Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1051/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi üçün zəruri şərtlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs olmaqla) “iş stajının hüquqi əhəmiyyətli fakt kimi qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(103)-5970/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi xx.xx.1968-ci il təvəllüdlüdür və 1986-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1991-ci ildə “çoxkanallı elektrik rabitəsi” üzrə tam kursu bitilmişdir. Ona məxsus ИT-İ seriyalı №2385731 saylı əmək kitabçasında əksini tapmış məlumatlara görə ilk dəfə əmək fəaliyyətinə xx.xx.1990-ci il tarixdə başlamışdır. Əmək kitabçasında onun əvvəllər əmək stajının olmadığı qeyd edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********6 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, Ərizəçi ona xüsusi şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Təqdim edilən sənədlərlə onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 3 ay 29 gün (xx.xx.1986-.xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) və güzəştli iş stajı 10 ildən az (9 il 10 ay 26 gün (xx.xx.1991xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) müəyyən edilmişdir və bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyinatı mümkün hesab edilməmişdir.
3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01 saylı məktubda qeyd olunur ki, sabiq “Lenin” kolxozunun 1983-1984-1985-ci illərə aid staj kitabları və əmək haqqı kitablarına baxış keçirilmiş, lakin Mahmudova (Kərimova) Qəndilə Əvəz qızının adı aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1983-1985-ci illərdə Tərtər rayonun Poladlı kəndində fəaliyyət göstərmiş Lenin adına kolxozda pambıqçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin 2006-cı il tarixədək 20 il ümumi iş stajının tamam olmadığı əsas gətirələrək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməkdən imtina olunmuşdur. Ərizəçi qeyd etmişdir ki, o, 1983-cü, 1984-cü, 1985-ci illərdə Tərtər rayonun Poladİı kəndində fəaliyyət göstərmiş Lenin adına kolxozda pambıqçı vəzifəsində işləmişdir. Lakin bunu sübut edə biləcək əmək kitabçası yoxdur. Tərtər rayon Dövlət Arxivinə verilmiş sorğuya gələn cavabdan ərizəçiyə aid hər hansı bir sənədin təhvil verildiyi görülmür. Odur ki, ərizəçinin həmin kolxozda işləməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət vardır. Ərizəçi xx.xx.1968-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Lenin adına kolxozda pambıqçı vəzifəsində işləmişdir. Bunu hətta həmin dövrdə Tərtər rayonu Lenin adına kolxozda çalışan digər işçilər də şahid qismində təsdiq edə bilərlər.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçi onunla birlikdə 1983, 1984-cü illərdə Tərtər rayonunda Lenin adına kolxozda işləyib. Daha sonra bildirmişdir ki, ərizəçi 1984, 1985-ci illərdə kolxozda işləmişdir. İlləri tam dəqiqliyi ilə deyə bilmir, ərizəçi və digərləri balaca uşaq olarkən kəndin bütün əhalisi kimi kolxozda işləyirdilər. Dekabr və yanvar ayları çıxmaqla digər aylarda bütün əhali kolxozda işləyirdi. O vaxtlar kənd yerində işsiz heç kəs qalmırdı, hamı kolxozda işləyirdi. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib.
7. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir və onlar birlikdə 80-ci illərdə orta məktəbdə oxuyarkən Tərtər rayonunda Lenin adına kolxozda çalışmışlar. İlləri hazırda dəqiq xatırlaya bilmir, təqribi deyə bilər ki, ərizəçi ilə 1985-ci, 1986-cı ildən kolxozda işləmişdir. Təzyiqi olduğuna görə illəri dəqiqliyi ilə xatırlamır. Ola bilsin ki, 1983-cü ildən birlikidə işləyiblər. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib.
8. X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Özü Lenin adına kolxozda 1983-1987-ci illərdə işləmişdir. Ərizəçi isə həm in kolxozda təxminən 1981-1988-ci illərdə çalışmışdır. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında qeyd edilməyib, lakin bununla bağlı arayış almışdır.
9. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həmkəndlisidir. Ərizəçinin onunla birgə kolxozda işlədiyi illəri dəqiq xatırlaya bilmir. İlk olaraq ərizəçinin kolxozda 1984-cü ildən 1986 və 1987-ci illərədək işləməsini, daha sonra isə onun 1980-ci ildən 1987-ci ilədək işlədiyini qeyd etmişdir. Bildirmişdir ki, ərizəçi şənbə və bazar günləri 8 saat, digər günlərdə isə gün ərzində 4 saat işləmişdir. Onun özünün həmin kolxozda işləməsi əmək kitabçasında da qeyd edilib.
10. Məhkəməyə X8 1979-1998-ci illərdə, X3 1979-1998-ci illərdə, X5 1979-1998-ci illərdə sabiq “Lenin” adına kolxozda işləmələrinə d air sübut kimi onlara aid əmək kitabçaları təqdim edilmişdir.
11. X1 1984, 1985, 1987-ci illərdə sabiq Lenin adına kolxozda işləməsinə dair Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış təqdim olunmuşdur.
12. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun nümayəndəsi tələbə qarşı etiraz edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş 11 yanvar 2023-cü il tarixli 01 nömrəli Tərtər rayon Dövlət Arxivi tərəfindən sorğuya cavab məktubunda sabiq Lenin adına kolxozun 1983-1985-ci illərə aid staj kitabları və əməkhaqqı kitablarına tərəflərindən baxış keçirilərək vətəndaş Mahmudova (Kərimova) Qəndilə Əvəz qızının adı aşkar olunmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş sorğuya verilmiş cavabdan aydın olur ki, hüquqi əhəmiyyətli sənədlər mövcüddür, lakin ərizəçinin adına rast gəlinməmişdir. Bu özüözlüyündə ərizəçinin qeyd olunan kolxozda işləmədiyini təsdiq edir. Bu səbəbdən iş üzrə 11 yanvar 2023-cü il tarixli 01 nömrəli Tərtər rayon Dövlət Arxivinin cavab məktubu olduğu üçün həmin sübutlara qiymət vermək inzibati məhkəmənin səlahiyyətinə aiddir. Buna görə də ərizənin təmin edilməməsi xahiş edilmişdir.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) Ərizəçi “iş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi” barədə ərizəsi təmin edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçinin Tərtər rayonunda sabiq Lenin adına kolxozda işləməsi faktının təsdiq edilməsi üçün məhkəmə iclasına dörd nəfər şahidin çağırılmasına baxmayaraq, X4nun əmək kitabçasında onun həmin müəssisədə işləməsinə dair qeyd yoxdur. Digər şahidlər X13, X11, X10 ərizəçinin Tərtər rayonunda sabiq Lenin adına kolxozda işləməsi ilə bağlı dəqiq illəri xatırlamadığını bildirmişlər. Həmçinin şahid X8 ifadəsinə əsasən 80-ci illərdə kəndin əhalisinin əksəriyyəti uşaqlar da daxil olmaqla, kolxozun ərazisində bu və ya digər təmizlik işlərinə cəlb edilmişlər.
15. İş stajının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi üçün ərizəçinin müəyyən vaxtlarda kolxozun ərazisində müəyyən əməklə məşğul olması deyil, onun sözügedən kolxozda işçi qismində əmək münasibətlərinə daxil olması və əmək münasibətləri ilə bağlılığı öz təsdiqini tapmalıdır.
16. Lakin, iş materialları və şahid ifadələ ri ilə ərizəçinin 1983-1985-ci illərdə sözügedən kolxozda işçi qismində əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır. Sübutlara gəldikdə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələri, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər bir şahid ayrı-ayrılıqda ərizəçinin Lenin adına kolxozda işləməsi faktını təsdiq edib. Məhkəmə əsaslandırma apararkən fikir verməli idi ki, şahidlər dəqiq günü xatırlamasalar belə, Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində ali məktəbə qəbul olunaraq təhsil almışdır. Yəni məhkəmənin qərara gəlməsinə bir kömək kimi xx.xx.1986-cı ildən sonrakı illərin istisna edildiyi iş materiallarından aydın görünür. Şahidlər əsasən 1983-1986-cı illərdə Ərizəçi kolxozda işlədiyini bildirmişlər. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda i ş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. İşin halından göründüyü kimi nəinki 2, 4 şahid birinci instansiya məhkəməsində iclas zalında dindirilərək ərizəçinin Lenin adına kolxozda pambıqçı vəzifəsində göstərilən illərdə işləməsi barədə ifadə vermişdir. Lakin məhkəmə şahidlərin sözügedən ifadələrini nəzərə almamışdır. Halbuki, ifadələr arasında hər hansı ciddi uyğunsuzluq olmamış, şahidlər hamısı ərizəçinin kolxozda həmin illərdə pambıqçı vəzifəsində işləməsini təsdiq etmişdir. Həmçinin işin hallarından da müəyyən olunur və məhkəməyə təqdim edilmiş əmək kitabçaları və arayışla da təsdiq olunur ki, şahid qismində dindirilmiş X13, X6, X11 və X2 rayonunda yerləşən Lenin adına kolxozda uzun müddət müxtəlif vəzifələrdə çalışmışlar. Lakin bu hal da məhkəmə tərəfindən nə zərə alınmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(103)-5970/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinov (sədrlik edən və məruzəçi), hakimlər N.Cəfərov və E.Kazımovdan ibarət tərkibdə) Ərizəçi apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq ərizənin təmin edilməsi, Ərizəçi 1983-1985-ci illərdə Tərtər rayonu Poladlı kəndində Lenin adına kolxozda “pambıqçı” vəzifəsində işləməsi faktının müəyyən olunması qət etmişdir.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin Lenin adına kolxozda işləməsi mülki iş materiallarında olan, həm də onunla eyni müəssisə və ya təşkilatda birlikdə işləməsi zər uri sübutlarla, yəni əmək kitabçası ilə təsdiq olunan üç şahid ifadəsi ilə müəyyən edilmişdir.
22. Buna baxmayaraq, rayon məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş, şahidlərin ifadələrində ərizəçinin işlədiyi 1983-85-ci illərin aylarını konkret olaraq göstərə bilmədiklərinə əsaslanmış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi şahid ifadələrinə qiymət verərkən hazırkı işin faktiki hallarını, yəni ifadə verən şahidlərin tam olaraq 40 il öncə mövcud olan faktla bağlı məlumat vermələrini nəzərdən qaçırmışdır. Belə ki, bu uzun müddət ərizində həmin şəxslərin özləri barədə olan faktlara münasibətdə qeyri-dəqiqliklərə yol verməsinin özü anlaşılan və başa düşülən olardı. Belə olan halda bəlli olur ki, 1983-85-ci illərdən 40 il so nra, həm də heç vaxt ünsiyyət və münasibətdə olmadıqları ərizəçiyə aid olan fakta münasibətdə şahidlərin bildirdikləri (onun həmin illərdə özləri ilə birlikdə işləməsi) ərizəçinin təsdiqini istədiyi faktın həqiqiliyini müəyyən etmək üçün yetərli olmuşdur.
23. Bundan başqa, mübahisəli dövr 1983-1985-ci illəri əhatə etdiyindən, ərizəçinin hüquq münasibətləri məhz həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin tələblərinə əsasən on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmirdi.
24. Belə ki, həmin vaxt qüvvədə olan əmək qanunericiliyinə görə yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmirdi.
25. Bununla da 1968-ci il təvəllüdlü ərizəçinin 1983-cü ildə 15 yaşı olmuş, onun işləməsi həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin tələblərinə də uyğun olmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67, 69-cu maddələrinə, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş “Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarına və MPM-nin 14.1, 88, 307.2, 307.2.1, 311-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Ərizəçi tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (mə sələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
29. Ərizəçi öz tələbində 1983-1985-ci illərdə Tərtər rayonu Poladlı kəndində Lenin adına kolxozda pambıqçı vəzifəsində işləməsinə dair faktın təsdiqini xahiş etmişdir. Lakin iş üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01 saylı məktubuna əsasən 1983-1985-ci illərə aid əmr kitabları və əmək haqqı kitablarına baxış keçirilmiş, vətəndaş Mahmudova (Kərimova) Qəndilə Əvəz qızının adı aşkar olunmamışdır.
30. Beləliklə, qeyd olunan sübutun mövcud olmasına və məhkəməyə məlum olmasına baxmayaraq, apellyasiya instasiyası məhkəməsi ərizəçinin tələbinin təmin olunması zamanı sadəcə qeyri-dəqiq, natamam və birbiri ilə ziddiyət təşkil edən məlumatları özündə əks etdirən şahid ifadələrinə əsaslanmış, bununla da sübutlara obyektiv, qərəzsiz, hərtərəfli yanaşmayaraq işə tam baxmamışdır
31. Kasator öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 1-ci, 1.3-cü və 13.4-cü bəndlərinə, MPM-nin 62, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Ərizəçinin vəkili kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin rədd olunmasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
36. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin ar ayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu (01 yanvar 2006-cı ilədək qüvvədə olmuş)
37. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
38. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamə
39. Bənd
16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfində n müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir.
40. Bənd
17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün ça tışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə ləğv edilməli və ərizəçinin tələbi təmin edilməməlidir.
49. Belə ki, ərizəçi onun 1983-1985-ci illərdə Tərtər rayonun Poladlı kəndində fəaliyyət göstərmiş Lenin adına kolxozda pambıqçı işlədiyini, lakin həmin dövrə aid əmək fəaliyyətinə dair məlumatların əmək kitabşasına daxil edilmədiyini və arxiv sənədlərindən də məluma t əldə edə bilmədiyini bildirərək, həmin dövrdə işləməsi faktının müəyyən edilməsini xahiş edir.
50. Ərizəçinin bu tələbi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə aiddir. Bu cür faktlar MPM-nin 307.2.1-307.2.10-1-ci maddələrində məzmunu konkret qeyd olunmaqla müəyyən edilmişdir. Eyni zamanda MPM-nin 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur və hazırki tələb məhz MPM-nin 307.2.11-ci maddəsində müəyyən edilmiş tələblərə aiddir.
51. MPM-nin 307.1 və 308-ci maddələrinin mənasına görə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında o faktlar müəyyən edilə bilər ki, belə faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.
52. Bu baxımdan müəyyən olunması tələb edilən fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Yəni bu fakt təsdiq olunduğu halda, onun sosial sığorta stajı kimi pensiya təyin edilməsi zamanı nəzərə alına bilər.
53. Əmək stajının müəyyən olunmasının özünəməxsus hüquqi xüsusiyyətləri ondan ibarətdir ki, ərizəçinin qeyd etdiyi illərdə şəxsin müəyyən müəssisə və ya təşkilatda işləməsi onun adına açılmış əmək kitabçasında qeyd olunurdu. Azərbaycan Respublikasında “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir (1.1-ci bənd). Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır (1.2-ci bənd).
54. Bütün kolxozlarda kolxozun üzvləri üçün hər ay əmək haqqı hesablanması və ödənilməsinə dair cədvəllər tərtib olunur və həmin cədvəllər ciddi hesabat sənədi hesab edilməklə uzun müddət saxlanılır. Kolxoz üzvlərinə həmçinin məhsul bölgüsünə dair sənədlər tərtib olunur. Başqa sözlə, əmək stayı, hər bir halda sənədlər əsasında müəyyən oluna bilən bir fəaliyyətdir. 55. “Əmək pensiyaları haqqında” qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
56. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərində qeyd olunurdu ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəb dən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
57. Göründüyü kimi qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənədlər təqdim edilə bilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək stajı müəyyən edilə bilər. Lakin bu halda, əmək fəaliyyətinə dair məlumatların təqdim edilə bilməməsi üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) baş verməli və həmin sənədləri (yəni mövcud olmuş sənədləri) başqa qaydada bərpa etmək qeyri-mümkün olmalıdı r.
58. Baxılan işin hallarından görünür ki, ərizəçinin işlədiyini iddia etdiyi kolxoza aid sənədlər hazırda arxivdə saxlanılır, lakin həmin sənədlərin içində ərizəçiyə aid sənədlər yoxdur. Başqa sözlə, ərizəçiyə aid iş stajı sənədlərinin təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla əlaqədar itməsi və ya məhv olmasına dəlalət edən hal mövcud deyil. Ərizəçi kifayət qədər uzun müddətdə - 19831985-cı ilərdə kolxozda işləməsini iddia etməsinbə baxmayaraq, hətta dolayısı ilə bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda yalnız şahid ifadələrinə istinadən əmək stajının müəyyən edilməsi, sübutun yetərliliyi baxımından sual doğurur.
59. Nəzərə alınmalıdır ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdiril məsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
60. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
61. Eyni zamanda sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi- nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı).
62. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul e dilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi, şahid ifadələrinə müəyyən edilməli faktın obyektiv təsdiqini tapan hallar kimi qiymət verməkdə haqlı olmamışdır.
63. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5970/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi 1983-1985-ci illərdə Tərtər rayonun Poladlı kəndində fəaliyyət göstərmiş Lenin adına kolxozda pambıqçı işləməsi faktının müəyyən edilməsi tələbi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.