Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1047/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh3, vəkili X14, İddiaçı1 və vəkili X11 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(022)58/2019, hakim R.Ə.Əliyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı 5 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, Cavabdeh3 iddiaçıların paylı mülkiyyətinə verilmiş 3,51 hektar torpaq sahəsinin şimal-qərb istiqamətində 0,6421 hektar hissəsindən çıxarılması, X7 və Cavabdeh2 həmin torpaq sahəsinin şimal-qərb istiqamətində 0,6064 hektar hissəsindən çıxarılmaları qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(106)-2823/2019, hakimlər Z.B.Babayev, Q.B.Kərimov və N.F.Mirzəyev) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İ şin halları: Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 35 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 paylı mülkiyyətinə 3,51 hektar torpaq sahəsi, Cavabdeh3, X4, X12, X10, X15 və X8 paylı mülkiyyətinə 4,23 hektar torpaq sahəsi verilmiş, onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiqlənmişdir. xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Əcəmova X3 Mahir Əlisahib oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma” tələinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, istifadəsində olan torpaq sahəsi onun özünə aid olduğu halda, əsassız olaraq onun həmin torpaq sahəsindən çıxarılması barədə nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçılar paylı mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər tərəfindən tutulduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahib liyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. İş materiallarından görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 35 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 paylı mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 3,51 hektar torpaq sahəsi verilmiş, qeyd edilən hal Torpağa mülkiyyət hüququna dair JN°- 305 saylı (kod ********) dövlət aktı ilə də təsbit olunmuşdur. H əmin torpaq sahəsinin cənub-şərq istiqamətində iddiaçılara məxsus 0.6421 hektar hissəsi Cavabdeh3, şimal-qərb istiqamətində 0,6064 hektar hissəsi X2 və Cavabdeh2 istifadəsindədir. Yəni iddiaçıların qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququ qadağan edilmiş özbaşınalıq yolu ilə X7, Cavabdeh2 və Cavabdeh3 tərəfindən pozulmuşdur. Məhkəmə tədqiqi zamanı məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 10115 saylı rəyi ilə JN-305 nömrəli Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,6421 hektar hissəsinin Cavabdeh3, 0,6064 hektar hissəsinin isə X2 və Cavabdeh2 faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Biləsuvar rayonu Ağalıkənd kəndi «Azərbaycan» təsərrüfatının kompleks yerquluşu layihəsi b aza materialına görə İddiaçı1 və ailə üzvlərinə mülkiyyətə verilmiş torpaq sahəsi ilə X5, Cavabdeh2 və ailə üzvlərinə, Cavabdeh3 və ailə üzvlərinə mülkiyyətə verilmiş torpaq sahələri üst-üstə düşmür. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən eilmişdir ki, iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi hazırda cavabdehlərin sahibliyindədir və cavabdehlərin həmin torpaq sahəsi üzərində sahibliyi qanunsuzdur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1047/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1047/2020
19.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver