Məhkəmə qərarları › İş №2(102)-1043/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1043/2024

07.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1043/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı ilk iddia, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nın cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi; torpaq sahəsindən çıxarılma; müqavilənin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 na qarşı cavabdehlərin torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi tələbin ə dair ilk iddia, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nın cavabdeh İddiaçı qarşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1192/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. XXX Makler adı ilə verilmiş elana görə, ünvan (müəllimlər İnstitutunun yaxınlığında) ümumi sahəsi 4 sot, 1 mərtəbəli, quyusu və çəni gözəl təmirli sanitar qovşaqlı ev 14.000 manata təcili satılır. 2. 19 may 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satı cılar Cavabdeh1, Cavabdeh2 və X1 XXX ünvanda yerləşən 0,0293 hektar torpaq sahəsinı 8.950 manat müqabilində İddiaçı satmışlar.

3. Daşınmaz əmlakın dövlət reyestrindən 08 iyun 2022-ci il tarixli **********46 reyestr nömrəli çıxarışa görə, ünvan 1 ünvanda yerləşən 0,0293 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 4. ünvan 1 ünvanda yerləşən 0,0293 hektar torpaq sahəsinə dair 08 iyun 2022-ci il tarixli A XXX nömrəli Torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0292 ha torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 da cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 08 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1427/2022 nömrəli iş üzrə 3 noyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

9. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1192/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim P.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Kərimov və L.Rəhimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 öz izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşı kirayədə yaşadığı üçün münasib qiymətə evlərin elanlarına baxarkən XXX ünvanında yerləşən evin 14000 manat müqabilində satılması barədə elan görmüş, həmin elan əsasında ailəsi və onunla birlikdə həmin ünvanda olmuşlar. Evin sahibi XXX adlı qadın və qızı XXX həyəti və evi onlara göstərmişdir. O zaman məlum olmuşdur ki, evin və həyətin mülkiyyət sənədi yoxdur. XXX evin sənədləşməsinə vaxt və pul lazım olduğunu bildirmişdir. Sonra isə onlar evin qimyətini 11000 manata razılaşmışdırlar. Daha sonra qardaşı XXX həmin pulun 2050 manatını hissə-hissə evin sənədlərinin düzəldilməsi və çıxarış alınması üçün XXXyə vermişdir. Torpaq sahəsinə çıxarış almaq mümkün olsa da, evin tikinti sənədi olmadığı üçün çıxarış almaq mümkün olmamışdır. Onlar razılaşmışdırlar ki, torpaq sahəsinin çıxarışı ilə alqısatqıya getsinlər və XXX həyəti və üzərindəki evi alsın. XXX 19 may 2022-ci ildə Cavabdeh1 XXX ünvanında yerləşən ümumi sahəsi 0,0292 ha torpaq sahəsini 8950 manat müqabilində almışdır. Daha sonra XXX həmin torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Hazırda cavabdehlər yenə də həmin evdə yaşayırlar. Onlar oradan çıxmaq üçün XXXdan müəyyən vaxt istəmiş, XXX isə razılıq vermişdir. Lakin müəyyən olunan vaxtın tamam olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsindən və evdən çıxmaqdan imtina etmişdirlər. Dəfələrlə XXX cavabdehlərə torpaq sahəsindən və evdən çıxmaq barədə xəbərdarlıq etməsinə baxmayaraq, onlar çıxmamışdırlar. Qardaşı XXX ailəlidir və hazırda kirayədə yaşayır. Aylıq kirayə haqqı kimi 200 manat pul ödəyir.... Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh1 nın apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən – onun fərdi yaşayış evinin satılması barədə müqavilə bağlamağa məcbur edilməsi, İddiaçı ilə aralarında yalnız t orpaq sahəsi ilə bağlı müqavilə bağlanması barədə dəlillər əsassız olmaqla işin həqiqi hallarına uyğun gəlmir. Göstərilən dəlillər hazırkı qətnamənin ləğvi və qarşılıqlı iddianın təmin edilməsi üçün hər hansı qənaətə gəlməyə əsas vermir. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində ehtiva olunan dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir”. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, qarşlıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, evin yerləşdiyi torpaq sahəsi satılmış olan torpaq sahəsinin üzərin də yerləşmir. Müqavilədən də göründüyü kimi razılaşma yalnız torpaq sahəsi ilə bağlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əm laka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol ver ilmir; Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqla rını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqav ilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayı bsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur;

2. Torpaq üzərində hüquqi və fiziki şəxs lərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır; Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməs indən sonra yaranır. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mad də

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətna mədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

24. Məhkəmə kollegiyası hüququn inkişaf ının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırm a aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

27. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Buna görə də mülkiyyətin müdafiəsi konstitusion prinsipdir.

28. Hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tu tulan vasitələrin məcmusu başa düşülür. Mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri hüquqi iddialardır. Bu iddialar əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Mülki Məcəllənin 157-ci maddəsində də mülkiyyət hüququnun müdafiəsinin məhz qeyd olunan 3 üsulu tənzimlənmişdir: 1) mülkiyyət hüququnun tanınması; 2) özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi (vindikasiya iddiası); 3) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi (neqator iddia). Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdi yi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır. Vindikasiya prosesində tərəflər: iddiaçı - əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh - vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldır ıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir.

29. Vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: 1) iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) iddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır; 3) iddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır; 4) başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır.

30. Mübahisə predmeti torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya məxsus olması, iddiaçının həmin əmlaka faktiki sahiblikdən məhrum olunması, torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır.

31. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 mötəbər sübutlarla təsdiq edilməyən, onun fərdi yaşayış evinin satılması barədə müqavilə bağlamağa məcbur edilməsi, iddiaçı ilə aralarında yalnız torpaq sahəsi ilə bağlı müqavilə bağlanması barədə dəlilləri əsassız olmaqla, işin həqiqi hallarına uyğun gəlmir.

32. Şikayətin dəlilləri də qeyd olunan faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin sözügedən hallara uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzg ün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §20).

33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1192/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 nın kassasiya şikayət i təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar