Məhkəmə qərarları › İş №2(102)-1042/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1042/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1042/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun olmaması 18.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5295/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx xxxxx 2007-ci ildə iddiaçının oğlu Yaqub Qəmbərovla nikaha daxil olmuş, həmin vaxtdan iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, 17 saylı evin 6 saylı mənzilinə köçmüşdür. İddiaçının bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012ci il təvəllüdlü X9 adında uşaqları anadan olmuşdur.

2. Həmçinin iş materiallarından görünür ki, cavabdeh ilə iddiaçının oğlu Y.Qəmbərov arasındakı nikah Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 Cavabdeh himayəsində saxlanılmışlar.

3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, cavabd eh ilə iddiaçının oğlu Y.Qəmbərov aralasındakı nikahin pozulmasına baxmayaraq cavabdeh övladları ilə birlikdə hazırda da mübahisəli mənzildə yaşamaqdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, azyaşlı övladları X8 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 6 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsini, Cavabdeh, azyaşlı övladları X8 və X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 6 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını, eyni zamanda məhkəmədən həmin qətnamənin cavabdeh - Cavabdeh və onun azyaşlı ö vladları X8 və X6 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 6 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh Qəmbərova X2 Yaqub Kəbiroviç ilə rəsmi nikahları xx xxxxx 2007-ci ildə Səadət Sarayında qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı övladları var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi İlə X10 ilə Cavabdeh arasında xx xxxxx 2007-ci ildə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 824 saylı nikah qeydinin ləğv edilməsi, 04.02,2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 Cavabdeh himayəsində saxlanması, X5 X7 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər bir uşağa görə hər ay 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat aliment, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 müalicələri və digər xərcləri ilə bağlı 130 manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda mülkiyyətində olan həmin evdə iradəsindən kənar Cavabdeh və azyaşlı övladları X8 və X9 rəsmi şəkildə yaşayış yeri üzrə qeydiyyatdadır. Adı çəkilən şəxslərin evdə qeydiyyatda olmasını tamamilə qeyriqanuni hesab edir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında AR qanunun 5-ci maddəsinə əsasən, vətəndaşın yaşayış yeri üzrə qe ydiyyata alınması üçün vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi mütləqdir. Lakin evin mülkiyyətçisi o, olmağına baxmayaraq həmin şəxslərin evdə qeydiyyata düşmələri üçün nə yazılı, nə də ki, şifahi razılıq verməmişdir. Və ya bu şəxslərin heç birinin evdən istifadə hüququ olması barədə məhkəmə qərarı yoxdur. Yəni ki, yuxarıda adı qeyd edilən və onun evində hal-hazırda qeydiyyatda olan şəxslərin heç birinin evdən istifadə hüququ yoxdur və evə qeydiyyatları əsassızdır. Bu şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları onun öz mülkiyyət hüququmun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, maneələr törədir. Cavabdeh Z.Qəmbərovnaya oğlu Y.Qəmbərovla nikah dövründə müvəqqəti öz mənzilində yaşamalarına razılıq vermişdir. Belə ki, onlar özlərinə ev alanda onun mənzili ndən ailəvi olaraq əşyaları ilə birlikdə çıxmaları barədə razılığa gəlmişlər. Lakin sonra ona məlum olmuşdur ki, cavabdeh öz övladları ilə onun mülkiyyətində olan mənzilə razılığı olmadan qeydiyyata düşmüşlər. Belə olan halda onların aralarında olan münasibət 2007-ci ildə yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Cavabdeh oğlu ilə nikaha daxıl olmamışdan əvvəl öz valideynlərinin mülkiyyətində olan evdə qeydiyyatda olmuş və onun mülkiyyətində olan mənzilə qeydiyyata düşməsi tamamilə onun, yəni mülkiyyətçinin iradəsindən kənarda baş vermişdir, ümumiyyətlə xəbəri olmamışdır və hal-hazırda onun mülkiyyətində olan mənzildə rəsmi olaraq qeydiyyatda olması sadəcə formal xarakter daşıyır və əsassız olaraq onun öz mənzilinə ola n mülkiyyət hüquqlarını məhdudlaşdırır. Göründüyü kimi, mülkiyyət hüququnun məzmunu mülkiyyətində olan əşyadan həm istifadəni, həm də onun üzrərində müstəqil sürətdə sərəncam verməyi nəzərdə tutur. Bu halda isə, onun evində digər şəxslərin əsassız olaraq qeydiyyatda qalmaları həmin əmlaka müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırır, bununla da Konstitusiya ilə təsbit olunmuş mülkiyyət hüququnun tam və azad həyata keçirilməsinə maneə törədir. Göründüyü cavabdehlər icazəsiz və mülkiyyətçinin iradəsi ziddinə onun mənzilinə daxil olmuş, qeydiyyata düşmüşdür və cavabdehlərin mənzildən istifadə hüquqları yaranmamışdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia təmin edilərək, Cavabdeh, azyaşlı övladları X8 və X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 6 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilmiş və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh 2007-ci ildə iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşdüyündən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə onun istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir.

8. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə, iddiaçının digər ailə üzvü olmuş cavabdeh, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, 17 say lı evin 6 saylı mənzilində qeydiyyatda olsa da, o, həmin mənzildən Mülki Məcəllənin 152.1 -ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qazanmamışdır. Belə ki, cavabdehlə mübahisəli mənzilin mülkiyyətçi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta cavabdehin mübahisəli mənzilə qeydiyyata alınmasına mənzilin mülkiyyətçisi olan iddiaçının rəsmi razılığı olmuşdursa və o, həmin mənzildə bir müddət yaşamışdırsa belə, bu razılıq və faktiki yaşama özlüyündə cavabdehə sözügedən mənzilə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ qazandı rmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birbaşa göstərişinə əsasən isə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh həmin mənzilə istifadə hüququnun olmaması barədə iddia tələbi təmin edilməlidir.

9. Bundan başqa cavabdehin övladları olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 iddiaçının nəvələri olduğundan onun “ai lə üzvləri dairəsinə” aid edilmiş olsa da nəzərə almaq lazımdır ki, olar, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin himayəsinə verilmişdir. Məhkəmənin işin faktiki hallarına əsasən gəldiyi qənaətindən göründüyü kimi Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranmış hesab edilməsinə müvafiq əsasların olmadığı, eyni zamanda babanın öz nəvəsini saxlamaq vəzifəsini daşımalı olmasına dair Ailə Məcəlləsinin 15-ci Fəslində qeyd edilən hüquqi meyarların olmadığı müəyyən edilmişdirBelə olan halda məhkəmə hesab edir ki, hazırda cavabdehin övladları olan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 iddiaçıya məxsus mübahisəli mənzildə qalmaları mövcud vəziyyətdə qeyri-mümkündür.

10. Birinci instansiya məhkəməsi qəbul etdiy i qətnaməni Mülki Məcəllənin 27.2, 157, 228-ci, Mülki Prossesual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5295/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1088/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, cavabdeh hazırki iddiaçının digər ailə üzvü olduğundan, mübahisəli mənzildə qeydiyyatda olsa da, o, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qazanmamışdır. Yəni, cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iş materiallarında olan X11 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu (i.v. 65) da təsdiq edir ki, cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

14. Cavabdehin mübahisəl i mənzilə qeydiyyata alınmasına mənzilin mülkiyyətçisi olan iddiaçının rəsmi razılığının olması və cavabdehin həmin mənzildə bir müddət yaşamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, bu razılıq və faktiki yaşama cavabdehə sözügedən mənzilə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ qazandırmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə əsaəsn, notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

15. Kollegiya iddia tələbinin mənzildən çıxarılma ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz s ahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin hüquqi mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, mülkiyyətçinin özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün əmlakın mülkiyyətçisi olmalıdır, həmin əmlaka faktiki sahiblikdən məhrum olmalıdır, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya ins tansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı, Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

24. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (152.1)

25. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)

26. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. (maddə 228.1)

27. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (maddə 228.2)

28. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. (maddə 228.5) Mülki Prossesual Məcəllə

29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.(maddə 14.2)

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5295/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar