Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1049/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” fevral 2019-cu il iş №2(102)-1049/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumayev Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı Hüseynov İlşad Rəcəb oğlunun və vəkili Quliyev Pərviz Fazil oğlunun, cavabdeh Hüseynov Namiq Cənnətəli oğlunun vəkili Salehzadə Ümman Tofiq oğlunun iştrakları ilə, İddiaçı Hüseynov İrşad Rəcəb oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2018-ci tarixl i qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.M.Həsənov; 2(003)-75/2018) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin istifadəyə qaytarılması tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev, R.Ə.Qurbanov; 2(103)-6862/2018) iddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xəzər rayon məhkməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin istifadəyə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən s ahəsi 600 kv.m olan 76 saylı torpaq sahəsinin cavabdehdən alınaraq onun istifadəsinə verilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 7 iyul 1989-cu il tarixli ******** №-li qərarına əsasən ona fərdi evin tikilməsi üçün Bakı şəhəri ************* qəsəbəsində sahəsi 600 kv.m olan 76 saylı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda onun qardaşı arvadı Ə8 da torpaq sahəsi ayrılmışdır. O, sözü gedən pay torpağının sənədlərini toplamağa və əldə etməyə böyük qardaşı mərhum C6 ilə birlikdə getmişdir. Qardaşı C6 həmin ərəfədə və sonradan ona torpaq sahəsinin sənədlərini verməmişdir. O, torpaq sahəsini müvəqqəti olaraq qardaşının istifadəsinə vermiş, sonuncu isə bunun müqabilində ona torpağın dəyəri qədər pul verəcəyini vəd etmiş dir. O, yaşca qardaşından kiçik olduğundan qardaşının vədini yerinə yetirməməsinə baxmayaraq ondan torpağın pulunu istəməmiş, torpaq sahələri yan-yana yerləşdiyindən bir hasara alınaraq qardaşının istifadəsində qalmışdır. Onun tərəfindən torpaq sahəsində hər hansı tikinti işləri aparılmamışdır. Qardaşı öldükdən sonra onun oğlu N6 müraciət edərək torpaq sahəsinin ona məxsus 6 sotunu qaytarmasını və öz adına sənədləşdirəcəyini bildirmiş, N6 isə torpaq sahəsinin atasına məxsus olduğunu demişdir. o, torpağın sənədlərini N6gildən istəmiş, onlar isə sənədləri itirdiklərini bildirmişlər. Bundan başqa, hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər saxtadır. O, mübahisə ilə bağlı polisə şikayət etmiş, orada ona şikayət mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli old uğunu bildirmişlər. Hazırda o, torpaq sahəsinin özünə aid hissəsini cavabdehdən tələb edir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-152.4, 164.1, 164.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1,77, 88, 217.4, 218-ci maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50,55,82,110, 111-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdehheç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunm amalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında əlavə edilmiş********* rayon X6 icraiyyə komitəsinin 1989-cu il tarixli ******* №-li qərarından görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün********** qəsəbəsi 76 №-li sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. - ******** rayon X6 icraiyyə komitəsinin 1990-cı il tarixli 9 №-li qərarından görünür ki, X2 fərdi ev tikmək üçün Mərdəkan qəsəbəsi ******* №-li sahəd ə 750 kv.m torpaq sahəsi ayrılmışdır. - *********** rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 2775 №-li sərəncamından görünür ki, Cavabdeh fərdi ev tikmək üçün Mərdəkan qəsəbəsi C-4 33 saylı sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - *********** qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2018-ci il tarixli ***** №-li məktubdan görünür ki, İddiaçı ayrılmış 76 saylı torpaq sahəsinin qəsəbənin hansı hissəsində yerləşməsi barədə ******* qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. - ******* qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 fevral 2018-ci il tarixli 30 №-li məktubdan görünür ki, X2 ayrılmış ******** saylı torpaq sahəsi Mərdəkan qəsəbəsində Makaron fabrikinin qərb hissəsində yerləşir. - Bakı şəh əri Xəzər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən X5ma ünvanlanmış 12 fevral 2018-ci il tarixli ********* №-li məktubun surətindən görünür ki, Əzizbəyov rayon X6 icraiyyə komitəsinin 1990-cı il tarixli 9 №-li qərarı ilə ona ayrılmış ***** saylı torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanaraq ona təhvil verilmişdir (cizgi və xəritədən çıxarış əlavə olunur). Məhkəmə tərəfindən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ******** №-li sahədə yerləşən 750 kv.m torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi dörd tərəfdən mişar daşları ilə hasara alınmışdır. Ərazidə bir mərtəbəli fərdi yaşayış evi və sanitar qovşaq vardır. Mübahisəli ərazinin yan, arxa və qarşı tərəfləri qonşu torpaq sahələri ilə əhatələnmişdir. Həmin torpaq sahəsindən iki müxtəlif istiqamə tdə küçəyə giriş-çıxış qapısı vardır. Torpaq sahəsinə yerli baxış zamanı iddiaçıya ona ayrılmış torpaq sahəsinin konturlarını göstərmək təklif edilmiş, lakin iddiaçı onun olduğunu hesab etdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olan həyətin məhz hansı hissəsində yerləşdiyini dəqiq göstərə bilməmiş, həyətin hər hansı bir hissəsindən 0,06 ha sahənin ayrılaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı dır 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -157.8-ci maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. - 159-cu maddəsindən görünür ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. - 157.4-cü maddəsini n mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsində hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından biri kimi müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr göstərilmişdir.Həmin Məcəllənin 68-ci maddəsindən görünür ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması ndan və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona ayrılmış torpaq sahəsinin X2 ayrılmış torpaq sahəsinə bitişik olduğunu və hər iki torpaq sahəsinin bir hasara alındığını iddia edərək ona ayrılmış 600 kv.m torpaq sahəsinin istifadəsinə qaytarılmasını tələb etmişdir. Lakin işin məhkəmə araşdırması zamanı İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş materiallarlında olan şahid ifadələri ilə, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərlə, həmçinin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxışın nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehə və onun anası X2 ayrılmış torpaq sahələri olmaqla, 1990-cı ildən hal-hazıradək cavabdeh və onun ailə üzvlərinin qanuni istifadəsində olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin q ətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının bu iş üzrə 18 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-1049/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1049/2019
11.02.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver