Məhkəmə qərarları › İş №2(102)-1043/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1043/2019

07.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1043/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı2 vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qusar Rayon Məhkəməsinin 2(029)-275/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 2920 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı2 verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2(105)-2842/18 saylı qətnaməsi ilə (hakimlər: L.Məmmədova, E.Məmmədov, S.Qafari) Qusar Rayon Məhkəməsinin 2(029)-275/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2(105)-2842/18 saylı tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı2 Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 16400 ABŞ dolları məbləğində, həmçinin dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Rusiya Federasiyasının Sverdlovsk şəhərində yaşayır, yay aylarında Qusara istirahətə gəlir. 2013-cü ildə iddiaçı növbəti dəfə Azərbaycana gələndə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq qərarına gəlmişdir, iddiaçı bu barədə anası X3 bildirmiş, sonuncu və iddiaçının qardaşının keçmiş həyat yoldaşı X4 bu barədə Cavabdeh1 müraciət etməsini tövsiyyə etmişdir. Həmin vaxt Sonaxanım və Mehriban bildirmişlər ki, Cavabdeh1 ailəyə yaxın adamdır, teztez evə gedib-gəlir, ona inanırlar və o, torpaq sahəsinin alınmasına iddiaçıya kömək edə bilər. İddiaçı1 anasına və keçmiş gəlinlərinə inanaraq X2 evlərinə dəvət etməsini anasından xahiş etmişdir. İddiaçının anası Sonaxanım X2 evlərinə dəvət etmiş, sonuncu ilə iddiaçı tanış olmuş və ona torpaq sahəsi almaq barədə istəyini bildirmişdir. Həmin vaxt o, X2 Qusardan uzaq, həmçinin böyük ölçüdə torpaq sahəsi istədiyini, torpaq sahəsində həm ev tikmək, həm də mal-qara, toyuq-cücə saxlamaq fikrinin olduğunu bildirmişdir. Cavabdeh1 isə iddiaçıya bildirmişdir ki, belə bir torpaq sahəsi Xaçmaz rayonu Tel kəndində vardır və həmin torpaq sahəsinə baxmağı iddiaçıya təklif etmişdir. İddiaçı təklif ilə razılaşmış və sonuncunun avtomobili ilə torpaq sahəsinə baxmağa getmişlər. Həmin torpaq sahəsinə baxdıqdan sonra X2 onun qiymətini 50.000 ABŞ dolları olduğunu bildirmişdir. Torpaq sahəsin in ümumi ölçüsü X2n dediyinə görə 5 hektar olmuşdur. X2 iddiaçıya həmin torpaq sahəsinin 20-30 sotuna ev tikmək üçün müvafiq sənədlər düzəldə biləcəyini, torpağın qalanının isə 99 illik icarəyə götürüləcəyini bildirmişdir. İddiaçı isə X2dan gələcəkdə torpaq sahəsinin sənədləşmə işlərində hər hansı problemin olubolmayacağını soruşmuş, X2 isə uzun müddətdir torpaq sahəsinin alqı-satqısı ilə məşğul olduğunu və belə bir problemin olmayacağını iddiaçıya bildirmişdir. İddiaçı X2 torpağın pulunu hissə-hissə Rusiyadan göndərəcəyini bildirmiş, X2 isə bununla razılaşmışdır. İddiaçı Məzahir Rusiyaya qayıtdıqdan sonra özünün dostu Sadiq Süleymanovun adından 4900 ABŞ dolları, növbəti gün 1500 ABŞ dolları, cəmi 6400 ABŞ dolları məbləğində pulu Mehribanın adına göndərmişdir. X2 həmin pulu 26.09.2016-cü i l tarixdə almış və bu barədə telefon vasitəsi ilə iddiaçıya bildirmişdir. Növbəti gün isə iddiaçının özü Yekaterinburq şəhərindən X2n adına 3000 ABŞ dolları məbləğində pul göndərmişdir. Bundan sonra 19.06.2014-cü il tarixdə 2000 ABŞ dolları, 14.07.2014-cü il tarixdə 3000 ABŞ dolları, 26.07.2014-cü il tarixdə 1000 ABŞ dolları, 11.08.2014-cü il tarixdə 4000 ABŞ dolları və 26.08.2014-cü il tarixdə 2000 ABŞ dolları Sverdlovsk vilayətinin Berezovsk şəhərindən göndərmişdir. Beləliklə, İddiaçı1 Cavabdeh1 torpaq sahəsinə görə cəmi 20400 ABŞ dolları məbləğində pul göndərmişdir. İddiaçı hər dəfə pulu göndərəndə X2n torpaq sahəsinin sənədlərini hazırlayıb-hazırlamadağını anasından soruşmuş, sonuncu isə narahat olmamasını, X2n təmiz adam olduğunu, sənədləri hazırlayacağını bildirmişdir. Buna baxmayara q, X2 torpaq sahəsinin sənədlərini düzəldib verməmiş, iddiaçı bundan narahat olmuş və növbəti dəfə Qusara gələndə iddiaçının özü X2la görüşüb məsələnin hansı mərhələdə olduğunu soruşmuş, X2 isə sənədlərin 2-3 aya hazır olacağını və həmin vaxt ona 50000 ABŞ dolları verməli olacağını bildirmişdir. Lakin, bundan sonra da X2 torpaq sahəsinin sənədlərini düzəltməmiş və iddiaçı X2dan nə üçün sənədlərin düzəlmədiyini soruşmuş, X2 isə heç bir sənədləşmə işini düzəldəcəyini üzərinə götürmədiyini, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu, orada hər hansı ev tikməyin mümkün olmadığını bildirmişdir. Məzahir isə belə bir torpaq sahəsinin çox ucuz olduğunu, bu səbəbdən də həmin torpağı istəmədiyini bildirərək verdiyi pulu geri qaytarmasını X2dan tələb etmişdir. X2 isə əvv əlcə həmin pulu kiməsə beh kimi verdiyini, 12000 ABŞ dolları məbləğində pulu guya Mehriban üçün xərclədiyini və onun üçün səkkiz maşın daş, qoyun aldığını, bir az da borc verdiyini bildirmişdir. İddiaçı1 pulu qaytarmasını bir az təkid etdikdə isə X2 ümumiyyətlə pulu qaytarmayacağını və hara istəyirsə şikayət etməsini bildirmişdir. Bu səbəbdən də iddiaçı şikayət ərizəsi ilə Qusar RPŞ-nə müraciət etmiş, orada araşdırma aparılmış və Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmiş, həmçinin iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin torpaq sahəsinin ABŞ dolları valyutası ilə alınmasına və həmin pulun hər hansı müddət ərzində qaytarılmal ı olmasına dair tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Cavabdeh1 sonradan iddiaçıdan aldığı pulun təxminən 8000 manat hissəsini qaytarmış, qalan hissəsini isə bu günə kimi qaytarmamışdır. Hazırda Cavabdeh1 iddiaçıya 16400 ABŞ dolları məbləğində borcu qalmışdır. Hesab edir ki, həmin pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. İddiaçının nümayəndəsi X4 qeyd olunanlara əsasən iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2(105)-2842/18 saylı tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, i ş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İddianın mahiyyəti ondan ibarətdir ki, İddiaçı1 dostu Sadiq Süleymanovun adından Cavabdeh1a vermək üçün qardaşı Asifin həyat yoldaşı Mehribanın adına 6400 ABŞ dolları göndərməsini və sonuncunun həmin pulu X2 verməsini, eləcə də 19.06.2014cü ildə 2000 ABŞ dolları, 14.07.2014-cü ildə 3000 ABŞ dolları, 26.07.2014-cü ildə 1000 ABŞ dolları, 11.08.2014-cü ildə 4000 ABŞ dolları, 26.08.2014-cü ildə 2000 ABŞ dolları məbləğində pulu, cəmi 20400 ABŞ dolları bank vasitəsi ilə Cavabdeh1 ünvanına göndərməsini, torpaq almaq barədə razılaşmaları baş tutmadığından X2n 4000 ABŞ dolları məbləğində pulu qaytarmasını, qalan 16.400 ABŞ dolları məbləğində pulu qaytarmamasını bildirmiş, həmin məbləğin alınıb verilməsini xahiş et mişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək 6400 ABŞ dollarınnı iddiaçının qardaşı arvadı Mehriban tərəfindən ona verilməməsini, iddiaçının bank vasitəsi ilə göndərdiyi 14.000 ABŞ dolları məbləğində pulu həmin vaxt qüvvədə olan məzənnəyə uyğun olaraq (1 ABŞ dolları = 0,78 manat) manatla aldığını, cəmi 10.920 manat pul aldığını, həmin pulun 8000 manatını qaytardığını bildirmişdir. Qusar rayon Məhkəməsi və həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi nəticəyə gəmişdir ki, 6400 ABŞ dolları iddiaçının gəlinləri tərəfindən X2 verilməsi sübuta yetirilməmiş, eləcə də iddiaçının bank vasitəsi ilə göndərdiyi 14.000 ABŞ dolları məbləğində pul cavabdehə manatla verildiyindən, həmin puldan 8000 manatı 2016-2017-ci illərdə bank köçürmələri ilə iddiaçıya qaytarıldığından, c avabdehdən borclu qaldığı 2920 manat tutulmaqla iddiaçıya qaytarılmalıdır. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. İş materiallarından ilə müəyyən edilmişdir ki, iddiaçının adından göndərilən köçürmələr ABŞ dolları ilə göndərilmişdir. Cavabdehin həmin pulları manatla alması belə onun dollarla göndərilmiş pulları hazırda manatla qaytarması üçün əsas hesab oluna bilməz. Məhkəmələr qərar qəbul eldərkən ona əsaslanmışlar ki, Cavabdeh1 iddiaçının göndərdiyi pulları bankdan manatla almışdır. Ona görə də həmin məbləğ manatla qaytarılmalıdır. Lakin, bu nəticəyə gələn apelyasiya məhkəməsi MPM-nin 88-ci maddəsinin tələblərini pozmuş, sübutların obyektiv qiymətləndirilməsini təmin etməmişdir. İş materiallarına əlavə edilmiş bank köçürmələrinə dair sənədlərin surətindən müəyyən olunur ki, iddiaçının ABŞ dolları valyutada göndərdiyi bank köçürmələri, həmin valyutada da alıcıya təhvil verilmişdir. (bax iş v. 9-10) Cavabdeh1 23 aprel 2016-cı ildə Qusar rayon Polis Şöbəsinə verdiyi izahatında iddiaçının bank vasitəsi ilə onun adına 2014-cü ilin may, iyun, iyul, avqust aylarında 14.000 ABŞ dolları göndərməsini, həmin pulu bankdan almasını etiraf etmişdir. Cavabdehin pulu bankdan manatla almasına dair izahatını əsas kimi qəbul edən apelyasiya məhkəməsi göstərilən sübutların mövcudluğunu nəzərə almamış, bu ziddiyətə qiymət verməmişdir. Zərurət olmasına baxmayaraq tərəflərə bank sənədlərinin əslini təqdim etməyi, eləcə də cavabdehə pulu bankdan manatla almasına dair sübutlar təqdim etməsini təklif etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. "Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2013-cü il tarixli 3 nömrəli qərarında göstərilir ki, məhkəmələrə izah edilsin ki, onlar Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxarkən, Azərbaycan Respublikası MPM-nin 14.1 maddəsinin tələblərinə əsasən, həqiqətə nail olmaq ü çün işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaratmalı, işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidirlər. Bunun üçün məhkəmələr işdə iştirak edən şəxslərin vəsatətinə əsasən, onların bilavasitə əldə edə bilmədikləri sübutların (məlumatların) toplanmasına köməklik göstərməli, zəruri hesab etdiyi hallarda sorğular verməli, ekspertiza təyin etməli, mübahisəli obyektə baxış keçirməli, tərəflərin, eləcə də işdə iştirak edən şəxslərin mübahisə predimeti ilə əlaqədar tələb, irad, təklif və etirazlarının aydınlaşdırılması üçün qanunda nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etmlidirlər. Azərbaycan R espublikası MPM-nin 47-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nədən ibarət olması, məhkəmələrin bu barədə etdiyi xəbərdarlığın hansı formada həyata keçirilməsi məhkəmə iclas protokolunda qeyd olunmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçının anası Sonaxanım və gəlinləri Mehriban Qusar RPŞ-də izahat verən zaman 6400 ABŞ dolları məbləğində pulun Cavabdeh1 verilməsini təsdiq etmişlər. Lakin, həmin şəxslər məhkəmə iclasında dindirilməmişlər. Eləcə də iddiaçı bildirmişdir ki, X2 6400 ABŞ dolları məbləğində pulu aldığından sonra bu barədə ona telefonla məlumat vermişdir. İş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə iddiaçıya Sonaxanım və Mehribanın şahid kimi dindirilmələri barədə vəsatət vermək hüququnu n olmasını, eləcə də telefon danışığı barədə sübutu təqdim etməli olmasını təklif etməmiş, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi şərait yaratmamaqla MPM-nin 14.1-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi mübahisəni həll edərkən pulun iddiaçı tərəfindən devalvasiya başlanmamışdan göndərilməsini, cavabdehin isə ödəmələri 2016-2017-ci illərdə həyata keçirilməsini də nəzərə almamışdır. İş materiallarından göründüyü kimi tərəflər arasında şifahi olaraq tapşırıq müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra e tməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İşdən göründüyü kimi tərəflər arasında tapşırıq müqaviləsinin şərtləri icra olunmadığından tapşırıq alan əldə etdiyi məbləği qaytarmaq öhdəliyi daşımışdır. Lakin, aldığı məbləğin qaytarılmasında pulun alınması və ödənilməsi vaxtını, valyutanın növünü nəzərə almamışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar