Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1044/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il İş 2(102)-1044/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı vəkili Vəkil1 Əmralı oğlunun, cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nə simi rayon məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Səmədov, iş 2(006)-1994/18) İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz hesab edilməsi və s. tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsiilə (V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov, iş 2(103)-6826/18) Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-1994/2018 saylı, 01 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil1 Əmralı oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahişetmişlər. Məhkəmə kollegiy asının iclasında İddiaçı vəkili Vəkil1 Əmralı oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı əmək müqaviləsinin müddətli bağlanmasının qanuns uz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Vəkil1 Əmralı oğlunu, cavabdehin vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə1 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Bazarl arına Nəzarət Palatasının baş icraçı direktoru İ.Ə.Alışov ilə işçi İddiaçı arasında bağlanmış 01.06.2016-cı il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Bazarlarına X1 xidmətlər departamentinin Maliyyə idarəetməsi sektorunda mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsinin 2.3-cü bəndindən görünür ki, bu əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə 01.06.2016-ci il tarixindən 30.12.2016-cı il tarixinədək müddətə bağlanmışdır. İşdə olan 01.06.2016-cı il tarixli əmək müqaviləsinə düzəliş və əlavənin edilməsi barədə 2 saylı əlavədən görünür ki, tərəflər arasında 01.06.2016-cı il tarixində bağlanmış “Əmək müqaviləsi”nə dəyişiklik edilərək müqavilənin müddəti “30 dekabr 2017-ci il” tarixədək müəyyən edilmişdir. Azər baycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 29 dekabr 2017-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «b» yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) İddiaçı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası arasında bağlanmış əmək müqaviləsinə 04.01.2018-ci il tarixindən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 29.12.2017-ci il tarixli bildirişin surətindən görünür ki, işəgötürən iddiaçıya müqavilənin müddəti bitdikdən sonra əmək münasibətlərini davam etdirmək niyyətində olmadığını rəsmi şəkildə bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Azərbayca n Respublikası Maliyyə Bazarlarına X1 xidmətlər departamentinin Maliyyə idarəetməsi sektorunda mühasib vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işəgötürənin 29 dekabr 2017-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsi əsası kimi işinin daimi xarakterə malik olduğu nəzərə alınmadan işəgötürən tərəfindən onunla müddətli əmək müqaviləsi bağlanmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi bu hal işdən azad edilməsi barədə əmrin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. (tərəflər arasında müqavilə bağlanan vaxt qüvvədə olmuş redaksiyada) -45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. -47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İstinad e dilən normaların tələblərindən göründüyü kimi, daimi xarakterə malik iş və ya xidmətlərlə bağlı əmək müqaviləsinin müddətli bağlanmasına tərəflərin qarşılıqlı razılığı olduqda müqavilənin müddətli bağanması əmək qanunvericiliyinin tələblərinə uyğundur. Tərəflərin buna qarşılıqlı razılığının olması hər iki tərəfin könüllü şəkildə müddətli bağlanmış əmək müqaviləsini imzalaması ilə təsdiq edilir. İş materiallarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına X1 xidmətlər Departamentində tutmuş olduğu vəzifə daimi xarakterli olsa da, iddiaçı əmək müqaviləsini müddətli bağlamağa razılıq verərək müqaviləni imzalamış, müqavilələrin qüvvədə olduğu müddət ərzində həmin müqavilənin onun iradə ifadəsinə uyğun olmadan müddətli bağlanılması iddiaçı tərəfindən mübahisələndiri lməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. -73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh qeyd edilən normanın tələbinə uyğun olaraq iddiaçıya bildiriş göndərərək müddət bitdikdən sonra müqaviləyə xitam veriləcəyini və əmək münasibətlərini davam etdirmək niyyətində olmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. -4-cü maddəsinə əsasən əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. İş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi 30.12.2017-ci il tarixədək bağlandığından və müddətin son günü iş gününə düşdüyündən müqavilənin qüvvədə olma müddəti həmin tarixdə bitmiş və müvafiq olaraq iddiaçı növbəti iş günü04.01.2018-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən müqavilə münasibətlərinə xitam veriləcəyi barədə bildirişin müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra 1 həftə ərzində göndərilməsi nəzərdə tutulsa da, müqaviləyə qanunvericiliyin tələbinə görə müqavilənin xitam olunma vaxtı bildirişin çatdırıldığı vaxt deyil, müqavilənin qüvvədə olma müddətinin faktiki bitdiyi tarixdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı əmək müqaviləsinə xitam verildikdən dərhal sonra işdən azad edildiyindən müqavilə münasibətlərində prolonqasiya (müddətin uzadılması) baş verməmişdir. İşin yuxarıda qeyd olunan faktiki h allarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 21 iyun 2018-ci il tarixli, 2(103)-6826/18 saylı qətnaməsi dəyişdirilməd
Məhkəmə qərarları › İş №2(102)-1044/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1044/2019
20.02.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver