Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1040/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1040/2023 Açar sözlər: torpaq sahəsinin boşaldılması Bakı şəhəri 12 aprel 2023-cü il 12.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, iddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması, torpaq sahəsindən çıxarma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1979/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsind ən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2(055)-951/2021 saylı mülki iş üzrə təyin olunmuş və işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli, 10/1040 nömrəli ekspert rəyindən görünür ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sa həsi bütövlükdə Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir.
2. İşdə olan torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, 0,0024 ha torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı olmaqla bələdiyyə mülkiyyətindədir.
3. İşdə olan ƏMDK-nin 7 saylı Ərazi şöbəsinin 15 dekabr 2017-ci il tarixli rəyindən görünür ki, sahibkarlığın inkişafı məqsədilə hərrac və ya müsabiqəyə çıxarılaraq satılması nəzərdə tutulan 24 kv.m torpaq sahəsi Saatlı bələdiyyəsinin mülkiyyətinə aid, yaşayış məntəqələri torpaqları kateqoriyalı, İ zonaya daxil olmaqla alqı-satqı predmetidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Saatlı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsindən qanunsuz istifadələrinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılmaları və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı Saatlı Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, h al-hazırda Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m-lik torpaq sahəsi Cavabdeh1 istifadəsindədir. Cavabdeh mübahisə predmeti olan həmin torpaq sahəsini mişar daşından olan hasarla çəpərləməklə həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir.
7. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum Cavabdeh2 0,10 ha torpaq sahəsini mülkiyyətə almaq və övladlarına həmin torpaq sahəsində ev inşa etdirmək üçün xx.xx.1999-cu il tarixdə mərhum oğlu X2 adından Saatlı RİH başçısının Saatlı şəhər İƏDN-ə müraciət etmiş və 0,10 ha torpaq sahəsinin Elçin Quliyevə ayrılması barədə sərəncam verilmişdir. Elçin Quliyev 2001-ci ildə vəfat etmişdir. Torpaq sahəsi 1999-cu ildən Cavabdeh2 istifadəsində olmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq 0,09 ha-dır. Cavabdeh2 həmin torpaq sahəsinin 0,05 ha hissəsində qızı üçün ev tikmiş, imkanı olmadığından qalan hissə istifadəsiz qalmışdır. Cavabdeh2 torpaq sahəsinin istifadəsiz qalan 0,04 ha hissəsini 2019cu ilin noyabr ayında 4500 manat pul müqabilində ona satmış, o da bu barədə Saatlı şəhər bələdiyyəsinə şifahi məlumat verərək tikinti işlərinə başlamış və qızı Aynur üçün birmərtəbəli olmaqla dörd otaqdan ibarət və təxminən 110 kv sahəsi olan ev tikmişdir. İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il t arixli, 2(055)-564/2022 saylı qətnaməsi ilə (sədrlik edən M.Sadıqov) iddia təmin edilərək Cavabdeh1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması, həmin torpaq sahəsindən çıxarılması və həmin 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir.
9. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin hüdudları daxilində olmaqla bələdiyyənin mülkiyyətindədir.Cavabdeh1 izahatlarında iddianı etiraf etməsə də, ekspertiza rəyi və işdə olan sübutlarla müəyyən edilmişdir ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntə qəsi təyinatlı torpaq sahəsi, 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir.Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir, ona görə də iddiaçı Saatlı Bələdiyyəsi Cavabdeh1 Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.mlik torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və 24 kv.m torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlı olduğu üçün iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmasa da, 29 mart 2021-ci il tarixli, 10/1040 nö mrəli ekspert rəyindən görünür ki, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, 0,10 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 24 kv.m torpaq sahəsi bütövlükdə Saatl şəhəri, M.F.Axundov küçəsində yerləşən 0.10 ha torpaq sahəsinin hüdudları daxilindədir. Belə olan halda iddiaçının ən azından gözlənilən mülkiyyət hüququ var. İddaçı da həmin hüququndan istifadə edib məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmə etirazın dəlillərini əsassız hesab edir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. C avabdeh1 tərəfindən apelyasiya şikayəti verilərək Saatlı rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(055)-564/2022 saylı qətnaməsinin ləğv edilməsi və Saatlı bələdiyyəsinin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. Apelyasiya şikayətində onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir.Belə ki, məhkəmə mübahisəli torpaq sahəsinin Cavabdeh2 mərhum oğlu X2 adına ayrılmasına münasibət bildirməmiş, həmin torpaq sahəsinin qeyd edilmiş xx.xx.2019-cu il tarixdən mərhum Cavabdeh2 və ailə üzvlərinin istifadəsində olması məsələsinə münasibə t bildirməmişdir. Belə ki, məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin Saatlı rayon İHB-ın Şəhər ərazi nümayəndəsinin xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən mərhum Cavabdeh2 mərhum oğlu X2 adına ayrılmasına dair sübutları araşdırmamışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1979/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Zeynalov(sədrlik edən və məruzəçi), T.X.Heydərov və T.S.Kərimov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi deyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq qeyd etmişdir ki, mərhum Cavabdeh2 0,10 ha torpaq sahəsini mülkiyyətə almaq və övladlarına həmin torpaq sahəs ində ev inşa etdirmək üçün xx.xx.1999-cu il tarixdə mərhum oğlu X2 adından Saatlı RİH başçısının Saatlı şəhər İƏDN-ə müraciət etməsi və 0,10 ha torpaq sahəsinin Elçin Quliyevə ayrılması barədə sərəncam verilməsi mübahisəli torpaq sahəsinin qanuni əsaslarla istifadəsində olması demək deyil, ona görə də mübahisəli torpaq sahəsinin 1999-cu ildən Cavabdeh2 istifadəsində olması, həmin torpaq sahəsi faktiki olaraq 0,09 ha olması, Cavabdeh2 həmin torpaq sahəsinin 0,05 ha hissəsində qızı üçün ev tikməsi, imkanı olmadığından qalan hissə istifadəsiz qalması, Cavabdeh2 torpaq sahəsinin istifadəsiz qalan 0,04 ha hissəsini 2019-cu ilin noyabr ayında 4500 manat pul müqabilində cavabdehə satması barədə apellyasiya şikayətinin dəlilləri mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, iddianın rədd ed ilməsi üçün əsaslı ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini iş materilları üzrə araşdırıb formal mülahizələrdən ibarət olduğu üçün əsassız hesab etmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır.
16. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və Torpaq Məcəlləsinin 67.1,67.4,68,111.1,111.2-ci, MPM-nin 14.2, 77.1, 88-ci maddələrənə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş etmişdir.
18. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü və MPM-nin 77.1,88-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinə dair Saatlı Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı, bu barədə müvafiq çıxarış və plan və ölçü sənədinin olmadığı məhkəməyə məlum olmuşdur. Məhkəmə ekspertin subyektiv rəyini nəzərə alaraq, həmin rəyi Mülki Məcəllənin 166.3-cü maddəsinin müddəalarından üstün tutaraq yanlış qərar çıxarmışdır. Beləliklə, iddia tələbinin təmin edilməsi yalnız ekspert rəyinə əsasən olmuşdur.
19. Sonradan cavabdeh kassasiya şikayətinə əlavə göndərərək qe yd etmişdir ki, məhkəmə ekspertiza rəyində yalnız mübahisəli 24 kv.m torpaq sahəsinin elektron baza məlumatlarına əsasən Saatlı Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşdiyi nəzərdə tutulub, baxmayaraq ki, həmin rəydə torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olduğu təkidlə qeyd edilib. Halbuki əgər torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olduğu qəti olaraq elektron bazada qeyd edilmiş olsa idi bu barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarış və plan və ölçü sənədinə istinad edilərdi.Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində torpaq sahəsinin mülkiyyətdə olması barədə dəqiq anlayış var: bu heç bir sübuta əsaslanmayan ekspert rəyi deyil, daşınmaz əmlak barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması barədə Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 166-cı maddəsinin müddəalarıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qətnamə tam müb ahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Azərbaycan Respublikası Torpaq Məcəllə sinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada döv lət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin hall arı barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq no rmalarına riayət etməsini yoxlayır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən lə ğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnam ə ləğv edilməlidir.
36. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
38. Cavabdeh iddiaya qarşı etirazında, apellyasiya şikayətində onun faktiki istifadəsində olan torpaq sahəsinin Saatlı rayon İHB-ın Şəhər ərazi nümayəndəsinin xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən mərhum X2 adına ayrılmış 0,10 ha torpaq sahəsinə aid olduğunu bildirsə də, m əhkəmələr bu fakt üzrə hər hansı araşdırma aparmamış, həmin sərəncamın mövcudluğu, ayrıc sənədlərinin olub-olmaması, mövcud olduğu halda iddiaçının iddia etdiyi torpaq sahəsi ilə həmin torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini araşdırmamışdır. Halbuki bu hal iddiaçının mübahisəli torpaq sahəsini tələb etməyə subyektiv hüququnun mövcud olub-olmaması, həmçinin tələb edilən torpaq sahəsindən cavabdehin istifadəsinin qanunsuz olub-olmamasını müəyyən etmək baxımından çox əhəmiyyətlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki tərəfindən torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reystrində qeydə alınmamışdır. 0,0024 ha torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru da başa çatmamışdır.
40. Eyni zamanda, məhkəmələr 2(055)-951/2021 s aylı mülki iş üzrə təyin olunmuş və işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli, 10/1040 nömrəli ekspert rəyinə istinad edərək torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması qənaətinə gəlsələr də, 2(055)-951/2021 saylı mülki işin hazırki işə hansı aidiyyətinin olması, hansı tərəflər arasında hansı əsaslarla qaldırılmış iddia olması, eyni tərəflər və eyni əsaslar üzrə iddiadırsa, nəticəsinin nədən ibarət olması iş materiallarından müəyyən edilmir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək ol muş olsa da, bu hal həmin rəyin xüsusi, müstəsna sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
42. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifay ət o vaxt qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinin tam və hərtərəfli araşdırılmaması onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
44. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
45. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.
46. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.
47. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gə ldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır.
49. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki iş üzrə yeni qə rar qəbul edilməsi üçün əsaslar mövcud deyildir.
50. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1979/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qə