Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1056/2022 04.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-75/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 mart 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, halhazırda Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olan, qanunla ona məxsus ünvan 1 ünvanına yaxın yerləşən 553 kv.m sahə və həmin sahədə yerləşən avtomobillərin təmiri üçün nəzərdə tutulan tikililərin boşaldılaraq ona təhvil verilməsi və vurulmuş 83500 manat zərərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(003)6875/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apel lyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək, iddia tələbi qismən təmin edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
5. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6. 03 mart 2022-ci il tarixdə Cavabdeh notarial qaydada təsdiqlənmiş ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətindən imtina etməsini bilidirib və kassasiya icraatına xitam verilməsini xahiş etmişdir.
7. İddiaçı vəkili X2 ərizənin təmin edilməsinə etiraz etmədi. Kassasiya instansiyası məhkəməsinin m övqeyi
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.
9. Göründüyü kimi, qanunla kassasiya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir.
10. Qeyd olunmalıdır ki, şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddi-hüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə barışmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir.
11. MPM-in 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır.
12. Məhkəmə koll egiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassasiya şikayətindən imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
13. MPM-in 410.2-ci maddəsinin 2-ci hissəsinə görə işdə iştirak edən başqa şəxslər qətnamə və ya qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.
14. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə başqa şəxslər tərəfindən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilmədiyindən, kassasiya şikayətindən imtina etməsi barədə cavabdehin ərizəsi qəbul edilməli və kassasiya icraatına xitam verilməlidir.
15. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 410 və 419-cu ma ddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayətindən imtinası qəbul edilsin. Mülki iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.