Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1044/2018 13.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2018-ci il № 2(102)-1044/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3 və vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq müəyyən etdi: Qusar Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə (haki m A.Vəliyev, iş № 2(029)-949/17) iddia təmin olunaraq İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən, Cavabdeh mülkiyyətində olan mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə-sədrlik edən və məruzəçi, A.Hüseynov və T.Quliyev, iş № 2(105)-3452/17) Cavabdeh apellyasiyaşikayətiqisməntəminedilərək QusarRayonMəhkəməsininişüzrə 12 iyul 2017-ciiltarixli 2(029)-949/2017 saylıqətnaməsi“ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənziləköçürülməsi”hissəsində ləğvolunmuş vəhəminhissədəiddiatəminedilməmiş, qalanhissədəqətnamədəyişdirilmədənsaxlanılmışdır.. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsinin lə ğv olunmasını xahiş etmişdir. işin halları: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən, Cavabdeh mülkiyyətində olan mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar şəhəri, Heydər Əliyev prospekti, ev 174, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Cavabdeh onun anasıdır. O, həmin mənzildə anadan olmaqla orada böyüyüb həddi-buluğa çatmışdır. Daha sonra isə 14 mart 2013-cü il tarixdə X4 ilə ailə həyatı qurmaqla evlənmiş və həyat yoldaşı da gəlin kimi həmin mənzilə köçmüşdür. Həmin nikahdan onun 12.01.2014-cü il təvəllüdlü bir oğlu anadan olmuşdur. Son zamanlar anası ilə olan mübahisələrə görə cavabdeh onun həmin mənzildən çıxmağını tələb etmiş və bu məqsədlə Qusar Rayon Məhkəməsində iddia qaldıraraq ona kompensasiya verilməklə həmin mənzilə istifadə hüququna xitam verilməsi və onun ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmağını tələb etmişdir. Qusar Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli 2(029)-580/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ona 3600 (üç min altı yüz) manat məbləğində kompensasiya verilməklə onun ünvan 2 ünvanda yerləşməklə mülkiyyət hüququ əsasında Cavabdeh məxsus mənzildə olan istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən ailəsi ilə birlikdə çıxarılmağı qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilməklə Cavabdeh iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Beləlliklə, onun yuxarıda qeyd etdiyi mübahisəli mənzilə istifadə hüququ qüvvədədir və onun həmin mənzildə yaşamağa hüququ vardır. Lakin, Cavabdeh onun həmin mənzildə yaşamağına mane olur, onu həmin mənzilə buraxmır. O, isə məcburən müxtəlif qohumlarının evində qonaq kimi yaşayır. Ona görə də, hesab edir ki, onun Qusar şəhəri H.Əliyev prospekti ev 174, mənzil 13-də yerləşən mübahisəli mənzildən istifadə hüququ vardır və bu səbəbdən də onun həmin hüqu quna cavabdeh tərəfindən edilən maneçilik aradan qaldırılmalı və o, ailəsi ilə birlikdə həmin mənzilə köçürülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı, nümayəndəsi F.Namazov və vəkili R.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı, nümayəndəsi F.Namazovun və vəkili R.Əliyevin izahatlarını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 oktyabr 2017-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdə olan 18mart1998-ci il tarixli 45 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar şəhəri T.İsmayılov (indiki Heydər Əliyev prospekti) ev 174, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Qusar Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli 2(029)-580/2016 saylı qətnaməsi ilə İddiaçı 3600 (üç min altı yüz) manat məbləğində kompensasiya verilməklə onun ünvan 2 ünvanda yerləşməklə mülkiyyət hüququ əsasında Cavabdeh məxsus mənzildə olan istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən ailəsi ilə birlikdə çıxarılmağı qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2(105)-1991/2016 saylı qətnaməs i ilə Qusar Rayon Məhkəməsinin 29 aprel 2016cı il tarixli qətnaməsi ləğv olunmuş və Cavabdeh iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 2(102)-705/17 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2(105)-1991/2016 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismar Müəssisəsinin 17 may 2017-ci il tarixli 269 saylı arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. İşə əlavə olan Qusar rayon İcra Hakimiyyətinin MİM-nin 17 may 2017-ci il tarixli 270 saylı arayışından görünür ki, V.R.Salahova ünvan 3 ünvanda yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə V.R.Salahovanın birgə nikahlarından 12 yanvar 2 014-cü il təvəllüdlü A.İddiaçı anadan olmuşdur. İşdə olan 25 noyabr 2016-cı il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh mənzildən istifadə hüququna əvəz olaraq 4000 manat kompensasiya almışdır. Gələcəkdə mənzil barəsində heç bir iddiasının olmayacağını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.1.1-158.1.3-cü maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) y aşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirili r. Həmin Məcəllənin 9.2, 9.2.2-ci maddələrinə əsasən mənzil hüquqlarının müdafiəsi üsullarından biri də mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, onun etirazının əsası kimi istinad olunmuş 25 noyabr 2016-cı il tarixli qəbzin məhkəmə tərəfindən nəzərə almaması barədə apellyasiya şikayətində gətirdiyi dəlili qəbul etməmişdir. Belə ki, həmin qəbz əsasında İddiaçı istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırılmamışdır. Beləliklə, İddiaçı yuxarıda qeyd olunan mübahisəli mənzilə istifadə hüququ qüvvədədir və onun həmin mənzildə yaşamaq hüququ vardır. Lakin, Cavabdeh onun həmin mənzildə yaşamağına mane olur, onu həmin mənzilə buraxmır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsi hissəsində iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız m əhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mübahisəli mənzilə ailə üzvləri birlikdə köçürülməsi barədə tələb irəli sürdükdə, arvadı X2 nəzərdə tutmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə V.R.Salahovanın belə bir iddia tələbi mövcud olmadığından birinci instansiya məhkəməsi onu mübahisəli yaşayış evinə köçürməkdə haqlı olmamışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməli vəapellyasiyaşikayətiqisməntəminedilm əlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazı nı əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə ola n maddi hüquq normalarının və işə baxılarkən qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 oktyabr 2017-ci il tarixli, 2(105)-3452/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düz
Məhkəmə qərarları › İş №2(102)-1044/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-1044/2018
13.02.2018 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver