işi aparması nəticəsində mənzili qəzalı vəziyyətə salmış və 2013-cü ilin iyun ayından keçən 8 il ərzində iddiaçı bu mənzili ayda 400 manata kirayayə verə bilərdi və bu ildə 4.800 manat, 8 ildə isə 38.400 (otuz səkkiz min dörd yüz) manat vəsait edərdi. Mənəvi ziyanla bağlı isə iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçının Bakı şəhərinin mərkəzində mənzilinin olmasına baxmayaraq, ailəsi ilə Hacıqa bulda yataqxanada yaşamağa məcbur qalmışdır. X2 Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və bu gün Bakı şəhərində işlə təmin oluna bilmir, çünki evi məhv edilmiş, onun da işləmək üçün qalmağa yeri olmadığından gəlib Hacıqabulda yataqxanada qalır və işləyə bilmir. Zabitlərə ildə 45 gün məzuniyyət vetilir. Məzunuyyət dövründə iddiaçı və ailəsi Bakı şəhərinə gəlib evində yaşamaq imkanından məhrum olmuşdur.

25. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsi n adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin konkret halından və işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, mənzillərin söküntüsü nəticəsində iddiaçının mənzilinə ziyan dəymiş və ünvan 4 ünvanda yerləşən evə dəyən zərərin aradan qaldırılması üçün (mənzilin təmiri üçün) görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 15.600 (on beş min altı yüz) manat müəyyən olunur. Bu, işin müəyyən olunan halıdır. Yəni əgər Cavabdeh MMC iddiaçının mənzilinə ziyan vurubsa, bu ziyanı aradan qaldırmaq üçün 15.600 manat vəsait tələb olunur. Bu mənada işə baxan məhkəmə cavabdehin hər hansı təqsirli hərəkəti sübut edildiyi halda, yalnız zərərin a radan qaldırılması üçün tələb olunan 15.600 manat pulu cavabdehdən tuta bilərdi. Bu mənada məhkəmə Mülki Məcəllənin 21.2-ci maddəsini düzgün tətbiq etməmiş, iddiaçıya zərər vurulması ilə cavabdehin hərəkəti arasında səbəbli əlaqə olduğu halda, həmin zərərin aradan qaldırılması imkanına, habelə zərərin aradan qaldırılması üçün tələb edilən məbləğin müəyyən olunmasına düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının xeyrinə cavabdehdən ona məxsus mənzilin tam dəyərini tutmaqla əslində faktiki olaraq cavabdehin mənzili məcburi şəkildə almaq öhdəliyini yaratmışdır. Çünki işdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, iddiaçıya məxsus əmlakın bazar qiyməti 125.000 (bir yüz iyirmi beş min) manat təşkil edir. Məhkəmə cavabdehdən məhz həmin məbləği tut muşdur. Bununla da məhkəmə cavabdehin evin bazar qiymətini iddiaçıya ödəmək vəzifəsini müəyyən etmişdir. Bu isə artıq alqı-satqı müqaviləsi bağlamağa məcbur edilməkdir. Məhkəmənin gəldiyi nəticə Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinin pozulmasıdır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamağa məcbur etməyə yol verilmir. İşdə ekspert rəyi var ki, iddiaçının evinin bərpasına 15.600 manat vəsait tələb olunur, evin qiyməti isə 125.000 manat, yaxud 130.000 manatdır. Belə olduğu halda məhkəmə evin təmir-bərpa xərcini deyil, bazar dəyərini ödəməyi müəyyən etməklə tam qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxan məhkəmə Mülki Məcəllənin 1096-cı maddəsini düzgün tətbiq etməmişdir. Çünki cavabdehin qonşuluqda bina inşa edərkən təqsirli, hüquqazidd hans ı hərəkətə yol verdiyi sübut olunmamışdır. İşə baxan məhkəmə iddiaçıya məxsus olan evin qəzalı vəziyyətdə olmasının səbəblərini araşdırmamış, işin faktiki hallarını müəyyən etməmişdir. Həmin evin iddiaçıya məxsus hissəsi ilə bağlı məhkəmə aşağıdakı halları araşdırmamışdır: 1) evin köhnə olması; 2) həmin evin uzun illərdən bəri əsaslı təmir edilməməsi; 3) ev uzun illər öncə inşa edilərkən qəbul edilmiş tikinti norma və standartlarına uyğun inşa edilib-edilməməsi; 4) evin qəzalı hala düşməsinə səbəb olan daxili və xarici təsirlərin nədən ibarət olması. İşə baxan məhkəmə hamıya bəlli olan halların sübut edilməsinə ehtiyacın olmaması barədə hüquqi düşüncəni, Bakı şəhərində 80-100 il əvvəl tikilmiş evlərin kütləvi şəkildə sökülməsi və sakinlərin köçürülməsi kimi böyük miqyaslı tədbirləri həyata keçirərkən əlaqədar dövlət təşkilatlarının həmin evlərin köhnə tikili olduğundan və vaxtilə tikinti standartlarına uyğun tikilmədiyindən qəzalı və yararsız olması barədə hamıya bəlli olan əsaslandırıldmış mövqeyini əsas götürüb düzgün və ədalətli nəticəyə gəlməli olduğu halda, bu fikirləri ümumiyyətlə bir kənara atmış, məsələyə formal mülahizələrlə qiymət verməyə çalışmışdır. Məhkəmə işin bu hallarını araşdırmamışdır. Bu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 385-ci maddəsinə əsasən iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1N)-4651/2022 saylı 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Anar Tanrıverdiyev) hakimlər İkram Şirinov və Həmid Həmidov) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmiş, iddiaçının apellyasiya şikayəti isə təmin edilməmişdir.

27. Məhkəmə kollegiyası tərəfindən 26 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti ilə bağlı ünvan 2 ünvanda yerində müayinə və tədqiqat aparılaraq müəyyən edilmişdir ki, çoxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındaki məsafə 28,5 metr təşkil edir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı birmərtəbəli evin bünövrəsinə zərər yetirməmişdir. Tikililər arasındaki məsafə və torpaq qatının yerləşmə ardıcıllığı buna im kan vermir.

28. İş materiallarının 2-ci cildinin 7-19-cu vərəqələrinə əlavə edilmiş cavabdehin vəkili X4 ünvanlanmış "xxxx" MMC-nin 045/KS/22 saylı, 15 mart 2022-ci il tarixli mütəxəssis qiymətləndirməsi haqqında rəydən görünür ki, çöxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındakı məsafə 28,5 metr təşkil edir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı birmərtəbəli evin bünövrəsinə zərər yetirməmişdir. Belə ki, tikililər arasındakı məsafə və torpaq qatının yerləşmə ardıcıllığı buna imkan vermir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı zamanı heç bir torpaq sürüşməsi baş verməmişdir. Bir mərtəbəli yaşayış evi tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Mətbəx sahəsindən yaşayış otağına keçid divarlarında tikinti qaydalarına uyğun bağlamalar aparılmamışdır. Birmərtəbəli yaşayış evi həm xarici, həm daxili fiziki aşınmaya məruz qalmışdır. Çoxmərtəbəli yaşayış binasının tikintisi nəticəsində bir mərtəbəli yaşayış evinə hər hansı fiziki və texniki zərər vurulması halı aşkar edilməmişdir. Bir mərtəbəli yaşayış evinin faktiki sahəsi 52,0 kv.metrdir. Hazırki bazar dəyəri 94.000 manat, likvid dəyəri – 80.000 manat təşkil edir.

29. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən mənzilin dəyərini tutmaqda haqlı olmamış, həmçinin iddia tələbindən kənara çıxmışdır. Çünki, iddiaçı iddia tələbində ona dəymiş zərərin əvəzini istəmişdir. Ekspert rəyində mənzilə dəymiş zərərin məbləği 15.600 manat müəyyən edilməsinə baxmayaraq, məh kəmə cavabdehdən mənzilin ümumi dəyərini tutmaqla bir növ həmin mənzilin alınması öhdəliyini cavabdehin üzərinə qoymuşdur ki, bu da Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinə ziddir. Belə ki, mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Bundan başqa, qeyd edilən ekspert rəyində mübahisəli mənzilə ziyan dəyməsi faktı müəyyən olunsa da, həmin ziyanın kim tərəfindən vurulması müəyyən edilməmişdir. Rəydən də göründüyü kimi, 15 saylı MKİS-in rəisi M.Əliyev, mühəndis A.Babayev, sahə nəzarətçisi İ.Hümbətov tərəfindən tərtib edilmiş AKT-ın göstəricilərinə əsasən, Nəsimi rayon, Ş.Əzizbəyov küçəsi ev 173, mənzil 20-də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilə n ünvanda Cavabdeh MMC tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyində istinad edilən akt və iddiaçının müraciəti mübahisəli mənzilə dəymiş ziyanın məhz cavabdehin təqsiri ucbatından olması nəticəsinə gəlməyə əsas vermir. Birinci instansiya məhkəməsi mənzilin dəyərini cavabdehdən tutarkən həmin zərərin məhz cavabdeh tərəfindən vurulmasına dair hər hansı araşdırma aparmamış, ekspertiza təyin etməmiş və ya mütəxəssis cəlb etməmişdir. Qeyd edilən ekspert rəyi isə mənzilə ziyan dəyməsini müəyyən etsə də ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq etmək üçün əsas deyildir. MPM-nin 101.7ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər süb utlarla yanaşı qiymətləndirilir.

31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olu nmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, sözügedən ekspert rəyi cavabdehin mənzilə vurulmuş ziyanda təqsirinin-olub olmamasını müəyyən etmədiyindən, lakin iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssis rəyində mənzilə dəymiş ziyanın cavabdehin təqsiri nəticəsində olub-olmaması halı araşdırıldığından, eyni zamanda mütəxəssis rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, həmin rəy hazırkı mübahisən in həllində sübut qismində əsas götürülməlidir. Belə ki, rəydə müəyyən edilmişdir ki, çöxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındakı məsafə 28,5 metr təşkil edir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı birmərtəbəli evin bünövrəsinə zərər yetirməmişdir. Tikililər arasındakı məsafə və torpaq qatının yerləşmə ardıcıllığı buna imkan vermir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı zamanı heç bir torpaq sürüşməsi baş verməmişdir. Bir mərtəbəli yaşayış binası tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir. Mətbəx sahəsindən yaşayış otağına keçid divarlarında tikinti qaydalarına uyğun bağlamalar aparılmamışdır. Birmərtəbəli yaşayış evi həm xarici, həm daxili fiziki aşınmaya məruz qalmışdır. Çoxmərtəbəli yaşayış binasının tikintisi nəticəsində bi r mərtəbəli yaşayış evinə hər hansı fiziki və texniki zərər vurulması halı aşkar edilməmişdir. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikinti işlərinin aparıldığı ərazi iddiaçının mənzilindən kifayət qədər uzaq məsafədə yerləşir.

33. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərər və əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı isə iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində rədd edildiyindən və mənəvi zərərin, əldən çıxmış faydan ın ödənilməsi mənzilə dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə törəmə tələb olduğundan, əsas tələb rədd edildiyinə görə iddia tələbi digər hissədə də rədd edilməlidir.

34. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 390.1-ci maddəsinə, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 101.7, 385.1, 358.1.2, 386, 387.1 və 388-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri.

35. İddiaçının nümayəndəsi və vəkili (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilən zaman Mülki Məcəllənin 21-ci maddəsini n tələbləri pozulmuşdur. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu. R.Behbudov, Ş.Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin Sərəncamda “Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh firması tərəfindən həll edilməsi” tapşırılmışıdır. 2013-cü ilin mart ayında iddiaçı X5 yerləşən hərbi hissəsinə təyinat alaraq ailəsi ilə oraya yaşamağa getmiş və bundan sonra, yəni 2013-cü ilin iyun ayında Cavab deh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi tamamilə dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Nəsimi rayon Mənzil Kommunal X3 15 saylı Mənzil Kommunal İstismarı Sahəsi bu mənzilə baxış keçirmiş və xx.xx.2020-ci il tarixli akt tərtib etmişdir. Aktdan görünür ki, “İddiaçı mənzilinə baxış keçirildi və müəyyən edildi ki, mənzil demək olar ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış, mənzilin daxilindən mənzilin çöl tərəfi görünür, mənzilin dam örtüyü yararsız vəziyyətə düşmüş, yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar var”. Nəsimi rayon Mənzil Kommunal X3 15 saylı MKİS-nin çəkdiyi mənzilin sxemindən göründüyü kimi qəzalı vəziyyətə salınmış ünvan 2 ünvanında yerləşən mənzilin yaşayış otağının sahəsi 20,5 kv.metr, hamam 8,0 kv.metr, mətbəx 7,0 kv.metr, şüşəbənd 12,0 kv.metr, dəhliz 3,0 kv.metr, ayaqyolu 1,5 kv.metr, cəmi olaraq 52,0 kv.metrdir. İddiaçının xüsusi mülkiyyətində olan bu mənzilin həyətyanı sahəsi də iddiaçının istifadəsində olmuşdur. Cavabdeh MMCnin rəhbərliyi ərazidə, yəni Ş.Əzizbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsində 20-22 mərtəbəli yaşayış binası tikib başa çatdırmış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının müddəalarını yerinə yetirməyərək ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsini təmin etməmiş, əksinə ətrafda sakinlərin evl ərinin yerləşməsinə baxmayaraq, tikintini davam etdirmiş və vətəndaşlara məxsus evləri qəzalı vəziyyətə salaraq xüsusi mülkiyyətdə olan əmlakları məhv etmişdir. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh MMC-nin rəhbərlərinə müraciətlər və görüşlər nəticəsiz qalmış, cavabdeh nə iddiaçını müvafiq mənzillə təmin etmiş, nə də pul kompensasiyasını ödəməmişdir. Bakı Apellyasiya məhkəməsində icraat vaxtı məhkəmə yerli baxış keçirmiş və xx.xx.2022-ci il tarixli qətnamədə yazmışdır ki, tikinti işlərinin aparıldığı ərazi iddiaçının mənzilindən kifayət qədər uzaq məsafədə yerləşir. Bundan əlavə sonuncu xx.xx.2022-ci il tarixli məhkəmə iclasında hakim Anar Tanrıverdiyev bir mütəxəssis rəyini onlara təqdim etmişdir ki, onunla tanış olsunlar. Onlar etiraz etmişlər ki, onlar bütün məhkəmə iclaslarında işti rak etmişlər və Cavabdeh MMC-nin nümyəndəsi belə bir sənədi məhkəməyə təqdim etməmişdir. Lakin qətnamədən görünür ki, hakim qeyri prosessual münasibət qaydasında aldığı bu "xxxx" MMC-nin mütəxəssis rəyini işə əlavə etmiş və qətnamədə bu rəyə istinad edərək yazmışdir ki, rəydən görünür ki, çoxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındakı məsafə 28,5 metr təşkil edir. Çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısı birmərtəbəli evin bünövrəsinə zərər yetirməmişdir. Bakı Apellyasiya məhkəməsi də mütəxəssinin adı çəkilən rəyinə istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.

37. İddiaçı tərəf nə iddia ərizəsində, nə apellyasiya şikayətində, nə də məhkəmədə izahat vaxtı heç vaxt deməmiş və yazmamışdır ki, iddiçıya məxsus fərdi yaşayış evi çoxmə rtəbəli yaşayış binasının təməlinin qazıntısı zamanı ev zədələnmiş və qəzalı vəziyyətə düşmüşdür. Onlar yazmışlar və demişlər ki, onlara məxsus yaşayış evi digər 3 nəfər qonşunun onların evinə bitişik evləri cavabdehin texnikaları vasitəsi ilə sökülməsiuçurulması zamanı zədələnmiş və qəzalı vəziyyətə düşmüşdür. Bu fakt həm 15 saylı Mənzil Kommunal istismarı Sahəsinin xx.xx.2020-ci il tarixli aktında və həm də Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 iyul 2021-ci il tarixli 10/219 saylı rəyində öz əksini tapmışdır. Cavabdeh MMC-nin nümayəndələrinin də məhkəmə iclaslarında digər 3 qonşunun evinin sökülməsi ilə bağlı onlara kompensasiya verdiklərini yazdıqları etirazlarda öz əksini tapmışdır. Ən maraqlı cəhət ondan ibarətdir ki, Cavabdeh MMC özü etiraz və şikayətlərdə ancaq e vin bazar dəyiri barədə mübahisə açmış, heç vaxt fərdi yaşayış evi ilə birmərtəbəli yaşayış evinin arasındakı məsafənin 28,5 metr təşkil etdiyini, çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısının birmərtəbəli evin bünövrəsinə zərər yetirmədiyini yazmamışdır. Çünki onlar da fərdi yaşayış evinə bitişik digər 3 qonşunun evinin cavabdehin texnikaları ilə uçurulması nəticəsində evin zədələndiyini qeyd etmişlər. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin normalarını pozmuş, fərdi yaşayış evi tam qəzalı vəziyyətə düşməsinə baxmayaraq, əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir.

38. Mülki Məcəllənin 390-cı maddəsinin tələbi pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 390.1-ci maddəsi nə istinad edərək yazmışdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmənin bu normaya istinad etməsinin heç bir əsası yoxdur. Belə ki, iddiaçı məcburi surətdə cavabdehlə alğı-satqı müqaviləsi bağlanılmasını və ya evin məcburi alınmasını tələb etməmişdir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini qəzalı vəziyyətə salan cavabdehdən vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir.

39. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbi pozulmuşdur. Adı çəkilən ekspert və mütəxəssis rəylərindən güründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirildiyi zaman onun qəzalı vəzilyyətində olduğu, cavabdeh orada söküntü işi aparması nəticəsində iddiaçının mülkiyyətində olan mənzili qəzalı vəziy yətə salmış və 2013-cü ilin iyun ayından keçən 8 il ərzində iddiaçı bu mənzili ayda 400 manata kirayəyə verərdi və bu ildə 4.800 manat, 8 ildə isə 38.400 (otuz səkkiz min dörd yüz) manat vəsait edərdi. İddia ərizəsində qeyd edildiyi kimi iddiaçının Bakı səhərinin mərkəzində evinin olmasına baxmayaraq, ailəsi Hacıqabulda yataqxanada yaşamaga məcbur qalmışdır. Oğlu X14 oglu Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və bu gün Bakı şəhərində işlə təmin oluna bilmir. Qalmağa yeri olmadığından gəlib Hacıqabulda yataqxanada qalır və işləyə bilmir.Zabitlərə ildə 45 gün məzuniyyət verilir. Məzuniyyət dövründə iddiaçı Bakı şəhərinə gəlib halal evində yaşamaq imkanından məhrum olmuş, 45 dərəcə istidə Hacaqabulda yataqxanada qalmağa məcbur olmuşdur. Bu mənəvi sarsıntıdır.

40. MPM-in 219 və 290-cı maddələ rinin tələbləri pozulmuşdur. Apellyasiya instansıyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyini bilərəkdən təhrif etmişdir. Belə ki, Birinci instnsiya məhkəməsində icraat zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 23 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 iyul 2021-ci il tarixli 10\219 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ünvanında yerləşən yaşayış mənzilini RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə mənzillərin söküntüsü nəticəsində mənzilə ziyan dəymişdir. Eyni zamanda rəyin sonunda yazılır ki, mənzilin təmiri üçün görülm əli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq 15.600 manat məbləğində müəyyən olunur. Göründüyü kimi 15.600 manat pul vəsaiti mənzilin təmir xərcinin dəyəridir. Yəni, qəzalı vəziyyətə salınmış, yaşayış mümkün olmayan, yararsız mənzilin dəyəri deyil, ona görə də məhkəmə 2(006)-1928\21 saylı 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və mənzilin real bazar dəyərinin nə qədər olması və mənzilin hazırda qəzalı vəziyyətdə olubolmaması sualını qoymuşdur. Həmin suallara cavab olaraq "xxxx" MMC özünün H/0İ-PLS saylı, 02 noyabr 2021-ci il tarixli mütəxəssis rəyi ilə bildirmişdir ki, ünvan 6-yə baxış keçirildiyi zaman onun qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş və mənzlin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nə ticəsində bazar qiyməti -125.000 manat təşkil edir, cavabını vermişdir. Məhkəmə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qətnamə çıxarmamış, adı çəkilən normaları pozmuşdur. İşin halları ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus yaşayış evi digər 3 nəfər qonşunun evə bitişik evləri cavabdehin texnikaları vasitəsi ilə sökülməsi-uçurulması zamanı zədələnmiş və qəzalı vəziyyətə düşmüşdür. Lakin Bakı Apellyasiya Məhkəməsi fərdi yaşayış evi ilə birmərtəbəli yaşayış evinin arasındakı məsafənin 28,5 metr təşkil etdiyini, çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısının birmərtəbəli evin bünövrəsinə zərər yetirmədiyini yazmaqla işin faktiki hallarını bilərəkdən dəyişmişdir. Mə hkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qanunsuz və əsassız qətnamə qəbul etmiş, MPM-nin 390-cı maddələrinin tələblərini pozmuşdur.

41. İddiaçı Azərbaycan Respbulikaıs Daxili İşlər Nazirinin may 2022-ci il tarixli əmri ilə X19 Hərbi Məktəbinə keçirilməyimlə bağlı olaraq, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və yaşamaq üçün ünvan 6 ünvanında yerləşən evinin təmir və bərpası ilə məşğul olmaq istəmiş, lakin bu zaman evin divarları tam uçmuş və mənzili təmir etmək mümkün olmamışdır. Tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə məulmat verilmiş, onlar evin sökülərək tikilməsini məsləhət bilmiş və eyni zamnda 15 saylı MİS bu barədə xx.xx.2022-ci il tarixində müvafiq akt tərtib edərək vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi.

42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fay da) başa düşülür.

45. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

46. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Mad də 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həl li ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halları n yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunun həmin normasının tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

66. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəy ərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

67. İddia tələbindən görünür ki, iddiaçı mülkiyyətində olan əmlakı qəzalı vəziyyətə salaraq zədələməsi və məhv etməsi nəticəsində ona dəyən real zərərin əvəzi olaraq 130.000 manat, əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manat, mənəvi zərərə görə 10.000 manat, ümumilikdə 178.400 manatın cavabdehdən tutulara q ona verilməsini xahiş etmişdir.

68. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/1219 saylı rəydə, mülki iş materiallarının 15-ci səhifəsinə əlavə eilmiş və 15 saylı MKTŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş Aktın göstəricilərinə əsasən Bakı şəhəri Nəsimi rayon, Ş.Əzizbəyov küçəsi 173, mənzil 20-də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəyməsi və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ev 173, 20 saylı mənzilin (52,0 kv.metr) təmiri üçün görülməli işlərin ümumi dəyərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 15.600,00 manat məbləğində müəyyən olunması qeyd olunmuşdur.

69. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən iddiaçının vəsatətinə əsasən yenidən məhkəmə tikinti-texniki ekspertiza təyin edilərək qiymətləndirilmənin keçirilməsi “Premium Legal Services MMC”-yə həvalə edilsə də, mütəxəssis qarşısında mənzilin nə vaxt və məhz hansı səbəbdən yararsız hala salınması və bunun nəticəsində iddiaçının mənzilinə hansı məbləğdə ziyan vurulması barədə sual qoyulmamış, əksinə mənzilin real bazar qiyməti və hazırda qəzalı vəziyyətdə olub-olmaması barədə suallar qoyulmuşdur. 70. “Premium Legal Services MMC”-nin “daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” x x.xx.2021-ci il tarixli, H/01-PLS saylı Hesabatında mənzilinin hazırkı dövrə tələblə təklifinin qarşılıqlı təsiri nəticəsində bazar qiymətinin 125.000 manat olması, mənzilə baxış keçirilən zaman onun qəzalı vəziyyətdə olduğu göstərilmişdir.

71. Birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərkən cavabdehdən iddiaçının xeyrinə 125.000 manat mənzilə dəyən maddi zərərin tutulmasını qət edərkən, əslində mənzilin həmin vaxta olan bazar qiymətinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə nəticəyə gəlmişdir.

72. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə isə birinci instansiya məhkəməsi cavabdehdən mənzilin dəyərini tutmaqda haqlı olmamış, həmçinin iddia tələbindən kənara çıxmışdır. Çünki, iddiaçı iddia tələbində ona dəymiş zərərin əvəzini istəmiş, ekspert rəyində mənzil ə dəymiş zərərin məbləği 15.600 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə cavabdehdən mənzilin ümumi dəyərini tutmaqla bir növ həmin mənzilin alınması öhdəliyini cavabdehin üzərinə qoymuşdur ki, bu da Mülki Məcəllənin 390-cı maddəsinin tələblərinə ziddir. Bundan başqa, qeyd edilən ekspert rəyində mübahisəli mənzilə ziyan dəyməsi faktı müəyyən olunsa da, həmin ziyanın kim tərəfindən vurulması müəyyən edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi qətnaməsində ekspert rəyində istinad edilən akt və iddiaçının müraciətinin mübahisəli mənzilə dəymiş ziyanın məhz cavabdehin təqsiri ucbatından olması nəticəsinə gəlməyə əsas vermədiyini göstərmişdir.

73. Apellyasiya məhkəməsinin mülki kollegiyası həmçinin 26 iyul 2022-ci il tarixdə mənzilin yerləşdiyi ünvanda yerində müayinə və tədqiqat aparılara q, çoxmərtəbəli yaşayış binası ilə birmərtəbəli yaşayış evinin arasındaki məsafənin 28,5 metr təşkil etməsi, çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısının birmərtəbəli evin bünövrəsinə zərər yetirməməsini, tikililər arasındaki məsafə və torpaq qatının yerləşmə ardıcıllığının buna imkan verməməsini müəyyən etmiş, habelə apellyasiya məhkəməsinin qeyd olunan nəticəsinə uyğun tərtib edilmiş, eyni zamanda mənzilin bazar dəyərinin 94.000 manat, likvid dəyərinin – 80.000 manat təşkil etməsi barədə cavabdehin vəkilinə ünvanlanmış "xxxx" MMC-nin 045/KS/22 saylı, 15 mart 2022-ci il tarixli mütəxəssis qiymətləndirməsi haqqında rəyə əsaslanmışdır.

74. Bununla belə "xxxx" MMC-nin 045/KS/22 saylı, 15 mart 2022-ci il tarixli mütəxəssis qiymətləndirməsi haqqında rəyinin apellyasiya instansiya məhk əməsinə hansı qaydada təqdim edilməsi işdə olan məhkəmə iclasının protokollarında əksini tapmamışdır. İddiaçının kassasiya şikayətində də sonuncu məhkəmə iclasında həmin mütəxəssis rəyinin onlara təqdim edilməsi göstərilsə də, məhkəmə iclaslarında Cavabdeh MMC-nin nümyəndəsinin belə bir sənədi məhkəməyə təqdim etmədiyi qeyd olunmuşdur.

75. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş qaydada təqdim edilməmiş "xxxx" MMC-nin 045/KS/22 saylı, 15 mart 2022-ci il tarixli mütəxəssis qiymətləndirməsi haqqında rəyə sübut kimi istinad edilməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4 və 372.2-ci maddələrinin tələbi pozulmuşdur.

76. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən mənzilin dəyərinin tu tmasının düzgün olmaması, iddia tələbinin mənəvi zərər və əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində təmin edilməməsinin əsaslı hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olsa da, iddianın zərərin ödənilməsi hissəsində rədd edilməsi barədə nəticə mötəbər sübutlara əsaslanmadığından qanunsuzdur.

77. Belə ki, iş materiallarında olan xx.xx.2004-cü il tarixli mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Ş.Əzizbəyov küçəsi 173 saylı evin 20 saylı mənzil 4 otaqdan ibarət olmuş, həmin mənzilin yalnız 1 otağı iddiaçının mülkiyyətindədir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mənzilin yalnız 1 yaşayış otağı iddiaçının mülkiyyətindədir, mənzilin dig ər 3 yaşayış otağı isə ayrı-ayrılıqda digər şəxslərin mülkiyyətində olmuş, sonradan həmin şəxslərlə cavabdeh arasında qarşılıqlı razılıq əldə edilmiş, həmin şəxslərin köçürülməsi təmin edilmişdir.

78. İşdə olan Mənzil Kommunal X3 15 saylı Mənzil Kommunal İstismarı Səhəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Aktda, İddiaçı Hüseyn oğlunun 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəyməsinin qeyd olunmasına, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/1219 saylı rəyində də iddiaçının mənzilinə ziyanın hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində vurulduğu göstərilməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmin hal, yəni iddiaçının mənzilinə bitişik olmuş 3 mənzilin söküntüsü nəticəsində ziyan dəyməsi məsələsi yoxlanılmamışdır.

79. Halbuki cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin digər 3 yaşayış otağı ilə bağlı ayrı-ayrılıqda digər şəxslərlə cavabdeh arasında qarşılıqlı razılıq əldə edilməsini, həmin şəxslərin köçürülməsinin təmin edilməsini göstərməklə, iddiaçının mənzilinə bitişik 3 mənzilin cavabdeh tərəfindən sökülməsini etiraf etmişdir.

80. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/1219 saylı rəyi verilərkən ekspert qarşısında, mənzilin nə vaxt və məhz hansı səbəbdə n yararsız hala salınması və bunun nəticəsində iddiaçının mənzilinə hansı məbləğdə ziyan vurulması barədə sual qoyulsa da, həmin suala Mənzil Kommunal X3 15 saylı Mənzil Kommunal İstismarı Səhəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Akta uyğun olaraq cavab verilmiş, ekspertin mövqeyi rəydə əksini tapmamışdır. Qeyd olunduğu kimi, daha sonra keçirilmiş ekspertiza zamanı da mənzilin nə vaxt və məhz hansı səbəbdən yararsız hala salınması və bunun nəticəsində iddiaçının mənzilinə hansı məbləğdə ziyan vurulması barədə sual qoyulmamışdır.

81. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının mənzilinə bitişik olmuş 3 mənzilin söküntüsü nəticəsində ziyan dəyməsi məsələsi araşdırılmadan, çoxmərtəbəli yaşayış binası ilə birmərtə bəli yaşayış evinin arasındaki məsafənin 28,5 metr təşkil etməsi, çoxmərtəbəli yaşayış binasının təməlinin qazıntısının birmərtəbəli evin bünövrəsinə zərər yetirməməsi, tikililər arasındaki məsafə və torpaq qatının yerləşmə ardıcıllığının buna imkan verməməsi nəzərə alınaraq yekun nəticəyə gəlinməsi anlaşılmaz olmaqla işin müəyyən edilmiş hallarına uyğun hesab edilə bilməz.

82. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmə iddiaçının mənzilinə ziyanın, həmin mənzilə bitişik olmuş 3 mənzilin söküntüsü nəticəsində yetirilib-yetirilməməsi məsələlərini ətraflı araşdırmalıdır. Belə ki, həmin məsələ xüsusi bilik tələb etməklə, müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə müəyyən oluna bilər.

83. Lakin qeyd olunduğu kimi apellyasiya instansiyas ı məhkəməsi yekun nəticəyə gələrkən mütəxəssis qiymətləndirməsi haqqında rəyə istinad etsə də, həmin rəyin qanuni yolla əldə edilməsi və mötəbər sübut kimi qəbul edilməsi iddiaçı tərəfindən kassasiya şikayətində mübahisələndirilmiş, məhkəmə şübhə doğurmayan müvafiq səlahiyyətə malik olan ekspert qarşısında mübahisənin həlli üçün zəruri olan sualları qoymamışdır.

84. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçının və cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması nəticəsinə gəlmişdir.

85. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, apellyasiya məhkəməsi də h əmin ziddiyyətləri aradan qaldırmamış, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

86. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

87. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 201 6-cı il tarixli Qərarında isə göstərilmişdir ki, məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmal arını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

88. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

89. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmal ı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

90. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

91. Şərh olunanlara əsasən və Azər baycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Hüseynoğlu oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1N)-4651/2021 saylı, 05 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar