Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2253/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi 11.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(*03)*035/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə ** iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 24 dekabr 20* 2-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, BülBülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evinin 6/8 hissəsi İddiaçı adına və 2/8 hissəsi isə X2 adına olmaqla paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. *4 saylı notariat ofisində bağlanmış 07 dekabr 202*-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payını 47.500 manat Cavabdeh2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 dekabr 202*-ci ildə Bakı şəhəri *4 saylı Notariat Ofisində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsində istifadədə olan 0,02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payını alıcı Cavabdeh2 mülkiyyətinə verilməsi barədə daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsiz hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi X5 iştirak etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Bul-Bülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsində istifadədə olan 0.02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evi atasına məxsus olmuşdur. X* vəfatından sonra iddiaçı və anası X4 həmin evin atasından miras qalmış */2 hissəsini qəbul etmişdir. Həmin mülkün iddiaçıya məxsus 6/8 hissə payı naturada ayrılmışdır. İddiaçı alqı-satqı müqaviləsi bağladıqdan sonra evi satmaq fikrindən daşınmışdır. İddiaçının buna haqqı var və o, bu barədə notariusa gedib fikrini bildirmişdir. Notarius isə iddiaçıya imtina məktubu verməmişdir. Cavabdeh2 (bundan sonra cavabdeh) iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində alqı-satqı müqaviləsi bağladıqdan sonra evi satmaq fikrindən daşındığını qeyd edib. Belə çıxır ki, iddiaçı ilə onun arasında əqd rəsmiləşdirilərkən iddiaçı sərbəst şəkildə, heç bir təzyiq altında olmadan öz iradə ifadəsini bildirmişdir və buna heç bir etirazı və narazılığı olmamışdır. Cavabdeh olaraq, bununla bağlı Mülki Məcəllənin 404cü maddəsinə nəzər salınmasını zəru ri hesab edir. Həmin maddəyə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu zaman şəxsin iradə ifadəsinin nədən ibarət olması mühüm əhəmiyyət kəsb edir. Çünki hər bir əqd iradəvi akt kimi bir sıra psixoloji amillərlə bağlıdır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mö vcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna isə, iradə ifadəsi deyilir. Deməli, əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi - iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr isə iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində əqdlərə aydınlıq və dəqiqlik gətirilir. Hazırki iş üzrə iddiaçının iradə ifadəsi Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, *-ci Bül-Biılə küçəsində istifadədə olan 0,02768 ha torpaq sahəsində yerləşən *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payının onun mülkiyyətinə verilməsi barədə olmuşdur. Yəni ki, əqdin motivi iddiaçının cavabdeh qarşısında üzərinə öhdəlik götürməsini ehtiva etmişdir ki, əqdlər üçün ən mü hüm əhəmiyyət kəsb edən psixoloji amillərdən biri də motivdir. Motiv isə şəxsi hər bir halda müqavilə bağlamağa sövq edən psixoloji amildir. Motivlər əqddən kənarda qalır, onun məzmununda öz ifadəsini tapmır və hüquqi fakt mənası daşımır. Lakin hər bir halda şəxsin niyyəti yəni əqdin motivi əqdin bağlanmasına yönələn və öz arzusu ilə hər hansı öhdəlik yarada bilən meyardır. Ona görə də iddiaçı həmin müqaviləni imzalamaqla onun şərtlərini qəbul etmiş və onun niyyəti və iradə ifadəsi həqiqi olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *2 oktyabr 2022-ci il tarixli, 2(0*0)2346/2022 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından aydın olur ki, mübahisələndirilən müqaviləyə dair hüquqi proses lər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin iradə sərbəstliyi olmadan bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü sözügedən faktiki hal, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinin mənasına görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Maddənin hüquqi mahiyyəti ilə əlaqədar həm də qeyd ol unmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir – bu müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə həmçinin vurğulamışdır ki, iddiaçının irəli sürdüyü dəlillərdən biri də digər payçının razılığı alınmadan evin satılmasıd ır. Sözügedən dəlilə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən müddəasının mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının *3, 29-cu maddələrinə, Mülki Məcəllənin *4.2.*, *40, *52.*, 2*8.*, 2*8.2, 2*8.3, 324.*, 324.2, 337.*, 337.5, 347.*, 404, 405.* və 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya mə hkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb ona görə əsaslıdır ki, bağlanmış alqı-satqı müqaviləsi qanun pozuntuları ilə bağlanmışdır və bundan əlavə iddiaçı evin qiyməti ilə bağlı aldadılmış, evin real qiyməti 90.000 manat olduğu halda 47.500 manata satılmışdır. İddiaçının qoca, köməksiz və evin qiymətlərinə dair məlumatsız olmasından sui-istifadə edilmişdir. Bundan başqa,paylı mülkiyyətçinin hüquqları kobud surətdə pozulmuş, ona məlumat verilmədən paylı mülkiyyəti əldə etməkdə üstünlük hüququ olmasına baxmayaraq notarius alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Halbuki, o 45 gün ərzində paylı mülkiyyətçiyə yazılı bildiriş verməli idi, paylı mülkiyyətin əldə edilməsində onun üstünlük hüququnu izah etməli idi, yalnız bundan sonra o paylı mülkiyyəti əldə etməkdən imtina etdikdə alqı-satqı müqaviləsini rəsmiləşdirə bilərdi. Lakin notarius onun evini almış, ev alqı-satqısı ilə məşğul olan “maklerlə” qanunsuz əlaqəyə girib, onun və paylı mülkiyyətçi olan qardaşlarının hüquqlarını kobud surətdə pozmuşdur. Həmçinin, həmin evdə ondan başqa bir neçə şəxs qeydiyyatda olmaqla onlarında hüquqları kobud surətdə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(*03)*035/2023 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, P.A.Hüseynov və C.A.Yusifov) apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Sura xanı Rayon Məhkəməsinin *2 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillərdən biri də digər payçının razılığı alınmadan evin satılmasıdır. Sözügedən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən müddəasının mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tə ləb etmək imkanı vermişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin *4.2.*, *40, *52.*, 2*8.*, 2*8.2, 2*8.3, 324.*, 324.2, 337.*, 337.5, 347.*, 404, 405.* və 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarş ı etiraz təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin *0.8-* və 4*4-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə *4.2.*. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərmülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Maddə *40. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüquq u əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 2*8.*. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllə nin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 2*8.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə *5 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 2*8.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydası nda tələb etsin. Maddə 324.*. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini p ulla ödəməlidir. Maddə 347.*. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 404.*. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş məna ya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Maddə 405.*. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.* Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2 Kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 4*6.* Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 24 dekabr 20*2-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evinin 6/8 hissəsi iddiaçının adına və 2/8 hissəsi isə X2 adına olmaqla paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. *4 say lı notariat ofisində bağlanmış 07 dekabr 202*-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülbülə qəsəbəsi, *-ci Bül-Bülə küçəsi, *4 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 6/8 hissə payını 47.500 manat cavabdehə satmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillərdən biri digər payçının razılığı alınmadan evin satılmasıdır. Sözügedən dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən müddəasının mənasına görə, paylı mülkiyyətdə olan payın satın alma qda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Belə ki, qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir. Hazırki işdə, ümumiyyətlə payı satın almaqa üstünlük hüququ pozulan şəxsin kimliyi məlum deyil və hüququ pozulduğu ehtimal edilən paylı mülkiyyətçi alıcının hüquq və vəzifələrinin ona keçməsi barədə hər hansı tələb irəli sürməmişdir. Belə olan halda iddiaçının digər payçının payı satın almaqda üstünlük hüququnun pozulması barədə dəlili əsaslı sayıla bilməz. Digər tərəfdən, mübahisəli mənzilin qiymətinin alqı-satqı müqaviləsində dəyərindən ucuz göstərilməsi, mənzilin dəyərinin real bazar qiymətinə uyğun olmaması və sair hallar, alqı-satqı müqaviləsinin etibarsızılığı üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 398.*-ci maddəsinin mənasına görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçının mənzilin dəyərindən ucuz satılmasına dair dəlilini də əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*6, 4*7 və 4*9-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(*03)-*035/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.