Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1049/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, həmin ödənişlərin gecikdirilməsinə görə ödəncin və mənəvi zərərin əvəzinin ödənilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəz inin, həmin ödənişlərin gecikdirilməsinə görə ödəncin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5660/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 01 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, işçi İddiaçı xx.xx.2019-cu il tarixdə dəzgahçı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 300 manat məbləğdə əmək haqqı ödənilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi bar ədə 05 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən tərəflər xx.xx.2021-ci il tarixdən dəzgahçı vəzifəsində işləyən işçi İddiaçı vəzifə maaşının 500 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar.
2. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən, ona xx.xx.2019-xx.xx.2020-ci il tarixi dövrü üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh MMC-nin 06 iyun 2022-ci il tarixli 12-m №-li əmrinə əsasən İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il tarixi dövrünü əhatə edən iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmiş və Cavabdeh MMC-nin məzuniyyətin hesablanması barədə çıxarışın surətinə əsasən İddiaçı ödənilən məbləğ 528,15 manat olmuşdur. 4. "xxxx" ASC-nin hesabdan çıxarış məlumatları na əsasən İddiaçı 2022-ci ilin may ayı üzrə 791,13 manat əmək haqqı ödənilmişdir. 5. "xxxx" MMC və İddiaçı arasında bağlanmış əmək müqaviləsi cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (bundan sonra cavabdeh və ya MMC) iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 20 sentyabr 2016-cı il tarixdən 13 sentyabr 2022-ci il tarixinə kimi olan dövr üzrə istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi olaraq kompensasiya məbləğinin, həmin kompensasiya məbləğinin onun sonuncu iş günü ödənilmədiyinə görə 14 sentyabr 2 022-ci il tarixdən başlayaraq qətnamə icra olunan tarixədək ödənilməli olan kompensasiya məbləğinin hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin, dəymiş 1.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onun "xxxx" MMC-də işlədiyi 20 oktyabr 2016-cı il - 21 sentyabr 2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə 21 sentyabr 2019-cu il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun "xxxx" MMC -də işlədiyi 20 oktyabr 2016-cı il – 21 sentyabr 2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və 21 sentyabr 2019-cu il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun cavabdeh MMC-də işlədiyi 01 oktyabr 2019-cu il -13 sentyabr 2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə 13 sentyabr 2022-ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun cavabdeh MMC-də işlədiyi 01 oktyabr 2019-cu il-13 sentyabr 2022-ci il iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və 13 sentyabr 2022-ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gü n üçün bir faiz məbləğində ödəncin, habelə ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında olan əmək müqaviləsinə cavabdeh MMCnin xx.xx.2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə xitam verilsə də, onun sonuncu iş günü yəni xx.xx.2022-ci il tarixdə onun istifadə edilməmiş məzuniyyət haqqı ödənilməmiş, onun son haqq-hesabı düzgün aparılmamışdır. O, mübahisə ilə bağlı cavabdehə mediasiya təklifi göndərmiş, lakin cavabdeh tərəfindən təklifə müsbət cavab verilməmişdir. Bununla bağlı mediasiya arayışı da verilmiş, onun tərəfindən mediasiyaya görə 50 manat, habelə hüquqi yardıma görə 200 manat ödəniş edilmişdir. Qeyd olunmuşdur ki, tərəflər arasında barışıq əldə olunmamışdır. İş üzrə verilmiş ekspert rəyi ilə razıdırlar. Həmin rəydə hər şey qeyd olunmuş, cavabdeh tərəfindən ona ödənilməmiş ümumi məbləğ hesablanmışdır. Ödənilməmiş gecikdirilmiş məbləğə görə faizlə bağlı olan hissə isə icrada həll olunacaqdır. Həmin məbləğin hesablanmasına tərəflər arasındakı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdən başlanmalıdır.
9. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraz edərək bildirmişdir ki, "xxxx" MMC iddiaçı ilə əmək müqaviləsi bağladığı dövrlərdə ümumiyyətlə cavabdeh MMC adında qurum dövlət qeydiyyatından keçməmiş və belə bir qurum yaradılmamışdır. Cavabdeh MMC xx.xx.2019-cu il tarixində qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməklə, xüsusi yaradılmış ayrıca bir qurumdur və "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır. Yəni 2019-cu ildə "xxxx" MMC öz öhdəliklərini cavabdeh MMC-yə keçirməmişdir. Cavabdeh MMC həmin dövrdə yeni yaradılmış ayrıca bir qurum olaraq fəaliyyət göstərmişdir. Qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh MMC-nin 18/k saylı, xx.xx.2019-cu il tarixli əmrinə əsasən iddiaçı ilə cəmiyyət arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqı 300 manat olmaqla cəmiyyətin dəzgahçı vəzifəsinə işə q əbul olunmuş, bundan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqısı 500 manat və xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişikliklərə əsasən iddiaçının əmək haqqı 800 manat artırılmışdır. Cavabdeh MMC-nin 167/6 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən iddiaçı tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, cavabdeh MMC iddiaçının sonunçu iş günü, yəni xx.xx.2022-ci il tarixdə xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan dövr üzrə iddiaçının istifadə edilməmiş məzuniyyət haqqısını hesablamamış və həmin məbləği iddiaçıya ödəməmişdir. Bunu nla bağlı qeyd olunmuşdur ki, iddiaçı cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlamış və həmin əmək müqaviləsinə əsasən onun ilkin olaraq əmək haqqısı 300 manat məbləğində müəyyən edilmiş və MMC-də xx.xx.2019-cu il tarixindən dəzgahçı vəzifəsinə işə qəbul edilmişdir. Onun məzuniyyət üzrə iş ilini xx.xx.2019 – xx.xx.2020-ci ildən ibarət dövr əhatə etmiş və əsas məzuniyyətinin müddəti 21 təqvim günü müəyyən edilmişdir. Belə ki, iddiaçı cavabdeh MMC-də dəzgahçı vəzifəsində işlədiyi dövrdə onun tərəfindən xx.xx.2022-ci il tarixində cavabdeh MMC-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun tərəfindən xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri üzrə dövrü əhatə edən iş ili üçün istifadə etmədiyi 21 təqvim günü üçün ona əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsini xahi ş etmiş və MMC-nin 12-m nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçıya 528,15 manat məbləğində məzuniyyət haqqı ödənilmişdir. Göründüyü kimi cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən yuxarıda qeyd olunan iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə iddiaçıya 528,15 manat məbləğində kompensasiya ödənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinin məzmununda qeyd edilmişdir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Bundan sonra iddiaçı cavabdeh MMC-də dəzgahçı olaraq işlədiyi dövrdə, yəni xx.xx.2022-ci il tarixində MMC-yə ərizə ilə mür aciət edərək, xx.xx.2022-ci il tarixindən ona ödənişsiz məzuniyyət verilməsini xahiş etmiş və MMC-nin 102/1 xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il tarixləri dövrünü əhatə edən iş ili üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2 təqvim ayı müddətində ödənişsiz məzuniyyət verilmiş və onun işə başlayacağı tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Beləliklə göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixindən öz ərizəsinə əsasən 2 təqvim ayı müddətində ödənişsiz məzuniyyətə çıxmış və xx.xx.2022-ci il tarixində işə başlayacağı təqdirdə iddiaçı heç bir üzürlü səbəb göstərmədən, dəfələrlə çağırılmağına baxmayaraq 2022-ci ilin sentyabr ayının 12-nə qədər işə gəlməmiş və nəticədə cavabdeh MMC tərəfindən iddiaçıya 443/M nömrəli xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu yazılmaqla bildirilmişlər ki, “işə gəlməməyinizin səbəbini 2 iş günü ərzində bildirməyinizi xahiş edirik. Əks halda iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəkdir.” Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixində cavabdeh MMC-yə gələrək, öz ərizəsi əsasında MMC-dən xx.xx.2022-ci il tarixində işdən azad edilmiş və MMC-nin 167 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən MMC ilə aralarında bağlanılmış müqaviləyə xitam verilmiş və iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş məzuniyyət haqqı olaraq, son haqq-hesab olan 673,17 manat məbləğində pul iddaçıya ödənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndindən görünür ki, əmək müqavilə sinə xitam verilməsi barədə işə götürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd etmişlər ki, göründüyü kimi cavabdeh MMC tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı ödənilmiş və iddiaçı işdən azad edilən zaman onunla qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmış və qalan məbləğ MMC tərəfindən iddiaçıya son haqq-hesab zamanı ödənilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, istifadə edilməmiş əmək məzuniyyətinin əvəzi olaraq kompensasiya məbləğinin, həmin kompensasiya məbl əğinin iddiaçının sonuncu iş günü ödənilmədiyinə görə xx.xx.2022-ci il tarixdən başlayaraq qətnamə icra olunan tarixədək ödənilməli olan kompensasiya məbləğinin hər gecikdirilmiş gün üçün bir faiz məbləğində ödəncin iddiaçıya ödənilməsi hissəsində iddia ərizəsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Hazırki mübahisədən görünür ki, cavabdeh MMC tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı ödənilmiş, iddiaçı MMC-dən işdən azad edilən zaman onunla son haqq-hesab aparılmış və MMC-nin iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi olaraq ödənilməmiş kompensasiya məbləği qalmamışdır. Belə olan halda da görünür ki, işəgötürən tərəfindən əmək haqqının ödənilməsində gecikdirilmə halları olmamış və nəticədə MMC tərəfindən iddiaçıya hər gecikdir ilmiş gün üçün bir faiz məbləğində ödəncin ödənilməsindən söhbət gedə bilməz. Bundan əlavə iddiaçının iddia tələbinin “cavabdeh tərəfindən ona dəymiş 1.000 (bir min) manat məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, bu hissədə də iddia tələbi əsassızdır. Belə ki, yuxarıda qeyd olunan hallardan görünür ki, MMC tərəfindən iddiaçıya hər hansı mənəvi ziyan dəyməmişdir, ona görə ki, işçi işdən öz ərizəsinə əsasən azad edilən zaman onunla bütün son haqq-hesab aparılmış, istifadə etmədiyi məzuniyyət günləri üçün məzuniyyət haqqı iddiaçıya ödənilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 9/713 saylı rəyinə əsasən, İddiaçı 01 oktyabr 2019-cu il tarixdən 13 sentyabr 2022-ci il tarixədək Cavabdehndə işlədiyi müddətdə Azərbaycan Respublikasının qanun və qaydalarına əsasən, əlavə olaraq hesablanmalı ümumi 2.610,66 manat hesablanmış məbləğ olmaqla 1.751,88 manat əmək haqqı, 214,62 manat məzuniyyət haqqları və 644,16 manat son haqq-hesab təşkil etdiyi müəyyən edilmişdir.
11. Cavabdehin nümayəndəsi 27 mart 2023-cü il tarixdə birinci instansiya məhkəməsinin “AZEMİS” elektron Məhkəmə İnformasiya sisteminə iddia müddətinin tətbiqi barədə ərizə yerləşdirirək, ərizədə iddiaçının cavabdeh MMC-yə qarşı “əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin, həmin ödənişlərin gecikdirilməsinə görə ödəncin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə da ir iddiası üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin 28 noyabr 2021-ci il tarixdən əvvəlki dövr üzrə işlədiyi müddətlərdə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-746/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddianın qismən təmin edilməsi, cavabdehdən 1.751,88 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab məbləği olmaqla, cəmi 2.610 (iki min altı yüz on) manat 66 (altmış altı) qəpik və ödənilməmiş əmək haqqına görə xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün 1% məbləğində ödəncin ödənilməsi, vurulmuş mənəvi zərərə görə isə 200 (iki yüz) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd olunmuşdur.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı üzrə 17.990,91 manat hesablanmalı olduğu halda 16.239,03 manat, istifadə edilməmiş məzuniyyətə görə 742,77 manat pul əvəzi hesablanmalı olduğu halda 528,15 manat, son haqq-hesab və qalıq məzuniyyət günləri üzrə 1.397,50 manat hesablanmalı olduğu halda 753,34 manat hesablanmışdır, nəticədə əmək haqqı üzrə yaranmış fərq 1.751,88 manat, istifadə edilməmiş məzuniyyətə görə yaranmış fərq 214,62 manat, son haqq-hesab üzrə yaranmış fərq 644,16 manat təşkil edir. Bununla belə, cavabdeh tərəfind ən əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməsinə və iddiaçının son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
14. Məhkəmə iddia tələbinin “gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin” ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliklə əlavə ödəncin verilməsi müəyyən edilməklə işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir ki, bu göstərilən qayda da işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. İşçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi isə iki şərtdən asılı edilmişdir: belə ki, ilk növbədə əmək haqqını n verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir ki, hazırki iş üzrə də məhkəmə tərəfindən hər iki halın mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən ödənilməmiş əmək haqqına görə onun işdən çıxdığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla gecikdirilmiş hər gün üçün 1 % hesablanmaqla ödənc ödənilməlidir.
15. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqa zidd əməli nəticəsində İddiaçı vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab etmişdir k i, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 200 manat həddində qiymətləndirilməlidir.
16. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün saymış dır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi, 3-cü maddəsinin 4-1 hissəsinə, 68, 69-cu maddəsinin 2-ci hissəsinə, 70, 73, 74, 75, 83-cü maddələrinə, 131-ci maddəsinin 1-ci hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 139-cu maddəsinin 2-ci hissəsinə, 143-cü maddəsinin 2-ci hisəsinə,144, 172-ci maddəsinin 4 və 5-ci hissələrinə,196-cı maddəsinin 5-ci, 288-ci maddəsinə, 290-cı maddəsinin 3-cü, 292-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115, 119.1, 121.1, 124.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraa t:
18. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsinə aid hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının məhkəmə iclası zamanı verdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsini qəbul edərək işə mahiyyəti üzrə baxmış, halbuki iddiaçının ərizəsi üzrə artırılan tələb məhkəmədən əvvəl mediasiya prosesindən keçməmişdir və bununla da birinci instansiya məhkəməsi Mülki Prossesual Məcəllənin normalarını pozmuşdur. Qeyd olunmuşdur ki, məhkəmə zamanı iddiaçı iddia tələbini artıraraq əlavə olaraq əmək haqqlarının tutulmasını da mə hkəmədən xahiş etmişdir. Lakin “əmək haqqı” üzrə mübahisə ümumiyyətlə mediasiya prosesindən keçməmiş və həmin tələb müzakirə edilməmişdir. Halbuki, məhkəmə qətnaməsinin nəticə hissəsindən görünür ki, elə cavabdeh MMC-dən tutulması qət edilən 2.610,00 manat məbləğdən əksər hissəsini, yəni 1.751,88 manat hissəsini əmək haqqı təşkil etmişdir. Məhkəmə isə kobud qanun pozuntusuna yol verərək mediasiya prosesindən keçməyən “əmək haqqı” tələbi üzrə işə baxaraq iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə qətnaməni qəbul edərkən yalnız əsas kimi ekspertiza rəyini götürmüş və həmin rəyi digər iş üzrə mövcud olan sübutlar kimi tədqiq etməmişdir. Ekspert rəyinə əsasən hesablanmış yekun məbləğdən Dövlət Sosial Müdafiə Fondunun hesabına t utulan ödənişlər (işsizlik, icbari tibbi sığorta, məcburi sosial sığorta haqqları) nəzərə alınmamış və hesablanmamışdır. Halbuki, qeyd edilən məsələ ilə bağlı cavabdeh əlavə ekspertizanın keçirilməsi barədə vəsatət versə də, məhkəmə heç bir əsas olmadan vəsatəti təmin etməmiş və ekspertin yol verdiyi nöqsanı aradan qaldırmadan qətnamə qəbul etmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmi n Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qanunvericilik əmək mübahisəsi üzrə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edib və belə tələblərlə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalı olduğu göstərilmişdir. Belə ki, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bildirilir ki, iddiaçı hüququnun 20 oktyabr 2016cı il tarixindən pozulduğunu iddia edir, lakin 13 sentyabr 2022-ci il tarixində işdən çıxdıqdan sonra 29 noyabr 2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onu göstərir ki, iddiaçının hüququnun pozulmasını iddia etdiyi gündən 1 ildən artıq müddət keçmişdir və belə olan halda görünür ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının məhkəməyə müraciət etdiyi tarix 29 noyabr 2022-ci il tarixidir. Belə olan halda iddia müddətinin axımı 28 noyabr 2021-ci il tarixindən başlayaraq tətbiq edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, hazırki iş üzrə mahiyyət etibarı ilə eyni olan və vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən Ali Məhkəmənin 2(102)-1903/2021 nö mrəli, 30 iyun 2021-ci il tarixli qərarını məhkəmənin diqqətinə çatdırırmışdır. Belə ki, həmin Qərarla Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi iddia tələbi üzrə iddia müddətinin ötürülmədiyi tarixlərə münasibətdə cavabdeh tərəfindən ödənilməmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir. Beləliklə, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə versə də, məhkəmə həmin ərizəyə ümumiyyətlə məhəl qoymamış, əmək haqqının və istifadə edilməmiş məzuniyyət haqqların hesablanması ilə bağlı təyin edilmiş mühasibatlıq ekspertizası öz rəyində hətta 1 illik iddia müddəti keçmiş 2021-ci ilin oktyabr ayı üzrə əmək haqqını nəzərə almış, məhkəmə isə qeyd edilən hallara belə hüquqi qiymət verməmiş, ekspertiza rəyini ümumiyyətlə düzgün tədqiq etməmiş və 1 illik iddia müddəti keçmiş əmək haqqlarına dair iddia tələbini təmin etmişdir. Ekspertiza rəyin cədvəl hissəsinə baxdıqda görünür ki, ekspertiza 1 illik iddia müddəti keçmiş 2021-ci ilin oktyabr ayı üzrə ödənməmiş 80,00 manat əmək haqqını belə nəzərə almış, məhkəmə isə buna diqqət yetirməmiş və həmin rəyi digər sübutlarla birlikdə tədqiq etmədən öz qətnaməsində əsas kimi götürmüşdür. Bundan başqa, cavabdeh iddiaçının iş saatların uçotunu aparmış və bunu təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Həmin cədvəllərdən də görünür ki, iddiaçı hansı saatlarda və günlərdə işə gəlməmiş, lakin bunu təkzib edən əks sübutları isə iddiaçı məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının əsas iddia tələbi üzrə dəlilləri əs assız və qanunsuz olduğundan, həmin tələbdən irəli gələn gecikdirilmiş günlərə görə 1 faiz ödənc və vurulmuş mənəvi ziyan tələbi də əsassız kimi qəbul edilməlidir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5660/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin arasında əmək münasibəti olub, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək cavabdeh təşkilatda dəzgahçı vəzifəsində işləyib, əmək müqaviləsi cavabdehin xx. xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/713 nömrəli rəyinə görə, cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyi var. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi, 135-ci maddəsinin 2-ci hissəsi, 156-cı maddəsinin 1-ci hissəsi və 172-ci maddəsinin 5-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, idd iaçı iddia müddətini ötürməyib. Belə ki, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilib, hazırkı iddia isə 2 ay 16 gün sonra - xx.xx.2022-ci ildə verilib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci, 135-ci maddəsinin 2-ci, 156-cı maddəsinin 1-ci, 172-ci maddəsinin 5-ci və 296-cı maddəsinin 4-cü hissələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cava bdeh MMC (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə apellayasiya şikayətinin dəlillərinə tam şəkildə münasibət bildirib hüququ qiymət verməmiş, iddia müddətini tətbiq etməli olduğu halda bunu etməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Maddi və prosessual hüquq normasının pozulması ilə qəbul edilən qətn amə isə, “təbii olaraq”, iş üzrə cavabdeh tərəfin mənafeyinin, qanuni maraqlarının, ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir.
26. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçıya 673 manat ödəniş edilmişdir. Həmin məbləğ iddiaçının işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi məzuniyyət və son haqq-hesab üzrə ödənişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixli ekspert rəyində iddiaçıya 214,62 manat məzuniyyət haqqı və 644,16 manat son haqq-hesab üzrə ödəniş edilməli olması göstərilmişdir. İşə baxan məhkəmələr isə (eləcədə ekspert) iddiaçıya xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə 673 manat məzuniyyət və son haqq-hesab üzrə ödəniş edilməsini təsdiq edən sübutu nəzərə almamı ş və məhkəmə tərəfindən ekspert rəyi xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə yanaşı MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası tərəfindən ekspert rəyinin digər sübutlarla, yəni xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı və xx.xx.2022-ci il tarixli məktubla yanaşı qiymətləndirilmiş olsaydı, o zaman iddianın təmin edilməmiş hissəsi cavabdeh üçün daha əlverişli olacaqdı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
27. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
28. Maddə 2 (2-ci hissə). Azərbaycan Respub likasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
29. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
30. Maddə 3 (3-cü hissə). İşəgöt ürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
31. Maddə 3 (4-1-ci hissə). Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
32. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
33. Maddə 135 (2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
34. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yer inə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
35. Maddə 156 (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
36. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahi sələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
37. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
38. Maddə 296 (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. M addə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
40. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
41. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
42. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə pri nsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müay inə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni iddianın təm in olunduğu hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
57. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-c ü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
58. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.
59. İddiaçı cavabdehə qarşı verdiyi iddia tələbində, "xxxx" MMC-də işlədiyi 20 oktyabr 2016-cı il - 21 sentyabr 2019-cu il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə 21 sentyabr 2019-cu il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun "xxxx" MMC-də işlədiyi 20 oktyabr 2016-cı il - 21 sentyabr 2019-cu il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və 21 sentyabr 2019-cu il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun cavabdeh MMC-də işlədiyi 01 oktyabr 2019-cu il - 13 sentyabr 2022-ci il iş dövrü ərzində ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə 13 sentyabr 2022-ci il tarix dən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, onun cavabdeh MMC-də işlədiyi 01 oktyabr 2019-cu il - 13 sentyabr 2022-ci il iş dövrü üçün istifadə etmədiyi məzuniyyətə görə pul əvəzinin və 13 sentyabr 2022-ci il tarixdən başlayaraq həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, habelə ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 200 manat xərcin və Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının hesabına ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
60. Apellyasiya instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşaraq məhkəmənin qətnaməsini dəyişdirmədən saxlayarkən, tərəflərin arasında əmək münasibəti olmasına, iddiaçının xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək cavabdeh təşkilatda dəzgahçı vəzifəsində işləməsinə, əmək müqaviləsinin cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilməsinə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/713 nömrəli rəyinə görə, cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyinin olmasına əsaslanmışdır.
61. Apellyasiya instansiya məhkəməsi həmçinin, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsini, hazırkı iddianın isə 2 ay 16 gün sonra - xx.xx.2022-ci ildə verilməsini, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsini qeyd edərək, iddiaçının iddia müddətini ötürmədiyini göstərmişdir.
62. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə qismən razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdehin nümayəndəsi 27 mart 2023-cü il tarixdə birinci instansiya məhkəməsinin “AZEMİS” elektron Məhkəmə İnformasiya sisteminə iddia müddətinin tətbiqi barədə ərizə yerləşdirirək, ərizədə iddiaçının iddiası üzrə iddia müddətinin tətbiq edilməsini və i ddia tələbinin 28 noyabr 2021-ci il tarixdən əvvəlki dövr üzrə işlədiyi müddətlərdə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, lakin işə baxmış birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə həmin ərizəyə hər hansı münasibət bildirməmiş, ümumiyyətlə həmin ərizəni diqqətdən kənarda saxlamışdır.
63. Qeyd olunan ərizədə iddia müddətinin 28 noyabr 2021-ci il tarixdən əvvəlki dövr üzrə tətbiqi xahiş olunsa da, apellyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə həmin ərizəyə düzgün hüquqi qiymət verməmiş, formal olaraq iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsini, hazırkı iddianın isə 2 ay 16 gün sonra - xx.xx.2022-ci ildə verilməsini qeyd edərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad etsə də, iddiaç ının iddia müddətini ötürmədiyini göstərmişdir.
64. Lakin məhkəmə kollegiyasının qənaətinə görə iddia müddəti tətbiq olunmayan son bir illik müddət, yəni iddiaçının məhkəməyə müraciət etdiyi 29 noyabr 2022-ci il tarixdən əvvəlki bir illik müddət istisna olmaqla, 28 noyabr 2021-ci il tarixdən əvvəlki dövrə görə cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyinin olması ilə bağlı nəticə maddi və prosessual hüquq normalarının tələbinə uyğun olmamışdır.
65. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bildiyi halda, məhkəməyə müraciət etdiyi 29 noyabr 2022-ci il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyünə görə, apellyasiya instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etdiyi halları müzakirə etməməkdə haqlı olmamış, iddia müddətinə düzgün hüquqi qiymət verməmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır.
67. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-c i maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
68. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
69. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
70. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddi a müddətinin tətbiqi üçün yetərlidir.
71. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
72. Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
73. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
74. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Esko lano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
75. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində göstərilən məbləğlərin hesablanması və ödənilməsi ilə bağlı nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi keçirilmiş ekspertiza ilə bağlı verilmiş rəyə əsaslanmış, lakin həmin rəyin əsaslı olub-olmamasına hər hansı münasibət bildirməmişdir.
76. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçının işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi məzuniyyət və son haqq-hesab üzrə ödəniş kimi iddiaçıya 673 manat ödəniş edilmişdir. Buna baxmayaraq xx.xx.2023-cü il tarixli ekspert rəyində iddiaçıya 214,62 manat məzuniyyət haqqı və 644,16 manat son haqq-hesab üzrə ödəniş edilməli olması göstərilmişdir.
77. Apellyasiya instansiyası məhkəməsi isə ekspert rəyinə əsaslanmaqla cavabdehin iddiaçının qarşısında xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək 1.751 manat əmək haqqı, 214,60 manat məzuniyyət haqqı, 644,16 manat son haqq-hesab olmaqla cəmi 2.610 manat icra edilməmiş pul öhdəliyinin olmasını qeyd etsə də, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə 673 manat məzuniyyət və son haqq-hesab üzrə ödəniş edil məsinin nəzərə alınıb-alınmamasını, ümumiyyətlə həmin məbləğlərin iddiaçıya ödənlib-ödənilməməsini aydınlaşdırmamışdır.
78. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
79. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı ).
80. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi.
81. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıd a göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismən təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
83. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
84. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq v ə iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5660/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.