Məhkəmə qərarları › İş №2(102)-1042/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1042/2020

25.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1042/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 fevral 2020-ci il № 2(102)-1042/20 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Saatlı Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abuşov, iş № 2(055)-620/18) İddiaçı Cavabdeh qarşı “qeyr i-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 34.2 kv.metr qeyri-yaşayış sahəsindən çıxarılması, Cavabdeh ödənilmiş 10 (on) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev-sədrlik edən və məruzəçi, Q.Kərimov və N.Mirzəyev iş № 2(106)-198/19) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Saatlı Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 34,2 kv.metr qeyri-yaşayış sahəsindən Cavabdeh Məhəmmədağa oğlunun çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 34,2 kv.metr olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir və ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən MA ******* seriyalı çıxarış verilmişdir. Xeyli vaxtdır həmin obyektdən cavabdeh istifadə edir və dəfələrlə həmin obyekti qaytarmasını tələb etməsinə baxmayaraq Cavabdeh onun əmlakından istifadəsini dayan dırmamışdır. Cavabdeh iddianı qəbul etməmiş və göstərmişdir ki, İddiaçı mərhum atası ilə yaxın dost olmuşlar. İddiaçı ondan tələb etdiyi əmlak 2000-ci ildən onun istifadəsindədir. Həmin əmlakı vaxtı ilə atası almış, lakin özəlləşdirmə zamanı əmlak İddiaçı adına rəsmiləşdirilmişdir. Əmlakın bütün vergi və digər xərclərini o, öz vəsaiti hesabına ödəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun iz ahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətin ə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən еtmişdir ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 34,2 kv.metr olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Bu barədə iddiaçıya hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* seriyalı çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsindən Cavabdeh istifadə edir və iddiaçı dəfələrlə həmin obyekti qaytarmasını tələb etməsinə baxmayaraq Cavabdeh obyektdən istifadəni dayandırmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin m üəyyən etmişdir ki, tərəflər arasında sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı digər bir məhkəmə mübahisəsi də olmuşdur. Belə ki, Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “Saatlı şəhəri, H.Əliyev prospekti, 133 saylı qeyri-yaşayış sahəsinə dair bağlanmış 01.07.1997-ci il tarixli, 7983 saylı alqı-satqı müqaviləsinin, həmin müqavilənin bağlanmasına əsas olmuş 31.06.1997-ci il tarixli auksion protokolunun etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı Cavabdeh tərə findən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2019cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kоllegiyasının 05 iyul 2019-cu il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbinin əsası kimi istinad olunan hallar, yəni Cavabdeh həqiqətən iddiaçının xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə etməsi və həmin qeyri-yaşayış sahəsindən mülkiyyətçinin istifadə etməsinə maneəçilik törətməsi, könüllü olaraq çıxmaq istəməməsi və mülkiyyətçinin öz xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə sahiblik edə bilməsində, həmin qeyri-yaşayış sahəsindən sərbəst şək ildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, hə min hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlillər, yəni İddiaçı mərhum atası ilə yaxın dost olması, İddiaçı ondan tələb etdiyi əmlakın 2000-ci ildən onun istifadəsində olması, həmin ə mlakı vaxtı ilə atasının alması, lakin özəlləşdirmə zamanı əmlakın İddiaçı adına rəsmiləşdirilməsi, əmlakın bütün vergi və digər xərclərini öz vəsaiti hesabına ödəməsi barədə dəlilləri əsassızdır. Bu baxımdan apellyasiya instansiyası məhkəmə hеsab еtmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulması və bu əsasla cavabdehin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Ona görə də qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini iş materialları ilə təkzib olunduğundan əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandı ran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıda kı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apelyasiya M əhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 sentyabr 2019-cu il tarixli, 2(106)-198/19) saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar