Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1041/2019 15.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “15” fevral 2019-cu il iş № 2(102)-1041/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim: E.Z.Hümbətov; 2(074)-68/2018) i ddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdeh borc üzrə 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 12 manat alınaraq iddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixl,qətnaməsi ilə (hakimlər: T.O.Quliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və E.M.Əhmədov; 2(105)-3039/2018) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat pulun, 95 manat notariat kontoruna ödədiyi dövlət rüsu munun, əvəzinin tərtibiqi üçün ödədiyi 50 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ********* şəhər sakini kimi tanıyır. Cavabdeh 05 oktyabr 2017-ci il tarixdə küçədə ona yaxınlaşıb görüşdükdən sonra bildirmişdir ki, Abşeron rayonu, ********* kəndində üç sot yaşayış evi tikdirmək üçün sənədli torpağı var və ona vacib pul lazım olduğundan torpağı aşağı qiymətə, yəni 12.000 manata satır. 06 oktyabr 2017-ci il tarixdə cavabdehin NİVA markalı avtomaşını ilə qohumları X2, X7, o və cavabdeh torpaq sahəsinin yerləşdiyi əraziyə getmişlər. Cavabdeh onlara mişar daşı ilə qıraqları hasarlanmış ərazini göstərmiş və o, bəyənmişdir. Cavabdehlə razılaşdıqdan sonra alqı-satqı məqsədi üçün Xırdalan şəhər ində yerləşən Notariat Kontoruna getmişlər. Alqı-satqı etmək istəyən zaman notariat kontorunda bildirmişlər ki, torpaq sahəsini satan şəxsin ailə üzvlərinin razılığı gərəkdir və sənədlərdə olan anlaşılmamazlıqlar aradan qaldırılmalıdır. Həmin gün alqı-satqı baş tutmamışdır. Cavabdeh bildirmişdir ki, ona təcili 6.000 manat pul lazımdır, torpaq sahəsinə aid sənədləri də ona verməyə razıdır, əlavə olaraq bu barədə rəsmi izahat yazıb verir. O, 12.000 manat puldan 6.000 manatını cavabdehə vermişdir. Cavabdeh pulu ondan götürməsi barədə izahat yazaraq, yurdun sənədləri ilə birlikdə ona vermişdir. Səhərsi günü cavabdeh onun yaşadığı ünvana gəlib bildirmişdir ki, o, ailə üzvləri ilə danışıb, torpağı alqı satqı etmək üçün sənədlər demək olar ki hazırdı, qalan 6.000 manat pulu və sənədləri versin, g edib notariat kontoruna sənədləri tam hazırlasın və ona zəng edəcək gələr, notariat kontorunda alqı satqı edərlər. O, cavabdehə bildirmişdir ki, dəqiq söyləyirsə qalan 6.000 manatı verməyə etirazı yoxdur. Cavabdeh bildirmişdir ki, əgər ona inanmırsa, notariat kontorunda kredit müqaviləsi bağlasınlar, digər 6.000 manata görə də ona rəsmi izahat verib narahat olmasın. O, cavabdehə inanaraq torpağın sənədlərini və onda olan 6.000 manat pulu Şamaxı rayon Notariat kontoruna gedərək cavabdehlə aralarında kredit müqaviləsi bağlandıqdan sonra ona vermişdir. Cavabdehlə aralarında kredit müqaviləsi bağlanmasına və rəsmi izahat verməsinə baxmayaraq o, bu işdən boyun qaçıraraq bu günədək nə torpaq sahəsini onun adına rəsimləşdirmir, nə də ondan aldığı 12.000 manat pulu qaytarmaq istəmir. Dəfələrlə onu nla telefon əlaqəsi saxlayaraq 12.000 manat pulunu istəməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə, onun pulunu qaytarmaq istəmir, nə də torpaq sahəsini onun adına rəsimləşdirmir. Cavabdehin barəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Notariat konturunda cavabdehlə aralarında müqavilə bağladıqdan sonra müqaviləyə dair rüsumu 95 manat pulun ödənişini də etmişdir. Cavabdeh Şamaxı şəhər sakini olmaqla yanaşı AGBank ASC-nin Şamaxı filialında işlədiyindən onu mədəni şəxs kimi tanıyaraq inanıb 12.000 manat pulu ona vermişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılma sını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.4, 135.1, 135.2, 135.3, 138.1, 138.2, 168.1, 179.1, 185.2, 188.2, 217, 218-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Cavabdeh X8 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaç ı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməs ini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən cavabdeh əlyazısı izahatda “mən Cavabdeh, 06 oktyabr 2016-cı il tarixdə İddiaçı 6.000 (altı min) manat pul vəsaitini üç ay müddətinə borc aldım. Alınmış vəsaitin müqabilində Şamaxı rayon notariat kontorunda borc müqaviləsi tərəfimizdən imzalandı və mən, mənə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən, 0,03 ha ölçüsü olan torpaq sahəsinin sənədlərini (seriya RX №******** ) girov olaraq İddiaçı təhvil verdim. 3 ay ərzində borc aldığım 6.000 (altı min) manat vəsaiti qaytarmadığım halda həmin torpaq sahəsini könüllü olaraq alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına keçirəcəyəm. İmza Cavabdeh 06.10.2016” sözləri qeyd edilmişdir. 07 oktyabr 2016-cı il tarixdə Şamaxı rayon notariat kontorunda təsdiq olunmuş reyestrdə ****** sayla qeyd edilmiş kredit müqaviləsindən aydın olur ki, İddiaçı (borc verən) Cavabdeh (borcalan) 6000 manat məbləğində pulu faizsiz kredit verir. Cavabdeh 6000 ma nat məbləğində pulu 07.01.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərci 92 manat təşkil edir. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini borcalan çəkir. Məhkəmədə şahid qismində dindirilmiş X1 bildirmişdir ki, cavabdehə 2016-cı ilin avqust ayında iki günlüyünə verdiyi 5.000 manat pulu 2016-cı ilin oktyabr ayının əvvəllərində geri ala bilmişdir. Pulu cavabdeh dayısına pul lazım olduğu üçün vermişdir. Pulu dayısı üçün versə də, onun pulunu cavabdeh Bakıdakı torpağını girov qoyub aldığı borc hesabına qaytarmışdır. Şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı uzaq qohumudur, cavabdehi isə tanımamış və ona hər hansı məbləğdə borc verməmişdir. Cavabdeh Sulutəpə ərazisindəki torpaq sahəsini satmaq istəy ib, iddiaçının xahişi ilə o, da torpaq sahəsinə baxmış, cavabdehi də həmin vaxt tanımışdır. Tərəflər torpağın 12000 manata alqı-satqısında razılaşmışlar. Həmin vaxt iddiaçı cavabdehə Xırdalanda 6000 manat pul onun yanında verilmişdir. Borc müqaviləsi bağlanarkən notariusda olmamış və əlavə nə qədər pulun verildiyini bilmir. Şahid qismində dindirilmiş X5 bildirdi ki, borc müqaviləsinin bağlanmasında və borcun verilməsində iştirak etməmişdir. Danışıqlardan bilir ki, cavabdehə 5.000 manat məbləğində borc verilmişdir. Cavabdehə 5.000 manat pul lazım olduğunu demiş, cavabdeh də onun üçün həmin vəsaiti borc götürmüşdür. Götürdüyü borcu isə Mikayıldan aldığı borcun hesabına bağlamışdır. Pulu Mikayıl versə də, müqavilə Sadiqlə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və y a müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı 06.10.2016-cı il tarixdə cavabdehə 3 ay müddətinə 6000 manat məbləğində pulu faizsiz kredit vermişdir. Tərəflər bu barədə 07.10.2016-cı il tarixdə yazılı müqavilə bağlay araq, Şamaxı rayon notariat kontorunda təsdiq etdirmişlər. Cavabdeh borc məbləğini 07.01.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları d üzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01oktyabr 2018cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1041/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1041/2019
15.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver