Məhkəmə qərarları › İş №2(102)-1048/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1048/2024

30.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1048/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və 26 saylı Mənzil İstismar Sahəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı, sübutetmə vəzifəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və 26 saylı Mənzil İstismar Sahəsinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6006/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 30 aprel 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanındakı 2 otaqlı mənzil (bundan sonra – mübahisəli mənzil) xx.xx.1968-ci il tarixli orderlə X7 4 nəfər ailə üzvü ilə verilmişdir.

2. Bakı şəhəri Nizami RİH-nin xx.xx.2001-ci il tarixli 46 saylı sərəncamı ilə icarədarın ölümü ilə əlaqədar mənzilin kirayə müqaviləsi X2 3 nəfər (özü, arvadı və oğlunun) adına dəyişdirilmiş, mənzil özəlləşdirməyə təqdim olunan vaxt İddiaçı və valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmuşlar. 3. 11 avqust 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən, 3 3 saylı evin, 2-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır. 4. 12 mart 2013- cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Nikolay Tumanov mənzili baldızının qızı Cavabdeh bağışlamış və 30 mart 2013-cü tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. 5. 28 dekabr 2014-cü il tarixdə Nikolay Tumanov ölmüşdür.

6. Hazırda iddiaçı mənzilin atasının adına qeydiyyatda alınması üçün xx.xx.2001-ci il tarixdə heç bir razılıq vermədiyini, onun imzasının saxtalaşdırıldığını, mənzilin Cavabdeh tərəfindən ələ keçirildiyini qeyd edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ünvan 2 ünvanındakı mənzilin 1/3 hissəsinin dəyəri - 40000 manatın və 210 manat məhkəmə xərcinin müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o mübahisəli mənzilin özəlləşdirilməsini bilməmiş, bu mənzilin özəlləşdirilməsinə rəsmi razılıq verməmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini tərəfindən verilmiş 4 aprel 2018-ci il tarixli məktub ilə göndərilmiş, mübahisəli mənzilə dair ilkin sənədlər alınan zaman ona məlum olmuşdur ki, guya o, 15 iyun 2001-ci ildə Bakı Texniki İnvertarlaşma İdarəsinin rəisi A.Qaraşovun adına həmin mənzilin atası X2 adına özəlləşdirilməsinə rəsmi razılıq ərizəsi vermişdir. O, adından yazılmış həmin ərizəyə məhkəmə iclasında baxmışdır və hakimə bu ərizənin onun tərəfindən yazılmadığını və orada olan imzanın tərəfindən icra edilmədiyini göstərmişdir. Vəkil-nümayəndəsinə rəsmi vəsatət yazdıraraq onun adından verilmiş razılıq ərizəsinin onun tərəfindən icra edilmədiyini təsdiq edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Birinci, əgər həmin ərizədəki imza onun olsaydı, bu imza notariat hərəkəti olmaqla notariusda təsdiq edilməli idi. İkincisi, həmin ərizədəki imzanın həqiqətən onun olmasını təsdiq edilməsi üçün o, bu imzanı təsdiq edən vəzifəli şəxsin yanında olmalı idi. Həmin “vəzifəli şəxs” onun iştirakı ilə imzanın onun tərəfindən icra olunmasını yoxladıqdan sonra onu təsdiq etməli idi. İmzanın təsdiqi zaman bu fakt göstərilməli idi ki, o, bu imzanı təsdiq edən vəzifəli şəxsin yanında şəxsən imza etmişdir. İmza təsdiqi notariat hərəkəti olmaqla bu notariat hərəkətini yerinə yetirən şəxs onun iştirakını şəxsən yoxladıqdan sonra onu təsdiq etməli idi. Lakin 15 iyun 2001-ci ildə yazılmış bu saxta ərizə və bu saxta imzanı təsdiq edən 26 saylı təsərrüfat hesablı MK-nın 26 saylı X/R JKU-nun vəzifəsi göstərilməyən N.A.Abdulov tərəfindən 22 iyun 2001-ci ildə təsdiq etmişdir. Göründüyü kimi, saxta ərizə və bu ərizəyə qoyulmuş imza ərizənin yazılmasından 7 gün sonra onu yazanın iştirakı olmadan, imza sahibinin iştirakı olmadan təsdiq edilmişdir. Belə olan halda, iş üçün əhəmiyyətli olan bu sübutun həqiqiliyi yoxlanılmadan, yəni ekspert rəyi almadan ona isti nad edilərək iddia tələbinin rədd edilməsi tam qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ondan yazı xətt nümunələri götürülmüşdür. Məhkəmə-xətşünaslıq ekspertizasının 19 iyun 2019-cu il tarixli 10135 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı, yəni onun adından olan 22 iyun 2001-ci il tarixli ərizədə “Tumanov C.H” yazısı önündəki imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında vəkili X5 izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanındakı 2 otaqlı mənzildə valideynləri, atası Tumanov Nikolay və anası Tumanova Vera ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. 11 avqust 2001-ci il tarixdə yaşadıqları mənzili özəlləşdirmək məqsədilə sən ədlər toplanan zaman o da həmin mənzilin atası Nikolay Tumanovun adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmasına və onun adına reyestrdən çıxarış verilməsinə, eyni zamanda həmin mənzildən istifadə hüququnun saxlanması şərtilə razılıq verməmişdir. Mənzil özəlləşdirilməsindən xəbəri olmamışdır. Bütün bunlar barəsində çox gec məlumatı olmuşdur. Bir il sonra atası Nikolay Tumanov Cavabdeh tərəfindən aldadılaraq öz adına etibarnamə verilməsinə nail olmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə atası Nikolay Tumanovun adından ərizə verərək, onun həmin yaşayış sahəsinə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli 2(007)-2679/2012 saylı qətnaməsinə əsasən, mübahisəli mənzilin özəlləşdirilməsi zama nı vermiş olduğu razılığa əsasən mənzilin özəlləşməsini həyata keçirən və bu barədə mülkiyyət haqqında sənəd əldə edən atası Nikolay Tumanovun adından etibarnamə ilə çıxış edən Cavabdeh hüquqdan sui-istifadə edərək onun digər yaşayış sahəsi olmadığı halda, istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə əldə etməyə nail olmuşdur ki, bu da Dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Vəkili X5 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, hazırkı mübahisədə onun illər boyu valideynləri ilə bir ailə üzvü kimi qeydiyyatda olmaqla yaşadığı mənzili n xəbəri və razılığı olmadan onun imzasını saxtalaşdırmaq yolu ilə yeganə yaşayış yerinin özəlləşdirilməsini “təşkil edən” Cavabdeh valideynlərini aldadaraq onları iddiaçıya qarşı qoymuş, iddiaçının adından öz adına etibarnamə alaraq iddiaçının ünvan 2 ünvanındakı iki otaqlı mənzilə istifadə hüququnun itirilmiş hesab olunmasına məhkəmə yolu ilə nail olmuş, bununla da, iddiaçının Konstitusiya ilə təsbit olunmuş mənzil hüququnu pozan məhkəmə qətnaməsi əldə etmişdir. İddia tələbinin təmin olunacağı təqdirdə iddiaçının mübahisələndirdiyi yaşayış sahəsinin sahibi olmuş atasının yeganə vərəsəsi ailə üzvü kimi pozulmuş hüquqlarının müdafiəsinə və bu hüququn məhkəmə qaydasında təmin olunmasına yönələn subyektiv hüququ mövcuddur. Deməli, hazırki məhkəmə mübahisəsində iddiaçının iddia ərizəsi vermək lə bu hal iddiaçını özünü müdafiəyə sövq edir və o da iddiaya dəqiqləşdirmə verməklə subyektiv hüququnu reallaşdırır. 2001-ci ilin yanvar ayının əvvəllərində o, Moskva şəhərində müvəqqəti işləmək üçün olduğu zaman yaşadıqları mənzilin icarə müqaviləsinin babası X6 adından atası X2 adına keçirilməsi üçün onun yazılı razılıq yazıb göndərməyi barədə xəbər gəlmiş, o, babasının adına olan mənzilin icarə müqaviləsini babası öldükdən sonra atasının adına keçirilməsini qanuni hal hesab edərək bu barədə razılıq ərizəsi yazdıraraq (belə bir ərizə yazmamış, belə bir ərizəyə imza etməmiş) ünvan 2 ünvanına göndərmişdir. Sonralar mənzillərinin xalası qızı Cavabdeh bağışlanması barədə məlumat almış və Bakı şəhərinə gəlib, qeyd edilən mənzildən istifadə hüququnun itirilmiş hesab olunması barədə məhkəmə qə tnaməsinin mövcudluğunu dəqiqləşdirmiş və çox çətinliklə də olsa, həmin qətnaməni əldə edib hüququnun itirilməsinə əsas olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qətnaməsinin məhkəmə mübahisəsini açmışdır. Sonrakı məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərarlar və qətnamələr çıxarılan zaman hələ mənzilin X2 adına özəlləşdirilməsi barədə yazılı razılığının olub-olmadığını bilməmişdir. Bu yaxınlarda mənziin atası X2 adına özəlləşdirilməsini əsassız hesab edərək, həmin özəlləşmənin ləğvi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda özəlləşmənin ilkin sənədlərinin DƏDRX-dən tələb olunması barədə məhkəmə sorğusuna əsasən alınmış cavabdan göründü ki, guya o, 15 iyun 2001-ci il tarixdə ünvan 2 ünvanındakı mənzilin atası X2 adına özəlləşdirilməsinə razılığa dair ərizə ilə müraciət etmişdir. Lakin həmin ərizənin mətni ilə tanış olan zaman yəqin etmişdir ki, həmin ərizəni o, yazmamış və ərizənin sonunda edilən imza onun tərəfindən icra edilməmişdir. Beləliklə, 15 iyun 2001-ci il tarixli ərizə ilə ünvan 2 ünvanındakı mənzilin atası X2 adına özəlləşməsi barədə vermiş olduğu ərizədəki imzasına oxşayan imzanı kimsə icra etmişdir. Qəti olaraq bildirmişdir ki, 2001-ci ilin iyun ayında və ümumiyyətlə, həmin ərəfədə o, Bakı şəhərində olmamış, müvəqqəti olaraq işləmək üçün Moskva şəhərinə getmişdir. Onun adından saxta razılıq ərizəsi tərtib olunduğunu, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sorğusuna uyğun olaraq DƏDRX-nin Bakı ərazi idarəsinin tərəfindən verilmiş 09 aprel 2018-ci il tarixli cavabı ilə tanış olan zaman bilmiş və iddia müddətinin axımı da 09 aprel 2018-ci il tarixdən başlamışdır. O, anadan olandan-uşaqlıqdan lal və kar olmuşdur. Valideynlərinin yeganə övladıdır. Atası ağır xəstə olmuşdur. Anası uzun illər ruhi xəstəlikdən əziyyət çəkmiş, ruhi əsəb xəstəxanasında mütəmadi stasionar müalicə olunmuşdur. Xalası qızı 3-cü şəxs olan Cavabdeh ailəsinin bu vəziyyətindən istifadə edərək mənzilini ələ keçirmişdir. Həmin mənzil özəlləşdirilən zaman mənzilin təqdim edilən orderində 3 nəfərin: atasının, anasının və onun adı olmuşdur. Mənzilin mülkiyyətçisi 3 nəfər olmalı idi. O, saxta sənədləşmə nəticəsində mənzilin 1/3 hissəsindən məhrum olunmuşdur. Mənzlinin bu hissəsinin, yəni 1/3 dəyərini 50000 manat qiymətləndirir. Bu məbləğ cavabdehlərdən alınaraq ona verilməlidir. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi T.A.Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon prokurorunun müavini G.Məmmədlinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi T.A.Qasımovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, material araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin İŞ-nə ğöndərilmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanındakı mənzilin atası X2 adına özəlləşdirilməsinə dair onun adından vermiş ərizə Bakı şəhəri 26 saylı MKİS-in vəzifəli şəxsi olmuş X1 və qeyriləri tərəfindən saxtalaşdırılmışdır

9. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib göstərmişdir ki, iddiaçı birinci dəfə məhkəməyə müraciət edərkən özəlləşdirmənin ləğv edilməsini deyil, bağışlama müqavilənin ləğv edilməsini xahiş etmişdir. Bütün illər ərzində məhkəmələrdə deyirdi ki, özəlləşdirmə üçün razılıq vermişdir. Sonradan onu başa salandan sonra razılığın onun tərəfindən verilmədiyini, vəkilinin onu düzgün başa düşmədiyini deməyə başlamışdır. İddiaçı mənzilin özəlləşdirməsinə özü razılıq vermişdir və buna dair onun ərizəsi vardır. Həmin ərizəni 2001-ci ildə vermişdir. Həmin vaxt iddiaçı Moskva şəhəri, Kosmonavt küçəsi, 22, 35 ünvanında qeydiyyata alınmış və özü valideynlərinə demişdir ki, mənzili Marinaya versin. Faktiki olaraq onun razılığı lazım deyildi, çünki iddiaçı Moskva şəhərində qeydiyyatda idi. O, özü Moskva şəhərində qeydiyyatda olması barədə arayış vermişdir. O, həmin arayışı götürürək MKİS-ə getmiş, lakin orada həmin ərizə əsasında onu qeydiyyatdan çıxartmayacaqlarını demişlər. Ona görə də, məhkəməyə müraciət e tmiş və məhkəmə qərarı ilə iddiaçını mənzildən qeydiyyatdan çıxartmışlar. Burada heç bir ziddiyyətli məqam yoxdur. Şahidlər özləri də təsdiq etmişlər ki, iddiaçı mənzilin özəlləşdirilməsinə və mənzilin ona verilməsinə razılıq vermişdir. Saxtakarlıq olmuşdursa, onda cinayət işi başlanardı. O, mənzili əldə etməklə əsassız varlanmamışdır. İddiaçının anası məhkəməyə gələndə iddiaçı ona heç salam da verməmişdi. Heç anasına baxmadı. Anasının 80 yaşı var. 13 ildir ki, anasına o, baxır. Anası oğlu ilə görüşmək istəmir. Oğlunun davranışlarından sonra onun adı gələn kimi, təzyiqi qalxır. O, iddiaçıya heç bir maneəçilik yaratmır, anası özü iddiaçı ilə görüşmək istəmir. İddiaçı ona maddi köməklik etməmişdir, cəmi 3 dəfə pul göndərmişdir. Artıq 8 il keçmişdir, hər dəfə eyni söhbətlər edilir. O, iddiaçı ya 40000 manat verə bilməz. İddiaçıya anası yox, ev lazımdır. İddiaçı kef çəkir, o, isə anasına baxır. Anası sağ olarkən mənzili satmaq fikri yoxdur.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1052/2023 nömrəli 7 iyul 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Qumru Əliyeva).

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-274/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində (özəlləşdirmənin ləğvi ilə bağlı) göst ərilmişdir ki, mənzilin 2001-ci ilin avqust ayında iddiaçının mərhum atasının adına özəlləşdirilməsi iddiaçıya məlum idi. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-7290/2017 saylı qərarı ilə müəyyn edilir ki, İddiaçı daimi yaşayış yeri Rusiya Federasiyası, Moskva şəhəri, Kosmonavtlar küçəsi, 22 saylı evin 35-ci mənzili hesab olunur və sonuncu mübahisəli mənzillə bütün əlaqələrini kəsmiş, ötən müddət ərzində mənzilin kirayə müqaviləsindən irəli gələn hər hansı vəzifələrini yerinə yetirməmişdir. Bundan əlavə, hazırki mübahisənin yarandığı dövrdə o, artıq Rusiya Federasiyasının vətəndaşı olmuşdur, bu da onun Azərbaycan vətəndaşlığını itirməsini təsdiq edir. Bununla da cavabdehin hüquqi statusu xarici vətəndaş kimi müəyyən olunur və bu halda onun mübahisəli ünvan üzrə qeydiyyatı Azərbaycan Respublikasının miqrasiya qanunvericliyinə uyğun olaraq müəyyən edilir ki, bu da, ildə 90 gündür və müvəqqəti xarakter daşıyır. Bu isə onun üçün mübahisəli mənzilə münasibətdə heç bir hüquqi nəticələr (onun taleyini müəyyən etmək, hansısa əqdin yerinə yetirilməsinə razılıq vermək və sair) yaratmır.

12. Məhkəmə göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının atası X2 adına qeydiyyata alınarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, bundan sonra isə sonuncu xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi ilə həmin mənzili hazırkı iş üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Daha əvvəl yuxarda qeyd edildiyi kimi iddiaçı müxtəlif tələblərlə məhkəmədə iddia qaldırmış, lakin həmin iddialar təmin edilməməklə iddia tələbi ndə göstərilənlər öz təsdiqini tapmamışdır.

13. Hazırda iddiaçı mənzilinin 1/3 hissəsinin ona məxsus olduğunu və mənzilindən məhrum olması əsası ilə onun dəyərinin 1/3 hissəsinin, yəni 40000 manatın cavabdehlərdən tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı cavabdehlərin əməlləri nəticəsində iddiaçıya zərər dəyməsi, onun hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Mənzilin cavabdehin adına qeydiyyata alınması və ondan əvvəlki proseslərinin qanuna uyğunluğu məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1100, 1113.1, 1113.2, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya insta nsiya məhkəməsində icraat

15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6006/2022 nömrəli 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadığovun sədrliyi və məruzəsi ilə, Akif İsgəndərov və Məhəmməd Rüstəmli ibarət tərkibdə)

18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi şikayətin dəlilinə münasibətdə bildirmişdir ki, iddiaçı mənzilin özəlləşdirilməsinə dair verilmiş ərizənin cavabdehl ər tərəfindən saxtalaşdırılması əsası ilə hazırkı iddia tələbini əsaslandırmış, məhkəmə də haqlı olaraq göstərmişdir ki, həmin imzanın iddiaçıya məxsus olub-olmaması əhəmiyyət kəsb etməmişdir. Belə ki, özəlləşdirmənin həyata keçirilməsi iddiaçının razılığından asılı olmamışdır.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir.

21. Kassasiya şikayətinin əsaslandırmasına görə, cavabdehlərdən birinin rəhbəri olmuş şəxs vəzifə səlahiyyətindən sui-istifadə edərək saxta ərizəni möhür ilə təsdiq etmiş, bu təsdiqdən sonra saxta ərizə əsasında iddiaçının payı mənimsənilmişdir. İşə baxan məhkəmələr isə bu halı nəzərə almamışlar.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa slar yoxdur.

36. İddiaçı kassasiya şikayətində göstərdiyi dəlilləri iddia ərizəsində, aşağı instansiya məhkəmələrində işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Kon stitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumi likdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6006/2023 nöm rəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar