Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1054/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: ilk-cərimə məbləğinin ödənilməsi, qarşılıqlı-maddi və mənəvi zərər, borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlunda n ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6925/2021 nömrəli iş üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixli Barışıq Sazişinin surətindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 18.06 kv.m olan 15 saylı mənzilini sökülməsi üçun Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi, bunun müqabilində "xxxx" MMC 24 (iyirmi dörd) ay ərzində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində inşa ediləcək 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.0 kv.m olan 2 otaqlı 52 saylı mənzilini təmirsiz vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşlər. Tərəflərin razılaşmasına əsasən Cavabdeh mülkiyyətinə verilən, ümumi sahəsi 96.0 kv.m olan mənzilinə görə əlavə olaraq "xxxx" MMC-nə 63000 (altmış üç min) manat məbləğində pul vəsaiti ödəyəcəkdir. Cavabdeh həmin pul məbləğinin, yəni 63000 (altmış üç min) manat pul vəsaitinin 5000 (beş min) manatını 02.08.2017-ci il tarixdə, qalan 58000 (əlli səkkiz min) manatı ilk 4 (dörd) ay hər ay 3000 (üç min) manat, 46000 (qırx altı min) manatı isə 2018-ci ilin fevral ayındək ödənilmək şərtilə "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yalnız dəyəri tam ödənildikdən sonra mənzil üzərində sahiblik və istifadə hüququ əldə edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(007)-459/2017 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X2 və Cavabdeh qarşı «mənzildən çıxarılma tələbinə» dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə görə: “1. Bu müqaviləyə əsasən X3 istifadəsində olan Bakı şəhəri, Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 20.0 kv.m olan 19 saylı mənzilin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 20 14-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi, bunun müqabilində "xxxx" MMC 4 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 6-mərtəbəli 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 68,25 kv.m olan 1 otaqlı 68 saylı mənzilini tam təmirli vəziyyətdə X1 mülkiyyətinə verməyi öhdəsinə götürür.
2. Bu müqaviləyə əsasən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 18,06 kv.m olan 15 saylı mənzilinin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi, bunun müqabilin də "xxxx" MMC 24 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96.0 kv.m olan 2 otaqlı 52 saylı mənzilini təmirsiz vəziyyətdə Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürür.
3. Tərəflərin razılaşmasına əsasən, Cavabdeh mülkiyyətinə verilən, ümumi sahəsi 96,0 kv.m olan mənzilinə görə əlavə olaraq "xxxx" MMC-yə 63000 (altmış üç min) manat məbləğində pul vəsaiti ödəyəcəkdir. Cavabdeh həmin pul məbləğinin, yəni 63000 (altmış üç min) manat pul vəsaitinin 5000 (beş min) manatını 02.08.2017-ci il tarixdə, qalan 58000 (əlli səkkiz min) manatı ilk 4 ay hər ay 3000 (üç min) manat, 46000 (qırx altı min) manatı isə 2018-ci ilin fevral ayınadək ödənilmək şərtilə "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. Cavabdeh yalnız dəyəri tam ödənildikdən sonra mənzil üzərində sahiblik və istifadə hüququ əldə edir.
4. Bu barışıq sazişi notariat qaydada təsdiq olunaraq bağlandığı və yuxarıda sözügedən müqavilə imzalandığı (notariat qaydasında təsdiq olunduğu) andan tərəflər bir-birlərinə qarşı qaldırdıqları iddialardan imtina edir və bütün iddia tələblərini ödənilmiş hesab edir.
5. Məhkəmədə olan iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu tərəflərin hər birinin özünə aid edilir. Tərəflərə izah olunur ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikcə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldiləcəkdir.” "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən “Sakin” istifadəsində olan, ünvan 1 ünva nında istismar müddəti bitmiş tikilidə yerləşən 18,06 kv.m sahəsi olan otağı Akt əsasında (müqaviləyə Əlavə 1) “MMC”-yə təhvil verir. “MMC” isə həmin mənzilin əvəzində ünvan 2 ünvanında 2 saylı yaşayış binasında 45 m2 ümumi sahəsi olan mənzili “Sakin”in istifadəsinə verir. “Sakin” əlavə götürdüyü sahədən imtina edərək məbləği ödəmədiyi təqdirdə, “Sakin”ə 45 m2-lik sahə “MMC” tərəfindən verilir və “Sakin” 12000 AZN (on iki min) ödəyir. “MMC” “Sakin”in ərizəsinə əsasən ünvan 2 ünvanında “Sakin”-ə ödəniş şərti ilə əlavə 51 m2 sahə verir. Cəmi sahə 96 m2 olan 8-ci mərtəbə 52 saylı mənzili “Sakin”in istifadəsinə verir. Əlavə sahəyə görə “Sakin”in ödənişi 63000 AZN (altmış üç min) təşkil edir. Bu müqavilə imzalandığı tarixdən 6 (altı) ay sonra yəni 2017-ci ilin iyul ayında “Sakin” şirkətə 5000 ( beş min), 2017-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarının hər birində 3000 (üç min) AZN, cəmi 12000 (on iki min) AZN, 2017-ci ilin fevral ayında isə qalan 46 000 (qırx altı min) AZN tam olaraq “MMC”-yə ödəyir. Ödənişin gecikdiyi hər gün üçün “Sakin” ödəniləcək məbləğin 0,1 faizi həcmində “MMC”-yə cərimə ödəyir. Bakı şəhəri Nizami rayonu icra və probasiya şöbəsinin icra məmuru Ə.Aslanov, Cavabdeh, tələbkarın nümayəndəsi Vəkil1, hal şahidi A. İbrahimov tərəfindən 19 may 2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-nin yerləşdiyi ünvan 3 ünvanında olmuşlar. Ünvanda olan zaman iş üzrə tərəf Cavabdeh tərəfindən icra vərəqəsi üzrə göstərilmiş olan 63 000 manat puldan ödənil məmiş 13 500 manat pulun ödənilməsi təklif olunmuş, lakin "xxxx" MMC tərəfindən həmin məbləğin qəbulundan imtina edilmişdir. Bakı şəhəri Nizami rayonu icra və probasiya şöbəsinin icra məmuru Ə.Aslanov, "xxxx" MMC-nin hüquqşunası Nümayəndə, Cavabdeh tərəfindən 21 sentyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 4 ünvanında olmuşlar. Ünvanda olan zaman Cavabdeh tərəfindən barışıq sazişi üzrə 63 000 manat pul tam şəkildə "xxxx" MMC-yə ödənilmiş, sonradan "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 16 mərtəbəli 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m. olan 2 otaqlı 52 saylı mənzilin açarları Cavabdeh onun həmin mənzildən sər bəst şəkildə istifadə hüquqları izah edilməklə təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “müqavilə öhdəliyinin icra edilməməsi ilə bağlı cərimənin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı, 03 fevral 2017-ci il tarixli qərardadı ilə təsdiqlənən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə 28.990 (iyirmi səkkiz min doqquz yüz doxsan) manat pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına keçiriməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia ü zrə cavabdeh "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə 23.262 (iyirmi üç min iki yüz altmış iki) manat pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı, 03 fevral 2017-ci il tarixli qərardadına əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinə əsasən, tərəflər arasında bağlanan 02 fevral 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh istifadəsində olan, ünvan 5 ünvanda istismar müddəti bitmiş tikilidə yerləşən 18.06 kv.m sahəsi olan otağı iddiaçıya təhvil verməyi, bunun müqabilində 63 000 manat cavabdeh tərəfindən əlavə ödəniş edildikdə "xxxx" MMC ünvan 6 ünvanda inşa edilən 2 saylı binada, sahəsi 96 kv.m olan 52 saylı mənzili təmirsiz vəziyyətdə cavabdehin istifadəsinə verməyi öhdəsinə götürüblər. Lakin cavabdeh öz müqavilə öhdəliklərini vaxtında yerinə yetirməyib. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən ünvan 6 ünvanda inşa edilən 2 saylı binada, sahəsi 96 kv.m olan 52 saylı mənzillə əlaqədar tikinti şirkətinə 63 000 manat pulu 02.02.2018-ci il tarixində ödəməli olduğu halda, cavabdeh 2018-ci ilin fevral ayına qədər cəmi 21000 (iyirmi bir min) manat ödəyib. Tiki ntidə Dövlət Nəzarəti Jurnalındakı qeydlərə əsasən ünvan 6 ünvanda inşa edilən 2 saylı yaşayış binasında tamamlama və abadlıq işləri 10 dekabr 2018-ci ildə yekunlaşıb və həmin vaxtdan mənzilin dəyərini tam ödəyən sakinlərə mənzillərin açarı təqdim olunub və onlar öz mənzillərində təmir işlərinə başlayıblar. Həmin vaxt cavabdeh müqavilə əsasında 52 saylı mənzillə bağlı ödəməli olduğu məbləğdən cəmi 31000 (otuz bir min) manat ödəmiş və həmin dövrdə iddiaçıya onun borcu isə (63000 - 31000) 32000 manat olub. Elə həmin gündən cavabdehə izah olunub ki, pulu tam ödədikdən sonra müqavilənin 1.6-cı maddəsinə əsasən onun mənzilə sahiblik və istifadə hüququ yaranır. Pulu ödəmədiyi halda isə müqavilənin 1.5-ci bəndinin tələbinə əsasən ödənişi gecikdiyi hər gün üçün ödəniləcək məbləğin 0,1 faizi həcmin də yəni 32000 manat qalıq borcla bağlı hər gün 32 manat cərimə ödəməli olacaq. Binanın tikintisi tam başa çatana qədər iddiaçıya cərimə hesablanmayıb. Həmin vaxtdan sonra isə cavabdehin tikinti şirkətinə ödənişləri aşağıdakı şəkildə olub: 2019-cu il tarixdə şirkətə 3000 (üç min) manat ödənilib. Həmin puldan (32 gün x 32 manat) 1024 (min iyirmi dörd) manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (32.000 - 1976) 30.024 manat olub. 16.03.2019-cu il tarixdə şirkətə 2000 (iki min) manat ödənilib. Həmin puldan (63 gün x 30.02 manat) 1891 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (30.024-109) 29.915 manat olub. 16.04.2019-cu il tarixdə şirkətə 2000 (iki min) manat ödənilib. Həmin puldan (31 gün x 29.91 manat) 927 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (29.915 -1073 ) 28.842 manat olub. 22.05.2019-cu il tarixdə şirkətə 2000 (iki min) manat ödənilib. Həmin puldan (38 gün x 28.84 manat) 1095 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (28.842 - 905) 27.937 manat olub. 27.06.2019-cu il tarixdə şirkətə 3300 (üç min üç yüz) manat ödənilib. Həmin puldan (35 gün x 27.93 manat) 977 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (27.937 - 2.323) 25.614 manat olub. 26.07.2019-cu il tarixdə şirkətə 3000 manat ödənib. Həmin puldan (29 gün x 25.61 manat) 742 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (25.614 - 2.258) 23.356 manat olub. 27.08.2019-cu il tarixdə şirkətə 3200 (üç min iki yüz) manat ödənilib. Həmin puldan (32 gün x 23.35 manat) 747 manat cəriməyə hesablanıb. Həmin gün üçün qalıq borc (23.356 - 2.453) 20.903 manat olub. 27.08.2019-cu il tarixdən sonra cavabdeh tikinti şirkətinə heç bir ödəniş etməyib. Ona dəfələrlə izah olunub ki, bağlanan müqavilənin 1.6-cı maddəsinin tələbinə əsasən şirkətə olan borclar tam ödənilməyincə maliyyə arayışı verilə bilməz. Ödənilənəcək istənilən məbləğlə əlaqədar cavabdehə qanunvericiliyin tələbinə uyğun surətdə müvafiq qəbz veriləcək. Ödənişlərin gecikdirilməsi ilə bağlı müqavilədə nəzərdə tutulan cərimə məbləği tam ödənildikdən sonra isə ona mənzilə görə şirkətə borcu olmadığı barədə maliyyə arayışı veriləcək. Lakin cavabdeh bunu qəbul etməyərək mənzillə bağlı ödəniş etməkdən imtina etmişdir. 06.02.2020-ci il tarixdə cavabdeh şirkətin ofisinə dəvət edilib və ona yazılı şəkildə bildiriş təqdim olunub ki, şirkətə olan borcu tam şəkildə ödənilmədiyi halda onunla bağlanan müqavilən in ləğvi barədə məhkəmədə mülki qaydada iddia qaldırılacaq. Həmin bildirişi aldığı barədə cavabdehin kiril əlifbası ilə özü tərəfindən yazdığı müvafiq qeydi vardır. 11 mart 2020-ci il tarixdə yenə şirkətin ofisində vəkilinin iştirakı ilə təkrar olaraq cavabdehə həm əsas borcunu, həm də cəriməni ödəməsi təklif olunub. Lakin cavabdeh bildirib ki, o cəriməni ödəməyə razı deyil. Əsas borcu ödəməyə hazır olduğunu sözdə bildirsə də, əsas borcu da ödəməyib. 19 may 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu İcra və probasiya şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun iştirakı ilə Cavabdeh ''Rahatlığın Məkanı" MMC-nin ünvan 7 ünvanında yerləşən ofisinə dəvət olunub və ona bildirilib ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan müqavilənin 1.5-ci bəndində mənzillə bağlı ödənişlərin vaxtında ödənil mədiyi üçün tətbiq edilən cəriməni ödəsin. Lakin cavabdeh bundan imtina etmişdir. Sonradan yenə icra məmurunun və vəkilinin iştirakı ilə keçirilən görüşlərdə əsas borcu ödəməyə sözdə razılıq versə də, lakin növbəti dəfə hər hansı ödəniş etməkdən imtina edib. Bununla bağlı iddiaçı tərəfindən icra məmuruna da dəfələrlə müraciət edilib. Cavabdeh ona da sözdə əsas borcu ödəməyə söz versə də, yenə heç bir ödəniş etməyib. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 02 fevral 2017-ci il tarixli barışıq sazişinin 4.1-ci maddəsinə əsasən barışıq sazişini imzalayan tərəflər üzərinə götürdükləri öhdəlikləri layiqincə icra etmədiklərinə görə qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan müqavilənin 1.5-ci bəndində mənzil lə bağlı ödənişlərin gecikdiyi hər gün üçün ödənilməyəcəyi təqdirdə 0.1 faiz həcmində cərimənin tətbiq olunacağı öz əksini tapıb. Cavabdeh həmin müqaviləni vəkilinin iştirakı ilə diqqətlə öyrərib və hər səhifəsini imzalayıb. Digər tərəfdən, barışıq sazişində Cavabdeh üzərinə götürdüyü öhdəliyə əsasən 63000 manat vəsaiti 02.02.2018-ci il il tarixdə ödəməli olduğu halda öhdəliyini yerinə yetirməyib. İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, əsassız kommunal borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin təhvil verilməsinin gecikdirilməsi nəticəsində dəymiş 20000 (iyirmi min) manat maddi zərərin, 10000 (on min) manat məbləğində mənəvi zərərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh ödənilməsi, əsassız borc kimi yazılmış 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadı ilə "xxxx" MMC ilə Cavabdeh arasında barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinin şərtlərinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 18.06 kv.m olan 15 saylı mənzilin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısı 2014-cü il aprelin 15də verilmiş 158 №-li sərəncama əsasən, mənzilin yerləşdiyi binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi və əlavə olaraq 63.000 manat pulu ödəməyi, "xxxx" MMC isə həmin ərazidə tikiləcək 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı 52 saylı mənzili Cavabdeh təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh tərəfindən ödənilməli olan pulun 13500 manat hissəsi "xxxx" MMC tərəfindən 2019-cu ilin əvvəllərindən qəbul olunmaqdan imtina olunmuş, həmçinin ərazidə tikilən 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı 52 saylı mənzili Cavabdeh təhvil verilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadında barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdə n boyun qaçırıldıqda məcburi icraya yönəldiləcəyi qeyd olunmuşdur. Tərəflərindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadının məcburi icraya yönəldilməsi üçün icra vərəqəsinin Nizami Rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bundan sonra həmin qərardad məcburi icra olunmuş və mənzil 21.09.2020-ci il tarixində Cavabdeh təhvil verilmişdir. Mənzil təhvil verildikdən sonra guya tərəflər arasında imzalanmış “Kommunal xidmətlərin ödənilməsinə dair müqavilə əsasında” Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat borcunun olması barədə qəbz verilmişdir. Bu günə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində inşa edilmiş 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı 52 saylı mənzili barışıq şərtlərinə uyğun olaraq Cavabdeh təhvil verilmədiyi üçün ona 20000 (iyirmi min) manat maddi zərər dəymişdir. Qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cavabdeh istirab və gərginlik keçirmiş, bununla da ona 10 000 manat məbləğində mənəvi zərər dəyib. Ona görə də qarşılıqlı iddia üzrə cavabdehdən Cavabdeh xeyrinə 10000 (on min) manat tutularaq ödənilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-530/2021) ilkin iddianın qismən təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2017-ci il tarixl i müqavilə üzrə, Cavabdeh 10000 (on min) manat pul alınaraq "xxxx" MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsinin gecikdirilməsi nəticəsində dəymiş 20000 (iyirmi min) manat maddi zərərin, 10000 (on min) manat məbləğində mənəvi zərərin "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilməsi, əsassız borc kimi yazılmış 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcun silinməsi" tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun "Rahatlığın Məkanı MMC"-yə, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliy ə əməl edib, müqavilədə nəzərdə tutulmuş məbləği vaxtında ödəməmişdir. Cavabdeh qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan müqaviləyə ödənişin gecikdiyi hər gün üçün “Sakin” ödəniləcək məbləğin 0,1 faizi həcmində “MMC”-yə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə “MMC” qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış cərimə məbləğini ödəməlidir. Məhkəmə "xxxx" MMC tərəfindən tələb olunan cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək olduğunu qeyd etmiş və ödənilməli məbləği 10.000 (on min) manat həddində müəyyən etmişdir. Məhkəmə qarşılıqlı iddiaçının tələbini əsassız sayaraq qeyd edir ki, Cavabdeh 02 fevral 2017-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etdikdən dərhal sonra mənzil ona verilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayonu icra və probasiya şöbəsinin icra məmuru Ə.Aslanov, "xxxx" MMC-nin hüquqşunası Nümayəndə, Cavabdeh tərəfindən 21 sentyabr 2020-ci il tarixli akta əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 4 ünvanında olmuşlar. Ünvanda olan zaman Cavabdeh tərəfindən barışıq sazişi üzrə 63.000 manat pul tam şəkildə "xxxx" MMC-yə ödənilmiş, son radan "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 16 mərtəbəli 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m. olan 2 otaqlı 52 saylı mənzilin açarları Cavabdeh onun həmin mənzildən sərbəst şəkildə istifadə hüquqları izah edilməklə təhvil verilmişdir. Həmçinin məhkəmə "xxxx" MMC-nin hüquqşunası Nümayəndə və Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia tələbinin Cavabdeh əsassız borc kimi yazılmış 577.50 (beş yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində borcla bağlı hissədə artıq tərəflər arasında mübahisənin olmaması izahatlarını nəzərə alaraq qarşılıqlı iddia tələbinin həmin hissədə də təmin edilməməsi qənaətinə gəlir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev, iş № 2(103)-6925/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti rədd olunmuş, hazırki iş üzrə Nizami Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib. Belə ki, 02.02.2017-ci ildə tərəflərin arasında müqavilə bağlanıb (iş v. 10). Həmin müqavilənin 1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində mənzilin verilməsi və pul ödənilməsi barədə qarşılıqlı öhdəliklər müəyyən ediblər. Müqavilənin 1.3-cü bəndində əlavə sahəyə görə cavabdehin 63.000 manat pul ödəmək öhdəliy i müəyyən olunub. Müqavilənin 1.4-cü bəndində isə pulun hissə-hissə ödənilməsi razılaşdırılıb. Həmin bənddə qeyd olunub ki, bu müqavilə imzalandığı tarixdən 6 ay sonra, yəni 2017-ci ilin iyul ayında cavabdeh iddiaçıya 5.000 manat, 2017-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarının hər birində 3.000 manat, cəmi 12.000 manat, 2017-ci ilin fevral ayında isə qalan 46.000 manatı tam olaraq ödəyir. Cavabdeh pul öhdəliyinin icrasını gecikdirib. İcranın gecikdirilməsi birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən olunub və lazımi qaydada əsaslandırılıb. Müqavilənin 1.5-ci bəndində qeyd olunub ki, ödəniş gecikdirildiyi halda gecikdirilən hər gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində cərimə ödənilməlidir. İddiaçı həmin bəndə istinad edərək 23.262 manat cərimə təl əb edir. Birinci instansiya məhkəməsi cərimənin məbləğini tənasübsüz surətdə yüksək hesab edərək onu azaldıb, 10.000 manat müəyyən edib. Bu nəticə Mülki Məcəllənin 425 və 462-ci maddələrinin göstərişlərinə uyğundur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib. cavabdehin hər hansı hüququnun, azadlığının və ya qanuni mənafeyinin iddiaçı tərəfindən pozulduğu müəyyən olunmur. Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrindən görünür ki, “zərər” və “mülki məsuliyyət” anlayışlarının əsasında şəxsin hüququnun, azadlığının və ya qanuni mənafeyinin pozulması dayanır. O cümlədən kommunal xidmətə görə 577,50 manat borcun silinməsi barədə tələb düzgün olaraq rədd olunub. Belə ki, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsində bildirib ki, komm unal ödənişlər ödənilib, bununla bağlı mübahisə yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2021-ci il tarixli 2(103)-6925/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən aydın olur ki, tərəflər arasında yaranmış mübahisənin həll edilməsi üçün barışıq sazişi olmuşdur. Məhkə mə isə öz qətnaməsində pozuntuya yol verərək tərəflər arasında imzalanmış barışıq sazişini nəzərə almadan, sazişin bəndlərinə hüquqi qiymət vermədən əsassız olaraq müqavilə şərtlərinə istinad etmiş və bununla da əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 881-ci maddəsinə istinad etməyərək pozuntuya yol vermişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadı ilə "xxxx" MMC ilə Cavabdeh arasında barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinin şərtlərinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) sahəsi 18.06 kv.m olan 15 saylı mənzilin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısı 2014-cü il aprelin 15-də verilmiş 158 №-li sərəncama əsasən, mənzilin yerləşdiyi binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi və əlavə olaraq 63.000 manat pulu ödəməyi, "xxxx" MMC isə həmin ərazidə tikiləcək 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı 52 saylı mənzili Cavabdeh təhvil verməyi öhdəsinə götürmüşdür. Yəni tərəflər arasında yaranmış münasibət müqavilə münasibətlərindən irəli gəlməmiş, barışıq sazişi əsasında irəli gəlmişdir. Tərəflərindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadının məcburi icraya yönəldilməsi üçün icra vərəqəsinin Nizami Rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə Nizami Rayon Məhkəməsinə müraciə t olunmuşdur. Bundan sonra həmin qərardad məcburi icra olunmuş və mənzil 21.09.2020-ci il tarixində Cavabdeh təhvil verilmişdir. Cavabdeh öhdəliyin icra edilməməsi və gecikdirilməsi üçün dəbbə ödəyəcəyi ilə bağlı razılıq verməmişdir. Bu şərt barışıq sazişində mövcud deyildir. İş materiallarından aydın olur ki, pul vəsaitinin gecikdirilməsi Cavabdeh təqsiri ucbatından baş verməmişdir. Belə ki, barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh tərəfindən ödənilməli olan pulun 13.500 manat hissəsi "xxxx" MMC tərəfindən 2019-cu ilin əvvəllərindən qəbul olunmaqdan imtina olunmuş, həmçinin ərazidə tikilən 16 mərtəbəli 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv.m olan 2 otaqlı 52 saylı mənzili Cavabdeh təhvil verilməmişdir. Tərəflərindən Bakı şəhəri Nizami Rayon Məhkəmə sinin 2(007)-459/2017 saylı mülki iş üzrə 03 fevral 2017-ci il tarixli qərardadının məcburi icraya yönəldilməsi üçün icra vərəqəsinin Nizami Rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bundan sonra həmin qərardad məcburi icra olunmuş və mənzil 21.09.2020-ci il tarixində Cavabdeh təhvil verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC barışıq sazişi üzrə və “müqavilə” üzrə öhdəliklərini gecikdirmiş və qeyd edilən tarixdə mənzili Cavabdeh təhvil verməmişdir. "xxxx" MMC öz iddia tələbinin hüquqi əsaslarını sübut edə bilməmişdir. Məhkəmə işin hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, mübahisə edilən binanın hansı tarixdə istismara qəbul edilməsini məhkəmə müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü n əzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəylər i ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən k ənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunsa da, ilk iddia tələbi üzrə dəbbə pulunun məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir, bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcə llənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulunu 10000 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası həmin məbləğin borclunun mənafeyinə uyğun olmaması qənaətinə gəlir. Müqavilənin bağlanmasının səbəbləri, şərtləri, tələb irəli sürülərkən əsas borc öhdəliyinin məbləği, məbləğin ardıcıl olaraq hissə-hissə ödənilməsinin təmin edilməsi, müqavilənin bağlanmasında ilk iddiaçının təşəbbüsünün olması, həmin vaxt cavabdehin imkanlar ının müəyyən edilməsi üçün kifayət edən dərəcədə dəyərləndirmə aparmaq imkanlarının məhdud olması nəzərə alınmalıdır. Dəbbə pulunun məbləği müəyyən edilərkən elə məbləğ müəyyən edilməlidir ki, həmin məbləğ borclunun əsas öhdəliklərinin icrasına mane olmasın, onun həddindən artıq məsuliyyət altına qoyulmasına səbəb olmasın, tərəflərin mənafeyi arasındakı ədalətli tarazlığa xidmət etmiş olsun. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dəbbə borcunun məbləği dəyişdirilərək 2100 manat məbləğində müəyyən edilməsi hər iki tərəfin mənafeyinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6925/2021 nömrəli iş üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsi ilk iddia üzrə cərimə məbləği hissəsində dəyişdirilsin. Cərimənin məbləği 2100 (iki min yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.