Məhkəmə qərarları › İş №2(102)-1042/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1042/2019

13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1042/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cu il iş № 2(102)- 1042/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçıların vəkili X1 və cavabdehin vəkili AQnun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 12 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2 017-ci il tarixli qətnaməsi ilə (hakim Azər İsmayılov, 2(060)-12207/2017 saylı mülki iş) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı2 xeyrinə 200.000 rubl və 2000 ABŞ dolları borc pul, 1225 rubl və 10 ABŞ dolları bank xərci, İddiaçı1 xeyrinə isə 150.000 rubl borc pul, 750 rubl bank xərcinin tutulması, Cavabdeh məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 12 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), Ş.Abasov və T.Məmmədov, 2(103)-1516/2018 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(060)-12207/2017 saylı qətnaməsi ləğv edilmi ş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı2 xeyrinə 200.000 rubl, həmin dövrün məzənnəsi ilə 6250 ABŞ dolları və 2000 ABŞ dolları, İddiaçı1 isə 150.000 rubl-4687.50 ABŞ dolları məbləğində, 70.000 rubl və 400 ABŞ dolları məbləğində bank faizinin müştərək qaydada ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə qaytarılması və 30 manat ödənilmiş dövlət rüsumunun onların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamən in ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili X1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili AQ kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə araşdırma apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edil məməlidir. Belə ki, iddiaçılar məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Müəyyən edilmişdir ki, iddiaçılar 350000 rublu cavabdehə 2013-cü ilin 27-28 oktyabr tarixlərində üç ay ərzində qaytarılmaq şərtilə göndərmişlər. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə 31 iyul 2017-ci il tarixdə müraciət etmişlər. İş materiallarından o da görünür ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə də məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qanunun məzmunundan göründüyü kimi, iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir. Lakin cavabdehin birinci instansiya məhkəməsinin iclaslarında iştirakı təmin edilmədiyi üçün ərizənin məhkəməyə təqdim edilməsi cavabdehdən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Buna görə də məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizənin hazırki mərhələdə qəbul edilməsini mümkün saymışdır. Beləlik lə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 368-ci maddəsinə görə vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 369.3-cümaddəsinə görə aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Aylarla hesablanan müddətin qurtarması müvafiq günü olmayan aya düşdükdə müddət həmin ayın sonuncu günü qurtarır. Həmin Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası iddiaçıların nümayəndəsinin digər dəlilini – iddiaçıların pulun qaytarılmayacağını 2016-cı ildə bilməsi, bununla da iddia müddətinin keçməməsi – əsasız saymışdır. Əvvəla, bununla bağlı, y əni hüquqlarının pozuntusunun 2016-cı ildən onlara məlum olmasını iddiaçılar heç bir sübutla təsdiq edə bilməmişlər. Çünki bu halı sübut etmək iddiaçıların üzərinə düşür. Bundan əlavə, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 hazırki işdə cavabdeh olan Cavabdeh atası CƏə qarşı pul tələbi barədə iddia qaldırmışdır. Cavabdehin atası ilə pul münasibətlərinə görə mübahisəsi olduğu halda, cavabdehin pulu qaytarmasına ümid etməsi, bununla da öz hüquqlarının pozulmasını iddiaçıların 2016-cı ildə bilməsi barədə dəlil ağlbatan sayıla bilməz. Belə olan halda, şərh olunanlara əsasən apellyasiya insansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddəti keçdiyi və bu barədə cavabdeh ərizə verdiyi üçün hazırki iddia tələbləri təmin edilə bilməz. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə də mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olmuşdur. İddiaçı2 cavabdehdən 2000 ABŞ dolları barədə iddia tələbi isə, iddia müddətinin keçməsi ilə yanaşı, cavabdehə göndərilməsi barədə sənəd olsa da, cavabdehin həmin pulu almasını təsdiq edən sənəd olmamışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiy a şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 12 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar