Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1048/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Milli Parkı) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsi, yazılı sübutların qiymətləndirilməsi, aidiyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı X2 və onun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1355/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 08 saylı qərarı ilə Şamaxı rayon Nağaraxana kənd sakini X3 (bundan sonra – iddiaçı) 7000 kv.metr - 0,20 ha tikinti və 0,50 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmış, həmin torpağın dəyəri olaraq 450 manat Bələdiyyəyə ödənilmişdir. xx xxxx 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktına əsasən Avaxıl bələdiyyəsi bələdiyyə ərazisindən 0,70 ha torpaq sahəsini iddiaçıya satmış, həmin akt Azərba ycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində qeydə alınmış və xx xxxxxx 2014-cü il tarixli, A № 529734 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – cavabdeh) arasında bağlanmış 2005-ci il tarixli müqavilə və 2007-ci il tarixli əməkdaşlıq sazişi ilə Departament “xxxxx” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istirahət-rekreasiya məqsədilə cavabdehin istifadə və sahibliyinə vermişdir. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə xx xxxxxx 2015-c i il tarixli, 001 saylı müqaviləyə əsasən xxxxxxMilli Parkının (bundan sonra – üçüncü şəxs) Şamaxı bölməsi Dədəgünəş meşəbəyliyi ərazisində 5 hektar torpaq sahəsini 10 il müddətinə cavabdehin ödənişli əsaslarla müddətli istifadəsinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraiət edərək Şamaxı rayonu Avaxıl kəndində yerləşən ona məxsus 1300 kv.metr torpaq sahəsindən cavabdehə məxsus 3 ədəd köşklərin (bundan sonra - mübahisəli köşklər) çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus sözügedən torpaq sahəsinin bir hissəsi tikinti məqsədi üçün nəzərdə tutulsa da, cavabdeh həmin sahədən istifadə etməsinə faktiki olar aq maneçilik törədir. Belə ki, həmin sahədə cavabdehə məxsus plastik köşklər yerləşdirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin köşkləri oradan götürmür və bildirir ki, həmin sahəni üçüncü şəxsdən almışdır. Bütün bu səbəblərdən torpaq sahəsindən istifadə edə bilmir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 9158 nömrəli rəyi ilə Şamaxı rayonu, Avaxıl kəndi ərazisindəki mübahisəli torpaq sahəsində yerləşdirilən üç ədəd köşkdən ikisinin iddiaçıya məxsus torpaq sahəsində olduğu müəyyən edilmişdir. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)39/2017 nömrəli iş üzrə xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın qismən təmin edilməsi, Şamaxı rayonu Avaxıl kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsindən cavabdehə məxsus 2 ədəd köşkün çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini sübut kimi qəbul edərək iddia tələbini qismən əsaslı saymışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 84-cü maddəsinin 1 və 3-cü hissələrinə, 111-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105) -564/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, Şamaxı rayonu Avaxıl bələdiyyəsi tərəfindən bələdiyyəsinin ehtiyat fondundan kənd təsərrüfatı məqsədilə 0.50 ha və tikinti məqsədi ilə 0.20 ha, ümimillikdə 0.70 ha torpaq sahəsi xx.xx.2007-ci ildə alqı-satqı aktı əsasında iddiaçıya satılmış, alıcı tərəfindən torpağın dəyəri ödənilmiş və alqı-satqı aktı müvafiq qaydada qeydə alınmışdır. İddiaçıya satıl mış həmin torpaq sahəsinin 0.13 ha hissəsini əhatə edən ərazidə cavabdeh istirahət üçün köşklər quraşdırmışdır. Həmin köşklərdən 2 ədədi iddiaçının sahəsinə düşür, iddiaçı bələdiyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydə aldırmasa da, bu, iddiaçının torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. İddiaçı Şamaxı rayonu Avaxıl bələdiyyəsi ilə bağladığı torpağın alqı-satqısına dair aktları, həmin torpaq sahələrinin ona satılmasına dair bələdiyyə qərarlarını, bunun əsasında həmin torpaqların dövlət torpaq kadastrında qeydə alınaraq, onlara dair plan və ölçünün tərtib edilməsinə dair hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə deyil, meşə fondu torpaqlarına aid olması barədə işdə mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3531/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər – Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadiyev) cavabdehin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 4160 saylı xx.xx.2016-cı il tarixli komisyon Aktına əsasən torpaq sahəsinin cavabdehin istifadəsində olduğu nəzərə alınmamışdır. Ona görə də işin yeni apellyasiya baxışı zamanı əlavə kompleks komisyon ekspertiza təyin etməklə ekspertizanın aparılması torpaq sahəsində ekspert mütəxəssislərə həvalə edilməli, ekspert qarşısında mübahisəli torpaq sahəsinin Şamaxı rayon Avaxıl Bələdiyyəsinə, yoxsa Şahdağ Milli Parkına ayrılmış torpaq sahəsinə, həmin torpaq sahələrinin üst-üstə düşübdüşməməsi aydınlaşdırılması barədə suallar qoyulmalı, işdə olan ziddiyyətlər aradan qaldırılmaqla iş üzrə qanuni qərar qəbul edilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(105)-255/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – S. Qafari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi xərclərin tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən ekspert tədqiqatının dəyəri 150 manatın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, mütəxəssis tədqiqatının dəyəri 258,98 manatın “xxxx” MMC-nin hesabına köçürülməsi, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Məhkəmə MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq komisyon məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmişdir. Əmlak Məsələlə ri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİ-nin mütəxəssislərinin verdiyi xx xxxxxx 2018-ci il tarixli A/120038 saylı rəylə müəyyən edilmişdir ki, iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada üst-üstə düşür. İddiaçıya məxsus torpağın plan və ölçüsü sənədinə (əlavə edilmiş aktda) göstərilən koordinatlara əsasən mübahisələndirilən - 7000 kv.m torpaq sahəsi Avaxıl bələdiyyəsinin sərhədindən kənarda, Dövlət meşə fondunun hüdudları daxilində yerləşir. İddiaçıya məxsus torpağın planı və ölçüsü sənədlərində (əlavə edilmiş aktda) göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üstüstə düşür. Azərbaycan Respublikası Ədliy yə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş x xxxxxx 2018-ci il tarixli 27042 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əlavə edilmiş cizgi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki sərhədləri ilə üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X6 LTİ-nin mütəxəssislərinin rəyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qorunması v ə Xüsusi Mühafizəsi olunan təbiət ərazilərinin inkişaf departamentinin xx.xx.2016-cı il tarixli 06/624 saylı məktubuna əsasən Şamaxı rayonu, Avaxıl kəndində mübahisələndirilən 0,70 ha torpaq sahəsi Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda, DMF-nun (zzzzzzparkına ayrılmış) torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçıya ayrılmış 0,70 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi “Bulaq” kafe kompleksinin ərazisindən kənarda yerləşir. Apellyasiya instansiyası məhkəməsi əlavə komisyon məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş və qərardadı icra edən Əmlak Məsələlə ri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə -X6 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş 05/0047 saylı xx xxx 2019-cu il tarixli rəyi və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 8202 saylı ekspertiza rəyi ilə iddiaçıya məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “xxxxxxx” kafe kompleksinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Rəylərdə, həmçinin qeyd edilmişdir ki, iddiaçıya məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşür. “Torpaq sahəsinin plan və ölçüsü” sənədi nə əlavə edilmiş koordinatlara düzəliş aktda göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsində olan üç ədəd köşkün iki ədədi iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya baxışı zamanı keçirilmiş ekspertizalarla (mütəxəssis və ekspert) rəyləri ilə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsindəki üç ədəd köşkün iki ədədinin iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Buna görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddianı qismən təmin edərək, Şamaxı rayon Avaxıl kəndində yerləşə n iddiaçıya məxsus torpaq sahəsindən cavabdehə məxsus üç ədəd köşkdən ikisinin çıxarılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-112/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkə məsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yeni ekspertizalar keçirilərkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına dəyişdirilməsi barədə aktların (cild İ i.v 145, cild İİ i.v 60) mötəbərliyinə qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərinə tam əməl etməyərək, kassasiya məhkəməsinin qərarında şərh edilmiş göstərişlər üzrə ətraflı araşdı rma aparmamış, ekspertin rəylərini digər sübutlarla birgə qiymətləndirməmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1355/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və F.Zeynallı) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə belə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam və hərtərəfli obyektiv araşdırmamışdır. Belə ki, hazırkı mübahisənin predmeti i lk növbədə tərəflərin mübahisələndirdikləri torpaq sahəsi və onun hüdudlarıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Departamentinin 17/1528-01 saylı xx xxxx 2016-cı il tarixli məktubuna görə, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi birmənalı olaraq cavabdehin istifadəsində və sahibliyindədir. Birinci instansiya məhkəməsi o halı nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu tərəfindən həmin mübahisəli torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi üzrə olan 4160 saylı, xx xxx 2016-cı il tarixli tərəflərin imzaları ilə təstiqlənmiş komisyon aktdan göründüyü kimi, adı gedən torpaq sahəsi məhz cavabdehin istifadəsindədir. İş üzrə alınmış mütəxəssis rəyində iddiaçıya məxsus torpağın plan və ölçüsü sənədinə (hə mçinin koordinatların dəyişdirilməsi barədə əlavə edilmiş aktda) göstərilən koordinatlara əsasən mübahisələndirilən 0,7 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin sərhədindən kənarda Dövlət meşə fondunun hüdudları daxilində yerləşir. Göründüyü kimi bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. Hazırki işdə iddiaçıya satılmış torpağın Avaxıl bələdiyyəsinin ərazisindən kənarda yerləşdiyi və bələdiyyə torpağı olmadığı, dövlət meşə fondu olduğu müəyyən edilmişdir. Ekspert rəyləri ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş xx xxxxxx 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 0,7 ha torpaq sahəsinin naturada iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşmədi yi müəyyən edilmişdir. Yəni iddiaçı rəsmi sənəddə göstərilən koordinatlar daxilində ona ayrılmış torpaq sahəsindən deyil, başqa yerdə yerləşən torpaq sahəsindən istifadə edir və mütəxəssis və ekspert rəyinə əsasən cavabdehin iki ədəd köşkü məhz iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Beləliklə, işin hallarına Torpaq Məcəlləsinin 8, 55, 68-ci, Mülki Məcəllənin 157.4, 157.8-ci və MPM-in 14.1, 217.4-cü maddələrini tətbiq edərək apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi qənaətinə gəlmiş, qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli m/521 saylı məktubundan görünür ki, iddiaçının mülkiyyətində olan Şamaxı rayonun Naga raxana kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsi Şamaxı şəhəri ərazisində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və Şamaxı rayonun Nagaraxana kəndində ümumibirgə mülkiyyətdə olan 4.72 ha əkin torpaq sahəsi vardır. Şamaxı rayonu Avaxıl kəndi ərazisindən iddiaçının adına hər hansı bir torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin maddi hüquqi əsasın ı düzgün müəyyən etməmiş, işin hallarını tam, hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehin, eləcə də üç üncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iş üzrə yeganə iddiaçı olan kassator tərəfindən mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Mülkiyyətçi hüquqları mülkiyyət olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsub dur (maddə 157.8). Torpaq Məcəlləsi Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır (55-ci maddə). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68-ci maddə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (84-cü maddənin 1-ci bəndi). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunu r. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 111). MPM Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəy yən edən faktlarla və hallarla əlaqədardır(maddə 80). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1). Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (maddə 89. 3). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir (maddə 420). “İnzibati icraat haqqında” Qanunun Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 64.2. İnzibati akt qanunla mü əyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un 4 saylı, xx xxxxx 2015-ci il Qərarı torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (bənd 6.1). “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin M ülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli qərardadı Məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir (bənd 59). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə b irinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğu və qətnamədən yalnız cavabdeh şikayət verdiyi üçün MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunan hissəsində yoxlamalı idi. Cavabdeh apellyasiya şikayəti vermədiyindən iddianın təmin olunmayan hissəsi həmin apellyasiya baxışının predmetindən kənar olmuşdur. Qeyd olunmalıdır ki, yalnız şikayət vermiş şəxsin qətnamənin tam ləğvini tələb etməsi həmin tərəfin işdəki vəziyyətinə, şikayətin dəlillərinə, tələb predmetinin bölünən olub-olmamasına, şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməklə bağlı subyektiv hüququnun olub-olmamasına qiymət vermədən qətnamənin apellyasiya qaydasında tam yoxlanılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli qərardadında qeyd edildiyi kimi sadalanan halların nəzərə alınmaması bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamış və cavabdehin şikayəti əsasında qətnaməni iddianın təmin olunmayan hissəsində də ləğv etməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Bununla yanaşı, əvvəlki kassasiya baxışının nəticəsində qəbul edilmiş qərarda kassasiya instans iyası məhkəməsinin göstərişlərindən biri də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına dəyişdirilməsi barədə aktların (cild İ i.v 145, cild İİ i.v 60) mötəbərliyinə qiymət verilməsi ilə bağlı olmuşdur. Lakin işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi bu göstəriş üzrə heç bir araşdırma və ya hüquqi dəyərləndirmə aparmamış və ümumiyyətlə qətnaməsində həmin məsələyə toxunmamış və bununla da MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan göstərişin icrasına, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan bələdiyyə qərarları və həmi n qərar əsasına verilmiş digər hüquq müəyyənedici sənədlərin qanuniliyi ilə bağlı apardığı hüquqi dəyərləndirməyə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. MPM-in 76.2, 88 və 89.1-ci maddələrinin tələblərinə əsasən inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar və onların əsasında tərtib edilmiş hüquq müəyyənedici sənədlər də mülki prosesdə yazılı sübutlardan biri kimi işdə olan digər sübutlarla birgə araşdırılmalı və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətlənirilməliir. Lakin belə sübutların qiymətləndirilməsi zamanı mülki məhkəmə icraatının təyinatı, vəzifələri və hədləri nəzərə alınmalıır. Belə ki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara, o cümlədən sübut qismində məhkəməyə təqdim edilmiş in zibati aktlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Mülki prosessual qanunvericilikdə yazılı sübut qismində təqdim edilmiş inzibati aktlara onların qanuniliyi və əsaslılığı baxımından qiymət verilməsi nəzərdə tutulmamışdır və belə qiymətləndirilmənin aparılması mülki məhkəmə icraatının tənzimləmə predmetindən kənara çıxır. Çünki inzibati orqanın aktlarının qanuniliyinə və əsaslılığına qiymət verilməsi müvafiq mübahisəyə publik hüquq münasibətlərini tənzim ləyən maddi və prosessual hüquq normalarının tətbiqini zəruri edir ki, bu hal mülki məhkəmə icraatının predmetinə deyil, inzibati məhkəmə icraatının səlahiyyətlərinə aiddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci və İnzibati Prosessual Məcəllənin 1.1 və 2.1-ci maddələrinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il Qərarının 6.1-ci bəndində ifadə edilmiş hüquqi mövqeyə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslər in mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan mülki məhkəmə icraatı qaydasında işlərə baxılması zamanı yazılı sübut qismində məhkəmə təqdim edilmiş inzibati aktların qanuniliyinin və əsaslılığının yoxlanılması bu icraat çərçivəsində həyata keçirilməli olan sübutetmə prosesinin predmetinə aid deyil və həmin məsələ inzibati məhkəmə icraatı qaydasında yoxlanılmalıdır. Bu zaman zərurət yaranarsa mülki icraat qaydasında işə baxan məhkəmə inzibati icraat qaydasında baxıla n iş üzrə yekun qərar qəbul edilənədək iş üzrə icraatı dayandıra bilər. Müvafiq inzibati akt ləğv edilmədiyi və ya dəyişdirilmədiyi, yaxud inzibati icraat qaydasında mübahisələndirilmədiyi halda mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmə üçün həmin inzibati aktın qanuniliyi prezumpsiyası qüvvədədir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş ye nidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1355/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1048/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1048/2021
22.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver