Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1043/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə qaydasının müəyyən edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 və vəkili Vəkil Ağalar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3921/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 (ər), İddiaçı2 (arvad) və İddiaçı3 (övlad) bir ailənin üzvləridir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 qardaşlarıdır. Onların arasındakı mübahisə Xətai rayonu, Babək prospekti, ev N° -də yerləşən N°-li mənzillə bağlıdır. Mənzil 4 otaqlıdır. Yaşayış otaqlarının sahələri 16.0m2(3.2x5.0)m, 16,9m2(3.2x5.3)m, 13,8m2(4.3x3.2)m, 20.8m2(6.5x3,2) mətbəx otağının daxili sahəsi 18.9m2(4.2x2.9+3.5xl.9)m, eyvanın daxili sahəsi 3.84 m2, dəhliz otağının daxili sahəsi 7.8m2(3.2xl,8)m, daxili sahələri 2,6m2(2.15xl.2), 1.12m2(1.4x0.8)m olan sanitar qovşaqlarından ibarətdir. Yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. Mənzildə 2 ailə (iddiaçıların və Cavabdeh2 ailəsi) yaşadığın a görə onların arasında mənzildən istifadə qaydaları barədə mübahisə əmələ gəlmişdir. Digər Cavabdeh1 mənzildə yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onların Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər onlara qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə onların iddiası təmin edilməmiş, mübahisəli mənzilə dair İ ddiaçı2 və İddiaçı3 istifadə hüquqları tanınmışdır. Ancaq cavabdehlərlə aralarındakı münaqişə mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Cavabdehlər onlara aid əşyaları bloka tökmüşlər və onların mülkiyyət hüquqlarını pozur. Bu baxımdan yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə ehtiyac vardır.
4. Cavabdehlər birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişlər.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx xxxxxx 2017-ci il tarixli, 2(011)605/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, saylı evin saylı mənzilində yaşayış sahələri 16.0m2(3.2x5.0)m, 16,9m2(3.2x5.3)m olan otaqlar iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, yaşayış sahələri 13,8m2( 4.3x3.2)m, 20.8m2(6.5x3,2) olan otaqların Cavabdeh2 və ailə üzvlərinin istifadəsinə verilməsi, digər sahələr: mətbəx, eyvan, dəhliz və sanitar qovşağın ümumi istifadədə saxlanılması, iddiaçıların Cavabdeh1 qarşı tələbinin təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hal-hazırda mübahisəli mənzildə Cavabdeh2, arvadı və iki uşağı qalır. Həmin mənzilə istifadə hüquqlarına malik olan şəxslər hazırki iş üzrə iddiaçılar - İddiaçı1, İddiaçı2 və qızları İddiaçı3dir. Məhkəmə belə qənaətə gəlmişdir ki, dörd otağın ölçüləri və iki ailənin həmin mənzildə istifadə hüquqlarının mövcud olması nəzərə alınaraq, hər ailənin istifadəsinə iki otağın verilməsi tərəflərin mənafeyinə uyğun olaraq hazırki mülki iş üzrə mübahisənin mümkün olan ədalətli həllidir. b) Apellyasiya in stansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və V.Həsənov) xx xxxxx 2018-ci il tarixli, 2(103)-2992/18 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və Ə.Nurməmmədov) 2(102)-6806/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(103)-2992/18 nömrəli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-3921/20 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasi ya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında, həmçinin cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatından aydın olur ki, Cavabdeh1, mübahisəli mənzili 2008-ci il tarixdə tərk etmiş, nə işə birinci instansiyada baxılan dövrdə, nə də hazırda qeyd edilən mənzildə yaşamamış və yaşamır, daimi olaraq başqa mənzildə yaşayır. Məhz bu əsasla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda mübahisəli mənzildə o, həyat yoldaşı, iki övladı, qardaşı Fikrət, onun hə yat yoldaşı və iki övladı yaşayırlar. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, saylı evin saylı mənzildə qeydiyyatdadırlar. Mənzildə bütün daimi qeydiyyatda olanların əvəzinə kommunal və digər xərcləri o və qardaşı Cavabdeh2 ödəmiş, bu günə kimi bütün cari və əsaslı təmirlərdə onların hesablarına aparılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, qardaşı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldırdığı ərəfədə şəxsi işlərində əlaqədar müvəqqəti olaraq Bakı şəhərində olmadığından onun məhkəmə mübahisəsindən xəbəri olmamış, qardaşı Cavabdeh2 isə bu barədə ona heçnə bildirməmişdir. Lakin Cavabdeh1 müvəqqəti olaraq başqa yerə getməyi onun həmin mənzildən istifadə hüququnun xitam verilməsinə əsas ola bilməz. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
17. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi:
18. Maddə 53, hissə İ. Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
19. Maddə 53, hissə İİİ. Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
20. Maddə
60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
21. Maddə
87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası, qətnaməni Cavabdeh1 mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyy ən etmişdir.
28. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1991 -ci il tarixli saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, saylı evin saylı mənzil Əliyev Şirasər oğlunun ailə üzvləri ilə birlikdə istifadəsinə verilmiş, orderdə Əliyev Şirasər oğlunun ailə üzvləri qrafasında onun arvadı, 3 oğlu və gəlini İddiaçı2 göstərilmişdir.
29. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-687 saylı, xx xxxx 1998-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, İddiaçı2 cavabdehlər X2 və qeyrilərinə qarşı yaşayış sahəsinə köçürülmə və sair tələbinə dair iddiaları təmin edilmiş, Bakı şəhəri, ünvan 1 də yerləşən 4 saylı yaşayış sahəsinin kirayə müqaviləsinin X1 adına rəsmiləşdirilməsi, İddiaçı2 bir azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, ünvan 1-ə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə təsdiq edilir ki, Bakı şəhəri, ünvan 1 ilə bağlı kirayə müqaviləsi ilkin olaraq Əliyev Şirasər Kamil oğlu ilə bağlanmış, o, xx.xx.1997-ci il tarixdə vəfat etmiş, həmin qətnamə ilə kirayə müqaviləsinin X1 adma rəsmiləşdirilməsi qət edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-1513/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsindən cavabdehlər İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2 qızma və İddiaçı3 qızma qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbin ə dair iddiası təmin edilməmişdir. 31. 29 saylı MKİS-si tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında İddiaçı1, İddiaçı2, Cavabdeh2. Cavabdeh1 və İddiaçı3 qeydiyyatdadırlar. 32. 3392 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli, 18617 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən saylı evin saylı mənzilinin tərəflərin paylarına uyğun olaraq bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01,89-un 1.1, 2.2, 2.4 və 2. 9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Rəyin əsaslandırıcı hissəsinə əsasən baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan saylı mənzil 4 yaşayış otağından və yardımçı sahələrdən ibarət olmaqla 10 mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşir. Tədqiq olunan saylı mənzilin yaşayış otaqlarının da sahələri 16.0m2(3.2x5.0)m, 16,9m2(3.2x5.3)m, 13,8m2(4.3x3.2)m, 20.8m2(6.5x3,2) mətbəx otağının daxili sahəsi 18.9m2(4.2x2.9+3.5xl.9)m, eyvanın daxili sahəsi 3.84 m2, dəhliz otağının daxili sahəsi 7.8m2(3.2xl,8)m, daxili sahələri 2,6m2(2.15xl.2), 1.12m2(1.4x0.8)m olan sanitar qovşaqlarından ibarət olduğu müəyyən edilmişdir. Qərardadda tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən saylı evin saylı mənzilindən istifadə qaydalarının müəyyən o lunması sualı qoyulduğunu nəzərə alaraq, ekspert tədqiqatın mənzilin istifadə qaydalarının həmin mənzilin paylara uyğun olaraq naturada bölünməsinin mümkün olubolmaması üzrə aparılır. Qeyd olunur ki, yaşayış evlərinin tərəflər arasında bölünməsi təcrid şəklində aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında (istifadəsində), yuxarıdakı bəndlərin tələblərində göstərildiyi kimi, ayrı-ayrılıqda yaşayış-yardımçı tikililəri, həmin tikililərə ayrıca giriş-çıxış qapıları olmalıdır. Tədqiq olunan halda mübahisəli mənzilin tikililərin planlı yerləşməsini, köməkçi tikililərin (mətbəx, hamam, tualet və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğunu nəzərə alaraq, həmin mənzilin tərəflər arasında paylara uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün deyildir.
34. Apellyasiy a instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
35. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi ya şamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.
36. Cavabdehin Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən saylı evin saylı mənzilə istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; tərəflərin mübahisə etdikləri hal, onun mübahisəli mənzilə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır.
37. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş materiallarından və cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatdan aydın olur ki, cavabdeh, mübahisəli mənzili 2008-ci il tarixdə tərk etmiş, nə işə birinci instansiyada baxılan dövrdə, nə də hazırda qeyd edilən mənzildə yaşamamış və yaşamır, daimi olaraq başqa mənzildə yaşayır. Məhz bu əsasla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür.
38. Şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olubolmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Bu mənada cavabdehin ailə qurub və ipoteka ilə mənzil alaraq ora köçdüyü halda onun yenidən ata evinə qayıtmaq niyyətinin olması inandırıcı deyil.
39. Kollegiya həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, hazırki mübahisə həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) cavabdeh mübahisəli mənzildə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci hal mövcud olsa da, cavabdeh öz istəyi ilə yeni mənzil alaraq ora daimi yaşamaq üçün köçdüyündən onun dəlilləri əsassızdır.
40. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3921/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.