Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1042/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı cavabdeh Zaqatala Rayon 2 Saylı Notariat Ofisinə qarşı iş üzrə iş № 2(102)-1042/2022 (Açar sözlər: mirasda məcburi pay) Bakı şəhəri, 14 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə və (üçüncü şəxs X17 olmaqla) qarşı məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1575/2021 nömrə li, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı üçüncü şəxs X6 bacısıdır.
2. İddiaçının anası X7 24 dekabr 2018-ci il tarixdə ölmüş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalımışdır. 3. 16 noyabr 2018-ci il tarixli vəsiyyətnaməyə X7 ona məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsini və fərdi yaşayış evini, pay torpağını və ona məxsus olan bütün əmlakını oğlu X10 vəsiyyət etmişdir.
4. Mübahisə həmin əmlaklara miras payı ilə əlaqədar yar anıb. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində ona çatacaq paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi üzrə X17 üçüncü şəxsdir.
7. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 2/6 hissəsi üzərində məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırıb ki, iddiaçının anası X7 24 dekabr 2018ci il tarixdə ölmüşdür. Sonuncudan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır.
9. Qeyd olunan miras əmlakların qəbulu ilə bağlı iddiaçı 04 fevral 2019-cu il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmişdir.
10. İddiaçının bacısı X16 isə 26 fevral 2019-cu il tarixli ər izəsi ilə Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət edərək miras əmlaklardan özünə çatacaq paydan iddiaçının xeyrinə imtina etmişdir.
11. Həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə 29 avqust 2019-cu il tarixdə iddiaçı tərəfindən Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət olunmuş, lakin Zaqatala rayon 2 saylı Notariat Ofisi iddiaçının qardaşı, iş üzrə üçüncü şəxs X17 ilə arasında mübahisə olması əsası ilə 29 avqust 2019cu il tarixli, 735 nömrəli məktubla həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir.
12. Həmçinin iddia verdikdən sonra iddiaçıya məlum olmuşdur ki, iddiaçının mərhum anası X7 üçüncü şəxs X10 əmlaklarını vəsiyyətnamə əsasında vəsiyyət etmişdir.
13. İddia tələbinin hüquqi əs ası kimi iddiaçı Mülki Məcəllənin 1243.1, 1243.2, 1255, 1321.1, 1322-cı maddələrinə və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata istinad etmişlər.
14. İş üzrə üçüncü şəxs X17 iddiaya etiraz etmişdir. etirazın dəlilləri: - anası X7 24 dekabr 2018-ci il tarixdə ölmüşdür. Sonuncudan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Həmin əmlaklardan hazıradək o, istifadə edir; - mərhum anası qeyd olunan əmlakları 16 noyabr 2018-ci il tarixdə vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir; - iddiaçı isə həmin əmlaklardan heç vaxt istifadə etməmişdir, iddiaçıya və digər bacısına həmin mi rasdan pay düşmür. 15.Zaqatala Rayon Məhkəməsinin 2(033)-348/2020 nömrəli, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınması qət edilmişdir. (hakim Tural Həsənov)
16. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki, mirasqoyan mərhum X5 5 övladı – İddiaçı, X13, X17, X14 və X15 olmuşdur. X7 24 dekabr 2018-ci il tarixdə ölmüşdür. Uşaqlardan ikisi, yəni İddiaçı və X2 rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək Zaqatala r ayonu Fındıqlı kəndində yaşayan anası X5 24 dekabr 2018-ci il tarixdə öldüyünü, onun əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. X17 isə mərhum X3 miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Həmçinin mərhum X1 Mehdi Əhməd oğluna bütün əmlakını vəsiyyət etmişdir. X5 ölümündən sonra onun birinci növbəli vərəsələri olan İddiaçı və X13 mirasın açıldığı vaxtdan (miras qoyanın, mərhum X5 öldüyü gün, 24 dekabr 2018-ci il tarixdən) üç ay ərzində vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna (İddiaçı 04 fevral 2019-cu il tarixdə, X13 isə 26 fevral 2019-cu il tarixdə Zaqatala rayon 2 saylı dövlət notariat kontoruna) mirası qəbul etdikləri barədə ərizə ilə müraciət etmişlər.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik prinsipi Mülki Məcəllənin “Vəsiyyət üzrə vərəsəlik” başlıqlı 64-cü fəslində öz əksini tapmışdır. Belə ki, həmin fəslin 1166-cı və 1176-cı maddələrinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.
18. Birinci instansiya məhkəməsi məhkəmə hesab edib k i, iddia təmin edilərək Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha, 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsi və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır.
19. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1166cı və 1176, 1193, 1246, 1255, 1273 və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Üçüncü şəxs Mehdi Qurbanov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə qanuni və əsaslı v erilməmiş, tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır; - İddiaçı mərhum anasına baxmamış, ona işgəncə vermiş, mərhum anası bütün əmlakını üçüncü şəxsə vəsiyyət etmişdir
22. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1885/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tаrixli 2(033)-348/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli, Ayaz Mahmudov)
23. Apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edərək, üçüncü şəxsin apelyasiya şikayətində göstərdiklərinə münasibətdə qeyd edib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan üçüncü şəxs də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdikləri sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən üçüncü şəxsin göstərdikləri əsaslı hesab edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Üçüncü şəxs M.Qurbanov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərini pozulmasına istinad edilib.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolleg iyasının 2(102)-2534/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.11. 2020-ci il tarixli, 2(107)1885/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
27. Kassasiya instansiyası məhkəməsini mövqeyi: - mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasın da bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbəli vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür; - mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ – ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir; - beləliklə, qanunverici və rəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən birləşdirilməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə də cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir; - apelyasiya instansiyası məhkəməsi mərh umə Rəhimə Məmmədovadan miras qalmış əmlakların 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququnu (məcburi pay hüququnu) tanıyarkən gəldiyi nəticəni Mülki Məcəllənin 1193 və 1196-cı maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, həmin maddələrin mənasına görə, yalnız vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır, lakin bu zaman vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. - hazırki halda, mərhumə Rəhimə Məmmədovanın 24 dekabr 2018-cü il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaklara vərəsəlik açılıb və o, öz sağlığında bütün əmlakını oğlu Mehdi Qurbanova vəsiyyət etdiyindən, digər vərəsələrin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras əmlakda məcburi pay hüquqları əmələ gəlmiş olur. Lakin apelyasiya instansiyası məhkəməsi miras əmlakdan İddiaçı çatası məcburi payı müəyyən edərkən, mirasdan pay almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısını nəzərə almayıb, əksinə, vəsiyyət üzrə vərəsə Mehdi Qurbanovu da nəzərə alıb və miras əmlakdan İddiaçı çatası məcburi payı hansı qadada müəyyən etməsini qətnamədə əsaslandırmayıb. - digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi mərhumə Rəhimə Məmmədovanın birinci növbəli beş vərəsəsindən yalnız İddiaçı və Səidət Tagibovanın notariat ofisinə mirası qəbul etm ələri barədə ərizələr verməklə, Mehdi Qurbanovun isə miras əmlaka sahiblik etməyə və miras əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etmələri və Səidət Tagibovanın öz payından bacısı İddiaçı xerinə imtina etdiyi üçün sonuncunun miras əmlakdakı məcburi payının artaraq 2/6 hissədə olması qənaətinə gələrkən də, gəldiyi nəticəni Mülki Məcəllənin 1202.1-ci maddəsinin tələbləri baxımından əsaslandırmayıb. Halbuki, həmin maddənin mənasına görə, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. İşə təkrarən apellyaisya baxışı zamanı apellyaisya instansiyası məhkəməsi digər vərəsələr X14, X15 və X8 üçüncü şəxs qismində işə cəlb etmişdir.
29. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1575/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, mərhum X3 miras qalmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 1/10 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), İmamverdi Şükürov, Gündüz Abbasov)
30. Apellyasiya instansiyası qeyd edib ki, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 3,06 ha; 4,04 ha torpaq sahələri tam, 4,16 ha torpaq sahəsinin ¼ hissəsi; habelə 0,04 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi Rəhimə Məmmədovanın mülkiyyətində olub. Eyni zamanda, Zaqatala rayon ZDS-nin İcraiyyə Komitəsinin 11 may 1959-cu il tarixli, 01 saylı protokol-qərarı ilə Rəhimə Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılıb. 1961-ci ildə Rəhimə Məmmədova tərəfindən ünvan 3 ünvanda fərdi yaşayış evi tikilib və həmin evə dair onun adına 27 iyul 1962-ci il tarixli “Texniki pasport” tərtib edilib verilib. Reyestr Xidməti tərəfindən həmin fərdi yaşa yış evi 01 saylı reyestr kitabının 41-ci səhifəsində inventar uçotuna alınıb, lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmayıb.
31. Apellyasiya instansiyası həmçinin qeyd edib ki, 16 noyabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Rəhimə Məmmədova ölən günədək ona məxsus olan bütün əmlaklarını oğlu Mehdi Qurbanova vəsiyyət edib və 24 dekabr 2018-cü ildə ölüb. X12 Zina, Səidət, Mehdi, Müslüm və Muxtar adlı beş övladı olub. Bundan sonra, 04 fevral 2019-cu il tarixli ərizə ilə İddiaçı notariat orqanına müraciət edərək 24 dekabr 2018-ci ildə ölmüş anası Rəhimə Məmmədovadan miras qalmış bütün əmlaka dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş edib. 26 fevral 2019-cu il tarixdə isə Səidət Tagibova ərizə ilə notariat orqanına müraciət anası Rəhimə Məmmədovdan miras qalmış əmlaka dair ona düşən paydan bacısı İddiaçı xeyrinə imtina etdiyini bildirib.
32. Apellyasiya instansiyası hesab edib ki, birinci instansiya məhkəməsi X12 miras əmlakından İddiaçı çatası məcburi payı müəyyən edərkən, mirasdan pay almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısını nəzərə almayıb, əksinə, vəsiyyət üzrə vərəsə Mehdi Qurbanovu da nəzərə alıb və miras əmlakdan İddiaçı çatası məcburi payı hansı qaydada müəyyən etməsini qətnamədə əsaslandırmayaraq nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, X3 miras qalmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sah əsinin, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 1/10 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır.
34. Apellyaisya məhkəməsi mövqeyini Mülki Məcəllənin 1196 və 1202.1-ci maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil3 ) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri: - vərəsələrdən Səidət Taqibova özünə çatası məcburi paydan iddiaçının xeyrinə imtina etdiyi üçün Səidət Taqibovaya çatası pay iddiaçını payına əlavə edilməli idi. Bu baxımdan, apellyasiya məhkəməsi Mülki Məcəllənin 1261 və 1262-ci maddələrinin tələblə rini pozub. Həmin maddəyə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər; - məhkəmə iddiaçının miras əmlakda məcburi payının nəyə görə 1/10 hissədə olmasını əsaslandırmayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
37. Kassasiya şikayətinə qarşı üçüncü şəxs X6 adından verilmiş yazılı etiraz imzalanmadığı üçün məhkəmə kollegiyası həmin etirazı qəbul etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcr übəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddiaçı mirasdan imtina edən bacısının məcburi payının onu payına əlavə edilməməsini və payının 1/10 hissədə müəyyən edilməsinin əsaslandırlmamasını mübahisələndirir. Bu baxımdan, məhkəmə kollegiya qətnaməni həmin hissədə yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
43. İşin müəyyən edilmiş halına əsasən Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 3,06 ha; 4,04 ha torpaq sahələri tam, 4,16 ha torpaq sahəsinin ¼ hissəsi; habelə 0,04 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi Rəhimə Məmmədovanın mülkiyyətində olub. 16 noyabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Rəhimə Məmmədova ölən günədək ona məxsus olan bütün əmlaklarını oğlu Mehdi Qurabanova vəsiyyət edib və 24 dekabr 2018-cü ildə ölüb. X12 Zina, Səidət, Mehdi Müslüm və Muxtar adlı beş övladı olub.
44. Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə görə isə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
45. Qeyd edilən qanunvericilik normalarının tələbi baxımından, işin müəyyən edilmiş hallarına görə, yəni beş nəfər vərəsənin olması, miras qoyanın öz vərəsələrindən birinə vəsiyyətnamə qoyması, iddiaçının mirasdan məcburi pay hüququnun olması və bu zaman onun payının qanun üzrə vərəsəlik zamanı ona çatası payın (1/5) yarısını təşkil etməsi nəzərə alınarsa iddiaçının məcburi payını 1/10 hissədə müəyyən edilməsi düzgün olmuşdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1196-cı maddəsinin sonuncu cümləsində məcburi payın həcmi müəyyən edilərkən vəsiyyət üzrə vərəsələrin nəzərə alınmaması dedikdə, vəsiyyət üzrə o vərəsələr nəzərdə tutulur ki, həmin vərəsələr qanun üzrə vərəsələr sırasına ai d olmayan vəsiyyət üzrə vərəsələrdir. Buna görə də 5 nəfər qanun üzrə vərəsələr nəzərə alınmaqla məcburi payın müəyyən edilmiş həcmi barədə gəlinən nəticə düzgündür.
47. X4 özünə çatası məcburi paydan iddiaçının xeyrinə imtina etdiyi üçün Səidət Taqibovaya çatası payın iddiaçının payına əlavə edilməli olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası vurğulayır ki, bu məsələ xüsusi olaraq Mülki Məcəllənin 1202.1-ci maddəsində nizama salınır və həmin normaya görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
48. İddiaçının həmin dəlillə bağlı istinad etdiyi Mülki Məcəllənin 1261 və 1262-ci maddələri qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik zamanı mirasdan imtina ilə bağlı tətbiq edilir. Hazırki işdə isə iddiaçı məcburi payın sahibidir.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1575/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.