Məhkəmə qərarları › İş №2(102)-1056/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1056/2020

21.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1056/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dairmülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 2(017)-646/2019 saylı, xx xxx 2 019-cu il tarixli qətnaməsi (hakim E.Quliyev) ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Heydərov, hakimlər T.Kərimov və F.Abbasov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı qızı Səma ilə birlikdə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən Cavabdeh1 məxsus evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respubl ikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Səma ilə birlikdə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən, Cavabdeh1 adına qeydə alınmış evin girişindən sağda yerləşən otağa köçürülməsinə dair qətnamə çıxarılması nı xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli qərarına əsasən verilmiş torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə Cavabdeh1, X1, Cavabdeh2 qızı, İddiaçı Muxtar qızı, X2, İddiaçı ailə üzülərinə həyətyanı sahə kimi 0,54 hektar torpaq sahəsi verilmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 ilə 2000-ci il tarix də faktiki nikah münasibətinə daxil olmuş, birgə nikahlarını xx.xx.2002-ci il tarixdə rəsmiləşdirmişlər. Ailə qurarkən mübahisə predmeti təşkil edən fərdi yaşayış evinə köçmüş, hal hazırda cehiz əmlakalrı mübahisəli mənzildədir. Onların birgə nikahlarından 2002-ci ildə Allahyar, 2004-cü ildə Səma adlı övladları olmuşdur. Tərəflər arasında rəsmi nikah münasibətinə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xitam verilmiş, lakin sonradan faktiki nikah münasibətlərini davam etdirmişlər və iyul 2018-ci il tarixə kimi birgə yaşamışlar. İddiaçının köçürülməsini arzuladığı mübahisə predmeti təşkil edən fərdi yaşayış evi tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir və həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın döv lət reyestrində qeydə alınmamışdır. Həmçinin Ağcabədi RİHB-nın Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il və xx.xx.2019-cu il tarixli arayışlardan görünür ki, Cavabdeh2 və İddiaçı Təzəkənd kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında ayrı təsərrüfat kimi qeyd olunmuşdur. Eyni zamanda Ağcabədi RİHB-nın Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx xxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 Təzəkənd kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında ayrı təsərrüfat kimi qeyd edilib. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aydın və səlis anlaşılması üçün 2 halın - Mübahisə predmeti olan evin hüquqi statusunun (həm hüquq münasibətinin yarandığı həm də məhkəməyə müraciət olunduğu vaxt üçün) müəyyən edilməsi və iddiaçı cavabdehlərə qarşı evə köçürülmə tələbinə dair hissədə haqlı olmuşdurmu, aydınlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası birinci hal üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi təsərrüfat başına kitabda qeydiyyata alınsa da, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan yarandığından və mübahisəli fərdi yaşayış evi üzərində də hər hansı bir hüquq, o cümlədən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi hüquqlar qeydə alınmayacağı ana qədər özbaşına tikili kimi dəyərləndirilir. İkinci hala münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmun undan göründüyü kimi, iddiaçı Cavabdeh2 ilə nikah münasibətin daxil olduğu vaxtdan gəlin kimi köçərək yaşadığı və hazırda cehiz əmlakların yerləşdiyi mənzilə köçürülməsini arzulayır. Cavabdeh2 iddia tələbinə etiraz edərək mübahisəli mənzilə iddiaçının gəlin köçərək 2003-cü ilə kimi müvəqqəti yaşadığını, həmin ildən Ağcabədi rayonunun Təzəkənd ərazisində Gülnazın atası Salehin razılığı ilə onun torpaq sahəsində özlərinə çiy kərpicdən ev tikib həmin evə köçdüklərini, 2009-cu ildə Təzəkənd kəndinin kənarında olan fermaya köçüb orada yaşadıqlarını, nikahları 2015-ci ildən pozulsa da, xx xxxx 2018-ci ilə kimi bir yerdə yaşadıqlarını, həmin tarixdən aralarında baş verən münaqişəyə görə iddiaçının qardaşı evinə getdiyini, cehiz əmlaklarının isə mübahisəli evdə olduğunu bildirmişdir. Göründüyü k imi iddiaçı ilə Cavabdeh2 arasında faktiki nikah münasibəti 2000-ci ildən yaransa da, onlar arasında rəsmi nikah münasibəti 2002-ci il tarixdən yaranmışdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2001-ci il tarixli qərarında göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu x xxxxxxx 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında evə köçürülmə tələbi ilə bağlı hüquq münasibətinin yarandığı vaxt hazırkı Mənzil Məcəllə si deyil, Mülki Məcəllə və 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Mübahisəli fərdi yaşayış evi üzərində hər hansı şəxsin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Vətəndaşların mənzil hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə təsbit olunmaqla, istifadə hüququnun tanınması tələb edilən yaşayış sahəsinin təsərrüfatbaşına kitabda qeydiyyatda olması və həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, yaşayış sahəsindən məhrum olmuş vətəndaşı bu hüquqa iddia etməkdən məhrum etmir. Belə ki, mübahisəli hüquq münasibətinin qanunla tənzimlənməməsi həmin mübahisəyə baxılmaması və yaxud iddianın qeyd-şərtsiz rədd edilməsi üçün əsas ola bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərə findən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası yuxarıda göstərilən maddi hüquq normalarının və Konstitusiya Məhkəməsinin norma şərhedici qərarına əsasən qeyd edir ki, tərəflər arasında hüquq münasib ətin yarandığı vaxt mübahisə predmeti təşkil edən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmadığından, tərəflər arasında münasibətə həmin vaxt qüvvədə olan və oxşar münasibələri tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123, 53-cü maddələrinə əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvlər i mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə isə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab ol unur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, lakin mübahisəli fərdi yaşayış evi iddiaçının da cavabdehlərlə ümumi birgə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. İddiaçı Cavabdeh2 ilə ailə həyatı quraraq mübahisəli evə köçmüşdür. İddiaçı evə köçərkən hər hansı qeyd-şərt olmadan cavabdehlər ilə birgə təsərrüfat idarə edərək, orada yaşamışdır. Cavabdeh iddiaçının mübahisəli fərdi yaşayış evinə aidiyyəti olmadığını, iddiaçının atasına məxsus torpaq sahəsində çiy kərpicdən ev tikdiklərini bildirsə də, onlar arasında narazılıq yaranandan sonra iddiaçının həmin evə deyil, qardaşının evinə getməsi, cavabdehin göstərdiklərinin əsassız olmaqla formal mülahizə olduğu qənaətini formalaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası ikinci hal üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı mübahisə predmeti təşkil edən evə köçürülmə tələbinə dair iddia tələbi əsaslı olmaqla yol verilən olmaqla cavabdehlərin faktiki istifadəsində olan Ağcabədi rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə övladı ilə bi rgə köçürülməlidir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İddiaçı mübahisə predmeti təşkil edən fərdi yaşayış evinin girişindən sağda yerləşən otağa köçürülməsini xahiş etsə də, onun evin konkret otağına köçürülməsi, evdən onunla bərabər istifadə etmək hüququ olan şəxslərin həmin otaqdan istifadəsini və bununla da onların hüquqlarının məhdudlaşdırılmasına səbəb olacağından, iddia tələbi qeyd edilən hissədə əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hər iki hal üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n qətnaməsini ləğv edərək iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar