Məhkəmə qərarları › İş №2(102)-1045/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1045/2022

15.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1045/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1045/22 (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)8079/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında qiyabi icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəm ədə cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Qaz İxrac İdarəsinə qarşı iddia qaldıraraq, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 iyun 2019-cu il tarixli, 48/k saylı əmrin ləğv edilməsi, cavabdehdə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ş.İ.Əliyev) iddia təmin edilərək, “Qaz İxrac İdarəsi”nin Hacıqabul MQKS ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 19 iyun 2019-cu il tarixli, 48/k saylı əmrinin ləğv edilməsi, iddiaçının cavabdehin X1 Kəmərləri Sahəsində tutduğu vəzifəy ə bərpa edilməsi və ona 19 iyun 2019-cu il tarixdən işə bərpa olunduğu günədək əmək haqqının ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehdə təmirçi-çilingər vəzifəsində işləyib. 19 iyun 2019-cu il tarixdə iddiaçı, işəgötürənə ərizə verərək 19 iyun 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edib. Lakin, iddiaçı ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təsiri ilə yazıb. Belə ki, İddiaçı Məhərrəm Umbayevlə birlikdə, İdarənin inzibati binasında 19 iyun 2019-cu il tarixdə sonuncunun törətdiyi əməldə aidiyyətinin müəyyən olunmasının aydınlaşdırılması məqsədilə həmin gün işəgötürən tərəfindən çağırılaraq dindirilib və bundan dərhal sonra iddiaçı işdən çıxarılmasına dair işəgötürənin adına yazılı ə rizə verib. Beləliklə də işəgötürən iddiaçını öz iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edilib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin, 300-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən salanılıb. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və E.Y.Şamayev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Belə ki, iddiaçı cavabdehdə təmirçi-çilingər vəzifəsində işləyib. 19 iyun 2019-cu il tarixdə iddiaçı, işəgötürənə ərizə verərək 19 iyun 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edib. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmayıb, habelə işəgötürən tərəfindən hər hansı başqa üsulla iddiaçının iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi mülki iş materialları ilə təsdiq olunmur. Ona görə də iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 69-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Maddənin 2-ci hissəsinin a) bəndinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Maddənin 2-ci hissəsində göstərilir ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Maddənin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamay a məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Maddənin 4-cü hissəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Maddənin 5-ci hissəsində göstərilir ki, i şçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Maddənin 7-ci hissəsinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiy a şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, cavabdehin X1 Kəmərləri Sahəsində 05-ci dərəcəli “dəmirçi-çilingər” vəzifəsində işləyib. 19 iyun 2019-cu il tarixdə iddiaçı, yazılı ərizə ilə işəgötürənə müraciət edərək öz xahişi ilə 19 iyun 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edib. İşəgötürənin 19 iyun 2019-cu il tarixli, 48/k saylı əmri ilə iddiaçı ilə bağlınmış əmək müqaviləsinə 19 iyun 2019-cu il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilib. 13 iyul 2019-cu il tarixdə iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təsiri ilə yazdığ ını göstərib, işəgötürənin sözügedən əmrinin ləğv edilib, cavabdehdə əvvəlki işinə, yəni “təmirçiçilingər” vəzifəsinə bərpa edilməsini və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsini iddia edir. Cavabdeh isə iddiaçının öz iradəsinə uyğun olaraq verdiyi yazılı ərizəsinə əsasən işdən çıxarılma tarixini göstərməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin sözügedən əmək müqaviləsinin iddiaçının deyil, işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi qənaətinə gələrkən, habelə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanan halların hər hansı biri olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ərizəsində göstərdiyi gün xitam verilməsini əs assız olaraq işəgötürənin yol verdiyi pozuntu kimi qiymətləndirərkən səhv nəticəyə gəlib. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin adından da göründüyü kimi həmin norma əmək müqaviləsinin işəgötürən tərəfindən deyil, məhz işçi tərəfindən ləğv edilməsinin qaydasını tənzimləyir. Hazırki halda da tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı qismində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən məhz iddiaçı özü çıxış edir. Başqa sözlə desək, sözügedən norma işçinin əmək müqaviləsini ləğv etmək hüququnu, Əmək Məcəlləsinin 69-cu maddəsi isə həmin hüququn necə realizə olunması qaydasını tənzimləyir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var- işçi və işəgötürən. Əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Bu mənada, “müqavilənin ləğvi” anlayışı ilə, “müqavilənin ləğvinin rəsmiləşdirilməsi” anlayışlarını eyniləşdirmək olmaz. Göründüyü kimi birinci instansiya məhkəməsi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 3-cü hissələrinin tələblərini səhv təfsir edib və belə qənaətə gəlib ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən hallardan hər hansı biri yoxdursa, onda əmək müqaviləsi işçinin ərizəsində göstərdiyi gün ləğv edilə bilməz və bu halda işəgötürən əmək müqaviləsini ləğv etmək üçün ilk növbədə Əmək Məcəlləsinin 69cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulan 1 aylıq xəbərdarlıq müddətini gözləməlidir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb və haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyə görə normativ-hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir və ümumi anlamda “maddənin hissəsi” ifadəsindəki “hissə” sözü ona dəlalət edir ki, o, tamın bir hissəsidir, tamın hissələri isə həmişə bir- biri ilə qarşılıqlı əlaqədə olur. Bu mənada, hər hansı maddənin hissələri düzgün tətbiq edilə bilməsi üçün ayrı-ayrılıqda deyil, hamısı birlikdə tamamlanmış normativ müddəanı əks etdirdiyi üçün bir-biri ilə qarşılıqlı əlaqədə təfsir edilməli və qiymətləndirilməlidir. Əks halda, maddənin bu və ya digər hissəsinin ayrıca və yaxud digər hissələrindən təcrid olunmuş şəkildə təfsiri səhv tətbiqə səbəb ola bilər, hansı ki, hazırki işdə bu hal baş verib. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin əmək müqaviləsini ləğv etmək hüququnun realizəsinin ümumi qaydasını (1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə), 3-cü hissəsi isə bu qaydadan istisnanı (həmin hallardan biri mövcud olduqda) nəzərdə tutur. Yəni, bu hallardan biri olduqda, işçi ümumi qa ydadan kənara çıxıb 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etmədən də, ərizəsində qeyd etdiyi gün əmək müqaviləsinin ləğv edilməsinə dair təşəbbüslə çıxış edə bilər. Sözügedən maddədə işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin istisna qaydasının nə üçün müəyyən edildiyini düzgün başa düşmək üçün ilk növbədə “1 ayın” məqsədi aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Bu halda 1 ayın məqsədi məhz işəgötürənin mənafeyinin müdafiəsidir, yəni işçinin işəgötürəni 1 ay əvvəlcədən xəbərdar etmək vəzifəsi və yalnız müəyyən hallarda bu müddəti gözləmədən müqaviləyə xitam vermək hüququnun olması işəgötürəni müdafiə etmək üçün nəzərdə tutulub. Belə ki, işdən çıxma nəticəsində iş yerində işin normal ahən ginin pozulmasının qarşısını almaq üçün işəgötürən yeni işçi tapmalı və ya digər tədbirlər görməlidir, bunun üçün isə işəgötürənə vaxt lazımdır. Bir aylıq müddətin adından da göründüyü kimi, o, xəbərdaredicidir, yəni işçi işəgötürəni xəbərdar edir ki, 1 aydan sonra işləməyəcək, öz mənafeyinin müdafiəsi üçün lazımi tədbir görsün. İşçinin xəbərdarlıq etmədən qəfildən işdən çıxıb getməsi işəgötürənə zərər vurulmasına səbəb ola bilər. Ona görə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi işçinin üzərinə vəzifə qoyur ki, əgər əmək müqaviləsini ləğv etmək istəyirsə, 1 ay qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməlisən ki, işəgötürənin iş prosesində problemləri yaranmasın. Eyni zamanda, işəgötürəni 1 ay əvvəl xəbərdar etmək işçinin vəzifəsi olduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ona imtiyaz verir və həmin norma bu imtifazdan istifadə olunması əsaslarını müəyyən edir. Yəni, müstəsna hallar olmadıqda, 1 aylıq xəbərdarlıq müddətini gözləmək işçinin vəzifəsi sayılır. İşəgötürənin isə, qanunvericiliyin ona verdiyi hüququndan yararlanmaq və ya yararlanmamaq seçimi var (hətta Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanmış hallar olmadıqda belə). Əgər işçi həmin hallar olmadığı halda, 1 ay gözləmək istəmədiyini bildirirsə və onun müqaviləni bəlli tarixdən ləğv edilməsini işəgötürəndən xahiş edirsə, işçiyə bu şəkildə güzəştə getməsi isə işəgötürən üçün bir problem yaratmırsa, işəgötürən öz hüququndan imtina edərək işçini 1 ay gözləməyə məcbur etməyə də bilər. Bu baxımdan Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutul an istisna qayda işəgötürənin 1 aylıq xəbərdarlıq müddəti ilə qorunan mənafeyindən daha mühüm mənafelər mövcud olduğu halda işçinin əmək müqaviləsini ləğv etmək hüququnun ərizəsində göstərilən gün realizə edilməsinə işəgötürən tərəfindən yaradıla biləcək maneələri aradan qaldırmağa xidmət edir. Yəni, daha mühüm mənafe sayılan bu hallardan biri olduqda, işəgötürən işçidən artıq 1 aylıq müddətə əməl etməsini tələb edə bilməz və borcludur ki, belə hallarda işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv etmə faktını rəsmiləşdirsin və bu barədə müvafiq əmr versin. Lakin, bu o, demək deyildir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilmiş hallar olmadıqda əmək müqaviləsi işçinin ərizəsində göstərilən gün ləğv edilə bilməz. İşçi və işəgötürən qarşılıqlı razılıq əsası nda xəbərdarlıq müddətinin tətbiqindən imtina edə bilər. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsində göstərilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bu qayda həm də o mənanı verir ki, əgər işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstəribsə (yəni 1 aylıq xəbərdarlıq müddətindən istifadə etmək istəmirsə), işəgötürən isə xəbərdarlıq müddətindən istifadə etmədən ərizəsində göstərilən gündə əmək münasibətlərinin dayandırılmasına razıdırsa, əmək müqaviləsi ərizədə göstərilən gün ləğv edilə bilər. Bu qayda müqavilə münasibətlərinin təbiətindən irəli gəlir. Çünki, müqavilə münasibətləri üçün azadlıq, t ərəflərin bərabərliyi və sərbəst iradə ifadəsinə xas olmaqla, əgər müqavilənin hər iki tərəfi onun ləğvi barədə razılaşırsa, qanunda isə əks göstəriş yoxdursa, onların razılığı tətbiq olunur. Daha sonra iddiaçı kassasiya şikayətində, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təsiri ilə yazdığını göstərsə də, işdə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi mülki iş materialları ilə təsdiq olunmur. Halbuki, iddiaçının iddia etdiyi əsasla işəgötürənin əmri o, vaxt ləğv edilə və o, əvvəlki vəzifəsinə bərpa oluna bilər ki, işəgötürənin hərəkətlərində Əmək Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən hallar olmuş olsun. Həmin maddədə göstərilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas sayıla bilməz. Çünki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Kassasiya instansiyas ı məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb eyni zamanda hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığına görə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-8079/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar