Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1055/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “mənzilin boşaldılması və barışıq sazişinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və İddiaçı1 Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə müstəqil tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(103)-8432/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavavbdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 1/3 hissədən 1 otaq (y/s-29 kv.m.) X8, 1/3 hissədən qalan hissəsi X5, 1/3 hissədən 1 otağı (“B” tikilisi, y/s-15,2 kv.m., k/s-16 kv.m.) X4, 1/3 hissəsinin qalan hissəsindən 1/3 hissə İddiaçı2, 1/3 hissəsinin qalan hissəsindən 1/3 hissə İddiaçı4, 1/3 hissəsi X9, 1/3 hissəsinin qalan hissəsindən 1/6 hissə X10 və 1/3 hissəsinin qalan hissəsindən 1/6 hissə X11 mülkiyyətindədir. Hazrkı iş üzrə Cavabdeh sözügedən fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən İddiaçı4 keçmiş gəlini (oğlu-iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 arvadı) olmaqla 2015-ci ildə həmin evə gəlin köçmüş, bir müddət birlikdə yaşadıqdan sonra ailə münasibətləri pisləşəmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2(004)-4018/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh keçmiş ərinə və qaynatasına qarşı “ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması, avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak bölgüsü” barədə iddia ərizə ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli, 2(004)-5518/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, avtomobilin alq-satqısı müqavil ənin etibarsız hesab edilməsi və avtomobilin ər-arvad arasında bərabər paylarla bölünməsi, iddianın qalan – yaşayış sahəsindən istifadə hüququnun tanınması hissəsində rədd olunması qət edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.06.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, İddiaçı4 və Cavabdeh 07.08.2020-ci tarixdə notarial qaydada Barışıq sazişi bağlamışlar. Həmin sazişdən görünür ki, bu razılaşmanın predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil etmiş və İddiaçı4 ünvan 3 ünvanında yerləşən paylı mülkiyyət üzrə olan fərdi yaşayış evinin 1/3 hissənin qalan hissəsindən özünə məxsus 1/3 hissəsinin Cavabdeh istifadəsində olan 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağını Sazişin şərtləri yerinə yetiriləcəyi təqdirdə sonuncunun mülkiyyətinə verməyi və həmin hissə ilə bağlı gələcəkdə heç bir mülki və hüquqi iddiası olmayacağını, məhkəmə instansiyalarına müraciət etməyəcəyini, Cavabdeh isə, keçmiş əri Daşdəmir Paşayevin mülkiyyətində olmuş ** BJ *** dövlət qeydiyyat nişanlı “'Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin üzərində paylı mülkiyyət hüququnun tanınmasından imtina edərək, həmin nəqliyyat vasitəsindən İddiaçı4 və D.Paşayevin xeyrinə imtina etməyi, sazişin şərtləri yerinə yetiriləcəyi təqdirdə həmin nəqliyyat vasitəsi ilə bağlı gələcəkdə heç bir mülki və hüquqi iddiası olmayacağıı, məhkəmə instansiyalarına müraciət et məyəcəyini öhdəsinə götürmüşdür. Hazırkı iddia tələbləri üzrə isə mübahisə predmeti olan fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi, iddaçılar və mübahisə predmeti barədəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər qeyd olunan barışıq sazişinin etibarsız olduğuna istinad edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, son olaraq Cavabdeh əşyalarının ünvan 4 ünvanından çıxarılması, Cavabdeh ilə X12 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli “barışıq sazişinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddi açılar paylı mülkiyyət huququ əsasında onlara məxus mübahisə predmeti olan fərdi yaşayış evində yaşayırlar. Cavabdeh digər payçı olan X2 gəlini kimi həmin evdə özünə məxsus əşyalarını yerləşdirmişdir. Sonradan nikhaları pozulmuş və iddiaçının yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iddia tələbi Yasamal Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə rədd edilmişdir. Buna baxmayaraq, cavabdeh evdən öz əşyalarını çıxarmır, dəfələrə aralarında mübahisələr yaşanır, vəziyyət çox ağır olduğundan məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlə payçılardan biri olan keçmiş qaynatası arasında bağlanmış 07.08.2020-ci tarixli barışıq sazişini etibarsızlıği ilə bağlı isə qeyd olunmuşdur ki, sözegdən saziş bağlanarkən digər mülkiyyətçilərin hüquqları pozul muş, onların razılığı alınmamış, payı satın almaqda üstünlük hüquqları gözlənilməmişdir. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X6 və İddiaçı1 da Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə X12 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, sözügedən sazişi imzalayan şəxs İddiaçı4 Daşdəmir Paşayevin atası və İddiaçı1 isə həyat yoldaşıdır (ailə üzvləri) və sonuncular mübahisəli evdə rəsmi qeydiyyatda olmaqla istifadə hüququna malikdirlər. Sözügedən müqavilə təstiqlənərkən mütləq şəkildə qeydiyyatda olan ailə üzvlərinin razılığı alınmalı idi, əks halda bu həmin əqdin etibarsızlığına səbəb olur. Lakin hazırkı halda qeyd edilmiş tələb pozulduğundan cavabdehlə ilə İddiaçı4 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli barışıq sazişi etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) 17 iyun 2021-ci il tarixli, 2(004)-1750/2021 saylı qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 218-ci maddəsinin tələblərini baxılan işin hallarına tətbiq edərək, qeyd etmişdir ki, iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra belə bir niyyətlərinin (payı satın almaq) olduğunu bildirməmişlər, bunu göstərəcək heç bir hərəkət etməmişlər. Belə ki, tərəflər arasında barışıq sazişi 07.08.2020-ci il tar ixdə bağlanmış, məhkəməyə iddia ərizəsi isə 01.02.2021-ci il tarixdə verilmişdir. Bundan əlavə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi tərəfindən öz payını satın almaqda üstünlük hüququ pozulmaqla başqa şəxsin xeyrinə özgəninkiləşdirilməsi, barışıq sazişinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, bu sadəcə olaraq barışıq sazişidir, payın özgəninkiləşdirilməsi və ya satılması müqaviləsi deyildir. Tərəflər aralarında 07.08.2020-ci tarixli barışıq sazişi üzrə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi əqdin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildi rilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisələndirilən əqd təsdiq edilərkən saadalanan xüsusatlara əsasən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də, qeyd edilən müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Habelə, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxslərin mübahisəli barışıq sazişinin etibarsız hesab olunmasına dair istinad etdiyi sübutlar əsassızdır və qeyd edilən sazişin etibarsız hesab olunmasına səbəb deyildir. Məhkəmə qətnaməsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 218, 324, 337 və 390-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər ayrı ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin və müstəqil təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev və Rəşad Həsənov) 06 oktyabr 2021-ci il tarixli, 2(103)8432/2021 saylı qərardadı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il qətnaməsi iddia tələbinin Cavabdeh əşyalarının ünvan 4 ünvanından çıxarılmasına dair təmin edilməmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia baxılmamış saxlanılmışdır. Həmin Məhkəmənin eyni tarixli və saylı qətnaməsi ilə isə, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən, müstəqil tələb ir əli sürən üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti isə tam təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən, müstəqil tələb isə tam təmin edilərək, Cavabdeh ilə İddiaçı4 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 07.08.2020-ci il tarixli barışıq sazişi etibarsız hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək, ilkin olaraq qeyd etmişdir ki, barışıq sazişinin predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.06.2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil edə bilməzdi, belə ki, qanuni qüvvəsini almış qətnamə ilə Cavabdeh mübahisəli evə istifadə hüquqları müəyyən edilmədiyindən həmin tələbə dair hə r hansı bir icra vərəqəsi verilməmişdir. Belə olan halda, mübahisələndirilən barışıq sazişinin predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli 2(103)-3925/2020 saylı qətnaməsinin icrası qaydası təşkil etməmişdir. Bundan başqa, digər şəxslərin hüquqlarına toxunmadığı halda belə saziş bağlanıla bilərdi. Lakin tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulub-pozulmaması notarius tərəfindən müəyyən edilməli, hər hansı şəxsin hüququna toxunduğunu müəyyən etdiyi halda, notarius tərəfindən belə hərəkətlər qəbul edilməməli, saziş təsdiqlənməməli idi. İşin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinə dair mülkiyyətçilərin hər birinin payları müəyyənləş dirilməklə paylı mülkiyyətdə olmuşdur. Həmçinin, qeyd olunmuşdur ki, paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan paya dair üstünlük hüququna malikdirlər. Hazırki iş üzrə İddiaçı4 özünə məxsus hissədən müəyyən şərt qarşılığında 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağını Cavabdeh mülkiyyətinə verməsi barədə öhdəlik götürməsi məhz həmin payın özgəninkiləşdirilməsini ehtiva edir və barışıq sazişi bağlanarkən paylı mülkiyyətin qalan mülkiyyətçilərinə müvafiq təklif edilmədiyindən onların üstünlük hüququ pozulmuşdur. Digər tərəfdən, mübahisələndirilən barışıq sazişi ilə adıçəkilən fərdi yaşayış evinin 1 otaq, 1 mətbəx və 1 sanitar qovşağı Cavabdeh mülkiyyətinə verilsə də, bu barədə həmin evin digər paylı mülkiyyətçilərin razılığı alınmamış dır. Apellyasiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 215, 218, 324 və 337-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər sözügedən barışıq sazişinin bağlanmasından 5-6 ay keçdikdən sonra alıcının hüquq və vəzifələrinin onlara keçməsi barədə deyil, barışıq sazişinin etibarsız hesab olunması barədə iddia ilə müraciət etmişlər. Halbuki, digər paylı mülkiyyətçilərin hüquqları pozulduğu halda, onlar ilk olaraq 3 ay müddətində məhkəməyə müraciət edərək, alıcının hüquq və vəzifələrinin onlara keçməsini tələb etməli idilər. İşin bu halından açıq şəkildə görünür ki, digər payçıların heç bir hüququ pozulmamış, onlar mübahisəli payı almaq niyyətində olmamış, məqsədləri sadəcə cavabdehlə bağlanmış sazişi ləğv etdirmək olmuşdur. Apellyasiya məhkəməsi isə, işin bu hallarına düzgün hüquqi qiymət verməmiş, qarşı tərəfin hüquqdan sui-istifadələrinə şərait yaratmışdır. İddiaçılar və müstəqil tələb irəli sürən üçüncü şəxslər isə, ayrı-ayrılıqda kassasiya şikayətinə etiraz tədqim edərək, tələblərinin əsasında duran faktiki və hüquqi əsaslardan çıxış edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirmişlər. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəl lənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyə tdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (1-3-cü bəndlər). Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünl ük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ poz ulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Maddə 218.5. Bu maddənin qaydaları pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildikdə də tətbiq edilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir. Kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunundan açıq şəkildə görünür ki, qanunverici paylı mülkiyyətdə olan əşya üzərində olan paya sərəncam verilməsinin məcburi qaydasını müəyyən etmiş, mübahisə predmeti olan fərdi yaşayış evinin payçılardan İddiaçı4 Süleyman oğlu isə öz paynı cavabdehin xeyrinə özgəninkiləşdirərəkən bu qaydalara əməl etməmiş, bununla da digər payçıların qanunla qorunan hüquqları pozulmuşdur. Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8432/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.