Məhkəmə qərarları › İş №2(102)-1055/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1055/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1055/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1055/2025 (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3829/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzil İddiaçı adına **********15-05101-093002reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 10 yanvar 2019-cu il tarixdə qeydə alınmışdır.

2. Daşınmaz əmlakın alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli, AN-İ 08152087 nömrəli müqaviləyə əsasən, İddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulz adə küçəsi, ev 89 ünvanında yerləşən 11 nömrəli mənzili Cavabdeh1 12.000 manata satmışdır. Müqavilə alıcı Cavabdeh1 adından Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin mənzilə münasibətdə Cavabdeh1 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirilmişdir.

3. Borcverən İddiaçı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borcalan Cavabdeh2 faizsiz olaraq xx.xx.2023-cü il tarixədək 6.000 manat məbləğində kredit vermişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89 ünvanında yerləşən 11 nömrəli mənzildən çıxarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 11 nömrəli mənzilə dair onunla Cavabdeh1 arasında 4 saylı ASAN xidmət” mərkəzin notariat kontorunda bağlanmış 11 mart 2020-ci il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun adına yeni qeydiyyat vəsiqəsinin verilməsi, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasına d air qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, 2020-ci ilin mart ayında Cavabdeh1 anası ünvan 2 ünvanında yerləşən 11 nömrəli mənzilini 12.000 manata ona satmağı təklif etmişdir. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə o, yaxın ailə dostu Nazim Aslanovla birlikdə iddiaçını 4 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna apardılar. Orada sonradan öyrənmişdir ki, Cavabdeh2 oğlu tərəfindən ona verilmiş etibarnamə əsasında mübahisəli mənzilin alğı-satqısı üçün müqavilə tərtib etmişdir. Göstərilən alğı-satqı müqaviləsinə əsasən mənzilini 12.000 manata cavabdehə satmışdır. Üstəlik, sonradan ona izah edilmişdir ki, nəinki sözügedən evi ucuz qiymətə satmış, hətta 6.000 manatı ona ödədikdən sonra kredit mü qaviləsinə uyğun olaraq qalan məbləğin ödənilməsi 3 il müddətinə uzadılmışdır. Bu məbləğin 150 manatını ona hissəhissə Cavabdeh2 ödəyib və onun evdən çıxarılması ilə bağlı iddia qaldıran zaman onun 3.000 manat borcu var idi. İddiaçı guya onunla kredit müqaviləsi bağlayıb, ona əsasən, iddiaçı guya ona 6.000 manat borc vermişdir. Halbuki o, bu pulu ona borc verməmişdir. Niyə o, bu cüzi məbləği almaq əvəzinə ona borc da versin? Bu açıq anlaşılmazlıqdır. Ona görə də burada aydın görünür ki, o, Azərbaycan dilini bilmədiyi üçün nə baş verdiyini, hansı sxemlər qurulduğunu başa düşməmişdir. Bu müqavilələrd, kredit müqaviləsinin onun üçün rus dilinə tərcümə olunduğuna dair öz əlyazma qeydi və imzası yoxdur. Sonra, müqavilənin bağlanmasından bir ildən çox vaxt keçdikdən sonra, Cavabdeh2 mənzil üçü n çıxarış alaraq, oğlunun vasitəsi ilə onun evdən çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Hətta pulun qalan hissəsini, yəni 3.000 manatı ona iki il əvvəl ödəməyi təklif etmişdir. Cavabdeh2 və oğlu onun məlumatsızlığından, səhvindən istifadə edərək, mənzil bazarından ümumiyyətlə, heç bir məlumatı və fikri olmadığını, bu pulla bərabər qiymətə mənzil almasının mümkün olmayacağını bilmişlər. Üstəlik, razılaşdırılan üç il ərzində mənzil qiymətləri bir yerdə qalmayacaqdır. Onda o, həmin pula nə ala biləcək? Bu müqavilə, onun üçün açıq-aşkar əlverişsiz şərtlərlə, onunla razılaşdırılmadan bağlanmışdır. Belə ki, işin materiallarından aydın görünür ki, müqavilə onun hüquqi savadsızlığından və səhvindən istifadə edilərək aldatma yolu ilə bağlanıb.

7. Məhkəmə iclasında Cavabdeh2 ( eyni zamanda digər Cavabdeh1 nümayəndəsi) iddia tələbi ilə razı olmadığını bildirərək iddiaçının iddiasının heç bir əsasının olmadığını qeyd etmiş və tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(010)-4016/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı alğı-satqı müqaviləsi əsasında mülkiyyətində olan mənzili Cavabdeh1 12.000 manata satmış və həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüququ Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirilmişdir. İddiaçı qeyd olunan alğı-satqı müqaviləsini cavabdehlər onu aldatmaq yolu ilə imzalatdırdıqlarından həmin müqavilənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaçı ilə aralarında qanuni şəkildə alğı-satqı müqaviləsinin bağlandığına istinad edərək iddia tələbi ilə razı olmadığını qeyd etmişdir.

10. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı bağladığı əqdlərin məzmunun onun üçün tərcümə olunmadığını göstərsə də, bununla bağlı əlyazma qeydinin və imzasının olmamasına dair sübutları məhkəməyə təqdim etməmiş, yalnız şifahi mülahizələrə əsaslanmışdır.

11. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli qətnamə ilə iddiaçının mübahisəli mənzildən çıxarılmasının müəyyən edilməsi özü-özlüyündə iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı əqd kimi qəbul edilməsinin göstəricisi dir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” 18 iyun 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, onun 77 yaşı var. Cavabdeh isə onun qocalığından istifadə edərək, onu aldadıb, onun mənzilini 12.000 manata alıb. Halbuki həmin mənzilin 60.000 manat dəyəri olub. Məhkəmə isə əsas işin bu halına qiymət verməli, onun hansı məqsədlə özünə məxsus mənzili 12.000 manata hissə-hissə ödənilməklə satmağını müəyyən etməli idi. Göründüyü kimi o, yalnız mənzilinin dəyərini bilmədən, ümumiyyətlə ölkədə mənzillərin qiyməti barədə məlumatı olmadan öz mənzilini satmışdır. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini dig ər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. O, Azərbaycan dilini bilmir və məhkəmədə də tərcüməçi ilə təmin edilməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5837/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Xəyal Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər müqaviləni könüllü şəkildə bağlayıblar. Belə ki, iddiaçının öz mənzilini satmaq niyyəti olub və alıcı axtarıb. Cavabdehlər ana-övladdır, onlar iddiaçının qonşuluğunda – Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev № 89-da yerləşən 14 №-li mənzildə yaşayıblar. Cavabdehlər iddiaçının öz mənzilini satmaq niyyətini bildikdən sonra mənzili almaq qərarına gəliblər.

17. Məhkəmə kollegiyası mübahisəli mənzilin qiyməti il ə bağlı qeyd etmişdir ki, qiymət tərəflərin razılığı əsasında müəyyən olunub, hər iki tərəf müqaviləni imzalayıb və müqavilə notariat qaydasında təsdiq olunub. Mənzilin ümumi sahəsi 36,7 kv.m. təşkil edir, təmirsizdir, yaşayış üçün yararsızdır, bunu təsdiq edən fotoşəkillər məhkəməyə təqdim olunmuşdur. İddiaçı mənzilin bazar dəyərinin 12.000 manatdan yüksək olduğunu təsdiq edən sübut təqdim etməyib. Buna baxmayaraq, müqavilə azadlığı (Mülki Məcəllə, maddə 390) müqavilə tərəflərinə qiyməti azad surətdə - bazar dəyərindən aşağı və ya yüksək müəyyən etməyə imkan verir. Qiymətin müəyyənləşdirilməsi zamanı iddiaçının müqavilə azadlığının pozulduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə kollegiyası mənzildən çıxarılma ilə bağlı qeyd etmişdir ki, iddiaçı alğısatqı müqaviləs i bağlanarkən satıcının 3 il mənzildən çıxmayacağı barədə razılığın olduğunu bildirmiş, lakin alıcı onu vaxtından əvvəl mənzildən çıxarmaq istəmişdir. Göründüyü kimi, satıcı aldadıldığını və mənzilin dəyərindən aşağı satıldığını bildirməyib. Əksinə, həmin izahat onu təsdiq etmişdir ki, satıcının müqavilə azadlığı pozulmayıb, o, könüllü şəkildə mənzilin 12.000 manata satılması barədə müqavilə bağlayıb. Müqavilə bağlandıqdan sonra alıcı mənzilin qiymətini tam ödəməyibsə, satıcı qiymətin ödənilməsi barədə iddia verə bilər. Qiymətin tam ödənilməməsi öhdəliyin icra edilməməsi hesab olunur. Öhdəliyin icra edilməməsi öhdəliyi əmələ gətirən əqdin etibarsızlığına əsas ola bilməz. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilib. Lakin həmin əsasların sırasında “öhdə liyin icra edilməməsi” nəzərdə tutulmayıb. Çünki öhdəliyin icra edilməməsi əqdin bağlanmasından sonra mövcud olan haldır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 14, 337.1, 339.2, 390-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kasasiya instansiyası məhkəməsindəki birinci icraat:

20. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1327/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qərarı i lə (hakimlər Vüqar Həsənov (mərizəçi), Əhməd Əhmədov və İsfəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

23. Kassasiya instansiya məhkəməsi daha əvvəl baxılmış mənzildən çıxarma tələbinə dair iş üzrə cavabdehin adına aparılmış qeydin əsası olan alğı-satqı müqaviləsinin etibarlı əqd olaraq tanınmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd etmişdir ki, həmin iddia üzrə iddiaçı olan hazırkı iş üzrə cavabdeh məhz əşya hüququna, yəni daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququna istinad etməklə mənzildən çıxarma tələbi irəli sürmüşdür. Cavabdehin (baxılan iş üzrə iddiaçının) əqdin etibarsızlığı ilə bağlı etirazı, yazılı tələbi və ya qarşılıqlı iddiası olmamışdır. Əqdə əsaslanan tələb hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yoxdur. Əks yan aşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmaz.

24. Baxılan iş üzrə hüququnun pozulmasını iddia edən iddiaçı cavabdehin əşya hüququnun mövcudluğunu müvafiq qaydada həmin icraatda mübahisələndirmədiyi üçün, yəni qeydin hüquqi əsasını təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürmədiyi halda birinci instansiya məhkəməsi əqdin etibarlılığına qiymət verməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə əşya hüququna əsaslanan tələbə baxılarkən əqdin mübahisələndirilmədiyini, məhkəmənin öz vəzifəsindən irəli gələrək tələbdən kənara çıxaraq (tələb olmadan) əqdin etibarlı olmasına dair birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmışdır.

25. İddiaçı əqdi aldadılma əsası ilə mübahisələndirmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəflərin müqaviləni könüllü şəkildə bağlamalarına, qiymətin tərəflərin razılığı əsasında müəyyən olunmasına, hər iki tərəfin müqaviləni imzalaması, müqavilənin notariat qaydasında təsdiq olunmasına, qiymətin müəyyənləşdirilməsi zamanı iddiaçının müqavilə azadlığının pozulduğunu təsdiq edən sübutunu məhkəməyə təqdim etməməsinə, mənzildən çıxarılma ilə bağlı tələbə baxılarkən aldadılması və mənzilin dəyərindən aşağı satılmasını bildirmədiyinə istinad etmişdir. Hazırkı iş üzrə məhkəmələr mübahisəli mənzilin alğı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçının aldadılmasına dair araşdırma aparmamış, satıcı olan idd iaçının müqavilənin bağlanmasından sonra 1 ildən artıq müddət ərzində mənzildə yaşamaqda davam etməsi, müqavilə üzrə mənzilin dəyərinin həmin dövr üçün mənzilin likvid dəyərindən aşağı olub-olmaması (halbuki iddiaçı göstərir ki, həmin vaxt mənzilin dəyəri 50.000 manatdan artıq olmuşdur) kimi işin əhəmiyyətli hallarını, iddiaçının kredit verməsinə dair müqavilənin məhz həmin gündə bağlanması, müqavilədə mənzilin dəyərinin tam ödənilməsi göstərilsə də, həmin müqavilənin bağlanmasının məqsədi müəyyən edilmədən yalnız forma tələblərinə riayət olunduğuna, müqavilə azadlığının pozulmamasına əsaslanmaqla müqavilənin etibarlı olduğu qənaətinə gəlmişlər. Digər tərəfdən, məhz mübahisələndirilən müqavilə iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə iddiaçının həmin dəlillərinin yoxlanmas ı (bu zaman nəzərə alınmalıdır ki, iddiaçının iştirakı ilə keçirilmiş bütün məhkəmə icraatlarında o tərcüməçi ilə təmin olunmuş, lakin təmin etmənin onun xahişi və ya məhkəmənin təşəbbüsu ilə edilməsi müəyyən deyil.) ilə bağlı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin hər hansı araşdırma aparmadıqları aşkardır. Nəzərə alınmalıdır ki, notariat işinin əldə edilməsindən sonra iddiaçının müqavilənin rəsmləşdirildiyi dili bilib-bilməməsi, onun tərcüməçiyə ehtiyacının olub-olmaması, belə ehtiyacının təmin olunması üçün xahişinin olub-olmaması və ümumiyyətlə müqavilənin şərtlərinin ona aydın olması həmin materialların tədqiqindən sonra müəyyən edilə bilərdi.

26. Kassasiya instansiya məhkəməsi həmçinin, qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı tərəflərin i zahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

27. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, o, Azərbaycan dilini mükəmməl bilmir, məişət səviyyətində bilir. Cavabdehlər ana-baladır və onun qonşuları olmuşlar. Alğı-satqı müqaviləsi onunla Cavabdeh1 arasında bağlanmışdır. Ona mənzilə görə əvvəlcə ümumilikdə 10.000 manat, bu məbləğin yarısının, yəni 5.000 manat hissəsinin dərhal, 5.000 manat hissəsinin isə kreditlə ödənilməsi təklif edilmişdir. O, ödənişin bir hissəsinin kreditlə aparılmasına razı olmuş, lakin təklif edilən məbləğlə razılaşmamışdır. Daha sonra ona mənzilə görə eyni şərtlərlə 12.000 manat məbləğində pul, bu pulun da 6.000 manat hissəsinin dərhal, qalan 6.000 manat hissəsinin isə kredit müqaviləsi üzrə 3 il müddətinə hissə-hissə ödəməsi təklif edilmişdir. Kredit müqaviləsi şəxsi məsələlərdən dolayı onu qane edirdi. Bu səbəbdən aralarında olan razılığa əsasən ümumi dəyərin 6.000 manat hissəsi hər ay 150 manat ödəmək şərti ilə aylara bölünmüş və 2020-ci ilin mart ayından 2023-cü ilədək cavabdehlər ona hər ay 150 manat ödəməli idi. Nəticədə onunla Cavabdeh1 arasında 4 saylı Bakı Asan Xidmət Mərkəzində mənzilin 12.000 manat pula satılmasına dair alğı-satqı müqaviləsi bağlanmış, daha sonra 6.000 manat pula dair onunla digər Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Sonradan o bilmişdir ki, 2020-ci ilin aprel ayında Cavabdeh1 mənzili öz adına rəsmiləşdirmişdir. O, həm mənzilin 12.000 manat pula satılmasına, həm də həmin məbləğin yarısının 2023-cü il tarixədək ödənilməsinə razılıq vermiş və bunu mübahisələndirmir. Bu şərtlər onu qane edirdi. Kredit barəsində razılaşdıqları üçün o, bankdan götürdüyü pulun 6.00 0 manat hissəsini Nazim adlı şəxsə geri qaytarmış, lakin alğı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş məbləğ tam ödənilməmiş qarşı tərəf mənzili öz adına rəsmiləşdirmişdir. Halbuki onlar məbləğin 2023-cü ilədək ödənilməsi barədə razılığa gəlmişdilər. Buna baxmayaraq, cavabdeh mənzillə bağlı öz adına çıxarış almışdır. 2021-ci ildə isə cavabdehlər onun mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı, verilmiş suallara cavab olaraq, bildirmişdir ki, o, mənzildən bütün məbləğ ödəniləndən sonra 2023-cü ildə çıxmalı idi. Lakin belə bir şərti öz aralarında və müqavilə üzrə razılaşdırmamışdılar. Müqavilə bağlanan zaman tərcüməçi yox idi, o, da tələb etməmişdir. Mənzilin dəyərini mübahisələndirmir. Təbii ki, mənzilin qiyməti daha yüksəkdir, lakin qiymətlə bağlı pretenziyası yoxdur. Mənzilindən vaxtından əvvəl məcburi çıxarıldığı üçün müqavilə etibarsız hesab edilməlidir. 2021-ci ilin avqust ayına qədər ona ödənişlər olmuş, ümumilikdə ona 9.000 manat (bu məbləğin 150 manat hissəsi notariat ofisinə ödənilmişdir) ödənilmişdir. Ondan sonra bank hesabına baxmamış, hər hansı ödənişin olub-olmamasından məlumatım yoxdur. Qalan 3.000 manat məbləğin ödənilməsinə razı deyil. Belə ki, hazırda evsiz qalmışdır. Müqavilə etibarsız hesab edildikdən sonra 9.000 manatı geri qaytarmağa hazırdır. Həmçinin iddiaçı, cavabdehin mövqeyinə münasibət bildirərək, qeyd etmişdir ki, mənzili hansı məqsədlə və şərtlərlə razılaşması onun şəxsi işidir. Cavabdehlərlə heç bir borc müqaviləsi bağlam amış, cavabdehin təqdim etdiyi müqavilə sonradan hazırlanıb, əsl sənəd deyil. Cavabdeh2 ilə aralarında kredit müqaviləsi bağlanmışdır.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3829/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 89 saylı evin, 11 saylı (36,7 kv.m. ölçüdə 1 otaqlı) mənzili iddiaçının mülkiyyətində olmuş, həmin mənzil onunla 1-ci cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 4 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən 1-ci cavabdehə 12.000 manat pula satılmış, həmin müqaviləni onun adından etibarnamə üzrə nümayəndəsi olan 2-ci cavabdeh imzalamış və ödəniş həmin gün notariat ofisinin kassası üzərindən aparılmışdır. Bundan sonra elə həmin gün iddiaçı ona ödənilmiş 12.000 manat pulun 6.000 manat hissəsini Nazim adlı şəxsə (hər iki tərəf bu məbləğin Nazim adlı şəxsdən borc alındığını bildirir) qaytarmış və həmin məbləğlə bağlı xx.xx.2020-ci il tarixdə iddiaçı ilə 2-ci cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı 6.000 manat pulu faizsiz olaraq 3 il müddətinə qaytarmaq şərti ilə 2-ci cavabdehə borc ve rmişdir. Mübahisəli mənzilə dair 1-ci cavabdehin mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırda iddiaçı mənzilin satın alınması üçün ona ümumilikdə 9.000 manat məbləğində ödəniş edildiyini və müqavilə ilə müəyyən edilmiş məbləğ tam ödənildikdən sonra mənzildən çıxmalı olduğunu, lakin cavabdeh tərəfin onu aldatdığını, alğı-satqı müqaviləsi bağlandıqdan 1 ay sonra 1-ci cavabdehin mənzilə dair mülkiyyət hüquqlarını dövlət reyestrində dövlət qeydiyyatına aldırdığını, onun da mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etdiyini və nəticədə onun mənzildən çıxardığını bildirir. Bu səbəbdən alğı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini və cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdeh tərəf isə alğı-satqı müqaviləsinin iddiaçının öz iradəsinə, o cümlədən razılaşdığı məbləğ əsas götürülməklə bağlandığını, bu məbləğin 6.000 manat hissəsinin müqavilə bağlanan zaman verildiyini, 6.000 manat hissəsinin isə aralarında bağlanmış kredit müqaviləsinə əsasən 3 il ərzində ödənilməsi barədə razılaşdıqlarını, iddiaçıya münasibətdə hər hansı aldatma halının olmadığını, iddiaçının öz şəxsi məsələlərinin (Rusiya Federasiyasının vətəndaşlığının alınması və qohumlarının yanına köçməsi üçün sənədlər hazırlamaq) həll edilməsi üçün onun 1-2 il ərzində mənzildə yaşamağa davam etməsi barədə razılaşdıqlarını, ötən dövr ərzində kredit müqaviləsi üzrə 3.000 manat ödədiyini, ödənilməyən 3.000 manatın da birdəfəlik olaraq iddiaç ıya ödənilməsinə razı olduğunu, bunu iddiaçı mənzildən çıxarılan zaman da ona təklif etdiyini, lakin iddiaçının bundan imtina etdiyini bildirir və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir. Eyni zamanda, müqavilənin, bu növ əqdlər üçün nəzə rdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir. İddiaçı aldadıldığını bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iddia tələbinin uğurluluğuna nail olmaq üçün bu halların mövcudluğunu sübut (təsdiq) etmək vəzifəsi mülki prosessual qanunvericiliyə əsasən məhz həmin halın mövcudluğuna istinad edən tərəfin (hazırkı halda iddiaçı) üzərinə düşür.

32. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddiaçı tərəfindən mənzilin məhz cavabdehlərin hər hansı birinin təklifinə əsasən satılması halı öz təsdiqini tapmır. Belə ki, iddiaçının özünün mənzili satmaq niyyəti və istəyi olmuşdur. Hətta tərəflər arasında hazırda mübahisələndirilən müqavilə bağ lanmamışdan əvvəl iddiaçı mənzili başqa bir şəxsə vəsiyyət etmiş, lakin sonradan bu vəsiyyətnaməni ləğv etdirmişdir. Başqa sözlə, cavabdehlər artıq iddiaçı tərəfindən satılan mənzilin alınması ilə bağlı niyyətlərini bildirmiş və ilk olaraq 10.000 manat təklif etmişdilər. Bu halı iddiaçı da təsdiq edir və bu qiyməti qəbul etmədiyini, lakin sonradan təklif edilən 12.000 manatla razılaşdığını bildirir. Bu da öz növbəsində tərəflər arasında mənzilin satış qiyməti ilə bağlı müzakirələrin aparıldığını və nəticə etibarı ilə razılaşdırılmış məbləğin hər iki tərəfin, o cümlədən iddiaçının maddi maraqlarına uyğun olduğunu təsdiq edir. Əhəmiyyəti və zəruriliyi nəzərə alınaraq, bu məsələ iş üzrə keçirilmiş məhkəmə iclasında kollegiya tərəfindən tərcüməçinin iştirakı ilə dəqiqləşdirilmiş və iddiaçı mən zilin dəyərinin daha yüksək olduğunu, lakin mənzilin dəyərini mübahisələndirmədiyini, mənzilin qiyməti ilə bağlı pretenziyasının olmadığını bildirmişdir. İş üzrə növbəti məhkəmə iclasında məhkəmə kollegiyası bir daha bu məsələnin üzərində dayanmış və iddiaçı yenə də, həmin vaxt üçün 12.000 manat pulun onun evinin real qiyməti olmadığını, lakin bununla razılaşdığını və qiymətə etiraz etmədiyini bildirmişdir. Bununla belə, iddiaçı öz iradəsinə uyğun olaraq mülkiyyətində olan mənzili satmaq istəmiş, bu məsələdə cavabdehlərlə razılaşmış, o cümlədən mənzilin dəyəri ilə bağlı müzakirələr aparmış və nəticədə 12.000 manata cavabdehlərə satmışdır. Qeyd edilənlər iddiaçının aldadılmanın nəticəsi olaraq mülkiyyətində olan mənzilə dair 1-ci cavabdehlə alğı-satqı müqaviləsi bağlamasını, o cümlədən iddi açının iradəsinə zidd olaraq müqavilədə mənzilin dəyərinin 12.000 manat göstərilməsini istisna edir.

33. Məhkəmə kollegiyası iddiaçının müqavilənin məzmununun ona aydın olmaması dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı milliyyətçə rusdur, azərbaycan dilini yalnız məişət səviyyəsində bildiyini göstərir. Məhkəmə iclasında tərcüməçi ilə təmin edilmişdir. Buna baxmayaraq, onların arasında mənzillə bağlı rəsmiləşdirmə aparılan zaman alğı-satqı müqaviləsi və digər sənədlər iddiaçıya tərcüməçi tərəfindən tərcümə edilməmiş, ümumiyyətlə notarius tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Qeyd edilənlər məhkəmənin sorğusuna uyğun olaraq həmin müqavilənin rəsmiləşdirilməsini həyata keçirmiş notariat ofisi tərəfindən göndərilən notariat işindən müəyyən edilmişdir. Lakin bu halın mövcu dluğu həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Belə ki, bu məsələni tənzimləyən Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 13-cü maddəsində belə hallarda notariusun imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib etməsinin və ya mətnin tərcüməçi tərəfindən tərcümə edilməsinin zəruriliyi təsbit edilmişdir. Lakin bu hərəkətlərin edilməsi hüquqi nəticə etibarı ilə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsin (mövcud vəziyyətdə iddiaçının) arzu edilən dillə bağlı müraciətindən (“xahiş edirsə”) asılı etmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən iddiaçının bu məsələyə münasibəti öyrənilərkən o, müqavilə bağlanan zaman tərcüməçinin olmadığını, onun da tərcüməçi tələb etmədiyini bildirmişdir.

34. Məhkə mə kollegiyası bundan başqa qeyd etmişdir ki, digər tərəfdən artıq müəyyən edildiyi kimi, iddiaçının mülkiyyətində olan mənzili satmaq niyyəti olmuş, tərəflər məhz bu məqsədlə notariat kontoruna getmişlər, mənzilin qiymətini də tərəflər öz aralarında razılaşdırmışlar. İddiaçı notariat kontorunda müqavilə bağlanan zaman ondan 150 manat məbləğində pulun tutulduğunu da bildirmişdir. Həm bu məbləğ, həm də mənzilin dəyərini təşkil edən 12.000 manat müqavilədə rəqəmlə qeyd edilmişdir. İddiaçı Azərbaycan dilini mükəmməl bilmədiyini qeyd etsə də, rəqəm tanımadığını söyləmir. Bundan əlavə, iddiaçı 1946-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhərində yaşayır və Azərbaycan vətəndaşıdır. Müqavilə bağlanan tarixə onun 74 yaşı olmuş və onun 74 il ərzində məişətdə geniş istifadə edilən “mənzil”, “ev”, “alğı-satqı”, “razıyam”, “satıram”, “alıram” sözlərinin mənasını başa düşməməsi qeyri-mümkündür. Bundan əvvəl iddiaçı hətta mənzilin başqa şəxsə vəsiyyət etməsi, sonradan vəsiyyətnamənin ləğv edilməsi prosedurundan da keçmiş, lakin həmin vaxt ona tərcüməçinin verilməməsindən narazıçılıq etməmişdir. İddiaçı müqavilə üzrə ona ödənilmiş 12.000 manat pulun 6.000 manat hissəsinin borc alındığını və müqavilə bağlandıqdan sonra ona ödənilmiş bu məbləğin 6.000 manat hissəsinin borc sahibi olan Nazim adlı şəxsə qaytardığını da etiraf edir. Həmin müqavilənin 11-ci bəndinə uyğun olaraq iddiaçı öz üzərinə xx.xx.2020-ci il tarixədək mənzilin 1-ci cavabdehin faktiki sahibliyinə verilməsi öhdəliyini götürməsinə baxmayaraq, aralarında əldə edilmiş razılığa əsasən bundan sonra da xeyli müddət mənzildə yaşamağa davam etmişdir. Bununla belə, iddiaçı tərcüməçi olmadan da satıcı qismində çıxış etdiyi alğı-satqı müqaviləsinin şərtləri barədə tam məlumatlı olmuş və bu şərtlər ona aydın olmuşdur. Bu səbəbdən həmin müqavilə onun notarial qaydada rəsmiləşdirilməsi zamanı bu prosesə tərcüməçinin cəlb edilməməsi, habelə sənədlərin mətnlərinin rus dilində tərtib edilməməsi əsası ilə etibarsız hesab edilə bilməz. İddiaçı ilə 1-ci cavabdeh arasında alğısatqı müqaviləsi bağlanan tarixdə, iddiaçı ilə 2-ci cavabdeh arasında kredit müqaviləsi də bağlanmışdır. İddiaçı bu müqavilə üzrə cavabdehə hər hansı məbləğdə pulu borc vermədiyini iddia edir, cavabdeh bununla razılaşır. Hər iki tərəf mənzilin alğı-satqısına dair müqavilə üzrə ödənilməli olan 12.000 manat pulun 6.000 manat hissəsinin iddiaçıya ödənildi yini, qalan 6.000 manat hissəsinin isə 3 il ərzində ödənilməsi barədə razılaşdıqlarını və bunun təminatı olaraq (iddiaçı onun təşəbbüsü olduğunu bildirir), xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinin bağlandığını göstərirlər. Ötən dövr ərzində kredit müqaviləsi üzrə 3.000 manat pulun ödənilməsi də işin mübahisəsiz halıdır.

35. Məhkəmə kollegiyası da göstərilənləri, o cümlədən hər iki müqavilənin eyni tarixdə bağlanmasını və tərəflərin izahatlarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, tərəflər arasında hüquqi nəticə etibarı ilə mənzilin nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış və bu münasibətlər çərçivəsində xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə mənzilin müəyyən edilmiş alğı-satqı qiymətinin 6.000 manat hissəsi ödənilmiş, qalan hissəsinin ödənilməs ini isə 1-ci cavabdeh 3 il ərzində təmin etməli idi. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi də məhz ödənilməli olan 6.000 manat pulun ödənilməsini təminat altına almaq məqsədi ilə bağlanmış, mahiyyət etibarı ilə borcun etirafı müqaviləsidir. Hər bir halda, alğı-satqı müqaviləsi bağlandıqdan sonrakı dövrdə iddiaçıya ümumilikdə 3.000 manat məbləğində pul ödənilmişdir. Bu məbləğin onun tərəfindən qəbul edilməsi də məsələnin mahiyyəti barədə tam məlumatlı olmasını təsdiq edir. İddiaçı kredit müqaviləsinin şəxsi məsələlərdən dolayısı onu qane etdiyini də bildirmişdir.

36. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı da məhz qeyd edilən 6.000 manat pulun ödənilməsi tam təmin edilmədən 1-ci cavabdehin artıq bir aydan sonra, yəni 2020-ci ilin aprel ayında mənzilə dair mülkiyyət hüq uqunu dövlət qeydiyyatına aldırdığını və onun mənzildən çıxardığını iddia edir. Başqa sözlə, iddiaçının mövqeyinə əsasən qeyd edilən 6.000 manat ona tam ödənildikdən sonra 1-ci cavabdeh mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalı və yalnız bundan sonra o, mənzili tərk etməli idi. Məhz bu şərtlərə əməl edilmədiyindən cavabdehlər tərəfindən aldadıldığını iddia edir. Tərəflər arasında iddiaçının həmin mənzildən çıxarılması ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində də məhz bu dəlilləri irəli sürmüşdür. Lakin cavabdeh tərəf iddiaçının bu dəlili ilə razılaşmır, alğı-satqı müqaviləsini belə bir şərtlə bağlanmadığını, iddiaçının öz şəxsi məsələlərini həll etmək üçün 1-2 il ərzində mənzildə yaşaması barədə razılaşdıqlarını göstərirlər. İddiaçı özü də nə şifahi qaydada, nə də ki, müqavilə üzrə onun qalan 6.000 manat tam ödənilənədək mənzildə yaşaması ilə bağlı qarşı tərəflə aralarında razılığın olmadığını bildirir. Mənzildən çıxarılma barədə iddianın qaldırılmasının əsası kimi, məhz iddiaçının mənzildən çıxmaqdan imtina etməsi göstərilmişdir. Həmin icraatda da cavabdehlər iddiaçının alğı-satqı müqaviləsi bağlandıqdan sonra növbəti 3 il deyil, bir müddət mənzildə yaşaması barədə razılığa gəldiklərini, lakin cavabdehin son dövrlər mübahisə yaratmağa başladığını və mənzildən çıxmaqdan imtina etdiyini, bu səbəbdən iddia qaldırmaq məcburiyyətində olduqlarını, hətta həmin vaxt 6.000 manat pulun ödənilməmiş qalan 3.000 manat hissəsinin ödənilməsini də təklif etdiklərini (iddiaçı hazırkı iddiada ona 3.000 manat pulun ödənilməsinin təklif edildiyini etiraf edir) göstərmişlər. Nəticə etibarı ilə iddiaçı bu barədə hər hansı razılaşma olmadan, öz mülahizəsinə əsasən həmin mənzildə xx.xx.2023-cü il tarixədək yaşamasının mümkün olması qənaətinə gəlmişdir. Bu da öz növbəsində alğı-satqı müqaviləsinin iddiaçının vacib əhəmiyyətli yanılması əsası ilə etibarsız hesab edilməsini də istisna edir.

37. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, iddiaçının mənzildən çıxarılması barədə iddia da alğı-satqı müqaviləsi bağlandıqdan qısa müddət sonra deyil, 1 ildən artıq müddət keçdikdən sonra qaldırılmış və həmin iş üzrə qətnamə çıxarılan xx.xx.2021-ci il tarixə iddiaçı artıq 1 il 7 aydır ki, mənz ildə artıq mülkiyyətçi olmayaraq, yaşayırdı. Alğı-satqı müqaviləsi bağlandıqdan bir ay sonra 1-ci cavabdehin mənzilə dair mülkiyyət hüququnun əldə edilməsi də mülki qanunvericiliyin tələblərinə uyğundur və müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Lakin birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən yuxarıda göstərilən halları araşdırmamış yuxarıda qeyd edilən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə prosesual əhəmiyyətə malik olması qənaətinə gələrək, alğı-satqı müqaviləsini etibarlı əqd olaraq tanımışdır. Halbuki həmin icraat çərçivəsində cavabdeh qismində çıxış edən iddiaçının əqdin etibarsızlığı ilə bağlı etirazı, yazılı tələbi və ya qarşılıqlı iddiası olmamışdır. Bununla belə, iddia çı cavabdehin əşya hüququnun mövcudluğunu müvafiq qaydada həmin icraatda mübahisələndirmədiyi üçün, yəni qeydin hüquqi əsasını təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürülmədiyi halda birinci instansiya məhkəməsi əqdin etibarlılığına qiymət verməkdə haqlı olmamış və hüquq normalarının tələblərini pozmuşdur. Lakin nəticə etibarı ilə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bu səbəbdən, iddia ilə bağlı hazırkı qənaətini əsas götürüb, məhkəmə kollegiyası qeyd edilən əsasla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini zəruri hesab etməmişdir.

38. Bununla belə, məhkəmə kollegiyası tərəfindən mübahisəli alğı-satqı müqaviləsinin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən e dilməmişdir. Qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışdır. Bu da öz növbəsində həmin əqdin nəinki iddiaçının irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir. Qeyd edilənlər öz növbəsində mübahisələndirilən müqavilənin etibarsız hesab olunmasını istisna edir.

39. Məhkəmə kollegiyası iddia üzrə irəli sürülmüş digər tələblərin “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələb olduğunu, həmin tələblərin təmin edilib-edilməməsinin bilavasitə “müqavilənin etibarsız hesab edilməsi” tələbinin təmin edilib-edilməməsindən asılı olduğunu və bu tələbin əsassız olması qənaətinə gəlindiyini nəzərə alaraq hesab etmişdir ki, digər tələblər də təmin edilə bilməz.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 144.1, 144.3, 324.4, 324.5, 324.4, 324.5, 337.2, 339.2, 339.3, 567, 600.1, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,217.1, 217.2, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

41. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin tərəflərin izahatları və digər sübutlarla təsdiq olunan mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər mübahisəli mənzili 12.000 manat dəyərində satılmasına, lakin həmin pulun 6.000 manatını öncədən, qalan hissəsini isə sonradan hissə-hissə ödəməyə razılığa gəlmiş, bundan sonra pulun qalan hissəsinin ödənilməsi üçün kredit müqaviləsi bağlamışlar. Heç bir tərəfin inkar etmədiyi aşkar və mübahisəsiz faktdır ki, kredit müqaviləsi mənzilə görə ödənilməli olan pulun ödənilməsi məqsədilə bağlanmışdır. Belə olan halda, iddiaçının öz iddiasında göstərdiyi dəlillər sübuta yetmiş olur. Yəni tərəflər ilkin alğı-satqı müqaviləsini pərdələ mək məqsədilə ödənişi tamamilə həyata keçirib alğı-satqı müqaviləsi bağlayırlar, dərhal ödənişin yarısı cavabdehə qaytarılır və mənzilin ödənişinin qalan hissəsinin hissə-hissə ödənilməsi barədə razılığı da pərdələmək üçün tərəflər kredit müqaviləsi bağlayırlar. İddiaçı Azərbaycan dilini məişət səviyyəsində bilir və əslində bir ilkin alğı-satqı bağladıqlarını və ödəniş tamamilə bitdikdən sonra mənzilin cavabdehin mülkiyyətinə keçəcəyini hesab edir. Məhkəmə göstərilənləri nəzərə almadan, cavabdeh tərəfin də alğı-satqıdan sonra ödənişin yarısını geri qaldığını və mənzilin ödənişini pərdələmək məqsədilə kredit müqaviləsi bağladıqlarını etiraf etdiyini, mənzilin ödənişinin bugünədək tamamilə ödənilmədiyini nəzərə almayaraq, iddiaçının müqavilə bağlanarkən müqavilənin şərtlərinə dair aldadıldığ ını görməzdən iddiaçı aldadıldığını sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki cavabdeh tərəfin işin hallarının məhz iddiaçının göstərdiyi kimi olduğunu etiraf etməsi və aralarındakı razılığın bu günədək yerinə yetirilməməsi özü iddiaçının aldadıldığını sübuta yetirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

44. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərənca m hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

45. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X1 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.

46. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

47. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

49. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

50. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifə si yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin;

51. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin;

52. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiy məti) ödəməyi öhdəsinə götürür.

53. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

54. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansi yası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

67. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının h ədləri:

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

71. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

72. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəll ənin 337.1-ci maddəsində, əqdin aldadılmaqla bağlanmasının hüquqi əsası isə Mülki Məcəllənin 339.2ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

73. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması və işə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

74. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 29-39-cu paraqraf larında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, iddiaçı tərəfindən mənzilin məhz cavabdehlərin hər hansı birinin təklifinə əsasən satılması halı öz təsdiqini tapmır. Belə ki, iddiaçının özünün mənzili satmaq niyyəti və istəyi olmuşdur. Hətta tərəflər arasında hazırda mübahisələndirilən müqavilə bağlanmamışdan əvvəl iddiaçı mənzili başqa bir şəxsə vəsiyyət etmiş, lakin sonradan bu vəsiyyətnaməni ləğv etdirmişdir. İddiaçı mənzilin 12.000 manata satılmasına razılaşmışdır. Keçirilmiş məhkəmə iclasında iddiaçı tərcüməçinin iştirakı ilə mənzilin dəyərinin daha yüksək olduğunu, lakin mənzilin dəyərini mübahisələndirmədiyini, mənzilin qiyməti ilə bağlı pretenziyasının olmadığını bildirmiş, iş üzrə növbəti məhkəmə iclasında bir daha bu məsələ araşdırılarkən iddiaçı yenə də, həmin vax t üçün 12.000 manat pulun onun evinin real qiyməti olmadığını, lakin bununla razılaşdığını və qiymətə etiraz etmədiyini bildirmişdir. İiddiaçı öz iradəsinə uyğun olaraq mülkiyyətində olan mənzili satmaq istəmiş, bu məsələdə cavabdehlərlə razılaşmış, o cümlədən mənzilin dəyəri ilə bağlı müzakirələr aparmış və nəticədə mənzili 12.000 manata cavabdehlərə satmışdır. Qeyd edilənlər iddiaçının aldadılmanın nəticəsi olaraq mülkiyyətində olan mənzilə dair 1-ci cavabdehlə alğı-satqı müqaviləsi bağlamasını, o cümlədən iddiaçının iradəsinə zidd olaraq müqavilədə mənzilin dəyərinin 12.000 manat göstərilməsini istisna edir. xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə mənzilin müəyyən edilmiş alğı-satqı qiymətinin 6.000 manat hissəsi ödənilmiş, qalan hissəsinin ödənilməsini isə 1-ci cavabdeh 3 il ə rzində təmin etməli idi. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi də məhz ödənilməli olan 6.000 manat pulun ödənilməsini təminat altına almaq məqsədi ilə bağlanmış, mahiyyət etibarı ilə borcun etirafı müqaviləsidir. Hər bir halda, alğı-satqı müqaviləsi bağlandıqdan sonrakı dövrdə iddiaçıya ümumilikdə 3.000 manat məbləğində pul ödənilmişdir. Bu məbləğin onun tərəfindən qəbul edilməsi də məsələnin mahiyyəti barədə tam məlumatlı olmasını təsdiq edir. İddiaçı kredit müqaviləsinin şəxsi məsələlərdən dolayısı onu qane etdiyini də bildirmişdir. İddiaçının hazırkı iddia tələbindəki mövqeyinə əsasən qeyd edilən 6.000 manat ona tam ödənildikdən sonra 1-ci cavabdeh mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalı və yalnız bundan sonra o, mənzili tərk etməli idi. Məhz bu şərtlərə əmə l edilmədiyindən cavabdehlər tərəfindən aldadıldığını iddia edir. Lakin iddiaçı özü də nə şifahi qaydada, nə də ki, müqavilə üzrə onun qalan 6.000 manat tam ödənilənədək mənzildə yaşaması ilə bağlı qarşı tərəflə aralarında razılığın olmadığını bildirir. Mənzildən çıxarılma barədə iddianın qaldırılmasının əsası kimi, məhz iddiaçının mənzildən çıxmaqdan imtina etməsi göstərilmişdir. Həmin icraatda da cavabdehlər iddiaçının alğısatqı müqaviləsi bağlandıqdan sonra növbəti 3 il deyil, bir müddət mənzildə yaşaması barədə razılığa gəldiklərini, lakin cavabdehin son dövrlər mübahisə yaratmağa başladığını və mənzildən çıxmaqdan imtina etdiyini, bu səbəbdən iddia qaldırmaq məcburiyyətində olduqlarını, hətta həmin vaxt 6.000 manat pulun ödənilməmiş qalan 3.000 manat hissəsinin ödənilməsini də təklif etdiklərini (iddiaçı hazırkı iddiada ona 3.000 manat pulun ödənilməsinin təklif edildiyini etiraf edir) göstərmişlər. Nəticə etibarı ilə iddiaçı bu barədə hər hansı razılaşma olmadan, öz mülahizəsinə əsasən həmin mənzildə xx.xx.2023-cü il tarixədək yaşamasının mümkün olması qənaətinə gəlmişdir. Bu da öz növbəsində alğısatqı müqaviləsinin iddiaçının vacib əhəmiyyətli yanılması əsası ilə etibarsız hesab edilməsini də istisna edir.

75. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

76. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqd in etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

77. Mülki Məcəllənin aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığını müəyyən edən 339.2-ci maddəsinə əsasən isə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 78.. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi düzgün ola raq hesab etmişdir ki, müqavilənin aldadılmaqla bağlanmasına dair dəlillər əsassızdır.

79. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müqavilə bağlandıqdan sonra satıcı kimi mənzilin qiymətinin alıcı tərəfindən ona tam və vaxtında ödəmədiyini iddia edirsə, alıcıdan qiymətin ona tam ödənilməsini tələb edə və bununla bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsi barədə alıcıya qarşı iddia qaldıra bilər.

80. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

81. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 82. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhk əmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

84. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3829/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar