Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1050/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh DSMF-nun Beyləqan rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 2(020)-543/2019 saylı, 27 mart 2019-cu il tarix li qətnaməsi ilə (sədrlik еdən hаkim Ramiz Nurullayev) ərizəçi x1nın “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” ərizəsinin təmin edilməsi, x1nın 1975-ci ilin iyun ayından 1985-ci ilin dekabr ayının sonuna kimi ünvan 1 fəhlə kimi əmək fəaliyyətində olması faktının müəyyən edilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 24 sentyabr 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən, məruzəçi), N.Mirzəyev və Q.Kərimov, 2(106)2652/2019 saylı mülki iş) hazırki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-543/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən x2 tərə findən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. İşin halları Ərizəçi x1 əmək stajının təsdiq edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, onun 1975-ci ilin iyun ayından 1985-ci ilin dekabr ayının sonuna kimi Ağdam rayonunda yerləşən ünvan 1 fəhlə kimi əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1957-ci ildə Agdam rayonunun Pirzadlı kəndində anadan olmuş, 1985-ci ilin dekabr ayının 25-də Beyləqan rayonunun Bolsulu kənd sakini x3 ilə ailə qurmuş, nikahlarını 26 yanvar 1987-ci il tarixdə rəsmiləşdirmişlər. O, ailə qurduğu günə kimi, yəni 1975-ci ilin iyun ayından 1985-ci ilin dekabr ayının sonuna kimi Ağdam rayonunda onun yaşamış olduğu sovetlikdə yerləşən ünvan 1 adına üzümçülük sovxozunda fəhlə kimi işləmişdir. Ağdam rayonu 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Həmin vaxt işlədiyi ünvan 1 adına üzümçülük sovxozu ermənilər tərəfindən yandırılmışdır. Sovxoza və o cümlədən ona aid bütün sənədlər də yandırılaraq məhv olunmuşdur. Hazırda pensiyaya çıxmaqdan ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinə müraciət etmişdir. Lakin sənədlərini təqdim etmədiyindən pensiyanın təyin edilməsindən imtina edilmiş və ona bildirmişlər ki, əmək fəaliyyəti ilə məşğul olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıd a göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh DSMF-nun Beyləqan rayon Şöbəsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzr ə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Abbasov Orxan Vilayət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ərizəçi x1 27 may 1957-ci il tarixdə Agdam rayonunun Pirzadlı kəndində anadan olmuş, 1985-ci ilin dekabr ayının 25-də Beyləqan rayonunun Bolsulu kənd sakini x3 ilə ailə qurmuş, nikahlarını 26 yanvar 1987-ci il tarixdə rəsmiləşdirmişlər. Ərizəçi ailə qurduğu günə kimi, yəni 1975-ci ilin iyun ayından 1985-ci ilin dekabr ayının sonuna kimi Ağdam rayonunda onun yaşamış olduğu sovetlikdə yerləşən ünvan 1 adına üzümçülük sovxozunda fəhlə kimi işləmişdir. Ağdam rayonu 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Həmin vaxt ərizəçinin işlədiyi ünvan 1 adına üzümçülük sovxozu ermənilər tərəfindən yandırılmışdır. Sovxoza və o cümlədən ərizəçiyə aid bütün sənədlər də yandırılaraq məhv olunmuşdur. Hazırda ərizəçi yaşa görə pensiya təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinə müraciət etmiş, lakin iş stajına dair sənəd təqdim edə bilmədiyindən ərizəçiyə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Halbuki ərizəçinin 1975-ci ilin iyun ayından 1985-ci ilin dekabr ayının sonuna kimi Ağdam rayonunda onun yaşamış olduğu sovetlikdə yerləşən ünvan 1 adına üzümçülük sovxozunda fəhlə kimi işləməsi təsdiq olunur. Ağdam rayonu işğal olunduğundan ərizəçi həmin sənədləri əldə edə bilmə mişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş x4 ifadəsində göstərmişdir ki, o, Ağdam rayonunda anadan olmuş, 1977-1993-cü illərdə Ağdam rayonunda yerləşən ünvan 1 adına üzümçülük sovxozunun uşaq bağçasında əmək fəaliyyətində olmuşdur. Həmçinin ərizəçi x1 tanıyır. Ağdam rayonunda yaşadıqları vaxtdardan münasibətləri yaxın olmuşdur. İşlədiyi dövrdə ərizəçi x1 da Ağdam rayonun ünvan 1 adına üzümçülük sovxozunda fəhlə kimi əmək fəaliyyəti ilə məşğul olmasını görmüşdür. Ağdam rayonu işğal olunduğundan sovxozun sənədləri yanaraq məhv omuşdur. Onun özünündə həmin illərə dair sənədlər yandığına və əldə edə bilmədiyinə görə məhkəmə qaydasında sosial sığorta stajı müəyyən edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1695/2014 saylı, 22 dekabr 2014-cü il tarixli qətnaməsinin s urətindən görünür ki, x4nın Kənd Təsərrüfatı Nazirliyi Ağdam rayon Aqrar Sənaye Kombinatı ünvan 1 30 oktyabr 2013-cü il tarixli 121 saylı arayışın ona məxsus olması və onun 1977-ci ilin yanvar ayından 1993-cü ilin iyul ayına kimi Ağdam rayonunda yerləşən ünvan 1 adına sovxozun Baqbanlar uşaq bağçasında əmək fəaliyyətində olması faktının müəyyən edilməsi qət olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən həmin qətnamənin qəbul edildiyi 2(020)-1695/2014 saylı mülki işin materialları Beyləqan Rayon Məhkəməsindən götürülərək baxış keçirilmiş və qeyd olunan qətnamədən apelyasiya şikayətinin verilmədiyi, qətnamənin qanuni qüvvəsini alması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş x5 ifadəsində göstərmişdir ki, o, 1962-ci ildə Ağdam rayonunun Bağbanlar kən dində anadan olmuş, 1980-1984-cü illərdə Ağdam rayonunda yerləşən ünvan 1 adına üzümçülük sovxozunda fəhlə kimi əmək fəaliyyətində olmuşdur. Ərizəçi x1nı tanıyır. Belə ki, o, Ağdam rayon ünvan 1 adına üzümçülük sovxozunda işləyərkən ərizəçi x1 da onunla birlikdə həmin sovxozda fəhlə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)-131/2016 saylı, 15 fevral 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, x5nın 1980-ci ilin oktyabr ayından 1984-cü ilin noyabr ayına kimi Ağdam rayonunda yerləşən ünvan 1 adına üçümçülük sovxozda və 08 oktyabr 1985-ci il tarixdən 27 aprel 1998-ci il tarixə kimi Beyləqan rayonunun xxxx qəsəbəsində yerləşən “Komsomolun 50 illiyi” və “xxxx” üzüm istehsalı və emalı Müəssisəsində əmək fəaliyyətində olması faktının müəyyən edilməsi qət olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən həmin qətnamənin qəbul edildiyi 2(020)-131/2016 saylı mülki işin materialları Beyləqan Rayon Məhkəməsindən götürülərək baxış keçirilmiş və qeyd olunan qətnamədən apelyasiya şikayətinin verilmədiyi, qətnamənin qanuni qüvvəsini alması müəyyən edilmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x1 27 may 1957-ci il tarixdə Ağdam rayonunun Pirzadlı kəndində doğulmuş və Beyləqan rayonu Borsulu qəsəbəsində qeydiyyatdadır. Ağdam rayon Dövlət Arxivinin 05 fevral 2019-cu il tarixli 22 saylı Arxiv arayışından görünür ki, Ağdam rayon ünvan 1 adına üzümçülük sovxozunun 1975-1985-ci ilə kimi olan arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. Azərbaycan Respublikası Dövl ət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin 06 fevral 2019-cu il tarixli, **********5 saylı məktubundan görünür ki, ərizəçi x1 yaşa görə əmək stajını təyin etməkdən imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Jdanov rayonunun Təzəkənd kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında İV-ЖГ № 274644 saylı şəhadətnamənin surətindən görünür ki, x3 ilə x1 26 yanvar 1987-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Ölüm haqqında AZ № 070208 saylı şəhadətnamənin surətindən görünür ki, x3 25 oktyabr 2001-ci il tarixdə ölmüşdür. Beyləqan rayon İHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyinin 31 yanvar 2019cu il tarixli 129 saylı arayışından görünür ki, x1 Beyləqan rayonu Borsulu qəsəbəsində yaşayır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci mad dəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Məcəllənin 25-ci maddəsin ə əsasən Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədl ər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmn Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsd iq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, ərizəçi x1 1975-ci ilin iyun ayından 1985ci ilin dekabr ayının sonuna kimi ünvan 1 fəhlə kimi işləməsi barədə sənədləri Dövlət Arxivinə təhvil verilməməsinə və Ağdam rayonunun işğal altında qalmasına görə təqdim edə bilməmiş, buna görə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçi tələbində haqlı olmuş və buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, ərizəçinin işləməsi faktı ilə bağlı məlumatların əmr və mühasibatlıq kitablarına qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirilməli idi və bu ərizəçidən aslı olmayan səbəb olduğundan, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğundan, (burada əmr və mühasibatlıq kitablarında müvafiq qeydiyyatın aparılması vəzifəli şəxs olaraq işəgötürənin borcu olması nəzərdə tutulur) qanunla ona verilmiş hüquqlarının həyata keçirilməsi, yəni pensiya hüququndan istifadəyə məhdudiyyət qoyula bilməz. Ərizəçinin işləməsi şahid ifadələri ilə təsdiq olunmuşdur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh DSMF-nun Beyləqan rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1050/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1050/2020
19.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver