Məhkəmə qərarları › İş №2(102)-1055/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1055/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1055/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr; tapşırıq müqaviləsi; müqavilə tələbləri üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5985/2023 nömrəli, 31 oktyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 aprel 2024-cü i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Cavabdeh adından tərtib edilmiş qəbzdə qeyd olunur ki, o, vətəndaş X1 nümayəndəsi olmaqla (xx.xx.2017-ci ildən) onun oğlu X5 cinayət işi ilə bağlı hər cür hüquqi yardım göstərilməsi və Samirə minimum cəza verməsi istiqamətində hər cür köməklik göstərilməsi məqsədi ilə İddiaçı Sabir qızından 2018-ci ilin avqust ayında 5000 (beş min) manat pul almışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(004)-1012/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmü ilə, X8 (iddiaçının qardaşı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə sözügedən hökm, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Sonradan tərəflər arasında mübahisə yaranmış, iddiaçı cavabdehdən 5000 manatı tələb etmiş, hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Binəqədi RPİ İŞ-nin qəbul etdiyi xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən vətəndaş X6 daxil olmuş ərizələri üzrə toplanmış materialda mülki-hüququ öhdəliklərin yaranması müəyyən olunduğundan, tərəflər arasında olan tələb mülki xarakterli olduğundan, toplanm ış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, cavabdeh izahatında heç vaxt Hacıəliyevlər ailəsinin, yəni, anası Simnarənin, qardaşı Hacının və Mayanın etibarından sui-istifadə etmədiyini, onları aldatmadığını bildirmişdir. Həmçinin ailələrinin razılığı ilə həmin 5000 manat pulu Mayanın ona qarşılıqlı razılaşma şəklində verdiyini, həmin puldan 1300 manatı ona kömək məqsədi ilə qaytardığını göstərmişdir.həmin məbləği onun etibarından sui-istifadə edərək aldatmaq, yaxud kiməsə rüşvət verilməsi məqsədi ilə almadığını bildirmişdir. Bu məbləğin bütövlükdə göstərdiyi və göstərəcəyi hüquqi yardımların müqabilində zəhmət haqqı şəklində verildiyini göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəmə sində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 (beş min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi təxminən 35 ildir ki, tanıyır və atasının yaxın tanışı olub. Cavabdehlə münasibətləri iddiaçıya məxsus olan Xaçmaz rayonu, Şimali kəndində yerləşən bağ evində ailəvi qalıb qonaq olarkən yaranmışdır. İddiaçının qardaşı X5 cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhkəmə prosesindən cavabdeh xəbərdar idi və onlara bildirmişdir ki, o uzun müddət prokuror işlədiyindən dostutanışı çoxdur, istəsələr danışıb onlara kömək edər. Onlar da cavabdehi tanıdıqları üçün razılaşmışlar. Cavabdeh onlara bildirmişdir ki, “5.000 (beş min) manat verin, işi həll edim, onu cəz adan azad edim”. Lakin cavabdehə istədiyi pul verilsə də, işi həll edə bilməmişdir. Cavabdeh özünü vəkil kimi göstərsə də, sonradan məlum olmuşdur, o, ümumiyyətlə, vəkil deyilmiş. İş alınmayandan sonra cavabdehdən verdiyi 5.000 (beş min) manat pulu geri istəmişdir. Cavabdeh bildirmişdir ki, anası xəstədir, karantindir, təxminən bir il müddətinə pulu qaytaracaqdır. Lakin buna baxmayaraq pulu qaytarmamışdır. İddiaçı məcbur qalaraq polis şöbəsinə müraciət etmişdir və cavabdeh polis şöbəsində də pulu aldığını etiraf etmişdir, lakin yenə də məbləği qaytarmamışdır. Sonradan iddiaçı yenə polis şöbəsinə müraciət etmişdir. Cavabdeh hətta dilindən qəbz də yazmışdır ki, 5.000 (beş min) manat məbləğində pulu qaytaracaqdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını qeyd etsə də, pulu q aytarmamışdır.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrini qeyd etməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh iddiaçının anası (hazırda mərhum) X4 ilə hüquqi yardım göstərilməsinə dair şifahi şəkildə xidmət müqaviləsi bağlamış, bu məqsədlə X4 cavabdehə notarial qaydasında təsdiq olunmuş müvafiq etibarnamə vermişdir. Xidmət haqqı olan pul məbləği isə X4 tərəfindən hissə-hissə cavabdehə müxtəlif şəxslər vasitəsilə, o cümlədən hazırki iddiaçı da daxil olmaqla verilmişdir. Başqa sözlə, X2 ilə cavabdeh arasında mülki xidmət müqavilə münasibətləri yaranmışdır. Cavabdeh ş ifahi müqavilə ilə üzərinə düşən hüquqi xidmət sahəsində lazımi xidmətləri göstərmiş, əvəzində ona çatacaq xidmət haqqı almışdır. Hazırda İddiaçı əsl iddiaçı deyil. Daha sonra, hazırki İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə istinad edir ki, bunun da hüquqi əsası yoxdur. Belə ki, cavabdehə verilmiş pul vəsaiti xidmət haqqı olaraq şifahi müqaviləyə əsasən verilmişdir. Daha iddia ərizəsində göstərilən borc kimi verilməmişdir. Bütün bu qeyd olunanlar ona dəlalət edir ki, iddiaçının tələbi əsassızdır, İddiaçı əsl iddiaçı deyil.

7. Cavabdeh, həmçinin, iddia müddətinin tətbiqi haqqında ərizə təqdim edərək göstərmişdir ki, X4 xx.xx.2017-ci il tarixdə cavabdehə notarial qaydasında təsdiq olunmuş müvafiq etibarnamə vermişdir. X2 ilə cavabdeh arasında mülk, xidmət müqav ilə münasibətləri elə həmin tarixdən, yəni xx.xx.2017-ci il tarixdən yaranmış hesab olunmalıdır. Başqa sözlə, iddia tələbi qaldırılanadək artıq 6 il keçmişdir. Halbuki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri uzrə iddia müddəti 3 ildir, iddia müddətinin axımının kəsilməsi barədə isə heç bir məlumat yoxdur. İddiaçı X6 hazırki iddia tələbinə iddia müddətini tətbiq edilərək iddia tələbinin bütövlükdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim G.V.Babazadə) 2(004)2825/2023 nömrəli 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. İddiaçının hazırda tələ b etmiş olduğu 5000 manat məbləğində pul 2018-ci ilin avqust ayında iddiaçının qardaşına hüquqi xidmətin göstərilməsi məqsədilə verilmişdir. Ali Məhkəmənin qərarı isə xx.xx.2019-cu il tarixdə qəbul olunmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, müqavilənin icrasının bitmə tarixi iş üzrə yekun məhkəmə qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarının çıxarıldığı xx.xx.2019-cu il tarix nəzərə alınmalıdır. İddiaçı tərəf qərardan narazı qalaraq cavabdehin lazimi hüquqi xidmət göstərmədiyini ən son həmin tarixdən bildiyi halda təxminən 03 il 06 ay sonra hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə iddianın iddia müddəti tətbiq edilərək rədd edilməsi nəticəsinə gəlmişdir.

11. Məhkəmə g əldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 372.1, 372.2, 373.1, 375.2, 377.1, 442, 777.1, 777.2-ci maddələrinə, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 107,119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətna mənin ləğv, iddianın təmin olunmasını və birinci instansiyada müəyyən olunmuş hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıdan beş min manat alıb qaytarmaması öz təsdiqini tapsa da, məhkəmə iddia müddətini tətbiq edərək iddianı rədd etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. O, hesab edir ki, iddia müddətinin hesablanması düzgün araşdırılmamışdır, bundan əlavə cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamış və o pul hesabına əsassız varlanmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) 2(103)-5985/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin “iddia müddətinin düzgün hesablanmaması” dəlilinə münasibətdə hesab etmişdir ki, iddiaçının qərardan narazı qalaraq cavabdehin lazimi hüquqi xidmət göstərmədiyini bildiyi ən son tarix- xx.xx.2019-cü il Ali Məhkəmənin qərarının çıxarıldığı tarixdir və həmin tarixdən üç il müddət keçdikdən sonra hazırki iddianı irəli sürmüş, bununla da qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür, deməli, iddiaçının məhkəmə tərəfindən iddia müddətinin düzgün hesablanmaması ilə bağlı dəlili əsassızdır.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin şi kayətin “cavabdeh iddiaçıdan aldığı beş min manatı qaytarmamaqla əsassız varlanmışdır” dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında münasibətlər şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuş, Mülki Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçının özü də izahatında cavabdehin müəyyən işlər gördüyünü, lakin lazım olunan nəticənin əldə olunmadığını bildirmişdir. Bu mənada bəlli olur ki, iddiaçının əsassız varlanma ilə bağlı qeyd etdiklərinin də hüquqi əsası yoxdur.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 372.1, 372.2, 373, 375.2, 377.1, 777.1, 777.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən iddiaçının iddiası əsassız və qanunsuz olaraq təmin edilməmişdir. Belə ki, məhkəmə tapşırıq müqaviləsinə istinad etsə də, onun hansı işləri gördüyünü araşdırmamış, iddiaçının iddiası üzrə aparılan araşdırılma tam, düzgün və geniş çərçivəli ol mamış, iddiaya ədalətli yanaşılmamış, iddiaçının təqdim etdiyi sübutlar araşdırılmamış və sübutlardan istifadə edib obyektiv nəticəyə gəlinməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

20. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan yenidən 2019-cu ilin dekabr ayında anasının xəstəliyini, pandemiyanı əsas gətirib 1 il vaxt almışdır. Bu 1 il müddət, 2020-ci ilin dekabr ayında bitmişdir. Deməli iddia müddətinin axımı 2020-ci ilin dekabr ayından sayılmalıdır. Aralarında 2019-cu ilin dekabrından 1 illik yeni şifahi saziş olmuşdur. Kassator hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Cavabdeh tərəfindən iddiaçının pulu qaytarılmadığından cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır.

21. Kassasiya şikay əti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 375.2, 377.1,739.1, 739.2, 1091.1 və 1092.1-ci maddələrinə, X11 və Azadlıqları Konvensiyasının 6-cı maddəsinə, MPM-in 14.2,77,88-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

24. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

25. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə idd ia müddəti isə altı ildir.

26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

28. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqd ləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

32. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiy a instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qardaşının barəsində aparılan cinayət mühakimə icraatı zamanı hüquqi yardım etmək məqsədilə cavabdehə 5000 manat pul verilmişdir. Hüquqi yardım nəticə verməmiş, pul cavabdehdə qalmışdır. İddiaçı iddiasının əsası kimi mülki qanunvericiliyin ə sassız varlanma ilə bağlı normalarına istinad edərək həmin pul vəsaitini cavabdehdən tələb etmiş, cavabdeh isə etirazının əsası kimi iddiaçı ilə aralarında müqavilə münasibətlərinin olmasına istinad edərək 3 illik iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Məhkəmələr tərəflər arasında olan münasibətlərə tapşırıq müqaviləsi kimi yanaşaraq iddia müddətini tətbiq etmiş və iddianı təmin etməmişlər.

44. Kassasiya şikayətinin əsas dəlillərini məhkəmələrin cavabdehlə olan mübahisəyə tapşırıq müqaviləsi münasibətlərini tənzimləyən MM-nin 777.1 və 777.2-ci maddələrini və iddia müddətini tətbiq etməkdə səhvə yol verməsi təşkil edir.

45. Məhkəmə kollegiyası iddiaçının ilkin, (tapşırıq deyil, əsassız varlanma ilə bağlı normaların tətbiq edilməli olması barədə) dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında MM-nin 777.2-ci maddəsi ilə nəzərdə tutulan şifahi tapşırıq müqaviləsi bağlanmışdır. MM-nin 777.1-ci maddəsində işlərin və ya digər xidmətlərin konkret nəticə əldə olunmasına təminat verilməməsi xüsusi olaraq qeyd edilmişdir. Belə olan halda, məhkəmələr əsaslı olaraq sözügedən maddi hüquq normalarına istinad etmişlər.

46. Məhkəmə kollegiyası həmçinin iddiaçının ikinci (iddia müddətinin axımının başlanmasının düzgün hesablanmaması, cavabdehin bir il möhlət istəməsinin nəzərə alınmaması ilə bağlı) dəlilinə münasibətdə qeyd edir ki, MM-nin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan halda məhkəmələr iddia müddətinin axımının başlanğıc anını məhz sonuncu məhkəmə aktının qa nuni qüvvəyə mindiyi tarixdən hesablamasında da səhvə yol verməmişlər.

47. Beləliklə, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahi sənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5985/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar