Məhkəmə qərarları › İş №2(102)-1057/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1057/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1057/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, etibarsız əqd əsasında ödənilmiş pulun qaytarılması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)387/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 09 sentyabr 2010-cu il tarixli sadə yazılı müqaviləyə əsasən X7 bəyan etmişdir ki, başqa çıxış yolu olmadığından və maddi cəhətdən əziyyət çəkdiyi üçün qonşusu İddiaçı ilə müqavilə bağlayırlar ki, İddiaçı hər ay 500 manat olmaqla 10 il müddətində, cəmi 60.000 manat məbləğində pulu borc olaraq verəcək. Həmin müqaviləyə 12 avqust 2020-ci il tarixində edilmiş qeyddən görünür ki, İddiaçı tərəfindən X5 müqavilədə yazılan hər ay 500 manat cəmi 10 il müddətinə 60.000 manat verilmişdir. X7 müqavilədə yazılan 10 il müddətdə hər ay 500 manat cəmi 60.000 manatı İddiaçı almışdır. X12 Yadigara etibarnamə verib ki, çıxarışı verib evi adına keçirtsin. 2. 13 avqust 2021-ci il tarixli akta əsasən X7 İddiaçı 10 il müddə tində hər ay 500 manat, cəmi 60 000 manat pulun aldığını və evinin çıxarışını İddiaçı verərək, həmin çıxarışın öz adına keçirilməsini öz imzası ilə təsdiq etmişdir.

3. X7 17 noyabr 2021-ci il tarixdə ölmüşdür və Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu tərəfindən verilmiş 19 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi kimi Cavabdeh müəyyən olunmuşdur. Miras əmlak kimi ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi qeyd olunmuşdur. 4. 31 may 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini X4 satmışdır. Həmin əmlak üzərində X1 mülkiyyət hüququ 02 iyun 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60.000 manat məbləğində pulun və 270 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X7 arasında 09 sentyabr 2010-cu ildə borc müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı tərəfindən X5 hər ay 500 manat olmaqla, 10 il müddətində, cəmi 60.000 manat məbləğində pulun borc olaraq verilməsi nəzərdə tutulmuşdur. Həmin müqaviləyə 12 avqust 2020-ci il tarixində edilmiş qeyd ilə X5 10 il müddətində hər ay 500 manat olmaqla cəmi 60.000 manat borc verildiyi tərəfindən təsdiq olunmuşdur. Bundan başqa, X7 tərəfindən tərtib və təsdiq olunmuş 13 av qust 2021ci il tarixli Akt ilə də İddiaçı tərəfindən X5 10 il müddətində hər ay 500 manat olmaqla, cəmi 60.000 manat məbləğində pulun borc olaraq verilməsi faktı bir daha öz təsdiqini tapmışdır. X7 17 noyabr 2021-ci il tarixdə ölmüş və Bakı şəhəri 19 saylı notariat ofisində Cavabdeh adına 19 may 2022-ci il tarixdə, 2V-145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(009)915/2023 nömrəli qətnaməsi ilə (hakim M.Bağırova) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 60.000 manat pul vəsaitinin və ödənilmiş 270 manat dövlət rüsumunun tutularaq ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında borc münasibətləri olmuş, id diaçı tərəfindən Tofiq Mirzəyəvə 60.000 manat ödənilmiş, həmin borc Tofiq Mirzəyəv tərəfindən iddiaçıya qaytarılmamışdır. Buna görə də, borc qaytarılmalıdır. Tofiq Mirzəyəv vəfat etdiyi üçün, borc mərhumun ögey bacısı olan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə, işə sübutetmə aspektindən yanaşaraq bildirmişdir ki, iddiaçı tələbinin faktiki əsası kimi miras qoyan X7 ilə aralarında sadə yazılı formada bağlanmış müqaviləyə istinad etmişdir. İddiaçı ilə miras qoyan X7 arasında öhdəlik münasibətinin yaranma əsası kimi çıxış edən müqavilənin yazılı formada bağlandığını və cavabdeh tərəfindən həmin əqdin etibarsızlığı barədə hər hansı etirazın irəli sürülmədiyini, eləcə də müqavilədə əks olunmuş halların borc pulun verilməsi ilə bir daha təsdiq olunduğunu nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə miras qoyan X7 arasında bağlanmış müqavilənin mətnində nəzərdə tutulmuş halların həqiqi olduğu qəbul edilməlidir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunverici borc sənədinin borcluda olması faktını öhdəliyin xitamını təsdiqləyən hal kimi müəyyən etmişdir. Lakin, iş materiallarında olan borc sənədi məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 529.3, 739.1, 740, 1151.1, 1255-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilmə si barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış rayon məhkəməsi sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi olmamasına, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmanın mərhum Tofiq Mirzəyevə məxsus olmamasına əhəmiyyət verməmişdir.

14. İşə apellyasiya qaydasında baxılan zaman, 02 oktyabr 2023-cü il tarixdə İddiaçı ölmüş və onun prosessual hüquq varisi (arvadı) X6 ilə əvəz olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli r əyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 33-cü vərəqində olan 09 sentyabr 2010-cu il tarixli müqavilənin üz tərəfinin 2-ci sətrində “Mən X15 Mirzə” yazıları və “№ 01045798” rəqəmləri qarşısındakı imza, 11-ci sətrində “Mirzəyev Tofiq A.M.” yazıları və 17-ci sətrində “(altmış min manat)” yazıları qarşısındakı imza, müqavilənin sonunda “xx.xx.2010” rəqəmləri qarşısındakı “Mirzəev” yazısı və qarşısındakı imza, mülki işin 33-cü vərəqində olan müqavilənin arxa tərəfində 1-ci sətirdə “Mirzəev T.A.” yazısı və “№ 01045798” rəqəmləri qarşısındakı imza, 6-cı sətirdə “X16 A” yazıları, 10-cu sətirdə “X16 A” yazıları, 13-cü sətirdə “xx.xx.2020” rəqəmləri qarşısındakı imza, 14-cü sətirdə “Mən Mirzəyev T.A” yazıları və sonda “xx.xx.2020” rəqəmləri qarşısındakı imza və “Mirzoev T.A.” yazısı, mülki işin 34-cü vərəqində olan xx.xx.2021-ci il tarixli Aktın 3-cü sətrində “X17 A” yazıları və aktın sonunda “xx.xx.2021” rəqəmləri qarşısındakı “Mirzoev T.A.” yazısı, 11 avqust 2021-ci il tarixli “Etibarnamədə “İmza:” qrafasındakı imza və “Mirzaev TofiG” yazıları, 11 avqust 2021-ci il tarixli etibarnamənin 7E-2755 reyestr nömrəsi ilə qeydiyyatdan keçməsi barədə notariat hərəkətlərinin qeyd edilməsi üçün 21582 nömrəli reyestr kitabının 39-cu vərəqində “X7” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasının sonunda “X18 Mirzə” yazıları və həmin yazıların üst hissəsindəki imza – eyni şəxs tərəfindən icra olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-387/2024 nömrəli qət naməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Talışinskidən və A.İmanovdan ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş və iddiaçının ölümündən sonra onun prosessual hüquq varisi (arvadı) X6 tərəfindən müdafiə edilmiş “pulun ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsi, 60000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı prosessual hüquq varisi (arvadı) X2 ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəm əsi tərəfindən mübahisə edilən hüquq münasibətinin növü düzgün müəyyən edilməmiş, bununla əlaqədar olaraq gəldiyi nəticə üçün əsas götürülmüş maddi hüquq normaları səhv tətbiq edilmişdir.

18. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında 09 sentyabr 2010-cu il tarixdə sadə yazılı formada bağlanmış müqavilənin, iddiaçı ilə Tofiq Mirzəyevin birgə tərtib etdikləri 12 avqust 2020-ci il tarixli aktın, habelə Tofiq Mirzəyevin yazdığı (tarixsiz) aktın məzmunda göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, alıcı olaraq iddiaçı ilə satıcı olaraq Tofiq Mirzəyev arasında sonuncuya məxsus fərdi yaşayış evinin dəyərinin hissə-hissə ödənilməsi şərti ilə alğı-satqı barədə razılıq olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya tərəfindən müəyyən edilmişdir ki, işə baxmış ra yon məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir.

19. Odur ki, göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlili, yəni “işə baxmış Rayon Məhkəməsinin işin hallarına səhv qiymət verməsi, maddi hüquq normalarını düzgün tətbiq etməməsi barədə” dəlili əsaslıdır. Buna görə də, rayon məhkəməsinin qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

20. Qeyd edilən nəticəyə gəlmiş apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli və apellyasiya şikayətinin digər dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirmişdir ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında 09 sentyabr 2010-cu il tarixdə sadə yazılı formada bağlanmış müqavilə Tofi q Mirzəyev tərəfindən ona məxsus fərdi yaşayış evinin dəyərinin hissə-hissə ödənilməsi şərti ilə iddiaçıya satılması barədə müqavilədir. Həmin müqavilə yazılı formada bağlansa da, notarial qaydada bağlanmamışdır.

21. Qanunvericiliyin tələblərini nəzərə alan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə Tofiq Mirzəyev arasında bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi notarial qaydada bağlanmadığı üçün əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd etibarsız olduğu üçün hüquqi nəticəyə səbəb olmadığından iddiaçının əqd üzrə verdiyi 60.000 manat məbləğində pul ona qaytarılmalıdır.

22. Tofiq Mirzəyev 17 noyabr 2021-ci il tarixdə vəfat etmiş və 19 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli, 2V-145 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” i lə mərhumun vərəsəsi kimi hazırkı iş üzrə cavabdeh tanınmışdır. Miras əmlak mərhuma məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən 2 otaqlı 80 saylı fərdi yaşayış evidir.

23. Apellyasiya şikayətində cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmalar (müqavilə və aktlar) mərhum Tofiq Mirzəyevə məxsus deyil.

24. Cavabdehin qeyd etdiyi bu xüsusatın, yəni Tofiq Mirzəyevin adından əl yazısı ilə tərtib edildiyi görünən 09 sentyabr 2010-cu il tarixli müqavilə, həmin müqaviləyə 12 avqust 2020-ci il tarixdə edilmiş qeyd və aktda olan xəttin və imzanın Tofiq Mirzəyevə məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

25. Eyni zamanda ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı Bakı şəhəri 46 saylı Notariat Ofisindən 11 avqust 2021-ci il tarixdə reyestr kitabında 7E-2755 № altına qeydə alınmış və sağlığında Tofiq Mirzəyev tərəfindən verilmiş “Etibarnamə” və onun rəsmiləşdirilməsinə əsas olmuş sənədlər (əsli) və həmin “Etibarnamənin” qeydiyyata alınmasını özündə əks etdirən, 2021-ci ilə aid reyestr kitabı (əsli) 46 saylı Notariat Ofisindən, habelə Tofiq Mirzəyevə 20 iyun 2003-cü il tarixdə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” (seriya AZE; № ********) verilməsinə əsas olmuş sənədlər (əsli) Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən götürülərək tədqiq edilmişdir.

26. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaç ının istinad etdiyi həmin əlyazmalar Tofiq Mirzəyevə məxsusdur. Cavabdeh bunun əksini sübut edə bilmədiyi üçün apellyasiya şikayətinin müzakirə edilən dəlili də əsassız hesab edilmişdir.

27. Bunları nəzərə alan apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə görə, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi Mülki Məcəllənin 144.1, 329.1, 337.1, 337.3, 337.4, 337.5, 567, 600.1, 601.1, 1306-cı və Mülki Prosessual Məcəllənin 384, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

29. Cavabdeh kassasiya şikayəti verər ək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-387/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 442, 529.3-cü, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuşdur.

31. Belə ki, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. İş materiallarında cavabdehin İddiaçı 60.000 manat borclu olduğunu təsdiq edən heç bir sübuta rast gəlinmir. Borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Apellyasiya instansiya məhkə məsi buna əhəmiyyət verməmişdir. İddiaçı məhkəməyə əlyazma təqdim etmişdir. Həmin əlyazmanın mərhum X5 məxsus olunduğu təsdiq olunmur. Borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşısalar da, mərhum X3 mirasını qəbul etmiş cavabdeh onun borclarına görə məsuliyyət daşımır. Çünki, mərhum X3, iddiaçıya 60.000 manat borclu olduğunu təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

33. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfin dən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığ ı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasə n məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinə hüquqi qiymət veril miş, o cümlədən apellyasiya şikayətinin dəlillərinə uyğun məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və toplanmış sübutlara səlahiyyətləri çərçivəsində qiymət verməklə və Mülki Məcəllənin 337.5 və 1306.1-ci maddəsi tətbiq edilməklə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

40. Kassasiya şikayətinin dəlilləri mərhum X3 iddiaçı qarşısında öhdəliyinin olmasının sübuta yetirilməməsinə yönlədilmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi əlyazma qəbzi, aktı və iş üzrə keçirilmiş ekspert rəyini birgə qiymətləndirərək, cavabdehin bu dəlilini əsassız hesab etmişdir.

41. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza rəyini nə apellyasiya məhkəməsindəki icraat zamanı, nə də ki, kassasiya şikayətində hər hansı dəlillə mübahisələndirməmişdir.

42. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

43. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunan sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətlən dirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

44. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-387/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar