Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1056/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, X9, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların və digər cavabdehlərin vəkili Vəkilzər Mirzə oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1515/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qə tnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24-də yerləşən 2 saylı mənzil Müdafiə Nazirliyinin keçmiş Nasosnu MİS tərəfindən xx xxxxxxx 1965-ci il tarixli, 614 saylı order əsasında iddiaçının babası X7 sahibliyinə və istifadəsinə verilmişdir. Həmin mənzildə iddiaçı, onun babası, atası X13 və anası X14 birlikdə yaşamışlar. İddiaçının Anası 1995-ci ildə, atası 1997-ci ildə, babası isə 2002-ci ildə vəfat etmişlər. İddiaçı ilə X10 xx.xx.2010-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 a nadan olmuşdur. İddiaçı 2010-cu ildə ailə qurması ilə əlaqədar olaraq həmin mənzildən çıxmış, lakin özü və uşaqları mənzildə pasport qeydiyyatında qalmışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X19, Cavabdeh4, Cavabdeh3 Əmican oğlu, X11, Cavabdeh1 qarşı orderin və qeydiyyatın etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş, mübahisəli mənzilə dair X3 adına xx.xx.1990-cı ildə verilmiş 684 saylı order etibarsız hesab edilmiş, cavabdehlərin həmin mənzilə qeydiyyatları etibarsız hesab edilmiş və cavabdehlərin və azyaşlı övladları - X16, X15, X20 və X6 mübahisəli evə qeydiyyatlarının etibarsız hesab edilməsi və onların mənzildən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2027/2018 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-6243/2018 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-824/2019 saylı qətnaməsilə cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-2556/2018 saylı qətnaməsi ləğv edilərək İddiaçı ilk iddiaçı rədd edilmiş, cavabdehlər X17, Cavabdeh4, Cavabdeh3 Əmican oğlu, X11, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiası təmin edilməklə onların mübahisəli mənzilə yaşayış hüquqları tanınmışdır. Həmin qətnamədən İddiaçı vermiş olduğu kassasiya şikayəti Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixdlə qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.1990-cı il tarixli orderə əsasən mübahisəli mənzil X4 verilmiş və orderdə onun ailə üzvləri kimi hazırkı iş üzrə cavabdehlər göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh4, X9, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəpi, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24, mənzil 2-də yerləşən 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası həbsdə olduğundan anası vəfat etməzdən bir neçə ay öncə X4 ailəsi ilə birlikdə kirayəçi kimi gəlib mübahisəli mənzildə yaşamalarına icazə vermişdir. X1 bundan istifadə edərək, saxta yolla orderi öz adına keçirmiş və öz ailə üzvlərini də mübahisəli mənzilə qeydiyyata salmışdır. Cavabdehlərdən Fuad, Ramil və Şamil Əmircanın övladları, Dilbər isə həyat yoldaşıdır. İddiaçı mübahisəli mənzildə 20 il yaşamaqla babası vəfat edənə qədər ailə üzvü olaraq ona baxmış, 2010-cu ildə ailə qurması ilə əlaqədar olaraq hə min mənzildən çıxmışdır. Lakin özünün və uşaqlarının qeydiyyatı həmin mənzilədir. Kommunal xərclər cavabdehlər tərəfindən ödənilsə də, həmin kommunal xərclərin sənədləşməsi də onun adınadır. İddiaçının və onun həyat yoldaşının rəsmi olaraq başqa yaşayış yeri yoxdur. Cavabdehlər həmin mənzilin həyətində bir neçə başqa tikililər inşa etmişlər. Orada heç bir sənəd olmadan yaşayırlar. İddiaçı ailə qurduqdan sonra dəfələrlə cavabdehlərdən mənzili boşaltmağı xahiş etsə də, cavabdehlər buna məhəl qoymamışlar. O, hətta torpaq sahəsinin bölünməsini də təklif etsə də, yenə də cavabdehlər razılaşmamışlar. O, cavabdehlərin adına verilmiş orderin ləğvi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Yəni, bu qətnamə ilə ünvan 1 ünvanına dair X3 adına xx.xx.1990-cı il də verilmiş 684 saylı order etibarsız hesab edilməmişdir. Belə ki, o, mübahisələndirilən evdə yaşamaq istəyir. O, müvəqqəti olaraq mübahisələndirilən mənzildən getmişdir. Hazırda heç bir yerdə evi yoxdur. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia tələbi rədd edilmişdir. Məhkəmə xx.xx.2009-cü il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123, 53, 60 və 87-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsnə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 1999-cu il tarixli qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi iddiaçı 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və mübəhisəli mənzili tərk etmişdir. Onun mübahisə li mənzili müvəqqəti deyil daimi olaraq tərk etməsi səbəbindən iddiaçının mübahisə mənzilə olan istifadə hüququ da itirilmişdir. Bu səbəbdən iddiaçının həmin mənzilə köçürüimə barədə iddiası əsaslı deyildir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Telman Məmmədov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin təmin edilməsi, iddiaçının xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt ş., H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 24, mənzil 2-də yerləşən 2 otaqlı mənzilə köçü rülməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının babası Andrey Zverevə 1965-ci ildə order əsasında verilmiş, o, həmin mənzildə babası, atası və anası ilə birlikdə yaşamış, anası 1995-ci ildə, atası 1997-ci ildə, babası isə 2002-ci ildə vəfat etdikdən sonra da iddiaçı həmin mənzildə yaşaaqda davam etmiş, özü və uşaqları mübahisəli mənzildə qeydiyyatdadırlar, bu mənzildən başqa evi yoxdur. Mənzil dövlət mənzil fonduna aiddir, iddiaçının mənzildə yaşayış sahəsindən istifadə hüququna məhkəmə xitam verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı hüquq münasibətinə mənzillə bağlı münasibətləri tənzimləyən həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci il redaksiyalı) müddəaları tətbiq edilməklə h üquqi qiymət verilməlidir. Məhkəmə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçının və azyaşlı uşaqlarının köçürülməsini arzuladığı həmin mənzildə istifadə hüquqları yarandığından və onların bu hüququ məhkəmə qaydasında itirilmədiyindən iddia tələbi təmin edilərək iddiaçı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidirlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkilzər Mirzə) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ailə qurması ilə əlaqədar olaraq mənzili daimi tərk edərək ər evində yaşayır və az yaşlı uşaqları da həmin mənzildə dünyaya gəlmiş və bu günə kimi də orada yaşayırlar. Bir şəxsin mənzilə köçürülüməsi üçün onun həmin mənzilə olan istifadə hüququnun məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə isə bu hüququn olub-olmamasını, bu barədə hər hansı bir iddianın olmamasını nəzərə almayaraq, iddiaçının mənzilə köçürülməsi qənaətinə gləmişdir. Bu zaman məhkəmə kollegiyası yalnız iddiaçının mənzildə pasport qeydiyyatı olmasına istinad etmişdir. Lakin işin araşdırılan hallarına maddi və prosesual hüquq normaları baxımından düzgün qiymət verməmişdir. Belə ki, pasport qeydiyyatı inzibati akt olmaqla, mənzilə dair hər hansı bir hüquq yaratmır və yalnız dövlətlə vətəndaş arasında əlaqələrin yaranmasına xidmət edir. Mənzilin orderi Əmircan Hüseynovun adına olub və bu gün də on un adınadır, iddiaçı isə onların ailə üzvü deyil, ailə qurması səbəbi ilə daimi olaraq yaşamaq üçün mənzili tərk edib ər evinə getmişdir, 10 ildir daimi olaraq ər evində yaşayır. Belə olan halda onun mənzilə hüququ yaranmamışdır. Belə bir istifadə hüququ olmadığı halda iddiaçının mənzilə köçürülməsi qanunsuz və əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Vəkilzər Mirzə oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsa sən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: (1982-ci il redaksiyalı) Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsi ni icarə müqaviləsi onların getdiyi və ya köçdüyü andan pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi m əsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası m əhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mübahisəli mənzilin iddiaçının babası Andrey Zverevə 1965-ci ildə order əsasında verilməsi, həmin mənzildə iddiaçı, babası, atası və anası ilə birlikdə yaşaması, iddiaçının anasının 1995-ci ildə, atasının 1997-ci ildə, baba sının isə 2002-ci ildə vəfat etməsi, iddiaçının və uşaqlarının da mübahisəli mənzildə qeydiyyatda olması, iddiaçının 2010-cu ildə ailə quraraq həmin mənzildən getməsi, xx.xx.1990-cı il tarixli orderə əsasən mübahisəli mənzil cavabdeh X4 verilməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı həmin mənzildə pasport qeydiyyatına olmasına əsaslanaraq özünün və uşaqlarının mənzilə köçürülməsini xahiş edir. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 53 və 54-cü maddələrinə istinad edərək iddia tələbini təmin etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən həmin normaları hazırki işə düzgün tədbiq etməyərək maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, həmin normaların məzmunundan görünür ki, icarədar il ə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Normadan göründüyü kimi, icarədarın ailə üzvü olmayan şəxslər yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Hazırki işdə isə iddiaçının 2010-cu ildən həmin mənzildə yaşamaması mübahisəsizdir. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verməyərək maddi hüquq normasının tələbərini pozmuşdur. Məhkəmə həmçinin nəzərə almamışdır ki, mülkiyyətçi i lə 1965-ci ildə mənzil kirayə müqaviləsi bağlamış və 2002-ci ildə vəfat edən babası Andrey Zverevin hələ sağlığında mənzilə dair cavabdeh X3 adına balans saxlayan tərəfindən xx.xx.1990-cı ildə 684 saylı order verilmişdir. İddiaçı mülkiyyətçi ilə yeni mənzil kirayə müqaviləsi bağlamağa cəhd göstərməmiş, 2010-cu ildə mübahisəli mənzili daimi tərk etmiş, ailə quraraq ər evinə köçmüşdür. Belə olan halda mənzildə yaşayış sahəsində istifadə hüququna xitam verilməsi üçün ayrıca məhkəmə aktının olması zəruri deyildir, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü andan pozulmuş hesab edilir. İddiaçının mübahisəli mənzildən köçməsi ailə qurm ası ilə əlaqədar olması onun yaşayış sahəsini müvəqqəti tərk etməsini istisna edir. MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Digər tərəfdən münahisəli mənzilin order əsasında cavabdeh Əmircan Hüseynovun icarəsinə verilməsi işin mübahisələndirilməyən halıdır. Belə olan halda məhkəmə iddia tələbinin həllində maraqların toxunan şəxs kimi Sumqayıt şəhər İcra Hakimiyyətini işə cəlb etmək məsələsini müzakirə etməyərək prosessual pozuntuya yol vermişdir. MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh4, X18, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1515/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.