Məhkəmə qərarları › İş №2(102)-1047/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1047/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1047/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh1, onun və digər cavabdehlərin vəkili Vəkilehman Humsi oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-439/20 20 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 28 yanvar 2014-cü il tarixli AZBA-009184 saylı kredit müqaviləsinə əsasən kredit alan Cavabdeh1 illik 30%dən artıq olmamaqla 120 ay müddətinə 60000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyü müəyyən edilmişdir. 29 yanvar 2014-cü il tarixli AZBA-009184-001/1 saylı razılaşmaya əsasən kredit alan Cavabdeh1 illik 24 faizlə 48 ay müddətinə 4.500 ABŞ dolları məbləğində kredit verilmişdir. 30 yanvar 2014-cü il tarixli AZBA-009184-001/2 saylı razılaşmayə əsasən «xxxx» BOKT MMC tərəfindən Cavabdeh1 illik 24 faizlə 48 ay müddətinə 15500 ABŞ dolları məbləğində kredit verilmişdir. 28 yanvar 2014-cü il tarixli AZBA-009184 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Flacıbala qızı, Cavabdeh3 və Cavabdeh4 Bank qarşısında borclu Cavabdeh1 ilə birlikdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icra edilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. 28 yanvar 2014-cü il tarixli AZBA-009184 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən 58,95 kv.m ümumi sahədən, 37,04 kv.m yaşayış sahəsindən, 21,91 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 45 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 35000 ABŞ dolları müəyyən edilmişdi r. Cavabdeh1 məxsus ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində 1226 nömrəli reyestr kitabının 111482 nömrəli vərəqində 08.09.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, 5b saylı evin 45 saylı mənzilinə dair tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. Cavabdeh1 joğlunun, Cavabdeh2, X1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 notariat qaydasında təsdiq edilmiş ərizələrinin surətlərindən görünür ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, ev 5b, mənzil 45 saylı mənzilinin ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər. İpoteka predmetinə tutma yönəldiləcəyi halda mənzili tərk etməyi öhdələrinə götürmüşlər. “xxxx” MMC-nin 16 may 2019-cu il tarixli 0275/19/TBC saylı rəyinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 5b ünvanındakı 5 mərtəbəli köhnə tikilinin binanın 3-cü [mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 58,95 kv metr ümumi, 37,04 kv metr yaşayış və 21,91 kv metr yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilin hazırki bazar dəyəri 58500 manat təşkil edir. 28.10.2019-cu il tarixli, 25895 saylı ekspert rəyinə görə 28 yanvar 2014-cü il tarixli AZBA-009184 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya borcu əsas borc üzrə 10634,87 ABŞ dolları, faiz borcu üzrə 3752,86 ABŞ dolları təşkil edir. 19.03.2019-cu il tarixli, 5114 saylı ekspert rəyinə görə 28 yanvar 2014-cü il tarixli AZBA-009184 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya borcu əsas borc üzrə 10634,87 ABŞ dolları, faiz borcu üzrə 3752,86 ABŞ dolları təşkil edir. 12.08.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi 29.01.2018-ci il tarixə banka borcu əsas borc üzrə 10696,42 ABŞ dolları, faiz borcu üzrə 2223,93 ABŞ dolları, dəbbə borcu üzrə 29130,53 ABŞ dolları olmaqla cəmi 42050,88 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı məhkəmədə iddia qaldıraraq, “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2014-cü il tarixli AZBA- 009184 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 10696,68 ABŞ dolları əsas borcun, 4320,75 ABŞ dolları faiz borcunu və 7221 ABŞ dolla rı dəbbə borcunun, cəmi 22238,43 ABŞ dolları kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, 5 B nömrəli binada yerləşən 58,95 kv.m ümumi, 37,04 kv.m yaşayış və 21.91 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Qəlib qızının və Cavabdeh6 Qəlib qızının həmin mənzildən hərrac keçirildikdən bir ay sonra məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Mürsəlov, iş № 2(002)-394/2019) iddia tələbi qismən təmin edilmiş, iddiaçı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2014-cü il tarixli AZBA-009184 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10604,15 ABŞdolları əsas borc və 100 ABŞ dolları dəbbə borcu, cəmi 10704,15 (on min yeddi yüz dörd dollar on beş sent) ABŞ dolları (ödənildiyi zaman manata məzənnəsi ilə), bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, mülki işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” BOKT MMC-yə ödənilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 5b saylı evin, 45 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin sat ış qiymətinin 58500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməs, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin mənzildən məcburi qaydada çıxarılması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «xxxx» BOKT MMC ilə Cavabdeh1 arasında 20000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan 29 və 30 yanvar 2014-cü il tarixlərdə kredit razılaşması imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmə k məqsədilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, ev 5b, 45 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 28 yanvar 2014-cü il tarixli ipoteka müqaviləsi və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh tərəf üzərinə düşən öhdəliyi tam icra etməmiş, hazırda Cavabdeh1 iddiaçı təşkilata borcu yaranmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-439/2020) iddiaçı “xxxx” BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-394/2019 saylı, 01 iyul 2019-cu il tarixl i qətnaməsi qismən, cavabdehlərdən faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, faiz borcuna aid hissədə iddia tələbi qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 faiz borcuna görə 1814,52 (min səkkiz yüz on dörd ABŞ dolları, əlli iki sent) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) məbləğində pulun müştərək qaydada alınaraq iddiaçı “xxxx” BOKT MMC-yə ödənilməsi qət edilmiş, qətnamə onun apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mülki işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 29.01.2014-c ü il tarixli kredit müqaviləsinin müddəti 48 ay nəzərdə tutulmuşdur. Belə olan halda, kredit müqaviləsinin müddəti 29.01.2018-ci il tarixdə bitmişdir. Kredit müqaviləsinin müddəti bitdikdən sonra bank 24.01.2019-cu il tarixdə faiz məbləğinin artırılması barədə iddia ərizəsinə dəqiqləşmə verməkdə haqlı olmamışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının faiz borcu ilə bağlı iddia tələbinin 1814,52 ABŞ dolları həcmində müəyyən edilməklə, qalan hissədə hər iki tərəfin şikayətində göstərilən dəilləri əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkilehman Humsi oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və pro sessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-439/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlərin vəkili Vəkilehman Humsi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxıl ması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 və digər cavabdehlər birgə kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, i poteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəli yin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi ücün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, əgər bu məcəllədə və Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinin tələbinə görə Əgər zaminlik müqavilə sində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclarının öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq ola raq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. 39.2-ci maddəsinin tələbinə görə saxlayan tutmanın yönə ldilməsinə dair bildirişin həmin Qanunun 36.1 -cı maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti ol an başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsin ə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq cavabdehin banka olan əsas borc, faiz borcunu və ipoteka predmetinin ilkin satış qiymətini keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etmişdir. Ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Həmçinin qiymətləndirmə ekspertizası mübahisələndirilən əmlaka baxış keç irilməklə, onun yerləşdiyi yer, evin ümümi xarakteristikası nəzərə alınmaqla müqayisəli metod əsasında keçirilmişdir. Hər iki rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-439/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar