Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1046/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, Cavabdeh və vəkili İsmayılov Ramid Ramiz oğlunun Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2(106)-2723/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(018)-470/2019 saylı qətnaməsi il ə (hakim Z.V.İbrahimov) İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı iki uşağı ilə birlikdə Astara rayonu, Şəmətük kəndində yerləşən iki otaqlı yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2(106)-2723/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.S.Kərimov, T.X.Heydərov, F.N.Abbasov) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(018)-470/2019 saylı qətnaməsi Cavabdeh (apellyasiya şikayətinə) münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə h üququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mübahisə predmeti olan Astara rayonu, Şəmətük kəndində yerləşən evə istifadə hüququnun tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ildə Astara rayonu, Şəmətük kənd sakini Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. 06 aprel 2011-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 yanvar 2011-ci ildə X2 və 21 avqust 2015-ci ildə X3 adlı uşaqları doğulmuşdur. Hazırda üçüncü uşağa hamilədir. Cavabdehlə birgə nikaha daxil olduqdan sonra, yəni toy mərasimindən sonra cavabdehin atası Yaqub Ağayevə məxsus evə gəlin köçmüşdür. H əmin evdə bir müddət yaşadıqdan sonra onlar özlərinə Astara rayonu, Şəmətük kəndində iki mərtəbəli, iki otaqlı, eyvanlı, mətbəxli fərdi yaşayış evi tikmiş və həmin evə köçmüşlər. 2019-cu ilin fevral ayına kimi cavabdeh və uşaqları ilə birlikdə həmin evdə yaşamış, birgə təsərrüfat aparmışlar. 2019-cu ilin fevral ayında əri Cavabdeh onu və uşaqlarını zorla yaşadıqları evdən qovmuşdur. Hazırda yaşamağa yerləri yoxdur. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili İsmayılov Ramid Ramiz oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apell yasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü ma ddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Nümayəndə izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Şəmətük kəndində yaşayır. İşdə olan nikahın bağlanması haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 06 aprel 2011-ci il tarixdə Astara RİHB-nın Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyində nikah bağlanılmış və 14 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından 14 yanvar 2011- ci il təvəllüdlü X2 və 21 avqust 2015-ci il təvəllüdlü X3 adlı iki uşaqları vardır. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 mart 2019-cu il tarixli arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Astara rayonu Şəmətük kənd sakini Cavabdeh ilə ailə quraraq yaşamışlar. Hal- hazırda onlara məxsus həyətyanı torpaq sahəsi və 2 mərtəbəli yaşayış evi vardır. Yaşayış evi 2 otaq, dəhliz, mətbəx, hamam və zaldan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır, qanunla müəyyən edilmiş h allar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -66.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək hüququ vardır. -68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. -69.1-ci maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən mübahisəli fərdi yaşayış evinin mövcudluğu sübut olunsa da, onun hüquqi statusuna dair tərəflər hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının mübahisəli yaşayış evinə köçürülməsinə dair düzgün hüquqi nəticəyə gəlmişd ir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli, 2(106)-2723/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1046/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1046/2020
25.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver