Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1057/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair QƏRARİ (Açar sözlər: işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4991/2023 nömrəli, 04 oktyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – “iddiaçı” və ya “işçi”) ilə Cavabdeh ASC-nin (bundan sonra – “cavabdeh” və ya “ASC”) X1 İdarəsi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M68/2019 saylı əmək müqaviləsinə əsasən iddiaçı həmin İdaərəd suölçən cıhazların quraşdırma sahəsinə 12-ci dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi qarşılıqlı razılıq əsasında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək bir il müddətinə bağlanmışdır.
2. İddiaçının əmək müqaviləsinə 11 iyun 2021-ci il tarixdə Əmək Məcəlləsinin 73-cü maddənin 1-ci hissəsi ilə (müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 12 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli, K317 saylı əmrin ləğv edilməsi, ASC-nin X1 İdarəsi Avtomatika və metrologiya şöbəsi Xətai sukanal idarəsi üzrə suölçən cihazların quraşdırılması təmin və istismarına nəzarət qrupunun metrologiya üzrə mühəndisi vəzifəsinə bərpa olunması, vurulmuş maddi ziyana görə 10000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onun işdən azad olunması qanunsuzdur. Belə ki, hazırda qeyd olunan X1 İdarəsi fəaliyyət göstərir, büdcə təşkilatı deyil. İddiaçı həmin idarənin ən təcrübəli işçilərindən, yaxşı mütəxəssisi olmuşdur. Cavabdeh iddiaçı i lə əsassız yerə müqaviləni uzatmayıb.
5. İşəgötürən tərəfindən əmək müqaviləsinin müddəti başa çatarkən əvvəldən nəzərdə tutulmuş müddətdə iddiaçı xəbər edilməli idi.
6. İddiaçının ASC-də işlədiyi dövrdə aldığı əmək haqqının məbləği normal olmuş və qanunsuz olaraq əmək fəaliyyəti dayandırıldığı üçün hazırkı dövrə qədər həmin pul vəsaitindən məhrum olmaqla iddiaçı maddi ziyana uğramışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 45, 73, 288 və 292-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, 16 avqust 2012-ci il tarixdə ASC-yə işə qəbul olmuşdur. 2019-cu ilə qədər Xətai Sukanal İdarəsində işləmişdir. 2019-cu ilin 3 iyun tarixində ASC-nin sədrinin məktubuna əsasən yerdəşiyməyə görə onu X1 İdarəsinə göndərmişlər. Ora ya gedən vaxtdan X1 İdarəsinin rəhbəri onunla şəxsi-qərəzlik etməyə başlamışdır. İlk olaraq ona heç bir günahı olmadan xəbərdarlıq etmişdir. İkinci dəfə 5-6 ay sonra işləməyən smart tipli sayğacları mexaniki sayğaclarla dəyişdiyi üçün ona töhmət verilmişdir. Daha sonra ona şiddətli töhmət vermişlər. Bundan sonra o, ASC-nin rəhbərliyinin yanında olmuşdur. Ona bildirilmişdir ki, xasiyyətnamə gətirsin. 2021-ci ilin 11 iyununda ona xasiyyətnamə yazıldığını, X1 İdarəsindən götürməli olması bildirilmişdir. İdarəyə gələndə kadr şöbəsinin mütəxəssisi ona əmək kitabçasını vermiş və bildirmişdir ki, işdən xaric olunur, onun əmək müqaviləsinin müddəti uzadılmayıb. Yerdəyişmə vaxtı ASC onları aldatmış, bildirilmişdir ki, ərizə yazın, işdən çıxın, onlarla əmək müqaviləsi davam edəcək. Sonra onlarla bir illik müqavilə bağlamış, 3 ay ona sınaq müddəti vermişlər. O, 5-ci il idi ki, həmin vəzifədə işləyirdi. 1 il tamam olandan sonra qeyri-qanuni olaraq, onunla şəxsi-qərəzlik edərək əmək müqaviləsinin müddətini uzatmamışlar. Əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə müddətin bitməsi ilə əlaqədar xitam verilib. İddianın gec verilməsinə səbəb dövlət orqanlarına şikayət etməsi olub.
9. Birinci instanasiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri belə olmuşduir: - iddiaçı bir il yox, ASC-nin Xətai Rayon Sukanal İdarəsinin müvafiq şöbəsində iki il işləyib. xx.xx.2019-cu il tarixdə işə daxil olub, xx.xx.2021-ci il tarixdə işdən azad olub. Sonra ASC-də struktur dəyişikliyi olub. Sayğac quraşdırılması üzrə olan qruplar X1 İdarəsinin nəzdinə verili b. Buna görə də müqavilələrə xitam verilib, 600 nəfərə yaxın işçi X1 İdarəsinə yeni əmək müqaviləsi ilə işə götürülüb; - iddiaçı bundan əvvəl ASC-nin başqa qurumunda başqa əmək müqaviləsi ilə işləyib; - mediasiyada olarkən də iddiaçıya izah edilmişdir ki, Xətai Rayon Sukanal İdarəsi ayrı qurumdur, X1 İdarəsi isə ayrı. Onun bağladığı əmək müqaviləsi ilə başqa qurumda çalışa bilməz. Ona görə də həmin müqaviləyə xitam verilib, yeni əmək müqaviləsi bağlanılıb; - iddiaçının yaşı da çoxdur, işi də ağırdır, işində də özü qeyd etdiyi kimi nöqsanlar olub. Yeni gənc kadrlardan istifadə məqsədilə, iddiaçının da pensiya yaşının çoxdan keçməsini nəzərə alaraq müqavilənin müddəti uzadılmamış, əmək müqaviləsinə xitam verilmişdir; - əmək müqaviləsi müddətli olub, 1 illik bağlanılıb. İddiaçı özü də əmək ki tabçasını aldığını qeyd etmişdir, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən iddia ərizəsi verilməli olduğu vaxtdan təxminən 1 il yarım sonra verilmişdir; - bundan başqa, təmsil etdiyi qurum tərəfindən iddiaçının əmək müqaviləsinə müddət bitdiyinə görə, onun yaşı ilə əlaqədar qanuni formada xitam verilmişdir. İddiaçının işdən azad oluması ilə bağlı hər hansı bir pozuntuya yol verilməmiş, onunla bütün haqqhesab məsələləri görülmüş, bütün prosedur qaydalara əməl edilmişdir.
10. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Ərizədə qeyd olunmuşdur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, işəgötürənin 11 iyun 2021-ci il tarixli 317 k saylı əmri ilə iddiaçının ə mək müqaviləsinə xitam verilmişdir. Hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etsə də, qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Fərdi əmək mübahisələri üzrə iddia müddətinin tətbiq edilməsi Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nizama salınır. Həmin maddənin 1-ci və 2-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2410/2023 saylı, 08 iyun 2 023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim Orxan Məmmədli)
12. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixli, M-68/2019 saylı əmək müqaviləsinə əsasən ASC-nin X1 İdarəsinin suölçən cihazların quraşdırma sahəsinə 12-ci dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş və müqavilədə əmək müqaviləsinin qarşılıqlı razılıq əsasında 1 il müddətinə yəni müddətli bağlandığı qeyd olunmuşdur. Həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır. İddiaçının imzası onun müddətli əmək müqaviləsinin bağlanılmasına razılığının ifadəsidir. Bundan sonra iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddənin 1-ci bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar) xx.xx.2021-ci il tarix də xitam verilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslı olduğundan və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə iddia tələbi əsassızdır. Belə ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi, 73, 296-cı, Mülki Məcəllənin 372.1 və 375.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmi n olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4991/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəf ərizə təqdim edərək, mübahisəyə 1 aylıq iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2, 3-cü hissələrini, Mülki Məcəllən in 372.1, 375.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübut təqdim etmədiyindən iddia rədd olunmalıdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
20. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq həmin maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu a şkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (2-ci hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (3-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (4-cü hissə).
21. İddiaçının tələbi işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ona ödənilməsindən ibarə tdir. Qeyd olunmalıdır ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının məbləği işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək ödənilməli olan pul kompensasiyasını nəzərdə tutur və yalnız iddiaçı işə bərpa olunduğu halda ödənilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən işçi işə bərpa edildiyi halda məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləği belə tələbin irəli sürülüb-sürülməsindən asılı olmayaraq işçiyə ödənilməlidir. İddia ərizəsinin həmin hissəsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan və əmək münasibətləri çərçivəsində tərəflərin bir-birinə qarşı irəli sürdükləri pul və digər tələblərə aid edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi mübahisəyə cavabdehin ərizəsi əsasında Əmək Məcəlləsinin 296-cə maddəsinin 2-ci hissəsində nə zərdə tutulan 1 aylıq iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur.
22. Mübahisəyə iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün birmənalı əsas olduğundan apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər
23. İddiaçı (vəkil Nümayəndə2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə qarşı tərəfin verdiyi izahatlarda göstərilənlərə dair heç bir araşdırma aparmadan həmin arqumentləri mötəbər sübut kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 294.2. Kollektiv müqaviləl ərdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (s ərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.
32. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmamasını müəyyən etməklə yanaşı, iddianı həm də iddia müddətinin keçməsi əsası ilə təmin etməmişlər.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətinin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4991/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən sa