Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1051/2021 25.01.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1051/21 (Açar sözlər: torpaq sahəsinin bütövlüyünün təmin edilməsi, qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, ekspert rəyi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Cavabdeh oğluna qarşı “torpağın qanunsuz sahibliyindən azad edi lməsi, qanunsuz tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2309/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və ailə üzvlərinin Şamaxı rayonu Muğanlı kəndində xüsusi mülkiyyətlərində 0,170055 ha torpaq sahəsi var.
2. İddiaçı özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Seriya MH № ******* nömrəli çıxarışa əsasən ona məxsus 0,170055 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, Seriya MH № ******* saylı çıxarışa əsasən Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0,170055 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsi iddiaçıya və onun ailə üzvlərinə məxsusdur.
5. Cavabdehin qanunsuz hərəkətləri üzündən iddiaçı torpaq sahəsinə daxil ola bilmir.
6. Cavabdehə nə qədər izah etmək istəsə də başa sala bilməmişdir ki, onun torpaq sahəsində heç bir iş görməsin və torpaq sahəsini boşaltsın.
7. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi hasara alınmış orada ev tikilmiş və bağ salınmışdır.
8. İddiaçı tələbinin hüquqi əsası kimi M ülki Məcəllənin 139.1, 152.2-ci, 152.3, 157.4, 157.8,Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddiaya etiraz olaraq göstərib ki, iddiaçının torpağını zəbt etməyib, özünün də 0,25 ha torpağı var. Torpağı 2012-ci ildə başqa şəxsdən alıb.
10. Birinci instansiya məhkəməsi xx xxxx 2019-cu il tarixli qərardadla iş üzrə tikintitexniki ekspertiza təyin etmişdir.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2019-cu il tarixli, 9270 nömrəli ekspert rəyində qeyd edilib ki, mərkəzin elektron bazası ilə naturada torpaq istifadəçiliyi arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, MH ******* seriyalı çıxarışa əsasən iddiaçı X1 mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlarla naturada mübahisəli torpaq sahəsinin koordinatları uy ğunsuzluq təşkil etdiyindən, Cavabdeh tərəfindən istifadə olunub olunmamasını müəyyən etmək mümkün olmamışdır.
12. Birinci instansiya məhkəməsi 29 oktyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertiza təyin etmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 31278 nömrəli ekspert rəyində qeyd edilib ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli **********13 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı Ceyhun oğluna və ailə üzvlərinə məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Seriya MH №0007489 çıxarışa əlavə edilmiş Torpaq sahəsin in plan-ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, plan-ölçü sənədində göstərilən torpaq sahəsi naturada göstərilən torpaq sahəsindən fərqli, başqa bir ərazidə yerləşir. Mütəxəssis rəyinə əsasən Cavabdeh məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşməklə konfiqurasiya və sahə fərqi mövcuddur. Mütəxəssis rəyinə əsasən, seriya MH №0007489 çıxarışa əsasən İddiaçı Ceyhun oğluna və ailə üzvlərinə məxsus Şamaxı r ayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Seriya RX №0159547 çıxarışa əsasən Cavabdeh məxsus Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşmədiyi və fərqli ərazilərdə yerləşdiyi müəyyən olunmuşdur. Naturada tərəflər eyni torpaq sahəsinə iddialı olsalar da, faktiki torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçı Ceyhun oğluna və ailə üzvlərinin mülkiyyətinə verilmiş Şamaxı rayonu Muğanlı kəndi ərazisində yerləşən 0,170055 ha kənd təsərrüfatı təyinatlı Seriya MH №0007489 çıxarışa əlavə olunan plan-ölçü sənədində göstərilən torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur.
14. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(074)-24/2020 nömrəl i qətnaməsi ilə iddiа rədd edilmiş, ekspertiza xərci iddiaçıdan tutulmuşdur. (hakim Etibar Hümbətov)
15. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdehin iddiaçıya və iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsini zəbt etməsi, sökülməsi tələb olunan tikintinin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində aparılması təsdiq edilməmişdir.
16. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın rədd olması nəticəsinə gəlmişdir.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, Torpaq Məcəlləsinin 84.1, 84.3, 111 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianı n təmin edilməsini xahiş edib.
19. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, hakim iddianı rədd edərkən gəldiyi nəticəni məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə əsaslnadrısa da, rəylər ziddiyətlidir.
20. İddiaçı apelyasiya instansiyasında vəsatət verərək təkrar məhkəmə tikintitexniki ekspertizasının keçirilməsini xahiş etmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1105)-2309/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Telman Quliyev)
22. Apelyasiya instansiyası da yanaşı yoxlanılmış müxtəxəssis və ekspert rəylərinə istinadən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin cava bdeh tərəfindən istifadə olunmadığı, cavabdehin hazırda istifadəsində olan torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini müəyyən etmişdir.
23. Apelyasiya instansiyası qeyd edib ki, iddiaçı, cavabdehin mülkiyyətinə 0,170055 ha torpaq sahəsini zəbt edib tikinti apardığını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir.
24. Apelyasiya instansiyası iddiaçı V.Fətəliyevin iş üzrə fərqli ekspert rəylərinin olması və bu səbəbdən iş üzrə təkrar ekspertiza keçirilməli olması barədə gətirdiyi dəlili qəbul etməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur.
25. Apelyasiya instansiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirmiş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, ekspert rəyləri şübhə altına alınıb, apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarını n pozuntusuna istinad edilib. 28.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına t utulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdı r. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Hazırkı ka ssasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
35. Baxıla n iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Bu iddianın təmin olunması üçün iki şərt məcmu halında mövcud olmalıdır: torpağın mülkiyyətdə olması və həmin torpağın cavabdeh tərəfindən zəbt edilməsi. Bu şərtlərdən hər hansı birinin olmaması (müəyyən edilməməsi) iddianın əsassızlığı deməkdir.
37. İşin ekspert rəylərinə əsasən apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, Şamaxı rayonu Muğanlı kəndində xüsusi mülkiyyətində olan 0,170055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Seriya MH №0007486 saylı çıxarışa əsasən iddiaçıya və onun ailə üzvlərinə məxsusdur, lakin cavabdeh həmin torpaq sahəsini zəbt etməmişdir, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur, cavabdehin hazırda istifadəsində olan torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
38. Göründüyü kimi, iddianın təmin olunma əsası kimi tələb edilən iki şərtdən biri – cavabdehin torpaq sahəsini zəbt etməsi halı hazırki işdə müəyyən edilməyib.
39. Apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən normaların dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsini istisna etmişdir.
40. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllən in 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
41. Məhkəmə kollegiyası ekspert rəylərinin əsassız olması barədə kassasiya şikayətini dəlillərini qəbul etmir.
42. İddiaçı ekspert rəylərinin əsassızlığını onlar arasındakı ziddiyyətlə izah etsə də, rəylər arasında hər hansı ziddiyyət məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
43. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa eksp ertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2309/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.