Məhkəmə qərarları › İş №2(102)-1327/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1327/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1327/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əşyaların alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5837/2023 nömrəli, 13 oktyabr 2023-ci il tarixli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən borc verən İddiaçı (bundan sonra-iddiaçı) iddiaçı borcalan Cavabdeh2 (bundan sonra-cavabdeh) faizsiz olaraq xx.xx.2023-cü il tarixədək 6.000 manat məbləğində kredit vermişdir.

2. İddiaçı tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2020-ci il tarixdə Cavabdeh1 12.000 manata satmasını göstərir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh İddiaçı mübahisəli mənzildən çıxarılması və ödənilmiş 10 manat dövlət rüsumun un cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilə dair onunla Cavabdeh1 arasında 4 saylı ASAN xidmət” mərkəzin notariat kontorunda bağlanmış 11 mart 2020-ci il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun adına yeni qeydiyyat vəsiqəsinin verilməsi, cavabdehlər Cavabdeh1 və X1 mübahisəli mənzildən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbin i işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, 2020-ci ilin mart ayında cavabdehin Cavabdeh1 anası mübahisəli mənzilini 12.000 manata ona satmağı təklif etmişdir. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə o, yaxın ailə dostu Aslanov Nazimlə birlikdə iddiaçını 4 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna apardılar. Orada sonradan öyrənmişdir ki, cavabdeh X2 oğlu tərəfindən ona verilmiş etibarnamə əsasında mübahisəli mənzilin alqı-satqısı üçün müqavilə tərtib etmişdir. Göstərilən alqı-satqı müqaviləsinə əsasən mənzilini 12.000 manata cavabdehə satmışdır. Üstəlik, sonradan ona izah edilmişdir ki, nəinki sözügedən evi ucuz qiymətə satmış, hətta 6000 manatı ona ödədikdən sonra kredit müqaviləsinə uyğun olaraq qalan məbləğin ödənilməsini 3 il müddətinə uzadılmışdı r. Bu məbləğin 150 manatını ona hissə-hissə cavabdeh Nəcəfova Adilya ödəyib və onun evdən çıxarılması ilə bağlı iddia qaldıran zaman onun 3000 manat borcu qalmışdır. İddiaçı guya onunla kredit müqaviləsi bağlayıb, ona əsasən, iddiaçı guya ona 6000 manat borc vermişdir. Aydın olmuşdur ki, o Azərbaycan dilini bilmədiyi üçün nə baş verdiyini, hansı sxemlər qurduğunu başa düşməmişdir. Bu müqavilələrdə kredit müqaviləsinin onun üçün rus dilinə tərcümə olunduğuna dair öz əlyazma qeydi və imzası yoxdur.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-4016/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında mülkiyyətin də olan mənzili Cavabdeh1 12.000 manata satmış və həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüququ Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirilmişdir. İddiaçı qeyd olunan alqı-satqı müqaviləsini cavabdehlər onu aldatmaq yolu ilə imzalatdırdıqlarından həmin müqavilənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaçı ilə aralarında qanuni şəkildə alqı-satqı müqaviləsinin bağlandığına istinad edərək iddia tələbi ilə razı olmadığını qeyd edir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bağladığı əqdlərin məzmunun onun üçün tərcümə olunmadığını göstərsə də, bununla bağlı əlyazma qeydininin və imzasının olmamasına dair sübutları məhkəməyə təqdim etməmiş, yalnız şifahi mülahizələrə əsaslanmışdır.

9. M əhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qətnamə ilə iddiaçının mübahisəli mənzildən çıxarılmasının müəyyən edilməsi özü-özlüyündə iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı əqd kimi qəbul edilməsinin göstəricisidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

13. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyev) 13 oktyabr 2023-cü il tarixli, 2(103)-5837/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər müqaviləni könüllü şəkildə bağlayıblar. Belə ki, iddiaçının öz mənzilini satmaq niyyəti olub və alıcı axtarıb. Cavabdehlər ana-övladdır, onlar iddiaçının qonşuluğunda – Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev № 89-da yerləşən 14 №-li mənzilidə yaşayıblar. Cavabdehlər iddiaçının öz mənzilini satmaq niyyətini bildikdən sonra mənzili almaq qərarına gəliblər.

15. Məhkəmə kollegiyası mübahisəli mənzilin qiyməti ilə bağlı qeyd etmişdir ki, qiymət tərəflərin raz ılığı əsasında müəyyən olunub, hər iki tərəf müqaviləni imzalayıb və müqavilə notariat qaydasında təsdiq olunub. Mənzilin ümumi sahəsi 36,7 kv.m təşkil edir, təmirsizdir, yaşayış üçün yararsızdır, bunu təsdiq edən fotoşəkillər məhkəməyə təqdim olunmuşdur. İddiaçı mənzilin bazar dəyərinin 12.000 manatdan yüksək olduğunu təsdiq edən sübut təqdim etməyib. Buna baxmayaraq, müqavilə azadlığı (Mülki Məcəllə, maddə 390) müqavilə tərəflərinə qiyməti azad surətdə - bazar dəyərindən aşağı və ya yüksək müəyyən etməyə imkan verir. Qiymətin müəyyənləşdirilməsi zamanı iddiaçının müqavilə azadlığının pozulduğunu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə kollegiyası mənzildən çıxarılma ilə bağlı qeyd etmişdir ki, iddiaçı alqısatqı müqaviləsi bağlanarkən satıcının 3 il mənzildən çıxmayacağ ı barədə razılığın olduğunu bildirmiş, lakin alıcı onu vaxtından əvvəl mənzildən çıxarmaq istəmişdir. Göründüyü kimi, satıcı aldadıldığını və mənzilin dəyərindən aşağı satıldığını bildirməyib. Əksinə, həmin izahat onu təsdiq etmişdir ki, satıcının müqavilə azadlığı pozulmayıb, o, könüllü şəkildə mənzilin 12.000 manata satılması barədə müqavilə bağlayıb. Müqavilə bağlandıqdan sonra alıcı mənzilin qiymətini tam ödəməyibsə, satıcı qiymətin ödənilməsi barədə iddia verə bilər. Qiymətin tam ödənilməməsi öhdəliyin icra edilməməsi hesab olunur. Öhdəliyin icra edilməməsi öhdəliyi əmələ gətirən əqdin etibarsızlığına əsas ola bilməz. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilib, lakin həmin əsasların sırasında “öhdəliyin icra edilməməsi” nəzərdə tutulmayıb. Çünki öhdəliyin icra edilməməsi əqdin bağlanmasından sonra mövcud olan haldır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14,337.1, 339.2,390,MPM-in 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək mübahisəli qətnamənin ləğv edilərək iddianin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə etiraz dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

22. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Maddə 339.2. Şəxs əqd bağlanm ası məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 417.1.3 Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

36. Baxılan iş üzrə iddiaçı mülkiyyətində olan mənzilə dair aldadılmaqla Ca vabdeh1 ilə alqı-satqı müqaviləsi bağlanmasına, mənzilin satış qiymətinin daha artıq olmasına baxmayaraq 12.000 manat göstərilməsinə, müqavilərin məzmununun ona aydın olmamasına, heç kimə borc vermədiyi halda həmin gün onunla kredit müqaviləsi bağlanmasına, həmin müqavilənin şərtlərinin ona aydın olmadığına (Azərbaycan dilini bilmədiyi üçün ona tərcümə olunmaması səbəbindən) istinad edərək alqı-satqı müqaviləsi və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməli olmasını iddia etmişdir.

37. Cavabdeh tərəf isə iddiaçı ilə aralarında qanuni şəkildə alqı-satqı müqaviləsinin bağlandığına istinad edərək iddia tələbi ilə razı olmadığını göstərir.

38. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış müqavilənin məzmununun onun üçün tərcümə olunmaması, əlyazma qeydinin və imzasının olm amasına dair halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməməsi və xx.xx.2021-ci il tarixli qətnamə ilə iddiaçının mübahisəli mənzildən çıxarılmasının müəyyən edilməsinin özü-özlüyündə iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı əqd kimi qəbul edilməsinə əsaslanaraq iddianı əsassız hesab etmişdir.

39. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və“ məhkəmədə müdafiəsinə təminat verilir.

40. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin“həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi“təsbit olunmuşdur.

41. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin“birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı).

42. İlkin olaraq iddianın rədd olunmasının əsaslarından biri kimi, yəni dah a əvvəl baxılmış mənzildən çıxarma tələbinə dair iş üzrə cavabdehin adına aparılmış qeydin əsası olan alqı-satqı müqaviləsinin etibarlı əqd olaraq tanınmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edilməlidir ki, həmin iddia üzrə iddiaçı olan hazırkı iş üzrə cavabdeh məhz əşya hüququna, yəni daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququna istinad etməklə mənzildən çıxarma tələbi irəli sürmüşdür. Cavabdehin (baxılan iş üzrə iddiaçının) əqdin etibarsızlığı ilə bağlı etirazı, yazılı tələbi və ya qarşılıqlı iddiası olmamışdır.

43. Məhkəmə tərkibi qeyd edir ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiq iliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140).

44. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1).

45. Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər.

46. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yoxdur.

47. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mü lki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmaz.

48. Baxılan iş üzrə hüququnun pozulmasını iddia edən iddiaçı cavabdehin əşya hüququnun mövcudluğunu müvafiq qaydada həmin icraatda mübahisələndirmədiyi üçün, yəni qeydin hüquqi əsasını təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürmədiyi halda birinci instansiya məhkəməsi əqdin etibarlılığına qiymət verməkdə haqlı olmamışdır.

49. Apellyasiya instansiya məhkəməsi isə əşya hüququna əsaslanan tələbə baxılarkən əqdin mübahisələndirilmədiyini, məhkəmənin öz vəzifəsindən irəli gələrək tələbdən kənara çıxaraq (tələb olmadan) əqdin etibarlı olmasına dair birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmışdır.

50. İddiaçı qərarın 33-cü bəndində göstərilənlərə istinad edərək əqdi ald adılma əsası ilə mübahisələndirmiş, lakin apellyasiya instansiya məhkəməsi tərəflərin müqaviləni könüllü şəkildə bağlamalarına, qiymətin tərəflərin razılığı əsasında müəyyən olunmasına, hər iki tərəfin müqaviləni imzalaması, müqavilənin notariat qaydasında təsdiq olunmasına, qiymətin müəyyənləşdirilməsi zamanı iddiaçının müqavilə azadlığının pozulduğunu təsdiq edən sübutunu məhkəməyə təqdim etməməsinə, mənzildən çıxarılma ilə bağlı tələbə baxılarkən aldadılması və mənzilin dəyərindən aşağı satılmasını bildirmədiyinə istinad etmişdir.

51. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər.

52. Hazırkı iş üzrə məhkəmələr mübahisəli mənzilin alqı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçının aldadılmasına dair araşdırma aparmamış, satıcı olan iddiaçının müqavilənin bağlanmasından sonra 1 ildən artıq müddət“ərzində mənzildə yaşamaqda davam etməsi, müqavilə üzrə mənzilin dəyərinin həmin dövr üçün mənzilin likvid dəyərindən aşağı olub-olmaması (halbuki iddiaçı göstərir ki, həmin vaxt mənzilin dəyəri 50000 manatdan artıq olmuşdur) kimi işin əhəmiyyətli hallarını, iddiaçının kredit verməsinə dair müqavilənin məhz həmin gündə bağlanması, müqavildə mənzilin dəyərinin tam ödənilməsi göstərilsə də həmin müqavilənin bağlanmasının məqsədi müəyyən edilmədən yalnız forma tələblərinə riayət olunduğuna, müqavilə azadl ığının pozulmamasına əsaslanmaqla müqavilənin etibarlı olduğu qənaətinə gəlmişlər.

53. Nəzərə alınmalıdır ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəmə si Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları).

54. İddiaçının digər dəlilində göstərilir ki, Azərbaycan dilində yazıb, oxumağı bacarmadığı üçün müqavilərin şərtləri ona aydın olmamış, müqavilənin digər tərəfi bundan istifadə etmiş, müqaviləni təsdiqləyən notarius isə bu hallara əhəmiyyət vermədən müqaviləni təsdiq etmişdir.

55. Qeyd edilməlidir ki, məhz mübahisələndirilən müqavilə iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə iddiaçının həmin dəlillərinin yoxlanması (bu zaman nəzərə alınmalıdır ki, iddiaçının iştirakı ilə keçirilmiş bütün məhkəmə icraatlarında o tərcüməçi ilə təmin olunmuş, lakin təminetmənin onun xahişi və ya məhkəmənin təşəbbüsu ilə edilməsi müəyyən deyil.) ilə bağlı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin hər hansı araşdırma aparmadıqları aşkardır.

56. Nəzərə alınmalıdır ki, notariat işinin əldə edilməsindən sonra iddiaçının müqavilənin rəsmləşdirildiyi dili bilib-bilməməsi, onun tərcüməçiyə ehtiyacının olub-olmaması, belə ehtiyacının təmin olunması üçün xahişinin olub-olmaması və ümumiyyətlə müqavilənin şərtlərinin ona aydın olması həmin materialların tədqiqindən sonra müəyyən edilə bilərdi.

57. Tərcüməçinin köməyindən istifadə edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, “Notariat haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş ed irsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. 58. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”nın 9-cu hissəsinin ikinci və üçüncü abzaslarında xx.xx.2018-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcü məçi tərəfindən tərcümə edilir. Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədə ona məlum olan dildə imza edir..

59. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci“maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

61. İstinad olunan maddə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

62. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərə fli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmur.

63. Nəzərə alınmalıdır ki, söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin“ məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.

64. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu v ə ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır.

65. Baxılan işdə apellyasiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, iddiaçının irəli sürdüyü dəlillərə lazımi şəkildə qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş“hallara, tərəflərin qarşılıqlı münasibətinə v ə qanunvericiliyə uyğun əsaslandırılmamışdır.

66. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

67. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

68. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

69. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir

70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5837/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar