Məhkəmə qərarları › İş №2(102)-104/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-104/2025

13.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-104/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi -işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla - işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilm əsi, əmrin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3463/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2023-cü tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə barmen vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış müddətli əmək müqaviləsi birinci 3 ayı sınaq müddəti hesab edilməklə 6 ay müddətinə bağlanılmışdır.

2. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək barmenlik üzrə peşə kursunda iştirak etmiş və qiymətləndirmə komissiyasının xx.xx.2023-cü il tarixli MMTF133/2023-İP001 saylı protokoluna əsasən qiymətləndi rmədən uğurla keçmişdir.

3. İddiaçıya xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək xx.xx.2023-cü il tarixdən həır hansı üzürlü səbəb olmadan işə gəlməməsinin pozuntu olduğu bildirilmiş, ən qısa müddət ərzində işə gəlməməsinin səbəbinin yazılı formada bildirilməsi xahiş olunmuş, əks təqdirdə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv oluna biləcəyi qeyd edilmişdir.

4. İddiaçıya verilən sınaq müddəti ərzində barmen vəzifəsi üzrə özünü tam doğrultmamasına görə işəgötürən tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş və onunla bağlanılan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinin qərara alındığı qeyd olunmuşdur.

5. İddiaçı xx.xx.2023-cü il tarixdən işə gəlmədiyinə görə "xx xx" MMC-nin xx.xx.2023cü il tarixli AZR-TE23/244 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. 6. "xxxx" MMC-nin əmək kitabçalarının hərəkətinin uçotu kitabından çıxarışından görünür ki, İddiaçı ******* nömrəli, xx.xx.2023-cü il tarixli əmək kitabçası xx.xx.2023-cü il tarixdə almışdır.

7. İş üzrə Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya prosesinin tətbiqi barədə təklifindən görünür ki, İddiaçı əmək mübahisəsi tələbi üzrə mediasiya prosesinin tətbiqi təklif "xxxx" MMC X2 xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01575 saylı arayışından görünür ki, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq vermə mişlər.

8. İddiaçı xx.xx.2004-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işə bərpa edilməsi, ona dəymiş 3600 manat maddi və 2000 manat mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi, əmək müqaviləsinin xitamında işdən çıxarılma əsası kimi qeyd olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o "xxxx" MMC restoran şəbəkəsində barmen vəzifəsində çalışmışdır. Cavabdehlə aralarında xx.xx.2023-cü ildə 6 aylıq əmək müqaviləsi imzalanmış və 3 aylıq sınaq müddəti müəyyən olunmuşdur. O, sınaq müddəti ərzində qüsursuz öz vəzifəsini yerinə yetirmişdir. Lakin xx.xx.2023- cü il tarixdə (məktubda xx.xx.2023-cü il qeyd olunub) ona "xxxx" MMC tərəfindən sınaq müddəti ərzində özünü doğrultmaması barədə xəbərdarlıq məktubu gəlmiş, amma səbəbi əsaslanlırılmamışdır. Halbuki o, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri arasında X4 İnkişaf Mərkəzində peşə kursunda iştirak etmiş və kursu uğurla tamamladığı üçün sertifikat almışdır. xx.xx.2023-cü il tarixdə onu çağıraraq demişlər ki, “öz imzanla işdən çıx, ya da Azərbayan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə səni işdən çıxardacayıq”. O, bununla razılaşmadığı üçün onu Saffron şirkətinə göndərmişlər. Ora gedə rkən bildirmişdir ki, onun adına özbaşına 80 manat cərimə yazılmışdır. Cərimə və işdən çıxarılmasının səbəbini soruşmuş, cavabdeh heç bir səbəb deməmiş və yenidən onu işə qaytarmışdır. Bundan bir neçə gün sonra o yenidən Saffron şirkətinə çağırılmış və sərt şəkildə ona demişlər ki, “biz səninlə işimizi sonlandırırıq, ya könüllü, ya da 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxacaqsan”. O isə onlarla razılaşmadığını, hansı səbəblə çıxaracaqlarını təkrar soruşmuşdur. Həmçinin 80 manat cərimənin də hansı səbəblə verildiyini soruşmuş, qanunsuz olduğunu bildirmişdir. Cavabdeh isə cavabında “əcəb edirik, get kimə deyirsən de” demişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə demişlər ki, “xx.xx.2023-cü il sonuncu iş günüdür, biz səni özümüz işdən çıxarırıq”. O bununla razılaşmışdır. Daha sonra cavabde h yenidən ona zəng edərək, təhdidlər edərək sənədi imzalamağı tələb etmişdir. O isə bununla razılaşmamışdır. Həmçinin xx.xx.2023-cü il, yəni onun son iş günü onun istirahət gününə düşdüyü üçün işə getməmişdir. Bunu mediasiya prosesində də sübut etmişdir. Lakin onun xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Onun işdən çıxarılmasının səbəbi aydınlaşdırılmamışdır, o artıq 3 aydan çoxdur ki, işsizdir, müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyinə görə yeni iş tapmaqda çətinlik çəkir. O, işə bərpa edilməsi, müqaviləsinin xitam verildiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin həmi n məcəllənin 68-ci maddəsinə dəyişdirilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi iddiası ilə bağlı mediasiya müraciət etmiş və xx.xx.2023-cü il tarixli mediasiya arayışı almışdır. Onun əmək vəzifələrini kobud surətdə pozacaq fəaliyyəti olmamış, işlədiyi müddət ərzində özünü doğrultmuş, lakin rəhbərlik ona 80 manat cərimə yazmış, bunun səbəbini ona izah etməmiş, işdən çıxmağı üçün onu hədələmişdir. Onun işdən çıxarılmasının səbəbi ona izah olunmamış və qanunsuz olaraq işdən çıxarılmışdır. Rəhbərlik ilk öncə onu çağıraraq hədələmiş, ərizəni imzalamağa məcbur etmiş, daha sonra o, razılaşmadıqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Həmin maddədə göstərilən və kobud şəkildə pozulma hesab edilən heç bir hal baş verməmiş, həmçinin bu, cavabdeh tərəfindən sübut edilməmişdir. Bu səbəbdən ona maddi və mənəvi zərər dəymişdir.

11. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-577/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (Şahin Abdullayev) iddianın qismən təmin edilməsi, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZR-TE23/244 nömrəli əmrində İddiaçı işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əsasının dəyişdirilməsi və həmin əsasın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi kimi qeyd edilməsi, iddia tələbinin iddiaçının işə bərpa olunması, dəymiş 3600 manat maddi və 2.000 manat mənəvi zərərin ödənilməsi hissələrində əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.

13. Məhk əmə qeyd etmişdir ki, işəgötürən əmək müqaviləsinə sınaq müddətinin konkret tarixində (xx.xx.2023-cü il) birtərəfli qaydada xitam veriləcəyi barədə işçiyə yazılı məlumat versə də, həmin tarixin işçinin qeyri-iş günü olmasını nəzərə almadan onun bütün iş günü işə gəlməmə səbəbi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun işdən azad olunması barədə müvafiq əmr qəbul etmişdir ki, həmin əmr qanunauyğun olmamışdır. Belə ki, işəgötürən yazılı bildirişdə qeyd edilən tarixdə birtərəfli qaydada öz təşəbbüsü ilə işçi ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “a” bəndi ilə xitam verməli idi.

14. Məhkəmə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən verilmiş yazılı vəsatətə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən 25 gün keçdikdən sonra xx.xx.2023- cü il tarixdə işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə mediasiya şurasına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/18/2023-01575 saylı arayışı əldə etmişdir. İddiaçı işə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, əmrin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir ki, bununla da qanunda müəyyən edilən 1 aylıq müddəti ötürmüşdür və həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

15. Məhkəmə iddia tələbinin maddi ziyanın əvəzinin tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi ziyanın 3.600 manat təşkil etməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzi kimi 2.000 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçıya qarşı mənəvi ziyan vurulmasına əsas olan hər hansı əməllərə və ya hərəkətlərə yol verməsi müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3463/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) hər iki apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, ha belə dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2 (3-cü bənd), 10, 51 (1-ci bəndi), 53, 68 (2-ci bənd), 72, 76 (1-ci bənd), 84 (1-ci bənd) və 296-cı (2-ci və 6-cı bəndi), “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci (2-ci bənd), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 195, 196 (5-ci bənd) və 290-cı (3-cü bənd) maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli qərarlarında, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli qərarlarında qeyd olunan hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətində apellyasiya şikayətində qeyd edilmiş dəlillər göstərilmiş və şikayət onunla əs aslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən qanunverici işçi tərəfindən qaldırılan fərdi əmək mübahisəsinin həlli üçün 1 təqvim ayı iddia müddəti müəyyən etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair verilmiş ərizə əsasında iddia tamamilə rədd olunmalı olduğu halda, məhkəmə iddia müddətini yalnız iddiaçının bir tələbinə- işə bərpa tələbinə münasibətdə tətbiq etmiş, digər tələbinə- əmək müqaviləsinə xitam vermə əsasının dəyişdirilməsi tələbinə dair hissədə isə heç bir əsaslandırma vermədən iddia müddətini tətbiq etməmiş və iddianı da həmin hissədə təmin etmişdir. Halbuki, iddiaçının iddia etdiyi hər iki hüquqlarının “pozuntusunu” eyni gündə bilmişdir və iddia müddəti də hər iki “tələbinə” münasibətdə eyni müddət davam etmiş, eyni əsasdan və eyni gündə axımı dayandırılmış və eyni gündə bərpa edilmiş, nəticədə hər iki tələb üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının bir-birini istisna edən ziddiyyətli tələbləri (həm işə bərpa, həm də əmək müqaviləsinə xitam əsasının dəyişdirilməsi) fərdi əmək mübahisəsinə aiddir. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələrinin predmeti”adlanan 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsizamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi. Göründüyü kimi, iddiaçının tələbləri bir-birini istisna edən tələblər olsa da hər ikisi - işə bərpa və xitam əsasının dəyişdirilməsi tələbləri fərdiəmək mübahisəsidir. Məhkəmə isə bu tələblərin birinə münasibətdə iddia müddətini tətbiq etməklə (hətta bu müddətin bərpası üçün heç bir əsasın olmadığını da bildirmiş) lakin digərinə münasibətdə isə heç bir əsaslandırma vermədən, iddia müddətini tətbiq etməməklə, daxilən ziddiyyətli qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 25.Maddə 296 2-ci hissə-Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə-hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haq q-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Q anunu

27. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

28. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmad ığını müəyyən edir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarı 33. “...məhkəmənin (fərdi əmək mübahisəsinə baxan məhkəmə) öz təşəbbüsü i lə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.” Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, iddianın təmin edildiyi hissə ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının pozuntusu ilə qəbul edildiyindən həmin hissədə ləğv edilməlidir.

37. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən alternativ iddia tələbləri irəli sürmüş, həm işdən azad edilməsi barədə əmr mübahisələndirilərək işə bərpa edilməsi tələb edilmiş, həm də əgər bu tələb təmin edilməzsə işəgötürənin əmrində işdən azad edilmə əsasının dəyişdirilməsi xahiş olunmuşdur.

38. Cavabdeh fərdi əmək mübahisəsinin həlli ilə bağlı iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş bir aylıq iddia müddətinin ötürüldüyünə istinad edərək birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə vermiş, birinci instansiya məhkəməsi iddiaçının işə bərpa ilə bağlı tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti versə də apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq iddiaçının apellyasiya şikayətini təmin etməmişdi r. İddiaçı qətnamədən kassasiya şikayəti verməmişdir.

39. İşçinin işdən azad edilməsi barədə əmri mübahisələndirərək həmin əmrin ləğv edilməsi və ya dəyişdirilməsi barədə irəli sürdüyü tələblər fərdi əmək mübahisəsindən irəli gələn tələblərdir.

40. İşə baxmış məhkəmə hazırkı halda iddiaçı tərəfindən fərdi əmək mübahisəsinin həll edilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürdüyünü müəyyən etdiyindən və iddiaçı tərəfindən müddətin bərpa edilməsi barədə vəsatət verilmədiyindən fərdi əmək mübahisəsi ilə bağlı irəli sürülmüş iddia tələblərinin hər ikisi (həm işə bərpa, həm də işəgötürənin əmrinin dəyişdirilməsi ilə bağlı tələb) rədd edilməli idi. Mübahisələndirilən qətnamədə iddia müddəti ötürüldüyü müəyyə n edildiyi halda məhkəmə tərəfindən əmrin dəyişdirilməsi barədə iddia tələbinin hansı norma əsasında təmin edildiyi qətnamədə əsaslandırmamış, bununla da həm Əmək Məcəlləsinin 296-cı maddəsinin, həm də MPMnin qətnamənin qanuni və əsaslı olmasını tələb edən 217.1-ci maddəsinin tələbi pozulmuşdur.

41. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

42. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)3463/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək, mübahisələndirilən hissədə yeni qərar qəbul edilməli, iddia həmin hissədə də rədd edilməlidir. 43.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli 2(103)3463/2024 nömrəli qətnaməsi qismən ləğv edilərək, mübahisələndirilən hissədə yeni qərar qəbul edilsin. İddia cavabdeh Azərbaycan Restaurants Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, AZR-TE23/244 saylı əmrinin dəyişdirilməsi hissəsində rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar