Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1054/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina, müddətin buraxılma səbəbinin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Cavabdeh1 qarşı “cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin təhvil verilməsi, maneələrin aradan qaldırıl ması, pozulmuş mülkiyyət hüququnun bərpası” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-250/2024 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 17 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra “cavabdehlər”) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixli 5/2 saylı qərar əsasında onun mülkiyyətində olan Ünvan 1-də yerləşən torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, cav abdehlər tərəfindən ərazinin boşaldılması, torpaq sahəsinin ona təhvil verilməsi və mülkiyyətinə olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(001)2111/2021 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-356/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
5. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1601/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(103)356/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-250/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2111/2021 saylı mülki iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Məmməd Məmmədov) d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-250/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3914/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-250/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilmişdir.
10. Qərardad onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin kassasiya şikayətinin məzmununu müəyyən edən 407.3-cü maddəsinin tələblərinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırkı işdə kassasiya şikayəti iddiaçının vəkili Vəkil1 tərəfindən imzalansa da, həmin şəxsə verilmiş etibarnamənin qüvvədə olma müddəti bitmişdir. Bundan başqa, kassasiya şikayətinə əlavə edilən order əvvəlki kass asiya icraatı üçün verilmiş orderdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-250/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 avqust 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
12. İddiaçı 25 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-250/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə vermişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı vaxtında, yəni xx.xx.2024 tarixində kassasiya şikayəti vermiş və apellyasiya instansiyası tərəfindən iş Ali Məhkəməyə göndərilmişdir. Ali Məhkəmə tərəfindən 2(102)-3914/2024 saylı xx.xx.2024-cü il qərardadla kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçının özü Bakı şəhərində uzun müddətdir olmadığından, nümayəndəyə etibarnamə verilməsi fiziki cəhətdən mümkün olmamışdır. Daha sonra iddiaçının daha əvvəllər X1 verdiyi etibarnamə əsasında yalnız xx.xx.2024-cü il tarixdə vəkilə etibarnamə verilmiş və vəkillə müqavilə bağlanmışdır. Buna görə də şikayətin verilməsi xx.xx.2024-ə qədər uzanmışdır. Odur ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün müddət ötürülm əmiş hesab edilməklə, müddətin bərpa edilməsi xahiş edilmişdir.
14. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-250/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Sabit Bəhrəmzadə)
15. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına və “AZEMİS” “Elektron Məhkəmə” İnformasiya Sisteminə əsasən müəyyən etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti iddiaçının nümayəndəsi-vəkilinin elektron kabinetinə 12 avqust 2024-cü il tarixdə saat 15:58-də yerləşdirilmişdir. Bununla da iddiaçı tərəfə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2 024-cü il tarixli, 2(103)-250/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 12 oktyabr 2024-cü il tarixə təsadüf edir, həmin tarix isə qeyri-iş gününə düşdüyündən ondan sonrakı iş günü, yəni 14 oktyabr 2024-cü il kasasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin qurtarma günün hesab olunur.
16. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı qeyd olunan qətnamədən qanunla müəyyən edilmiş müddət daxilində kassasiya şikayəti ilə müraciət etmişdir, lakin kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və mübahisələndirilən qətnamədən kassasiya şikayəti verilməsi üçün order əlavə edilmədiyindən şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. Bu barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-250/20 24 nömrəli, 19 noyabr 2024cü il tarixli qərardadı qəbul edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Eyni zamanda qeyd olunan qərardad 19 noyabr 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yüklənmişdir. Lakin iddiaçı həmin qərardadla 19 noyabr 2024-cü il tarixdən tanış olsa da, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yalnız 25 dekabr 2024-cü il tarixdə kassasiya şikayəti və ərizə təqdim etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi müddətin bərpası ilə bağlı ərizədə göstərilən hallara qiymət verərək göstərmişdir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmədən kassasiya şikayəti versə də, yuxarıda qeyd edilən əsasla kassasiya şikayəti geri qaytarılmış, bu barədə son olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərardadı qəbul edilmiş, lakin iddiaçı həmin qərardadla tanış olduqdan 1 ay 6 gün sonra, kassasiya şikayəti və ərizə təqdim etmişdir ki, həmin müddət də ağlabatan müddətdə hesab edilə bilməz.
18. Belə ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edildikdən keçən müddət ərzində nöqsanları aradan qaldırmaqla yenidən kassasiya şikayəti ilə müracəit etməsinə maneə olan hallar müəyyən edilməmişdir. Halbuki üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olması və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Çünki iddiaçı qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim etməmişdir.
19. Həmçinin, ərizəçi ərizəsində göstərmişdir ki, “iddiaçının daha əvvəllər X1 verdiyi etibarnamə əsasında yalnız xx.xx.2024-cü il tarixdə vəkilə etibarnamə verilmiş və vəkillə müqavilə bağlanmışdır. Buna görə də şikayətin verilməsi xx.xx.2024-ə qədə r uzanmışdır”. Lakin həmin etibarnamədən görünür ki, iddiaçı tərəfindən X1 etibarnamə 27 aprel 2011-ci il tarixdə verilmişdir. Bu da ona dəlalət edir ki, iddiaçı tərəfindən vəkilə etibarnamə verilməsi üçün iddiaçının yetərincə müddəti olmuşdur.
20. Yuxarıda göstərilən halları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin xahişini əsaslandırdığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə çatdırmışdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasın a xidmət etməlidir. Bu konteksdə qeyd edilməlidir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizədə göstərilənlər mötəbər sübutlarla təsdiq edilmədiyindən, eləcə də müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilmədiyindən ərizə təmin edilməməli və iddiaçının kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya şikayətinin və on a qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən vaxtında, yəni xx.xx.2024 tarixində kassasiya şikayəti verilmiş və apellyasiya instansiyası tərəfindən iş Ali Məhkəməyə göndərilmişdir. Ali Məhkəmə tərəfindən 2(102)-3914/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla kassasiya şikayəti qeyri mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı özü Bakı şəhərində uzun müddət olmadığından, vəkilə etibarnamə verilməsi fiziki cəhətdən mümkün olmamışdır. Daha sonra iddiaçının daha əvvəllər X1 verdiyi etibarnamə əsas ında yalnız xx.xx.2024-cü il tarixdə vəkilə etibarnamə verilmiş və vəkillə müqavilə bağlanmışdır. Buna görə də şikayətin verilməsi xx.xx.2024-ə qədər uzanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü madd əsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə q aytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəm ə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarı...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.
31. Məhkəmə kollegiyası müddətin bərpası barədə ərizədə göstərilən dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 15-22-ci bəndlərində əks edilən hüququi mövqeyi ilə razılaşır.
32. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında hüquqi mövqe də ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
33. İddiaçı isə öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan dəlillərə istinad etməmişdir.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(106)-250/2024 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.